SƏmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
ms a&aoeyt


RUMINİYA 
 
1918-1923-cü illərdə Rumıniyanın 
iqtisadi və siyasi vəziyyəti 
 
Birinci dünya müharibəsi başladıqdan sonra Rumıniya 
Antanta qrupuna daxil olaraq müharibəyə girdi. Lakin o, 1918-
ci ilin mayında Almaniya ilə seperat sülh bağlayaraq müharibə-
dən çıxdı. 1918-ci ildə Almaniya məğlub ediləndən sonra Ru-
mınya öz silahlı qüvvələrindən istifadə edərək müəyyən ölkə-
lərdə gedən inqilabi hərəkatı yatırmaqda iştirak etdi. 1918-ci 
ildə Rumıniya hakim dairələri Sovet Rusiyasından Bessa-
rabiyanı, Bukovinanı ayırdı. Antanta dövlətləri bu ərazilərin 
Rumıniyada qalmasını  təsdiq etdilər. Avstriya-Macarıstan im-
periyası dağıldıqdan sonra Rumıniya Transilvaniya və Banatı 
işğal etdi. Beləliklə, Antanta dövlətlərinin yardımı ilə  Cənub-
Şərqi Avropada Rumıniya çoxmillətli iri dövlətə çevrildi.  
Rumıniyanın Birinci dünya müharibəsində iştirak etməsi 
ölkəyə baha başa gəldi. Cəbhələrdə 250 min nəfər itirdi. 
Müharibə nəticəsində daxildə əmələ gəlmiş müxtəlif yoluxucu 
xəstəliklər nəticəsində 400 min nəfər həlak oldu. Müharibənin 
gedişi, Almaniya tərəfindən ölkənin müəyyən hissəsinin işğal 
edilməsi ölkə iqtisadiyyatını  bərbad hala saldı. Məsələn, neft 
sənayesinin məhsulu müharibədən  əvvəlkinin 1/3-nə  bərabər 
oldu. Başqa sənaye sahələri də almanların qarəti nəticəsində 
həmin vəziyyətə düşdü. Maldarlıq sahəsinə vurulan ziyan daha 
güclü oldu. 1913-cü ildə Rumıniyada 28 milyon baş mal-qara 
olduğu halda, 1919-cu ildə 16,4 milyon baş mal-qara qalmışdı. 
Əkinçilikdə  işləyən mal-qaranın sayı azaldığı üçün bu sahələr 
də yararsız bir hala düşdü. Bu dövrdə Rumıniyada çoxlu 
miqdarda kağız pulların kəsilməsi maliyyə sisteminə  mənfi 
təsir etdi və ölkə iqtisadiyyatını daha ağır vəziyətə saldı. 
Ölkədə ictimai ziddiyyətlər də  kəskinləşdi. 1918-ci ilin 
 
202
noyabrında Almaniya məğlub edildikdən sonra ölkədə inqilabi 
hərəkat daha da gücləndi. Bu hərəkata dəmir yolunda çalışan 
xidmətçilər, mürəttiblər də qoşuldu. Bu zaman tətil edən 
fəhlələr  əmək haqqlarının artırılmasını, həmkarlar ittifaqı  və 
siyasi təşkilatlar yaratmaq hüququnu tələb edirdilər.  İnqilabi 
hərəkatın qarşısına almaq üçün hökumət ölkədə hərbi vəziyyət 
elan etdi. Senzuranı möhkəmləndirdi. Tətil edən istehsalat 
müəssisələrinə silahlı qüvvələr göndərdi. Səhra məhkəmələri 
geniş bir surətdə  işə düşdü. Lakin bu tədbirlər fəhlələrin 
inqilabi  əhval-ruhiyyələrini söndürə bilmədi. 1920-ci ildə 
inqilabi hərəkat daha da gücləndi.  
Bu tətil və nümayişlər getdikcə güclənərək oktyabrın 20-
də ümumi tətilə çevrildi. Ümumi tətil zamanı sənayenin bütün 
sahələri fəaliyyətini dayandırdı. Belə bir vüsət almış, genişlən-
dirilmiş ümumi tətilin yatırılmasında sosial-demokratlar əsas 
rol oynadı. Fəhlə-kəndli ittifaqının olmaması da bu hadisəyə 
ciddi təsir göstərdi. 
1920-ci ildəki ümumi tətil yatırıldıqdan sonra Rumı-
niyada KP-nın (Kommunist partiyasının) təşkili uğrunda 
mübarizə gücləndi. 1921-ci il mayın 8-də Buxarestdə çağırılmış 
sosialist partiyasının qu-rultayında Rumıniya KP təşkil edildi. 
İlk gündən milli liberallar partiyası hökuməti Rumıniya 
kommunistlərini təqib etməyə başladı. 
Müharibədən sonrakı ilk dövrdə Rumıniyada milli 
münasibətlər də  kəskinləşdi. Ölkədə 6 milyona qədər azlıqda 
qalan müxtəlif millətlər (macarlar, bolqarlar, ukraynalılar və s.) 
var idi. Azlıqda qalan millətlər üzərində Rumıniya hakim 
dairələrinin güclü təzyiqi var idi. Onlara öz dillərində  məktəb 
açmaq, mətbuat nəşr etmək mümkün deyildi. Ölkədə 
rumınlaşdırılma siyasəti aparılırdı. Milli mədəniyyətin 
inkişafına maneə yaradılırdı. Bu kimi təzyiqlərə qarşı azlıqda 
qalan millətlərin bir sıra çıxışları baş vermişdi. Bessarabiyada 
bu kimi çıxışlar daha çox olmuşdu. 1919-cu ildə Bessarabiyada 

 
203
çıxışları yatıran cəza dəstələri 20-ə  qədər kəndi tamamilə 
yandırıb sıradan çıxarmışdılar. 
 
     Rumıniya kapitalizmin nisbi sabitləşməsi illərində 
1922-1923-cü illərdə  fəhlə-kəndli hərəkatı  zəiflədikdən 
sonra Rumıniyada kapitalizmin nisbi sabitləşməsi başlandı. 
Lakin bu sabitləşmə müvəqqəti və birtərəfli idi. Bu dövrdə də 
kənd təsərrüfatının səviyyəsi müharibədən qabaqkı səviyyədən 
aşağı idi. Taxıl ixracı 25%, mal-qaranın sayı 20% azalmışdı. 
Bratianinin milli liberallar hökuməti bu sabitləşməni hər 
şeydən əvvəl, fəhlə-kəndlilərin istismar edilməsi yolu ilə həyata 
keçirməyə çalışırdı. Məsələn, 1916-cı ilə nisbətən 1929-cu ildə 
fəhlələrin  əmək haqqı iki dəfə azaldı, iş günü 16 saata çat-
dırıldı, cərimələr isə geniş bir surətdə tətbiq olundu. Müstəqim 
və qeyri-müstəqim vergilər getdikcə artırılırdı.  
Kəndlilər öz gəlirinin 50%-ni müxtəlif vergilərə  sərf 
edirdilər. Milli liberallar hökuməti azlıqda qalan millətlər üzə-
rində  təzyiqi artıraraq onların torpaqlarını  və  sənaye müəssi-
sələrini müsadirə edib Rumıniya mülkədar və burjua dairələrinə 
verdi. Mülkədar-burjua hakimiyyətini möhkəmləndirmək üçün 
hakim dairələr başqa tədbirlərə də əl atdılar. 1923-cü ildə qəbul 
edilən konstitusiyaya əsasən ölkə konstitusiyalı monarxiya elan 
edildi. Konstitusiyada söz, mətbuat, yığıncaq azadlığı öz əksini 
tapmışdı. Qanunverici orqan iki palatalı (nümayəndələr palatsı 
və senat) parlamentdən ibarət idi. Kral iki dəfə veto hüququna 
malik oldu. Senatın  əksər üzvlərini kral təyin edirdi. 
Konstitusiyanın təsdiqindən sonra da milli liberallar hökuməti 
zəhmətkeşlər və demokratik təşkilatlar üzərində  təqibi davam 
etdirirdi. 1924-cü ildə RKP və  gənclər təşkilatlarının fəaliyyti 
qadağan edildi.  
Hökumətin təqibinə baxmayaraq, ölkədə fəhlə-kəndli hə-
rəkatı yenə də davam edirdi. 
 
204
Milli-liberallar hökumətindən sonra 1928-ci ilin no-
yabrında hakimiyyətə milli-saranistlər (Bu partiya 1926-cı ildə 
Transilvaniyada milli partiyanın saranistlər (kəndlilər) partiyası 
ilə birləşməsindən əmələ gəlmişdir) partiyasının rəhbərli Maniu 
hökuməti gəldi. Sosial-demokrat partiyası da milli saranistləri 
müdafiə etdiyi üçün parlamentdə 9 yerə malik oldu. Milli-
saranistlər hökuməti də özündən qabaqkı milli liberallar 
hökumətinin siyasətini davam etdirdi.  
 
Rumıniya dünya iqtisadi böhranı illərində 
 
 1929-1933-cü illərin dünya  iqtisadi böhranı Rumıniyada 
daha dərin və güclü oldu. Bunun səbəbləri ölkənin xarici 
imperializmin təsiri altında olması, ölkə  sənayesində  mərkəz-
ləşmə  əmələ  gəlib inhisarlar təşkil edildiyi şəraitdə  kəndlərdə 
hələ feodalizm qalıqlarının davam etməsi, zəhmətkeşlərin 
yaşayış  səviyyəsinin aşağı olması idi. Böhran nəticəsində 
sənayedə istehsalın həcmi azaldı. Bir sıra istehsalat 
müəssisələri bağlandı. Meşə  və s. sənaye məhsulları  əvvəlki 
səviyyənin 50%-nə bərabər oldu. Böhran ancaq neft sənayesinə 
toxunmadı. Neft çıxarılması 1928-ci illə müqayisədə 1933-cü 
ildə 4,8 milyon tondan 7,3 milyon tona çatdı. Ölkədə işsizlərin 
sayı daha da artdı. Bu böhran kənd təsərrüfatını da pozğun hala 
saldı. Böhran nəticəsində  kəndlilər müflisləşərək borclu 
düşdülər . 1932-ci ildə  kəndlilərin borcu 150 milyard leydən 
çox idi. Böhran ölkədə maliyyə sistemini də sarsıtdı. 1931-ci 
ildə büdcədə 95 milyard ley açıqlıq vardı. Milli-saranistlər 
böhran nəticəsində  əmələ  gəlmiş bütün çətinlikləri 
zəhmətkeşlər üzərinə yükləməyə çalışırdılar. Zəhmətkeşlər 
üzərinə qoyulan vergilər getdikcə artır,  əmək haqqı isə  aşağı 
düşürdü. 1929-1933-cü illərdə  fəhlələrin  əmək haqqı 60% 
azaldı. Milli-saranistlər ölkənin qapılarını xarici imperialistlərə 
daha geniş açdılar. Buna görə  də ölkəyə xarici kapital axını 

 
205
daha da artdı. 1929-cu ildə Maniu hökuməti  İngiltərə  və 
Fransadan 17 milyard ley pul borc aldı. 1931-ci ildə isə bu 
hökumət əlavə olaraq 8,7 milyard ley pul borc götürdü. Böhran 
illərində xaricilərin Rumıniyada xalis gəliri 18 milyard ley 
olmuşdu. Bütün inhisar və ticarət sahələri, telefon, kibrit, duz, 
tənbəki tamamilə xaricilərin  əlində idi. Ancaq telefonun 
Amerika  şirkətinin  əlində olması  hər il Rumıniya xalqına 100 
milyon leyə başa gəlirdi. Banklar üzərində də xaricilər nəzarət 
edirdilər. 1932-ci ildə Rumıniya öz xarici borclarını ödəyə 
bilmədiyi üçün ölkənin siyasi və iqtisadi həyatında xarici 
dövlətlərin nəzarəti daha da gücləndi. İqtisadi böhran Rumıniya 
daxilində ictimai ziddiyyətləri daha da kəskinləşdirdi. Ölkə 
ərazisində inqilabi yüksəliş  əmələ  gəldi.  Əgər 1927-ci ildə 
tətilçilərin sayı 66 min idisə, 1930-cu ildə 100 min nəfərə çatdı. 
Bu zaman çıxış edən fəhlələr  əmək haqqının artırılmasını, 8 
saatlıq iş günü, istehsalat normalarının qaydaya salınmasını 
tələb edirdilər. Böhran illərində Rumıniya kəndlərində  də 
kəndlilərin bir sıra çıxışları oldu. Təkcə Bessarabiyada 1932-ci 
ildə ayrı-ayrı kəndlərdə 170-ə qədər çıxış olmuşdu.  
 
Rumıniya İkinci dünya müharibəsi ərəfəsində 
 
İkinci dünya müharibəsi  ərəfində Rumıniya iqtisadiy-
yatının xarakterik xüsusiyyətləri kapitalın və  sənayenin 
təmərküzləşməsindən ibarət idi. 1938-ci ildə Rumıniyadakı 94 
inhisar təşkilatları ölkə  sənaye müəssisələrinin 50%-ni öz əl-
lərində saxlayırdılar. müharibə  ərəfində    Rumıniya inhiisarçı 
kapitalının ABŞ  və  İngiltərə inhisarlarından asılı olması daha 
aydın bir surətdə özünü göstərirdi. Məsələn, neft, qaz və 
elektrik sənayesinin 95, metallurgiya sənayenin 74, şəkər isteh-
salının 94%-i xarici kapitalistlərə  məxsus idi. Ölkə 
iqtisadiyyatını öz əllərində saxlamaq məqsədi ilə xarici 
kapitalistlər Rumıniyada maşınqayırma sənayesinin və bir sıra 
 
206
başqa sahələrin inkişafına yol vermirdilər. O zaman neft isteh-
salının bütün avadanlığı xarici ölkələrdən gətirilməsi məhz 
bunun nəticəsi idi.  
Rumıniyada hələ böhran dövründə bir sıra faşist təşki-
latları öz fəaliyyətlərini gücləndirmişdir. Bunlardan «Dəmir 
qvardiya», «Mixail Arxangelin legionu» və başqalarını 
göstərmək olar. Ölkə daxilində iqtisadi böhranın əmələ gətirmiş 
olduğu çətinliklərdən istifadə edərək həmin təşkilatlar öz 
təbliğatını gücləndirməyə çalışırdılar. Bu təşkilatlar ölkə 
daxilində  şovinizm təbliğatını genişləndirərək demokratiya 
əleyhinə mübarizə aparırdılar. Rumıniya hakim dairələri bu 
təşkilatların fəaliyyətinə göz yumurdular. İqtisadi böhran 
illərində baş vermiş  çətinliklərdən və ictimai ziddiyyətlərin 
kəskinləşməsindən ağır vəziyyətə düşmüş milli saranistlər 
hökuməti 1932-ci ildə istefa verdi. Həmin ildə hakimiyyət 
başına yenə milli-liberallar keçdi. Bu hökumət də milli-
saranistlər hökuməti kimi faşist təşkilatlarına yardım edib terror 
rejimini davam etdirdilər. Milli liberallar hökuməti demokratik 
təşkilatlar üzərinə təzyiqi daha da artırdı.  
1934-cü ildə hökumət 34-ə  qədər müxtəlif fəhlə 
təşkilatını kommunist təşkilatı adlandıraraq onların fəaliyyətini 
qadağan etdi. Tərəqqipərvər mətbuat da milli liberallar hö-
kuməti tərəfindən ciddi bir surətdə  təqib edilirdi. Parlamentin 
səlahiyyətləri getdikcə azalırdı.  
SSRİ-yə qarşı müharibə hazırlığında fəal iştirak etməsinə 
baxmayaraq milli liberallar hökuməti zəhmətkeşlərin tələblərini 
nəzərə alaraq onların iradəsinə tabe olmağa məcbur oldu və 
1934-cü ildə SSRİ ilə diplomatik əlaqə yaratdı.  
1934-cü ilin əvvəllərindən 1937-ci ilə  qədər hökumətə 
"gənc liberallar" nəslindən olan "Rumıniya kredit bankı"nın 
sədri Tataresku rəhbərlik etdi. Bu dövrdə ölkədə kralın 
hakimiyyəti xeyli gücləndi. 

 
207
Burjua-mülkədar Rumıniyası Avropada imperialist dövlə-
tlərinin başlıca antisovet bazalarından biri oldu. 
Bu dövrdə "Dəmir qvardiya faşist təşkilatı" öz fəaliy-
yətini xeyli canlandırdı. Rumıniya kralı II Karol 1938-ci ilin 
fevralında öz diktaturasını qurdu. Bütün hakimiyyət faktiki 
olaraq onun əlində cəmləşdi. Dövlət başçısı kimi o heç bir mə-
suliyyət daşımır, nazirləri isə özü təyin edirdi. 1938-ci il kons-
titusiyası krala qeyri-məhdud səlahiyyətlər verir, "rumın xal-
qının birliyi" prinsipini irəli sürürdü. Bu konstitusiya ölkədə fa-
şizmə meyl edən inhisarçı burjuaziya və iri mülkədarların ha-
kimiyyətini qüvvətləndirirdi. Xarici siyasətdə II Karol 
diktaturası imperialist dövlətlər arasında manevr etməyə 
çalışırdı. Bununla belə o xarici siyasətində Almaniyaya daha 
çox meyl edirdi. Çexoslovakiyanın işğalı zamanı Rumıniya 
Berlinə bildirdi ki, o, sovet qoşunlarının Çexoslovakiyaya 
kömək üçün onun ərazisindən keçməsinə icazə verməyəcəkdir. 
Bunun müqabilində Almaniya Transilvaniya məsələsində 
Rumıniyanı müdafiə etdi. Çexoslovakiyanın müstəqilliyi ləğv 
edildikdən sonra Almaniya ilə Rumıniya arasında qarşılıqlı 
əməkdaşlıq haqqında müqavilə bağlandı. Bu müqaviləyə əsasən 
alman inhisarçı kapitalına Rumıniyanın təbii sərvətlərindən 
istifadə etməkdə geniş imkanlar yaradıldı. Eyni zamanda Ru-
mıniya  İngiltərə  və Fransa tərəfindən "müstəqillik təminatı"nı 
da qəbul etdi. Rumıniya hökuməti "iki stulda oyun" siyasəti ye-
ridərək SSRİ-nin kollektiv təhlükəsizlik sistemi yaratmaq təkli-
fini qəbul etmədi.  
 
208
YUQOSLAVİYA 
Yuqoslaviya xalqlarının milli-azadlıq mübarizəsi 
Balkan yarımadasının  şimal-qərbində yerləşən slovyan 
xalqlarının ümumi mənafeyi, Avstriya-Macarıstan zülmkar-
lığına qarşı mübarizə,  İtaliyanın işğalçılıq təhdidi onları 
birləşməyə  məcbur etdi. Birinci dünya müharibəsi illərində 
Habsburqlar monarxiyasının cənubi slovyan əyalətlərində, 
Avstriya-Macarıstanın işğal etdiyi Serbiya və Qaradağda 
bərabərlik və qardaşlığa  əsaslanan vahid Serb-xorvat-sloven 
dövləti təşkil etmək ideyası  əmələ  gəldi. Mərkəz dövlətlərinin 
müharibədə  məğlubiyyəti, Avstriya-Macarıstan imperiyasının 
dağılması  həmin ideyaları  həyata keçirmək üçün real şərait 
yaratdı. Bu birləşmə  işini Serbiya irticaçı burjuaziyasının 
rəhbərləri öz əlinə aldı. Buna görə bu xalqlar qeyri-bərabər 
hüquqi əsaslarla birləşdirildi və bütün slovyan xalqları Serbiya 
burjuaziyasının zülmü altına düşdü.  
Hələ müharibə illərində Nikola Paşiçin başçılıq etdiyi 
Serbiya hökuməti Avstriya-Macarıstanın cənubi-Slovyan xalq-
larının Serbiya ilə birləşməsi haqqında layihə irəli sürdü. Bu 
layihə 1915-ci ildə Londonda təşkil edilmiş Xorvat –Sloven-
Serbiya burjua nümayəndəliyi tərəfindən bəyənildi. 1917-ci il 
iyulun 20-də Serbiya hökuməti adından Nikola Paşiç, Yu-
qoslaviya komitəsi adından isə Prombiç Korfu adasında qəbul 
etdikləri bəyannamədə Xorvatiya, Sloveniya və Serbiya əya-
lətlərinin Avstriya-Macarıstan imperiyasından ayrılaraq 
Serbiyanın başçılığı ilə birləşliyini elan etdilər. Həmin 
bəyannamədə qeyd edilirdi ki, təşkil edilmiş bu yeni hökumətin 
başında Qarageorgieviçlər sülaləsi durmalı, hər üç xalq bərabər 
hüquqa malik olmalıdır.  İsveçrədə Qaradağ mühacirləri 
tərəfindən təşkil edilmiş Qaradağ milli komitəsi də bu 
bəyannaməyə  şərik oldu. Balkan yarımadasının  şimal-qərb 

 
209
slovyan torpaqlarının Avstriya-Macarıstanın zülmündən xilas 
olmasında başlıca rolu isə zəhmətkeş kütlələr oynadılar.  
1918-ci il oktyabrın əvvəlində Zaqrebdə Sloven, Xorvat-
Serbiyanın Milli şurası (Milli veçe də deyilir) təşkil edildi. Bu 
şuranın tərkibinə bütün burjua partiyalarının nümayəndələri, 
həmçinin Stepan Radiçin başçılıq etdiyi kəndli partiyasının nü-
mayəndələri və sağ sosialistlər də daxil oldular. 1918-ci il okt-
yabr ayında təşkil edilmiş bu şura hökumətin vəzifəsini icra 
edirdi. Milli şura 1918-ci il oktyabrın 29-da Çənubi Slovyan 
vilayətinin Avstriyadan ayrılaraq Serb, xorvat və slovenlərin 
müstəqil dövləti olduğunu elan etdi. Avstriya-alman işğalçıları 
Serbiya və Qaradağdan çəkilməyə məcbur oldular. 1918-ci ilin 
noyabrın  əvvəllərində Belqrada Serbiya və Antanta qoşunları 
daxil oldular. Bu qoşunlarla bərabər Belqrada Serbiya hökuməti 
və  şahzadə-qəyyum Aleksandr da daxil oldu. Bu zaman 
Zaqrebdə və bir sıra başqa şəhərlərdə fəhlə deputatları şuraları 
təşkil edildi.  
1918-ci il noyabrın 4-də Milli şura Antanta və Serbiyadan 
qoşun hissələri göndərməyi xahiş edərək onların vasitəsi ilə 
ölkədə "qayda-qanun" yaratmağa başladı. 1918-ci il noyabrın 
24-də Milli şura Serbiya ilə birləşmək təklifini irəli sürdü. 
Noyabrın 26-da Velikaya Skupşina (Böyük Məclis) Qaradağda 
qərara aldı ki, ölkədə Petroviçlər sülaləsi taxtdan salınsın, 
Qaradağ da Serb-xorvat-sloven dövləti tərkibinə daxil olsun. 
1918-ci il dekabrın 1-də  şahzadə-qəyyum Aleksandr elan etdi 
ki, Qarageorgiyeviçlər sülaləsi başda olmaqla Avstriya-
Macarıstan imperiyası  ərazisində olan Cənubi-Slovyan 
əyalətləri bir dövlət kimi birləşirlər.  
 
Vahid Yuqoslaviya dövlətinin təşkili 
1918-ci il dekabrın 20-də Serbiya burjuaziyanın nüma-
yəndəsi, radikallar partiyasının rəhbəri Protiçin başçılığı ilə 
birinci Yuqoslaviya hökuməti təşkil edildi. Bu hökumətin 
 
210
tərkibinə əsasən Serbiya burjua partiyalarının nümayəndələri və 
sağ sosialistlər daxil oldular. Protiç hökumətinin təşkil edilməsi 
ilə Serbiya-xorvat-sloven dövlətinin başlanğıc forması başa 
çatdı. 1929-cu ildən bu dövlət Yuqoslaviya dövləti adlandı. 
Dövlətin tərkibinə Serbiya, Çernoqoriya, Makedoniyanın bir 
hissəsi, Dolmasiya, Bosniya, Hersoqovina, Sloveniya və 
Voyevodina daxil oldu. Bu dövlətin əhalisi 12 milyon nəfərdən 
ibarət idi. Serblər isə  əhalinin 40%-dən azını  təşkil edirdilər. 
Burjua Yuqoslaviyası xalqların bərabər hüquqlu federasiyası 
kimi təşkil edilməyib, Serbiyanın başçılığı ilə  mərkəzləşmiş 
dövlət kimi təşkil edildi. Antanta dövlətləri bu hökuməti 
tezliklə tanıyaraq ona müəyyən sahələrdə yardım etməyə 
başladılar. Bu dövlətin iqtisadi vəziyyəti olduqca ağır idi. 
Fabrik-zavodların  əksəriyyəti işləmədiyi üçün ölkədə çoxsaylı 
işsizlər ordusu var idi. İşsizlər hərəkatı  və  fəhlələrin tətilləri 
getdikcə genişlənirdi. Hakim dairələr ancaq cəza tədbirləri ilə 
bu hərəkatın öhdəsindən gələ bilmədilər. Hökumət məcbur oldu 
ki, xalqa müəyyən güzəştlər etsin, 8 saatlıq iş günü müəyyən 
edildi; həmkarlar ittifaqı  və başqa təşkilatların yaranmasına 
icazə verildi. 1919-cu ilin fevral ayında aqrar islahatı keçirildi. 
İri malikanələr ləğv edilərək xırda-xırda sahələrə bölünüb 
satıldı. Bu islahatın xeyri qolçomaqlarla torpaq möhtəkirlərinə 
oldu. Kəndlilərin tam əksəriyyətini təşkil edən yoxsullar isə 
torpaq ala bilmədilər. Fəhlə, kəndli və qabaqcıl ziyalılar 
içərisində iqilabi əhval-ruhiyyə gücləndi. Monarxiya və 
burjuaziya ilə əməkdaşlıq edən  sağlar hörmətdən düşdülər.  
1919-cu ilin aprelində təşkil edilən Yuqoslaviya sosialist 
fəhlə partiyası, kommunistlər 1920-ci il bələdiyyə seçkiləri 
zamanı ciddi müvəffəqiyyət qazandı. Belqrad bələdiyyə idarəsi 
də daxil olmaqla kommunistlər deputat yerlərinin əksəriyyətinə 
malik oldu. Buna görə Protiç hökuməti həmin bələdiyyə ida-
rələrini buraxaraq yenidən seçkilər apardı. Hökumətin bu öz-
başınalığına qarşı Bosniya və Sloveniyada bir sıra tətillər oldu. 

 
211
Tətilləri hökumət silah gücü ilə yatırdı. Ölkənin hakim dairə-
lərində müəyyən hərc-mərclik  əmələ  gəldi. Bir neçə  dəfə ka-
binet dəyişildi. Yuqoslaviya hakim dairələri ölkənin milli mə-
nafeyini İtaliya imperializminə sataraq 1920-ci il noyabr ayında 
Rapolloda bağlanan müqaviləyə əsasən Yuqoslaviyanın əyaləti 
olan Yuliyek-Kraynı və başqa əyalətləri İtaliyaya verdilər.  
1920-ci il dekabrın 30-da hökumət xüsusi dekretlə KP-ın, 
həmkarlar təşkilatının fəaliyyətini qadağan etdi, bütün fəhlə 
mətbuatını bağladı, fəhlə təşkilatlarının əmlakını müsadirə etdi. 
Kommunistlərin kütləvi həbsi başladı. Kommunist deputatların 
toxunulmamazlığı prinsipinə riayət edilmədi. 1921-ci ilin 
yanvarında hökumət başına iri serb burjuasının nümayəndəsi 
Nukola Paşiç keçdi. Bu hökumət fəhlə-kəndli hakimiyyətinə 
qarşı daha qəddar rəftar edərək mərkəziyyəti gücləndirdi. 1921-
ci ilin avqust ayında kommunistlərdən bir nəfərinin prins-
qəyyuma qəsd etmək cəhdindən istifadə edərək Paşiç hökuməti 
məclisin "dövləti mühafizə qanunu" adlı dekret verməsinə nail 
oldu. Bu qanuna əsasən kommunist partiyası  qəti olaraq 
qadağan edildi və onun üzvlərinə 20 il katorqa cəzası müəyyən 
edildi. Kommunist deputatların mandatı alındı. 1922-ci ildə 
leqal müstəqil fəhlə partiyası təşkil edildi.  
1920-ci ildən Yuqoslaviya sənayesi nisbətən sürətlə 
inkişaf etdi. Ölkədə möhtəkirlik daha geniş miqyas aldı. 
Səhmdar cəmiyyətlərinin sayı getdikcə artdı. Bir sıra mədən-
müəssisələr xaricilərə konsessiyalara verildi. Lakin bu inkişaf 
uzun sürmədi.  
 
Vidovdan konstitusiyası 
Güclü təqiblər  şəraitində 1921-ci ilin iyunun 28-də mü-
qəddəs Vida günündə (1389-cu idldə Kosovo döyüşünün ildö-
nümündə) Müəssislər Məclisi Vidovdan konstitusiyası adlı 
konstitusiyasını  qəbul etdi. Onun birinci maddəsində yazılırdı 
ki, Serb-xorvat-sloven dövləti konstitusiyalı, parlamentli, irsi 
 
212
monarxiyadır. Kral da qanunverici məclis olan Skupşina ilə bə-
rabər qanun vermək hüququna malik idi. İcraedici hakimiyyət 
də krala məxsus idi. O, silahlı qüvvələrin baş komandanı idi. 
Dövlət 33 jiraniyaya (qubernatorluğa) bölünürdü ki, onlara da 
jiranları kral təyin edirdi. 
Konstitusiya unitar dövlət quruluşunu möhkəmləndirdi. 
Krallıqda ancaq 10 il yaşayan şəxs deputat ola bilərdi. Vidov-
dan konstitusiyasının qəbul edilməsi ilə Yuqoslaviya dövlətinin 
formalaşması prosesi başa çatdı. 
1923-cü ildən ölkəni iqtisadi böhran bürüdü. Böhran 
nəticəsində bir sıra istehsalat müəssisələri müflisləşdi. Buna 
görə də ölkədə işsizlərin sayı daha da artdı. Kənd təsərrüfatında 
da vəziyyət çətinləşdi. Yuqoslaviya kənd təsərrüfatı  məhsulla-
rını xarici bazarda sata bilmədi. Ölkənin siyasi vəziyyəti də 
kəskinləşdi. 
 
Kapitalizmin nisbi sabitləşməsi 
Kapitalizmin nisbi sabitləşməsi dövründə serb burjuazi-
yası dövlətdə özünün aparıcı rolundan istifadə edərək milli 
rayonların hesabına ölkə iqtisadiyyatında Serbiyanın rolunu 
artırmağa çalışırdı. Serbiya Milli bankdan kreditin əsas hissə-
sini alırdı. Onun ərazisində dəmir və şosse yolları çəkilir, yeni 
sənaye müəssisələri tikilirdi. Bosniya və Hersoqovina ən geridə 
qalmış  əyalətlər idi. Makedoniyada nisbətən inkişaf gedirdi. 
Bütövlükdə ölkənin sənaye cəhətdən inkişafı  zəif idi. Bircə 
dağ-mədən sənayesindən başqa yerdə qalan sənaye sahələri yox 
səviyyəsində idi. Yüngül sənaye müəssisələrinin  əksəriyyəti 
xırda müəssisələr idi. Yuqoslaviyanın ixracında xammal və 
kənd təsərrüfatı  məhsulları üstünlük təşkil edirdi. Torpaqların 
70%-i iri və orta sahibkarlara məxsus idi. 500 min kəndlinin 
torpağı yox idi. 250 min adam ehtiyac üzündən ölkəni tərk 
etmişdi. 

 
213
Daxili siyasi həyatda milli ziddiyyətlərin ifadəsi olaraq 
müxtəlif burjua fraksiyaları arasında kəskin mübarizə gedirdi. 
Serb burjuaziyasının hegemonluq siyasəti yeni siyasi münaqişə 
yaratdı. Böyük serb millətçiliyinə qarşı yerli xorvat və sloven 
millətçiliyi də gücləndi. 
1925-ci ilin iyulun 20-də hökumət İtaliya ilə Nettun kon-
vensiyasını imzaladı ki, bu sənədə görə Yuqoslaviya hökuməti 
dəmir yolları  və su nəqliyyatı, gömrük tarifləri, Dalmasiyada 
italyan vətəndaşlarının hüquqları məsələsində İtaliyaya güzəştə 
getməli idi. Bu hadisə Xorvatiya Kəndli Partiyasında (XKP) 
narazılıq yaratdı və onun lideri S.Padiç parlamentdə müxalifətə 
keçdi. Paşiç hökuməti istefaya getdi, onun yerini Radikallar 
partiyasından olan N.Uzunoviçin hökuməti əvəz etdi. 
1927-ci ilin noyabrında Xorvat Kəndli Partiyası xırda və 
orta serb burjuaziyasının mənafeyini müdafiə edən Müstəqil 
Demokrat partiyası ilə birlikdə Kəndli-demokratik koalisiyasını 
təşkil etdilər. Onlar parlament yolu ilə  tələblərinin həyata 
keçirilməsinə nail olmaq istəyirdilər. 1928-ci ilin iyunun 20-də 
Skupşinada qızğın müzakirələr zamanı hakim partiyanın depu-
tatı  tərəfindən Xorvatiya Kəndli Partiyasının lideri S.Radiç 
ölduruldu. Bu, Xorvatiyada böyük həyəcana səbəb oldu. 
 
Yuqoslaviya dünya iqtisadi böhranı və İkinci dünya 
müharibəsi ərəfəsində 
 
1929-cu ildə yanvarın 6-da monarxistlərin yaratdığı "Ağ 
əllər" təşkilatı kral Aleksandrın və burjua-mülkədar qüvvələrin 
köməyi ilə dövlət çevrilişi etdi. Kralın  əmri ilə parlament 
(skupşina) buraxıldı  və bütün siyasi partiyalar qadağan edildi. 
Əvvəlki Serb-xorvat-sloven karllığı 1929-cu il oktyabrın 3-də 
Yuqoslaviya krallığı adlandırıldı. Bütün millətlər "vahid" 
yuqoslav xalqı elan edildi. Əvvəlki konstitusiya ləğv edildi. 
 
214
1931-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən Yuqoslaviyada 
burjuasiyanın mənafeyinə xidmət edən qaydalar bərpa olundu.  
Dünya iqtisadi böhranı Yuqoslaviyadan da yan keçmədi. 
1931-ci ildə milli gəlir 1927-ci illə müqayisədə iki dəfə azaldı. 
Kənd təsərrüfatı mallarının qiyməti aşağı düşdü. 1932-ci ildə 
xarici ticarət 1929-cu illə müqayisədə 60%-ə endi. Kəndlilərin 
borcları üzərində möhlət qoyuldu. Kənd təsərrüfyatına kreditlər 
verildi. Lakin ən çox kredit Serbiya aldı. Ölkədə  tətillər artdı. 
1935-ci ildə Yuqoslaviya iqtisadiyyatında canlanma başladı. 
Ölkədə xarici kapitalın mövqeyi gücləndi. 
İngiltərə və Fransanın təsiri altında Yuqoslaviya 1934-cü 
ildə Rumıniya, Türkiyə, Yunanıstanla birlikdə Balkan paktına 
daxil oldu. Faşist müdaxiləsi təhlükəsindən qorunmaq üçün 
Yuqoslaviya Fransa ilə münasibətlərini möhkəmlətməyə ça-
lışdı. Bu məqsədlə Yuqoslaviya kralı Aleksandr 1934-cü ilin 
oktyabrın 9-da Marselə getdi. Lakin orada alman kəşfiyyatının 
agentləri tərəfindən öldürüldü. Bu hadisədən sonra taxta onun 
11 yaşlı  oğlu II Pyotr çıxdı. 1935-ci ilin mayın 15-də 
Skupşinaya keçirilən seçkilərdən sonra M.Stoyadonoviçin 
başçılığı altında hökumət təşkil edildi. Ölkədə sabitliyə qismən 
nail olundu.  
1938-ci ilədək Yuqoslaviya 1920-1921-ci illərdə  təşkil 
edilmiş Kiçik Antantanın tərkibində qaldı. İkinci dünya müha-
ribəsi  ərəfəsində Almaniya və  İtaliya Yuqoslaviyaya iqtisadi 
müdaxiləni gücləndirdi. 1937-ci ilin martında Yuqoslaviya ilə 
İtaliya arasında bitərəflik və xeyirxah qonşuluq haqqında 
müqavilə imzalandı. Faşist dövlətlərinin təcavüzkar siyasəti 
Yuqoslaviyanın beynəlxalq mövqeyini pisləşdirdi. Ölkədə 
Stoyadonoviç hökumətinin siyasətindən narazılıq başlandı. 
1939-cu ilin fevralında bu hökumət istefaya getdi, ölkənin yeni 
hökumətinin başçısı D.Svetkoviç oldu. 
İkinci dünya müharibəsi başlandıqdan sonra Yuqoslaviya 
1941-ci ilin martına qədər müharibəyə qoşulmadı. 1941-ci il 

 
215
martın 25-də Svetkoriç hökuməti Berlin paktına daxil olmaq 
üçün protokol imzaladı. Lakin bu xalqın böyük narazılığına 
səbəb oldu. Nəticədə ölkədə dövlət çevrilişi baş verdi. Simoviç 
hökumət təşkil etdi. 1941-ci ilin aprel ayının 5-də bu hökumət 
SSRİ ilə müqavilə bağladı. Lakin həmin ilin aprel ayının 6-da 
alman faşistləri Yuqoslaviyaya hücum edib, onu işğal etdilər. 
"Müstəqil" Serbiya və Xorvatiya yaradıldı.  İtaliya Çernoqo-
riyanı, Bolqarıstan Makedoniyanı, Macarıtan Voevodinanı aldı. 
Sloveniya isə Almaniya ilə İtaliya arasında bölündü. 
 
216
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin