SƏmayə MƏMMƏD qızı mustafayeva


IX.  MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUBİ-ŞƏRQİ AVROPA



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
ms a&aoeyt


IX.  MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUBİ-ŞƏRQİ AVROPA 
ÖLKƏLƏRİ 
  AVSTRİYA 
Avstriyanın respublika elan edilməsi 
 
Birinci dünya  müharibəsi dövründə də Avstriya-Macarıs-
tanın əhalisinin  əksəriyyəti milli zülm altında olan və istismar 
olunan xalqlardan ibarət idi. 
Müharibədən əvvəl Avstriya-Macarıstan kapitalizmin zəif 
inkişaf etdiyi ölkə idi. Sənaye ancaq Çexiyada bir qədər inkişaf 
etmişdi. Müharibə bu çoxmillətli ölkənin iqtisadiyyatını xeyli 
zəiflətdi, milli və sinfi ziddiyyətləri isə daha da kəskinləşdirdi. 
1918-ci ilin noyabrın 3-də o, müharibədən məğlub vəziyyətdə 
çıxdı. Müharibədə Avstriya-Macarıstandan 4 milyondan artıq 
yaralanan, ölən və əsir düşən oldu.  
Müharibənin  ən mühüm nəticələrindən biri Avstriya-
Macarıstan imperiyasının dağılması  və onun yerində bir sıra 
yeni milli dövlətlərin yaranması idi. Bu dövlətlərdən biri də 
Avstriya oldu.  
1918-ci ilin oktyabr-noyabr aylarında bütün Avstriyanı 
fəhlə və əsgərlərin inqilabi çıxışları bürüdü. Müharibə illərində 
Avstriya sosial-demokrat partiyası içərisində sol qruplar təşək-
kül tapmaqda idi. 1918-ci il noyabrın 3-də Vyanada təsisedici 
konfransda Avstriya Kommunist Partiyası (AKP) təşkil olundu. 
Partiya «Vekruf» (Çağırış) qəzetini buraxmağa başladı. Ancaq 
AKP ideaoloji cəhətdən zəif, üzvləri az idi. Avstriya 
burjuaziyası inqilabi-çıxışları yatırmağı bacardı. Avstriyada 
1918-ci il noyabr inqilabı burjua-demokratik inqilab 
çərçivəsindən kənara çıxmadı. Vyanada Avstriya vilayətlərinin 
deputatlarının məclisi çağırıldı. Məclis özünu «Alman 
Avstriyasının müvəqqəti Milli Məclisi» elan etdi. Dövlət şurası 
təşkil olundu. Dövlət kansleri vəzifəsinə sosial-demokrat 
partiyasının lideri Karl Renner təyin edildi. Milli Məclis Avs-

 
171
triyanı 1918-ci il noyabrın 12-də respublika və Almaniya 
Respublikasının tərkib hissəsi elan etdi. Sənaye fəhlələri üçün 8 
saatlıq iş günü müəyyən olundu. İşsizliyə görə  vəsait ayrıldı. 
Lakin bununla belə sosial-demokrat partiyasının başçılıq etdiyi 
bu hökumət milli qvardiyanı  tərksilah etdi, fəhlə  və  əsgər 
deputatları sovetinin rolunu heçə endirdi. Avstriya dövlət şurası 
ilə Almaniya arasında anşlüs haqqında danışıqlar başlandı. 
Lakin 1919-cu ildə anşlüs siyasəti həyata keçirilmədi. Çünki 
Antanta dövlətləri Almaniyanın güclənməsini istəmirdilər. 
1919-cu ildə Avstriya Milli-Məclisinə seçkilər keçirildi. Sosial-
demokratlar seçkilərdə birinci yeri tutdular. Milli Məclisin sədri 
Karl Zeyts seçildi. 1919-cu ilin martında Karl Renner yeni 
hökumət təşkil etdi. 1920-ci ilin iyununda K.Renner hökuməti 
xalq kütlələrinin güclü tətilinin təsiri altında istefa verdi. Yeni 
hökuməti Xristian-sosialist partiyasının lideri Mayr təşkil etdi.  
1919-cu il sentyabrın 10-da Avstriya ilə Antanta 
dövlətləri arasında Parisin yaxınlığında olan Sen-Jermen 
qəsəbəsində sülh müqaviləsi bağlandı. Avstriyadan təzminat 
alınmasını xüsusi təzminat komissiyası müəyyən etməli idi. 
Müqavilə Avstriya üçün məcburi hərbi mükəlləfiyyəti qadağan 
edirdi.  
1920-ci il oktyabrın 1-də  Təsisedici məclis Avstriyanın 
konstitusiyasını  qəbul etdi. Avstriya federativ respublika elan 
olundu. Avstriyanın torpaqları landtaqlarını saxlayırdı. 
Vyanada landtaqın vəzifələrini bələdiyyə idarəsi yerinə 
yetirirdi. Konstitusiyaya əsasən burjua-demokratik azadlıqları 
elan edildi. Lakin kilsə dövlətdən ayrılmadı. 1920-ci ilin 
oktyabr seçkilərində Xristian sosialist partiyası qələbə qazandı. 
Haynş prezident seçildi.  
 
 
 
 
 
172
 
Avstriya kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi 
böhranı illərində 
 
 
Yeni təşkil edilmiş Avstriya dövləti iqtisadi cəhətdən çə-
tinlik keçirirdi. Sen-Jermen sülh müqaviləsinə görə Avstriyanın 
tərkibində 6,4 milyon əhalisi olan ərazi qalmışdı. Avstriyada 
sənaye fəhlələrinin sayı milyon yarıma çatırdı. 
52 milyon əhalisi olan Habsburqlar monarxiyasını idarə 
etmək üçün yaradılmış idarə heyətlərini işlə  təmin etmək im-
periya dağıldıqdan sonra çətin idi. Buna görə  də Avstriyada 
böyük bir qrup insan işsiz qaldı. Avstriya sənayesi bir çox  
xammal növlərindən məhrum oldu. İmperiya dağıldıqdan sonra 
fabrik-zavodların çoxu fəaliyyətdən qaldı. Avstriya burjuaziya-
sı və iri torpaq sahibləri xaricdən borc almağı qərara aldı. 1922-
ci ildən 1929-cu ilə  qədər Avstriya xaricdən 650 milyon qızıl 
kron borc aldı.  
Avstriyada fəhlələrin əksəriyyəti sosial-demokrat partiya-
sının arxasınca gedirdi. 1924-cü ildə bu partiyanın 555 min 
üzvü var idi. Sosial demokratların rəhbərlik etdikləri həmkarlar 
ittifaqları bir milyondan artıq fəhlə və qulluqçunu öz sıralarında 
birləşdirirdi. Otto Bauer və başqaları  fəhlələrə sosializm uğ-
runda mübarizədə ancaq seçkilərə ümid bəsləməyi təbliğ edirdi. 
1927-ci il seçkilərində Avstriya Sosial-demokrat partiyası 42% 
səs topladı. Sosial demokratlar uzun müddət Vyana bələdiyyə 
idarəsini öz əllərində saxladılar. Avstriya SDP sosializm qur-
mağa başladığını qeyd etsə  də, onların həyata keçirdiyi 
tədbirlər kapitalizmin əsaslarına toxunmurdu. Avtsriya burjua 
mürtəce dairələri faşist terrorçu metoduna keçdiklərinə görə 
1923-cü ildə sosial-demokrat partiyası özü hərbiləşdirilmiş 
təşkilatını yaratdı. Təşkilat  Ştusbund (Müdafəi ittifaqı) adlan-
dırıldı. Onun 100 minə yaxın üzvü var idi. 1927-ci il yanvarın 
30-da faşist qrupları Kiçik Ştattekdorf  əyalət  şəhərində  fəhlə 

 
173
nümayişinə atəş açdılar. Faşist terroruna qarşı Avstriyada 
kütləvi nümayiş başlandı. Öldürülən fəhlələrin dəfni zamanı 
Avstriyada bütün fəhlə sinfi 15 dəqiqə işi dayandırdı.  
1927-ci ilin iyulun 14-də burjua məhkəməsi Ştattekdorf-
dakı qırğına haqq qazandırdı. Buna etiraz əlaməti olaraq kütləvi 
fəhlə  tətilləri başlandı. 20 gün ərzində  tətillər dayanmadı. 
Hökumət tətilləri qəddarcasına yatırtdı. 1929-cu ildə hakimiy-
yətə  fəhlələrin iyul nümayişinə divan tutmuş  Şober keçdi. O, 
konstitusiyanı yenidən faşizm ruhunda tərtib etdirdi. 
Dünya iqtisadi böhranı Avstriyanın sosial-siyasi və iqti-
sadi həyatına ciddi təsir etdi. 1929-cu ilin oktyabrında böyük-
lüyünə görə Vyananın ikinci bankı olan "Bodenkredit ştabı" 
iflasa uğradı. Ölkənin maliyyə sistemi pozuldu. İqtisadi böhran 
Avstriya sənayesində mərkəzləşməni və təmərküzləşməni güc-
ləndirdi.  İşsizlərin sayı artdı. Vergilər çoxaldıldı. Mənzil 
haqları artırıldı.  Şober hökuməti 1930-cu il sentyabrın 5-də 
istefaya getdi. Voquci kansler oldu. Lakin 1930-cu il noyabrın 
29-da o da istefaya getdi. 1930-cu il noyabrın 9-da keçirilən 
seçkilərdən sonra Xristian sosialist partiyasının nümayəndəsi 
Otto Ender ölkə kansleri oldu. Hökumətin Avstriya-Almaniya 
gömrük ittifaqının yaradılması haqqında qərarı beynəlxalq 
təzyiqlərə səbəb oldu. Ender hökuməti də 1931-ci il iyunun 20-
də istefa verdi. Yeni hökuməti Karl Bureş yaratdı. O, iqtisadi 
böhranın qarşısını almaqda aciz qaldı. Avstriyaya kreditlər 
verilməsi məsələsi böyük dövlətlər tərəfindən istənilən qaydada 
həll olunmadığı üçün qalmaqal yarandığından Bureş hökuməti 
1932-ci il may ayının 13-də istefaya getdi. 
Sosial-demokratların apardığı islahatçılıq təbliğatı nəticə-
sində  pərən-pərən düşmüş  fəhlə sinfi faşizmin yolunu kəsə 
bilmədi. 1932-ci ilin mayında Xristian-sosialişlər partiyasının 
sağ qanadının lidrei Dolfusun hökuməti hakimiyyətə keçdi. O, 
1933-cü ildə dövlət çevrilişi edib, parlamenti buraxdı. 
Demokratik azadlıqları  ləğv etdi. Sosial-demokratların 
 
174
ştusbundu buraxıldı. AKP qadağan edildi. Dolfus arxalandığı 
partiyaları – Xristian sosialistlər partiyasını, Katolik təşkilatını, 
Heynveri "Vahid vətən cəbhəsi" partiyası adı altında 
birləşdirdi. Bu partiya Dolfus hökumətinin dayağına çevrildi. 
Avstriyada fəhlələr faşistlərə qarşı silahlı mübarizəyə başla-
dılar. Barrikadalar təşkil etdilər. Lakin ordu 1934-cü il fevral 
çıxışlarını qəddarcasına yatırtdı. 1200 nəfər öldü, 5000-ə yaxın 
yaralandı, 11 minə yaxın isə həbs edildi, yüzlərlə fəhlə Çexos-
lovakiyaya keçib, oradan SSRİ-yə gəldilər.  
 
 
Hitler Almaniyasının Avstriyanı işğal etməsi 
1934-cü il iyulun 25-də hitlerçilər Dolfusu öldürüb Avs-
triyanı işğal etməyə cəhd göstərdilər. Ancaq sərhədlərdə yerlə-
şən alman qoşunlarını Hitler Avstriyaya yeridə bilmədi. Çünki 
Mussolini də belə olacağı təqdirdə qoşunlarını Avstriyaya yeri-
dəcəyini bildirmişdi. Şuşink Avstriya hökumətinin başçısı oldu. 
O, 1936-cı ilin yayında Avstriya və Almaniya arasında dostluq 
münasibətlərini bərpa etmək haqqında müqaviləyə imza atdı. 
Almaniya faşist mətbuatı anşlüs haqqında yenidən təbliğata 
başladı.  Şuşink hökuməti yenə  də xalqın iradəsi ilə 
hesablaşaraq almanların Avstriyada təşkil etdiyi nasional-
sosialist partiyasını qadağan etdi. Bu Hitlerin qəzəbinə  səbəb 
oldu. 1938-ci ilin fevralın 12-də Hitler Şuşinkə ultimatum ver-
di. Nəticədə nasional-sosialistlər azad olundu. Nasist Zeys-
İnkvard daxili işlər naziri təyin olundu. Şuşink Avstriyanın 
müstəqilliyi barəsində plebist (ümumi rəy sorğusu) keçirməyi 
qərara aldı. Ancaq Hitler yenə ona ultimatum göndərib plebsisti 
ləğv etməyə nail oldu. Şuşink 1938-ci il martın 11-də radio ilə 
çıxış edib istefaya çıxdığını bildirdi. Eyni zamanda xalqı alman 
qoşunlarına müqavimət göstərməməyə çağırdı.  İnkvard 
Avstriyanın kansleri təyin edildi. 1938-ci il martın 11-də Hitler 
ordusu heç bir müqavimətsiz Avstriyaya daxil oldu. Kansler 
Avstriyanı alman dövləti elan etdi. Anşlüs Avstriyanın Alma-

 
175
niyanın hakimiyyəti altına alınması ilə  nəticələndi. Avstriya 
rəsmi olaraq Ostmark ("Şərq markası") adı altında üçüncü 
reyxin tərkibinə qatıldı. 
 
176
 MACARISTAN  
 
Macarıstanda 1918-ci il burjua-demokratik inqilabı 
Çoxmillətli Habsburqlar monarxiyası tərkibində Macarıs-
tan imtiyazlı dövlət idi. Macar iri torpaq sahibəri və burjuazi-
yası serbləri, rumınları, slovakları, xorvatları  və digərlərini-ni 
təzyiq altında saxlayaraq onların milli mədəniyyətlərinin 
inkişafına mane olurdular. Bu dövrdə Macarıstan kapitalizmin 
orta səviyyədə inkişaf etdiyi 10 miloyn əhaliyə malik olan aq-
rar-sənaye ölkəsi idi. Bir sıra iri sənaye sahələri də inkişaf 
etməkdə idi. Macarıstanda fəhlə sinfinin əksəriyyət hissəsi 
Budapeştdə yerləşmişdi. Kənd təsərrüfatında feodalizmin 
qalıqları, latifundiyalar mövcud idi. Birinci dünya müharibəsi 
illərində Macarıstandan ölənlərin sayı 1,4 milyon, əsir 
düşənlərin sayı isə 700 min nəfər oldu. Müharibə  nəticəsində 
ölkədə aclıq və  təsərrüfat pozğunluğu  əmələ  gəldi. Zəhmətkeş 
kütlələrin nifrəti iri mülkədar və burjuaziyanın mənafeyini 
müdafiə edən hökumətə qarşı getdikcə güclənirdi. Rusiyadakı 
Fevral inqilabı  və oktyabr çevrilişi inqilabi hərəkatın 
yüksəlməsinə təkan verdi.  
1918-ci ildəki tətillərin gedişində ilk dəfə Macarıstanda 
fəhlə deputatları sovetləri təşkil edildi. Zəhmətkeş kütlələr mü-
haribənin dayandırılmasını, Habsburqlar monarxiyasının dağı-
dılmasını daha qətiyyətlə  tələb edirdilər. Serbiya, Xorvatiya, 
Çlovakiyada və s. başqa yerlərdə milli-azadlıq hərəkatı 
gücləndi.  
1918-ci ilin oktyabrında ölkədə kütləvi tətil hərəkatı  ən 
yüksək nöqtəsinə çatdı. Kəndlilər mülkədarların torpaqlarını 
müsadirə edərək öz aralarında paylayırdılar. Cəbhələrdə  fəra-
rilərin sayı artırdı. Bu hadisələr Habsburqlar monarxiyasının 
dağılmasını surətləndirdi. 1918-ci ilin oktyabrın 30-da Buda-
peştdə  zəhmətkeşlərin üsyanı oldu. Üsyan edən fəhlələr silah 
zavodunu  ələ keçirərək silahlanıb  əsgərlərə qoşuldular. Silahlı 

 
177
üsyançılar oktyabrın 31-də hökumət evini, teleqraf, poçt və s.-
ni  ələ keçiridlər. Lakin sovetlərdə  əksəriyyəti təşkil edən sağ 
sosialistəlr fəhlə hökuməti təşkil etməkdən boyun qaçıraraq 
hakimiyyəti burjuaziyaya verdilər. Oktyabrın 31-də 
İstiqlaliyyət partiyasının rəhbəri Mixail Karoyi başda olmaqla 
koalisiyalı hökumət təşkil edildi. Bu hökumətin tərkibinin 
əksəriyyəti burjua nümayəndələrindən ibarət idi. Lakin burada 
sağ və mərkəzçi sosialistlərin də nümayəndələri var idi. 
1918-ci il noyabrın 16-da Macarıstan respublika elan 
edildi. 1919-cu ilin yanvar ayında M.Karoyi prezident seçildi. 
Yenicə  təşkil edilmiş koalision hökumət fəhlə-kəndlilərin 
çıxışlarını yatırmağa və burjuaziyanın hakimiyyətini 
möhkəmləndirməyə çalışdı. Bu hökumət Habsburqlar 
monarxiyasının dövlət aparatına toxunmadı. Hökumətin 
göstərişi ilə müəyyən yerlərdə mülkədar torpaqlarının 
bölüşdürülməsi dayandırıldı. Kəndlilər tərəfindən 
bölüşdürülmüş torpaqlar təkrar sahiblərinə qaytarıldı. Koalision 
hökumət müəyyən güzəştlər etməyə  də  məcbur oldu. Ümumi 
seçki hüququ, söz, mətbuat, yığancaq azadlığı verildi. 8 saatlıq 
iş günü müəyyən edildi. Hökumətin tərkibindən müəyyən 
komissiya ayrıldı ki, ona da «sosialistləşmə komissiyası» adı 
verildi. Ölkədə aqrar islahatın həyata keçirilməsi vəd edildi. 
Göstərildi ki, 500 xoltdan (57 sotdur) artıq torpaq mülklərinə 
sahib olmaq qadağan edilir. Lakin aqrar islahatlar və 
"sosialistləşmə" hökumət tərəfindən həyata keçirilməyərək 
kağız üzərində qaldı. Ölkədə iqtisadi vəziyyət olduqca 
çətinləşdi. Bir sıra  şəhərlərdə, xüsusilə, Budapeştdə xeyli 
miqdarda işsizlər ordusu əmələ  gəldi.  Ərzaq mallarının 
çatışmazlığı şəraitində möhtəkirlik gücləndi. 
1918-ci il noyabrın 24-də Budapeştdə Rusiyadan qayıt-
mış kommunistlərin və sol sosialistlərin müşavirəsi çağırıldı. 
Burada Bela Kunun rəhbərliyi altında Macarıstan Kommunist 
partiyası  təşkil edildi. Bu partiya Macarıstan zəhmətkeşlərini 
 
178
burjua hakimiyyətini yıxmağa və proletariat diktaturasını 
qurmağa çağırdı.  
Kommunist partiyası  təşkil edilən gündən hökumət bu 
partiyanı ciddi təqib etməyə başladı. 1919-cu il fevralın 21-də 
MK-nın bütün tərkibini həbs etdi. Sağ sosialistlər hökumətin bu 
təşəbbüsünü bəyənərək kommunistləri həmkarlar ittifaqının 
rəhbər vəzifələrindən uzaqlaşdırmağa çalışdı. Hökumətin bu 
tədbirinə qarşı 1919-cu ilin mart ayında fəhlələr çıxış edərək 
Bela Kun və onun silahdaşlarının həbsxanadan azad edilmə-
lərini tələb etdilər. Çıxış edən fəhlələr kommunistlərlə sosialist-
demokratların birgə fəaliyyət göstərmələrini də tələb edirdilər. 
1919-cu ilin əvvəlindən ölkədə inqilabi yüksəliş  əmələ  gəldi. 
Fəhlələr fabrik-zavodları  ələ keçirdilər. Kəndlərdə  kəndlilər 
mülkədar torpaqlarını müsadirə edərək onu yenidən öz 
aralarında bölüşdürürdülər. Bu zaman Macarıstanın beynəlxalq 
vəziyyəti də  çətin idi. Burjuaziya dairələri danışıq  şərtlərini 
sözsüz qəbul etməyi tələb edirdilər ki, Antanta dövlətləri 
Ruminiya, Çexoslavakiya, başqa dövlətlərin Macarıstandan 
ərazi tələblərini yerinə yetirməsinlər və bu işdə Macarıstana 
yardım etsinlər. Lakin onlar səhv edirdilər. 1919-cu il martın 
20-də Macarıstanda olan Fransa podpolkovniki Vik vasitəsilə 
Antanta dövlətləri Macarıstana nota verdi. Notada göstərilirdi 
ki, Macarıstan hökuməti  Şərqi Macarıstanı  və Zakarpatiya 
ərazisini tam azad etsin və bu yerlərdə Rumıniya, Çexoslava-
kiya qoşunları yerləşdirilsin. Kütləvi hərəkatı yatıra bilməyən 
koalisiya hökuməti bu notanı alarkən daha çətin vəziyyətə düş-
dü və martın 21-də  istefa verərək  sosialistlərə hökumət təşkil 
etmələrini təklif etdi. Lakin bu zaman ölkədə hakimiyyət fak-
tiki olaraq silahlı  fəhlələrin  əlində idi. Onlar polis və jan-
darmanı  tərksilah edərək strateji cəhətdən mühüm məntəqələri 
ələ keçirdilər. Martın 21-də sosial-demokratların rəhbərləri 
həbsxanada olan Bela Kun və MK-nın digər üzvlərinin yanına 
gəldilər. Onlar bilmək istəyirdilər ki, kommunistlər sosialistlə-

 
179
rin təşkil edəcəyi hökumətə razılıq verəcəklərmi? Buna cavab 
olaraq həbsxanadakı kommunist rəhbərlər təklif etdilər ki, fəhlə 
partiyasının hər ikisi birlikdə hökuməti təhvil alsınlar. Sosial-
demokratlar bu iki partiyanın birləşdirilməsi planını tərtib etdi. 
Kommunistlər bu planı  bəyəndilər. Həbsxanada bu iki partiya 
rəhbərləri arasında saziş bağlandı. Sazişdə göstərilirdi ki, həmin 
partiyalar birləşərək Birləşmiş Sosialist Partiyası təşkil edirlər. 
 
Macarıstan Sovet hökuməti 
1919-cu il martın 21-də Macarıstanda zəhmətkeşlər höku-
məti təşkil edildi. Hökumət Macarıstanı Sovet respublikası elan 
etdi. Başçısı sosial-demokrat Şandor Qarban oldu. Bela Kun 
xarici işlər komissarı  təyin edildi. Bütün komissarlar sosial-
demokratlardan, onların müavinləri isə kommunistlərdən ibarət 
idi. Burjuaziyanın zəifliyi və özünü itirməsi nəticəsində  fəhlə-
kəndlilərə müqavimət göstərə bilmədi. Ölkə hər tərəfindən düş-
mənlərlə mühasirə edilmiş kiçik ərazidən ibarət idi. Antanta 
imperializminə Macarıstan Sovet respublikasını dağıtmaq asan 
idi. 
Macarıstan Sovet hökuməti 133 gün fəaliyyət göstər-
məsinə baxmayaraq  bir sıra mühüm tədbirlər həyata keçirdi. 
Burjuaziya tərksilah edildi. Sənaye müəssisələrini idarə etmək 
üçün fəhlə sinfi içərisindən inzibati işçilər irəli çəkildi. Fəhlə 
millisi yaradıldı. Qızıl Ordu təşkil edildi. 21 fəhlədən artıq olan 
istehsalat müəssisələri, xarici ticarət, nəqliyyat milliləşdirildi. 
Fəhlələrin  əmək haqqı artırıldı. 8 saatlıq iş günü haqqında 
fərman verdi. Mənzil kirayələri aşağıya salındı. Fəhlələrin 
ərzaqla təmin edilməsi qaydaya düşdü. Onların mənzil  şəraiti 
də yaxşılaşdı. Ancaq Budapeştdə 30 min nəfər fəhlə qaranlıq 
mənzillərdən işıqlı binalara köçürüldülər. Qadınlar da kişilərlə 
bərabər hüquqa malik oldular. Xalq maarifi sahəsində də böyük 
işlər görüldü. Macarıstanda 14 yaşına qədər uşaqlar üçün 
 
180
ümumi icbari təhsil elan olundu. Kilsə dövlətdən ayrıldı. 1919-
cu il aprelin 3-də mülkədarların 100 xoltdan artıq torpağı 
müsadirə edildi. Lakin bu torpaqlar kəndlilərə paylanmayaraq 
dövlət torpağı  şəklində qaldı. Macarıstan Sovet hökuməti 
həmişə Antantanın müdaxiləsini gözlədiyi üçün o bir neçə dəfə 
dünya fəhlə sinfinə müraciət etdi ki, çətin vaxtlarda ona yardım 
etsinlər. Doğrudan da, Paris sülh konfransının iştirakçıları 
Macarıstanı iqtisadi blokadaya almağı  qərara aldılar. Aprelin 
axırlarında  İngiltərə vaxtilə irəliyə sürmüş olduğu tələbləri 
təkrar etdi. Macarıstan Sovet hökuməti bu tələbləri rədd etdi. 
Belə bir şəraitdə Antanta dövlətlərinin razılığı ilə Fransa silahlı 
qüvvələri hücum edərək Macarıstan  ərazisinin bəzi yerlərini 
işğal etdi. Fransızların yardımı ilə Sekel şəhəri Macarıstan 
ərazisində  əksinqilabçıların yığnağına çevrildi. Admiral Xorti 
bu  şəhərdə  fəallıq göstərirdi. Aprel ayında Rumıniya və Çe-
xoslovakiya da müdaxiləyə başladı. Bir sözlə, 50 min nəfərlik 
Qızıl Orduya qarşı Antanta dövlətlərinin 150 min qoşunu 
dururdu. Belə bir çətin şəraitdə sağ sosialistlər təkid etdilər ki, 
Sovet hökuməti istefa versin, ölkədə  həmkarlar ittifaqından 
ibarət bitərəf hökumət təşkil edilsin. Lakin Bela Kun başda 
olmaqla kommunislər bu fikrin əleyhinə gedərək zəhmət-
keşlərin daha geniş miqyasda silahlanmalarını  tələb etdilər. 
May ayının 3-də Sovet hökuməti ümumi səfərbərlik elan etdi. 
Bu çağırışa qoşularaq 100 min fəhlə ordu sıralarına gəldilər. 
Macarıstan ordusu çox böyük inqilabi əhval-ruhiyyədə hücuma 
başlayıb Rumıniya ordusunu Tissa çayından sıxışdırıb çıxartdı. 
Çexoslovakiya ordusuna da ciddi zərbə endirdi. Bunun təsiri 
altında Slovakiyada iyunun 16-da Sovet respublikası elan edildi 
və bu əyalət federativ respublika kimi Macarıstanın tərkibinə 
daxil oldu. Macarıstan ordusunun bu müvvəffəqiyyətini görən 
Paris sülh konfransının sədri Klemanso Macarıstana yeni 
ultimatum göndərərək Antanta dövlətləri adından tələb etdi ki, 
Çexoslovakiya  ərazisindən silahlı qüvvələri dərhal geri 

 
181
çağırsın. Bu tələb yerinə yetirilməzsə, Macarıstan üzərinə daha 
geniş miqyasda müdaxilə başlanacaqdır. Klemanso vəd edirdi 
ki, bu tələb yerinə yetirilərsə, Macarıstandan sülh konfransına 
nümayəndə  dəvət ediləcək, Rumıniya da öz qoşunlarını 
Macarıstandan geri çəkəcəkdir. 
Belə bir çətin  şəraitdə  kənardan heç bir yardım ala bil-
məyən və eyni zamanda müəyyən mənada “Brest tənəfffüsü”nə 
ehtiyacı olan Macarıstan Sovet hökuməti bu ultimatumu qəbul 
etməyə məcbur oldu. Slovakiyadan qoşunlarının geri çəkilməsi 
Macarıstan silahlı qüvvələrinə  mənfi təsir etdi və ordu 
içərisində ruh düşkünlüyü  əmələ  gətirdi. Lakin Klemanso öz 
vədinə  əməl etmədi. Macarıstan  ərazisindən Rumıniya 
qoşunları  çıxarılmadı  və Sovet hökumətinin nümayəndələri 
konfransa dəvət edilmədi. Vəziyyətin belə  gərgin vaxtında 
daxildəki əksinqilabçılar baş qaldırmağa başladılar. İyunun 24-
də Budapeştdə  əksinqilabçılar qiyam qaldırdı. Bu qiyamda 
şəhər komendantı, sosial-demokrat Kalbruxt da iştirak etdi. 
Budapeşt qiyamı başqa  şəhərlərdə  də  əksinqilabın baş 
qaldırması üçün işarə oldu. Fəhlələrin fəal iştirakı ilə bu qiyam 
yatırıldı. Lakin əksəriyyəti sosial-demokratlardan ibarət olan 
Macarıstan Sovet hökuməti qiyamçıları  ağır cəzalandırmadı. 
Rumıniya qoşunlarının ölkə  ərazisində qaldığını görən 
Macarıstan Sovet Respublikası bu qoşunlara qarşı hücum 
etmək üçün plan tərtib etdi. İyulun 20-də  tənəffüs pozularaq 
hücum başlandı. Bu vuruşmada Qızıl Ordu hissələri məğlu-
biyyətə uğradı. Fransa-Çexoslovakiya müdaxiləsi yenidən baş-
ladı.  İyulun 28-də Antanta dövlətləri Macarıstanda  Sovet hö-
kumətinin istefa verməsini tələb etdilər. İyulun 30-da Bela Kun 
yardım üçün dünya fəhlə sinfinə müraciət etdi. Lakin bu zaman 
Sovet Rusiyası  vətəndaş müharibəsi ilə  məşğul olduğu üçün 
Macarıstana yardım etmək iqtidarında deyildi. Kəndlilər Maca-
rıstan Sovet hökumətini müdafiə etmədilər. Avqustun 1-də 133 
gün yaşadıqdan sonra Macarıstan Sovet hökuməti süqut etdi. 
 
182
Macarıstan Sovet hökumətinin məğlubiyyətə  uğramasının bir 
sıra obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəb-
lərdən biri bu inqilabın beynəlxalq vəziyyətə uyğun şəraitdə baş 
verməməsi idi. Antanta dövlətləri Macarıstana müdaxilə etdilər. 
Ölkə olduqca kiçik ərazidən ibarət idi. Ölkə, eyni zamanda 
inqilabın mərkəzi olan Budapeşt hərbi cəbhələrdən o qədər də 
uzaq məsafədə deyildi. Aqrar məsələ düzgün həll edilmədiyi 
üçün fəhlə-kəndli ittifaqı pozuldu. Hökumət bütün sənaye 
sahələrini milliləşdirməklə süni olaraq öz yükünü artırdı, digər 
tərəfdən də xırda burjua dairələrini özündən narazı saldı.  
 
Xorti diktaturasının qurulması 
Macarıstan Sovet hökumətinin süqutundan sonra ölkədə 
kommunistlərə, demokratik qüvvələrə qarşı ciddi terror 
tədbirləri həyata keçirildi. Kommunist rəhbərlərdən Samuel, 
Korvin və başqaları edam edildilər. Antantanın yardımı ilə 
hakimiyyətə keçmiş Xorti 25 il öz faşist rejimini Macarıstanda 
davam etdirdi. Ölkədə naiblik sistemi yaradıldı. Naib vəzifəsini 
kontr-admiral Mikloş Xorti tutdu. O, Trianon sülh müqaviləsini 
tanıdığını bildirdi. Bu sülhə  əsasən Macarıstan  ərazisinin 2/3, 
əhalisinin isə 1/3 hissəsini və dənizə çıxış yolunu itirirdi. 1921-
ci ilin aprelində ölkədə qraf İ.Betlenin başçılığı altında təşkil 
edilən hökumət a sosial-demokratların sağ mövqedə dayanan 
rəhbərləri ilə  həmin ilin dekabrında gizli saziş bağladı ki, bu 
saziş Xorti rejimini daha da möhkəmləndirilməsinə kömək etdi. 
Bu dövrdə beynəlxalq miqyasda Macarıstan Trianon sül-
hünün  şərtlərinə yenidən baxılmasına və  təzminatın bir qədər 
azaldılmasına çalışırdı. Məhz bu səylər nəticəsində Slovakiya, 
Cənubi Karpat Ukraynası və Transilvaniya torpaqlarında macar 
hökmranlığı bərpa olundu. 1927-ci ildən İtaliya ilə yaxınlaşma 
başlandı. Macarıstan tədricən öz hərbi potensialını artırdı. 
 
 

 
183
Macarıstan kapitalizmin nisbi sabitləşmə dövründə 
 
Macarıstan iqtisadi böhrandan ancaq 1924-1926-cı illərdə 
İngiltərə, ABŞ  və Fransanın verdiyi kreditlər hesabına çıxa 
bildi və iqtisadiyyatın inkişafında nisbi sabitlik yarandı. Lakin 
ölkədə xarici kapitalın mövqeyi gücləndi. Macarıstanda ağır 
sənaye (metallurgiya, maşınqayırma və s.), toxuculuq sənayesi 
nisbətən daha sürətlə inkişaf edirdi. İnhisarların sayı artdı. 
Lakin 1929-cu ildə  də bu inkişaf 1913-cü il səviyyəsinə çat-
madı.  Əsaslı aqrar islahat keçirilmədiyindən kəndli ailələrinin 
yarıya qədərinin torpağı yox idi. Betlen hökuməti Xorti rejimi 
ilə siyasi razılığa gəlməyi bacardı. 1922-ci il seçki qanunu 
Budapeşt və 11 iri əyalətdə gizli səsverməni saxlayırdısa da, 
1925-ci il seçki qanunu parlament demokratiyasını minimum 
səviyyəyə endirdi.  
 
Macarıstan dünya iqtisadi böhranı dövründə və 
İikinci dünya müharibəsi ərəfəsində 
 
1929-1933-cü illər dünya iqtisadi böhranı Macarıstan 
iqtisadiyyatına  ağır təsir göstərdi. Sənaye istehsalı 1929-cu ilə 
nisbətən 23,1 % aşağı düşdü. 1930-1932-ci illərdə taxıl yığımı 
5,5 milyon sentner azaldı. Vergilər artırıldı. Demokratik 
təşkilatlar dağıdıldı.  İttifaq, tətil hüquqları, 8 saatlıq iş günü 
ləğv edildi. 1927-ci ildə Millətlər Cəmiyyətinin beynəlxalq 
bürosu 21 ölkədə fəhlələrin vəziyyətini yoxladı. Yaşayışlarının 
pis olması etibarı ilə Macarıstan birinci yer tutdu. Ölkədə 
vərəm və s. yoluxucu xəstəliklər, ölüm hadisələri olduqca 
çoxaldı. Uşaqların vaxtından  əvvəl ölməsinə görə  də 
Macarıstan bütün Avropada birinci yerdə idi.  
İqtisadi böhran daxili vəziyyəti də kəskinləşdirdi. Ölkədə 
kütləvi narazılıq artdı. Ölkədə  işsizlərin sayı 800 minə yaxın 
idi. 1931-ci ilin avqustunda keçirilən parlament seçkilərində  
 
184
Birlik partiyası uğur qazanmadı, qraf Betlen istefa verdi. Xorti 
1932-ci ilin oktyabrında Birlik partiyasının sağ qanadının 
rəhbərlərindən olan Kömböşi hökumətə başçı  təyin etdi. Bu 
hökumət demokratiyanı daha da məhdudlaşdırdı. Xarici siya-
sətdə "Macar millətini canlandırmaq» şüarını irəli sürdü. 1938-
ci ilin mayında hökumətin sədri B.İmredi oldu. Yeni nazir 
faşist dövlətlərilə  əlaqəni genişləndirdi. Faşist partiyası kimi 
1935-ci ildə yaranan Milli iradə partiyası  fəaliyyətini canlan-
dırdı. 1938-ci ilin noyabrında Vyana arbitrajının qərarına  əsa-
sən Slovakiyanın cənubu və Zakarpat Ukraynasının qərb hissəsi 
Macarıstana verildi. 
Faşistlər zəhmətkeş kütlələr üzərində istismar təzyiqini 
artırmaq yolu ilə iqtisadi böhrandan çıxmaq istədilər. Maliyyə 
çətinliyini düzəltmək üçün çoxlu miqdarda kağız pul kəsildi. 
Xorti hökuməti beynəlxalq aləmdə bu rüsvayçılıqdan  İngiltərə 
və  İtaliya diplomatiyasının yardımı ilə yaxa qurtara bildi. 
Macarıstan İngiltərə, ABŞ, İtaliyadan çoxlu miqdarda borc aldı. 
Bunun nəticəsində ölkədə iqtisadiyyat getdikcə xaricilərin təsiri 
altına düşdü.  İkinci dünya müharibəsi  ərəfəsində  sənayedəki 
əsas kapitalın 40%-i xarici inhisarlara məxsus idi. Xarici 
ticarətdə Almaniyanın payı 1933-cü ildə 11%, 1939-cu ildə isə 
50% oldu.  
1939-cu ilin fevralında hökumətin başçısı qraf Pol Teleki 
təyin edildi. Bu hökumət iki imperialist qrupu arasında manevr 
etməyə çalışırdı. Lakin 1939-cu ilin martında Çexoslovakiyanın 
işğalından sonra qəti olaraq nasist Almaniyası və faşist İtaliyası 
tərəfinə keçdi. 1939-cu ilin martında Hitlerin razılığı ilə 
Macarıstan Zakarpat Ukraynasını işğal etdi. 
Macarıstan 1939-cu ildə «Antikomintern» və 1940-cı ildə 
isə Berlin paktlarına qoşuldu. 

 
185
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin