SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə307/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   303   304   305   306   307   308   309   310   ...   330
KİÇİK GÜNAHLARA KƏFFARƏ OLANLAR «Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır». (Hud 114). İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Mömin bir əməl etdiyi zaman onun cəzası bu şeylərlə silinir: 1. Tövbə edib Allahdan bağışlanma diləmklə. 2. Məğfirət diləməklə. 3. Yaxşı əməllər etməklə. Çünki yaxşı əməllər pislikləri silir. 4. Mömin qardaşları diri ikən, öldükdən sonra da onun üçün dua edib bağışlanma diləməkləri ilə. 5. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ona şəfaət etməsilə. 6. Mömin qardaşları yaxşı əməllərinin savabından ona hədiyyə etmələriylə. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ya Rəsululah! Atam öldü və bir mal buraxdı. Halbuki vəsiyyət də etmədi. Mənim onun adına sədəqə verməyim onun günahlarına kəffarə lurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə buyurdu1588. Aişə - radıyallahu anhum – rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Anam vəfat etmişdir. Elə zənn edirəm ki, əgər sağ olsaydı sədəqə verərdi. Mən onun adına sədəqə versəm onun üçün bir savab olurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə cavab verdi1589. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Atam olduqca yaşlanıb nə həcc, nə ümrə, nə də səfərə çıxmaq gücü də yoxdur». Peyğəmbər: «Atanın yerinə həcc və ümrə et» deyə buyurdu1590. Bir qadın körpə uşağı yuxarı qaldıraraq: «Ya Rəsulullah! Bu uşağın həcci səhihdirmi?» dedi. Peyğəmbər: «Bəli, savabı da sənindir» deyə buyurdu1591. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu üç şey müstəsna olmaqla Adəm oğlu öldükdə əməli kəsilir. Faydalı elm qoyub getmək (hansı ki, insanlar ondan istifadə edirlər), SADAQƏTUL CƏRİYƏ (axan) xeyirli sədəqə (yol saldırmaq, su çəkmək), sənin üçün dua edən saleh övladlar»1592. 7. Başına gələn müsibətlərlə. Əbu Səid əl-Xudri və Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömini nə yorğunluq, nə xəstəlik, nə əzab-əziyyət, nə rahatsızlıq, nə kədər, nə də bədəninə batan tikan maraqlandırır. Onu maraqlandıran Allahın bunlara səbr etdiyinə görə günahlarını təmizləməidir»1593. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, qızdırmadan əziyyət çəkən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına daxil oldum: «Ya Rəsulallah! Bu xəstəlikdən nə çox izdirab çəkirsən». Peyğəmbər: «Bəli, mənim xəstəliyim sizdən iki nəfərin (bu xəstəlikdən) çəkdiyi izdirab kimidir». Mən: «Bu ona görədir ki, sən bu xəstəlikdən iki qat əcr qazanırsan?» deyə soruşdum. Peyğəmbər: «Bəli, bu belədir deyərək istənilən müsəlmanın başına gələn xəstəlik, bədəninə batan tikan və bundan daha böyük hər hansı qəza başına gələrsə Allah bu səbəblə onun pisliklərini örtər və o, kimsə günahlarını ağac yarpaqlarını tökdüyü kimi tökər»1594. 8. Pislikdən sonra dərhal yaxşı işlər görməklə. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Pisliyin ardından yaxşı işlər gör ki, onu silsin»1595. 8. Allahın ona mərhəmət etməsiylə. 9. Fərzlər və nafilələri yerinə yetirməklə. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim mənim aldığım dəstəmaz kimi dəstəmaz alır, sonra içindən bir şey keçirməyərək iki rükət namaz qılarsa geçmişdə olan günahları bağışlnar»1596. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ərafə günü tutulan oruc biri keçmi biri də gələcək il olmaq üzərə iki il (edilən günahlara) kəffarədir. Aşura günü tutulan oruc isə keçmiş bir il (günaha) kəffarədir»1597. 10. Allahı zikr. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim gündə yüz dəfə SUBHƏNƏLLAHİ VƏ BİHƏMDİHİ deyərsə xətaları dəniz köpüyü qədər olsada belə bağışlanar»1598. 11. Mələklərin onlara bağışlanma diləməri ilə. «Ərşi daşıyanlar və onunətrafında olanlar (mələklər) öz Rəbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru». (əl-Mumin 7). 12. Yaradılmışlara yaxşılıq da günahları örtən şeylərdir.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin