VII. İSPANİYA
İspaniya Birinci dünya müharibəsindən sonrakı ilk dövrdə
XX əsrin əvvəllərində İspaniya güclü feodalizm
qalıqlarının olduğu aqrar-sənaye ölkəsi idi. Mülkədar
aristokratiyası və maliyyə oliqarxiyası blokunun mənafeyini
ifadə edən monarxiya idarə üsulu hərbi diktaturanın köməyinə
arxalanaraq özünü saxlayırdı. Ölkənin əsas burjua partiyaları
liberallar və mühafizəkarlar idi.
Birinci dünya müharibəsi dövründə İspaniya bitərəfliyini
saxladı. Müharibə aparan ölkələrə strateji məhsullar satmaq və
Latın Amerikası ölkələrindən gələn mallara öz ərazisindən
keçirmək üçün aldığı gömrük hesabına xeyli gəlir əldə etdi. Bu
dövrdə onun sənaye və kənd təsərrüfatı sürətlə inkişaf etdi.
Qızıl ehtiyatı 4 dəfə çoxaldı. Daş kömür polad və çuqun
istehsalı 2 dəfə artlı. Sənaye fəhlələrin sayı artaraq 2 milyona
çatdı. Varlı siniflərin gəlirləri artsa da, zəhmətkeş əhalinin
vəziyyəti daha da ağırlaşdı.
İqtisadi inkişafa baxmayaraq İspaniya xarici dövlətlərdən
maliyyə asılılığında idi. İspaniya iqtisadiyyatına qoyulan xarici
kapitalın 50%-i İngiltərənin, 34%-i isə Fransanın payına düşür-
dü.
Müharibədən sonra İspaniyada sosial ziddiyyətlər xeyli
kəskinləşdi. Ölkəni bürüyən sosial etirazlar nəticəsiz qalmadı.
Hökumət 8 saatlıq iş günü tətbiq etdi, uşaq əməyindən istifadə
qadağan olundu, qocalığa və əlilliyə görə pensiya təyin edildi.
Birinci dünya müharibəsinin son ilində İspaniya hökumə-
tinə mühafizəkarlar partiyasından olan A.Maura başçılıq edirdi.
1918-ci il noyabrın 9-da Maura hökumətini liberal Qarsio Prie-
to hökuməti əvəz etdi. Lakin həmin ilin dekabrında bu hökumət
də istefaya getdi. Onun yerində Qraf Romananes hökuməti
təşkil edildi. Tətil hərəkatının güclənməsi nəticəsində bu höku-
məti yenidən Maura hökuməti əvəz etdi. O da ancaq üç ay
132
hakimiyyətdə qala bildi. 1919-cu il iyulun 15-də Sançes de To-
kanın başçılığı ilə liberal-mühafizəkar hökumət quruldu. Bu
hökumətin dövründə bütün ölkədə konstitusiya təminatları bər-
pa edildi. Siyasi amnistiya verildi. Dekabr ayında Mühafizəkar-
lar partiyasının liderlərindən biri olan Alyende Salaras yeni
hökumət qurdu. Onun hakimiyyəti 1920-ci ilin may ayınadək
davam etdi.
1920-ci ilin aprelin 15-də Madriddə İspaniya Kommunist
Partiyası təşkil edildi və o, Kominternə daxil oldu. 1921-ci ilin
aprelində İspaniya Kommunist fəhlə partiyası təşkil edildi.
1921-ci ilin noyabrında onların hər ikisi birləşib. İspaniya
Kommunist partiyası adlandı. Onun rəhbəri isə Qarsia Kexido
oldu. Bu partiyanın yaranması burjua-mülkədar dairələrində
həyəcana səbəb oldu. Ölkədə «Reket müdafiə xuntaları»
yarandı.
1920-ci ilin may ayında liberal-mühafizəkar Dato yeni
hökumət təşkil etsə də, 1921-ci il martın 8-də o öldürüldü və
yenidən baş nazir Alyende Salaras oldu. Onun hakimiyyəti il-
lərində İspaniya xarici siyasətdə bir sıra uğursuzluqla üzləşdi.
Ən ciddi siyasi böhranı ölkə Mərakeşdə ispan qoşunla-
rının məğlubiyyəti vaxtı hiss etdi. 1921-ci ilin iyulunda
İspaniya qoşunları üsyan etmiş rif tayfalarına qarşı hücuma
keçdilər, lakin Anval altındakı döyüşdə qəti məğlubiyyətə
uğradılar.
Anval altındakı məğlubiyyətdən sonra Alyende Salaras
hökuməti istefaya getdi. Onu 1921-ci ilin avqustun 15-də ye-
nidən başda A.Maura olmaqla koalisiyalı hökumət əvəz etdi. O,
Mərakeşdə hərbi əməliyyatları aparmaqdan ötrü plan işləyib
hazırladı və onu həyata keçirməyə başladı. Lakin bu planın
həyata keçirilməsinə qarşı hökumət daxilində narazılıq
başlandı. 1922-ci il martın 7-də Sançes Herra başda olmaqla
liberal-mühafizəkarlar hökuməti yaradıldı. Beləliklə, 1917-ci
ilin sonundan 1922-ci ilin dekabr ayınadək ölkədə 11 hökumət
133
dəyişikliyi oldu. Bütün bunlar ölkədə siyasi böhranın hökm
sürdüyünü göstərirdi.
Anval altındakı məğlubiyyət rejimin çürüklüyünü gös-
tərdi və cəmiyyətin bütün təbəqələrində həyəcan oyatdı. Ölkədə
inqilabi hərəkat başlandı. Ölkə idarəedilməz həddə gəlib
çatdığından hərbçilər fəaliyyətlərini gücləndirdilər. Belə
şəraitdə hərbçilərin hakimiyyət başına gəlməsi labüd idi.
Primo de Riveranın diktaturası
Burjua-mülkədar partiyaları olan liberallar və müha-
fizəkarlar monarxiyanın müdafiəsinə qalxdılar. «Müdafiə xun-
tası», ali ruhanilik, maliyyə oliqarxiyası və mülkədarların yu-
xarı təbəqəsi monarxiyanı hərbi diktatura qurmaq yolu ilə xilas
etmək qərarına gəldilər. Hərbi çevriliş açıq şəkildə hazır-
lanmaqda idi. 1923-cü ilin sentyabrın 20-də Anval altında məğ-
lubiyyətin səbəbləri haqqında məruzə dinlənilərkən məsuliyyət
kralın və generalitetin üzərinə qoyuldu. 1920-ci ilin sentyabrın
13-də Katalon hərbi dairəsinin komandanı general Migel Primo
de Rivera Kataloniya iri burjuaziyası və hərbçilərindən kömək
alaraq Barselonada hakimiyyəti ələ aldı.. Kral XIII Alfons isə
onu Madridə dəvət edib hökumət təşkil etməyi həvalə etdi.
Əvvəlki hökumət istefa verdi
Adi hökumətin yerində Primo de Rivera sentyabrın 15-
də hərbi direktoriya təşkil etdi. Onun tərkibi general və
admirallardan ibarət idi. Kataloniyada fəhlə hərəkatına divan
tutmuş Martines Anido daxili işlər naziri oldu. Mühasirə
vəziyyəti elan edildi. Konstitusiya təxirə salındı, kortes
buraxıldı, yerlərdə hakimiyyət hərbi qubernatorların əlində
cəmləşdirildi. Korteslərin əvəzində İspaniyanın bütün
ərazisində Somatenlər yaradıldı. Xalqa bildirilən manifestdə
göstərilirdi ki, ölkə acınacaqlı vəziyyətdədir, ona görə də onu
bu vəziyyətdən çxıarmaq lazımdır. «Yeniləşdirmə» siyasəti
yeridiləcəyi elan edildi.
134
«Yeniləşdirmə» hər şeydən əvvəl öz ifadəsini tətillərin,
nümayiş və yığıncaqların qadağan edilməsində tapdı. İKP qa-
nundan kənar elan edildi. Ciddi senzura qoyuldu. Andlılar məh-
kəməsi ləğv edildi. Özünə möhkəm dayaq yaratmaq məqsədi
ilə diktator zabitlərin maaşını artırdı. Anval hadisəsinə görə
istintaqı dayandırdı. Öz tərəfinə xalqı çəkmək üçün «Vətən-
pərvərlər ittifaqı» adlı partiya təşkil etdi. İtaliyada olduğu kimi
korporativ sistem təşkil etməyə başladı. Siniflərdən yüksəkdə
dayanan yeni rejim yaratdığını elan etdi. «Vahid millət»
yaratmaq pərdəsi altında katalon, bask və Qalisiya dillərini
rəsmi sənədlərdə işlətməyi qadağan etdi.
İqtisadi
iyasət «ölkənin dirçəldilməsi» şüarı altında
həyata keçirilirdi. Diktator rejiminin qurulması dünyada
kapitalizmin nisbi sabitləşməsi dövründə baş verirdi. İqtisadi
yüksəliş bütün ölkələrdə, o cümlədən İspaniyada da yaxşı
gedirdi. 1924-cü ilin martın 8-də iqtisadi inkişafı
mərkəzləşdirmək, planlaşdırmaq və əlaqələndirmək məqsədi ilə
Milli iqtisadiyyat Şurası təşkil edildi. Hökumətin maliyyə
siyasəti gəlir və əmlak vergisinin artırılmasına əsaslanırdı.
Dövlət inhisarları yaradıldı. 1927-ci il 28 iyul tarixli dekretlə
neft inhisarı olan KAMPSA şirkəti yaradıldı. Xarici siyasətdə
proteksionizm siyasəti yeridildi. Hökumət milli inhisarı güclən-
dirdi. Fəhlə və sahibkarların ümummilli korporasiyalarda
birləşməsi nəticəsində mövcud olan sosial ziddiyyətlər
yumşaldıldı. Lakin yenə yarımfeodal quruluş qalmaqda idi.
1928-ci ilin noyabrında XIII Alfons və Primo di Rivera
Romaya səfər etdi. İtaliya kralına generalı təqdim edərkən
Alfons dedi ki, budur, mənim Mussolinim. Prime de Riveranın
diktaturası ilk əvvəllər Mussolinin yaratdığı diktaturaya
bənzəyirdi.
İspaniya Mərakeş problemini silahlı qüvvə ilə həll etməyi
bacarmadı. Ancaq İspaniya ilə Fransa arasında birlikdə hərəkət
etmək haqqında saziş əldə edildikdən sonra riflərin üsyanı ya-
135
tırıldı (1926). 1925-ci ildə üsyançıların rəhbəri Əbdül Kərimin
Aqadardakı qərargahı tutuldu. 1926-cı ilin iyulun 10-da Fransa
və İspaniya Mərakeşdə nüfuz dairələri məsələsində razılığa
gəldilər.
Hərbi diktaturanın populyar olmadığı təsdiq edildikdən
sonra Primo de Rivera 1925-ci ildə onu mülki hökumətlə əvəz
etdi, lakin bu formal idi. Diktator yenə də qeyri-məhdud sə-
lahiyyətə malik idi.
Əvvəllər bu diktatura ciddi müqavimətə rast gəlmədi.
Lakin sonralar ona qarşı müxalifət gücləndi. 1926-1929-cu ildə
müxalifətin diktaturanı silahlı yolla devirmək cəhdi baş tut-
madı. Kataloniyalılar muxtariyyət uğrunda inadlı mübarizəyə
başladılar.
Alimlər, professorlar, tələbələr diktaturaya nifrət
edirdilər. Müxalif qüvvələr gücləndi. Ona görə İSFP və ÜƏİ
məcbur oldu ki, diktaturanı müdafiə etməkdən əl çəksin.
Anarxo-sindikalistlər terrora əl atdılar.
İnhisarçı olmayan burjuaziya da gördü ki, Riveranın təd-
birləri ilk növbədə onların mənafeyinə ziyan vurur. «Böyük İs-
paniya» kursunun özünü doğrultmaması onları müxalifətə
keçməyə məcbur etdi. Kəndlilər torpaq ala bilmədikləri üçün
diktaturaya qarşı çıxdılar. Milli assambleya çağrılması, kortesi
yenidən təsis etmək və konstitusiya qəbul etmək cəhdləri
diktatora kömək etmədi.
Sabitləşmə illərində İspaniya öz müstəmləkələrində xeyli
fəallaşdı. Başlıca məqsəd «Böyük İspaniya» yaratmaq idi. Bu
illərdə İspaniya Aralıq dənizindəki mühüm strateji mövqedə
yerləşən Tancer limanına sahib olmaq istəsə də, ona nail ola
bilmədi. Tancer limanını alan Fransa onu beynəlxalq nəzarətə
verdi. Bundan narazı qalan İspaniya 1926-ci ildə Millətlər
Cəmiyyətindən çıxsa da, 1928-ci ilin mart ayında yenidən bu
təşkilata qayıtdı. Hökumət Argentina, Meksika və Kuba ilə
əlaqələrini genişləndirsə də, «Böyük İspaniya» yaratmağı
136
bacarmadı. Bu dövrdə X.Kolumbun 1492-ci ilin oktyabrın 12-
də Amerikanı kəşf etdiyi gün «İspan Milli günü» kimi geniş
bayram edildi.
Dünya iqtisadi böhran ölkə həyatına bütün sahələrinə
zərbə vurdu. Sənayenin kimya, dağ-mədən. Maşınqayırma,
toxuculuq sahələri daha çox ziyan çəkdi. 1930-cu ildə işsizlərin
sayı təxminən 300 min, 1931-ci ildə 500 min nəfədən çox idi.
Dünya iqtisadi böhranı ilə əlaqədar ölkədə vəziyyət daha da
pisləşdi. Hətta Riveranı hərbi dairələrin komandanlığı da mü-
dafiə etmədi. 1930-cu ilin yanvarın 28-də o, istefa verməyə
məcbur oldu. Hakimiyyət ilk əvvəl mülkədar və iri burjua
blokunun əlinə keçdi. Hökumətə monarxist Berenqer rəhbərlik
etməyə başladı. Berenqer hökuməti senzuranı ləğv etdi və
siyasi məhbuslara amnistiya verdi. Lakin ölkədə monarxiya
əleyhinə əhval-ruhiyyə gücləndi. Orta və xırda burjuaziya
qüvvələri respublika uğrunda mübarizəyə qalxdılar. Berenqer
1931-c ilin fevral ayınadək hökumətə başçılıq etdi. Bu hökumət
fevralın 14-də istefaya çıxmağa məcbur oldu. Berenqerdən
sonra 1931-ci ilin aprelinədək hakimiyyətdə Asnarın hökuməti
oldu. Lakin onun da gördüyü tədbirlər inqilabın qarşısını ala
bilmədi. Burjua-demokratik inqilabı üçün ölkədə şərait yetişdi.
İspaniyada burjua-demokratik inqilabı.
İnqilabın birinci və ikinci mərhələsi
Xalq kütlələrini öz nəzarətləri altında saxlamaq üçün
respublika tərəfdarı olan partiyalar, o cümlədən sosialistlər
1930-cu ilin avqustun 17-də San-Sabestyanda birgə hərəkat
haqqında pakt imzaladılar.12 nəfərdən ibarət inqilabi komitə
təşkil edildi. Pakta görə çevriliş dinc formada olmalı idi. Lakin
son dəqiqələrdə qanlı xarakter aldı. Xaki (Araqon)
qarnizonunun əsgərləri çıxışlarının dayandırıldığından xəbər
tutmadan üsyan qaldırdılar və məğlubiyyətə uğradılar. Üsyanın
təşkilatçıları güllələndilər. Bir neçəsi isə həbs edildi.
137
1931-ci ilin aprelin 12-də bələdiyyə idarələrinə seçkilərdə
respublika tərəfdarları 49 əyalətdən 45-də əksəriyyət
qazandılar. Ölkədə inqilab dinc yolla qalib gəldi. Ordu və polis
silah işlətməyə cəsarət etmədi. XIII Alfons xaricə qaçdı.1931-ci
il aprelin 14-də İspaniya respublika elan olundu. Hakimiyyət
inqilabi komitənin əlinə keçdi və o, özünü müvəqqəti hökumət
elan etdi. Onun tərkibinə keçmiş monarxistlər, liberal burjua
nümayəndələri və üç sosialist (Larqo Kabalero, Prietto, de los
Rios) daxil oldu. Hökumətin başçısı katolik Alkala Samora
oldu. Onun əsas məqsədi inqilabın qarşısını almaq və
respublikanın mühafizəkar xarakterini təmin etmək idi.
Yeni qurulmuş respublika qarşısında mürəkkəb vəzifələr
dururdu. İspaniya geridə qalmış aqrar ölkə idi. 2% mülkədar
67% torpağa, 86% kəndlilər isə cəmi 15% torpağa sahib idilər.
Feodal qaydaları saxlanılırdı. Mülkədar, kilsə və dövlət qarşı-
sında mükəlləfiyyətlər əsaslı aqrar islahat keçirilməsini zəruri
edirdi.
Milli məsələnin həll edilməsi də vacib idi. İspaniyada
əsasən 4 millət – ispanlar, katalonlar, basklar, qalisiylər yaşa-
yırdılar. İspanlardan başqa onlardan üçünün yaşadığı ərazi
İspaniya ərazisinin 15.6 %-ni təşkil edirdi. Onlar ərazi
muxtariyyəti tələb edirdilər. Onların sayı 6 milyondan çox idi.
Kilsə də problem idi. Kilsə kapitalı dəmiryolu, dəniz
nəqliyyatı və tramvay kompaniyasına qoyulmuşdu. Ölkədə 67
min kilsə, 200 min keşiş, rahib, rahibə, 4,5 min monastr
fəaliyyət göstərirdi. Kilsə məktəblərində 700 min şagird
oxuyurdu.
İspaniyada xarici – ingilis, fransız, Kanada, Amerika,
alman, italyan, Belçika kapitalı ağalıq edirdi.
Ordu və donanma mülkədarlar və iri kapitalistlərin əlində
idi. Müasir silahlar az idi.
138
Fəhlə sinfinin vəziyyətinin yaxşılaşması vacib idi, Avro-
panın digər ölkələri ilə müqayisədə onlar daha az əmək haqqı
alırdılar.
İnqilabın 1931-1933-cü illəri əhatə edən birinci mərhələsi
tarixdə respublikaçılar və sosialistlər dövrü adlandırılır.
Yeni hökumət və kortes burjua-demokratik inqilabının
birinci mərhələsində (1931-1933-cü illər) bir sıra demokratik
dəyişikliklər həyata keçirdi. 1931-ci ilin dekabrın 9-da burjua-
demokratik konstitusiya qəbul edildi, demokratik azadlıqlar
verildi. Kataloniya muxtariyyət aldı. Aqrar islahat institutu
yaradıldı. Ölkənin mərkəz, Cənub və Cənub-qərb vilayətlərində
sakitləşdirici aqrar islahat keçirildi. Lakin bütün bunlar ardıcıl
deyildi. Hökumət kilsənin dövlətdən ayrılması, yezuitlar
ordeninin fəaliyyətinin qadağan edilməsi barədə də dekrat
verdi. Orduda zabit və generalların sayı bir qədər azaldıldı.
Lakin yenə də irticanın maddi gücü sarsılmaz qalmışdı. Mülkə-
dar torpağı qalmaqda idi, onlar orduya nəzarət edirdilər, monar-
xistlər dövlət aparatında çalışırdılar, kilsə öz sərvətini saxla-
yırdı. Konstitusiyanın təsdiqindən sonra Alkala Samora ölkənin
prezidenti seçildi, baş nazir isə sol respublikaçılar partiyasının
lideri Manuel Asanya təyin edildi. Hökumətin siyasəti
dəyişmədi.
Almaniyada faşist diktaturasının qurulması irticaçıları
daha da fəallaşdırdı. Onlar xalq kütlələrinin hökumətdən
narazılığından istifadə edərək 1933-cü ilin noyabrın 19-da
keçirilən seçkilərdə qələbə qazandılar. Bununla da inqilabın
1933-1936-cı illəri əhatə edən ikinci mərhələsi başlandı.
Seçkilərdən sonra hakimiyyətə mülkədarla blokda olan iri
burjuaziyanın sağ partiyaları gəldilər. Yeni hökumət din, Vətən,
ailə, mülkiyyət və qayda-qanunun qorunmasını tələb edirdi.
Faşistpərəst A.Merrusun başçılığı ilə 1933-cü ilin de-
kabrında təşkil olunmuş “Sağ mərkəz” hökumət zəhmətkeşlərə
verilmiş bütün hüquqları ləğv etdi. Aqrar islahatın həyata
139
keçirilməsi dayandırıldı. Kortes rejimə qarşı çıxanlara qarşı
ölüm cəzası verilməsi haqqında qanun verdi. A.Merrus
hökuməti etimad qazanmadığı üçün istefaya getdi. Oktyabrın 9-
da radikal D.Martines Barrio yeni koalisiyalı hökumət qurdu.
1934-cü ildə ölkədə 1,5 milyona yaxın işsiz var idi. Ona görə
də bu hökumətin fəaliyyəti İspaniya tarixində «Qara ikiillik» və
ya «əksislahat respublikası» kimi qiymətləndirilmişdi.
Faşist təşkilatları fəallaşdı. 1931-ci ilin sonlarında «Na-
sional-sindikalist hücum xuntası» («Xons» partiyası) yaradıldı.
1933-cü ilin oktyabrında isə keçmiş diktatorun oğlu Xose-
Antonio Primo de Rivera Almaniyadakı faşist partiyası tipində
«İspaniya falanqası» partiyasını təşkil etdi. Falanqaçılar 27
maddədən ibarət qəbul etdikləri proqramda İspaniyada millətin
birliyin xidmət edən Milli-sindikalist dövlət yaradılmasını,
ispanların, ailə, bələdiyyə və həmkarlar təşkilatlarının vasitəsi
ilə dövlət həyatında iştirak etmələrini, siyasi partiyalar və
bələdiyyələr sisteminin ləğv edilməsini, kilsənin ölkənin
yeniləşdirilməsi işinə cəlb edilməsini tələb edirdilər.
Kapitalizm tənqid olunurdu. Proqramda ispanların dini və hərbi
ruhu əks olunmuşdu. 1934-cü ilin fevralında onlar vahid «İspan
falanqası və xons» partiyasında birləşdilər. Partiyanın əsas
şüarları «vətən birliyi», «birbaşa hərəkət», «antikommunizm və
antiimperializm» idi.
Bu mərhələdə mürtəce qüvvələrin fəaliyyəti gücləndi.
1932-ci ilin sonunda yaradılmış İspaniya sağ muxtariyyət
hüquqları konfederasiyasının (SEDA) 3 nümayəndəsi 1934-cü
ilin oktyabrın 4-də hökumətin tərkibinə daxil oldu. Burjua
millətçiləri Kataloniyanı müstəqil burjua respublikası elan
etdilər. Asturiyada fəhlələr hakimiyyəti ələ aldılar. Onda
irticaçı general Fransisko Franko Mərakeşdəki qoşunu buraya
gətirdi və üsyanı yatırtdı.
140
İspaniyada inqilabın üçüncü mərhələsi.
Vətəndaş müharibəsi
İspaniyadakı 1934-cü il oktyabr hadisələri göstərdi ki, bir
tərəfdən faşistpərəst qüvvələr hələ açıq diktaturaya keçə bil-
məzlər, digər tərəfdən isə faşizmə qarşı bütün xalqın birləşməsi,
xalq cəbhəsi təşkil etməsi zəruridir.
1934-cü ilin oktaybrın 1-dən 1935-ci ilin sentyabrın 25-
dək hökumətə A.Merrus, 1935-ci ilin sentyabrın 25-dən
dekabrın 10-dək Çaparieta, 1935-ci ilin dekabrın 10-dan isə
respublikaçıların nümayəndəsi Portel Valyadares başçılıq tdilər.
Valyadares hökuməti Korteslərin vaxtından qabaq buraxılması
və 1936-cı ilin fevralın 16-da yeni parlament seçkiləri
keçirilməsi barədə sərəncam verdi.
1935-ci il mayın 14-də general F.Franko İspaniya silahlı
qüvvələrinin baş qərargah rəisi təyin edildi.
1936-cı ilin yanvarın 15-də kommunistlər və sol
sosialistlər Xalq cəbhəsi təşkil etdilər. Onun tərkibinə əsas
respublika partiyaları daxil oldular.
Xalq cəbhəsinin proqramı siyası məhbuslar üçün am-
nistiya verilməsini, fəhlələrə qarşı cəza tədbirləri tətbiq edən
günahkarların cəzalandırılmasını, demokratik azadlıqların bər-
pa edilməsini, zəhmətkeşlərin əmək haqqının artırılmasını,
kəndlilərə və muzdurlara torpaq payı verilməsini, vergilərin və
icarə haqqının azaldılmasını və s.özündə əks etdirirdi.
1936-cı il fevralın 16-da Xalq cəbhəsi kortesə seçkilərdə
qələbə qazandı, 474 yerdən 269-nu tutdu. Hökumətə sol res-
publikaçılar gəldilər. Ona yenidən Manuel Asanya rəhbərlik
edirdi. May ayında o, prezident seçildi. Baş nazir isə həmin
partiyadan Kasares Kiroqo oldu. Bu qələbə ilə burjua-
demokratik inqilabının ikinci mərhələsinə yekun vuruldu və
üçüncü mərhələsinin başlanğıcı qoyuldu.
Xalq cəbhəsi hökuməti «qara ikiilliyin» dekretlərini ləğv
etdi, siyasi məhbuslara amnistiya verdi və fəhlələrin əmək
141
haqqını artırdı. Torpağın kəndlilərə verilməsi işi də bərpa
olundu. Xalq cəbhəsinin qələbəsi və fəaliyyəti sağların açıq
parlament yolu ilə hakimiyyətə gəlmək ümüdlərini puç etdi.
Lakin hökumət ordunu yenidən təşkil etmək üçün tədbirlər
görmədi. Məsul hərbi vəzifələrdə mürtəce generallar qalırdılar,
bunlar maliyyə maqnatlarının, torpaq aristokratiyasının və ali
rütbəli ruhanilərin geniş yardımından faydalanırdılar. Daxili
irtica respublikaya qarşı qəsd hazırladı. O, Hitler
Almaniyasının və faşist İtaliyasının köməyi ilə Xalq cəbhəsinin
nailiyyətlərini ləğv etmək və ölkədə faşist diktaturası qurmaq
istəyirdi.
İspaniya respublikasının düşmənləri belə qərara gəldilər
ki, respublikanı ancaq vətəndaş müharibəsi yolu ilə yıxmaq
olar.
Mussolini və və Hitlerdən kömək alan İspaniya faşistləri
sürətlə qiyama hazırlaşmağa başladılar. İspaniyada demokratik
quruluşun möhkəmlənməsindən qorxan İngiltərə və Fransa da
bu məsələyə göz yumurdu. Qiyam İspaniya Mərakeşində iyulun
17-də başlandı, sonrakı gün bütün ölkəyə yayıldı. 32 ay ərzində
İspaniya faşizm və dünya kommunizm qüvvələri arasında qanlı
döyüş meydanına çevrildi. Millətçilərə (qiyamçılara) Almaniya
və İtaliya, respublikaçılara isə SSRİ və dünya kommunist
hərəkatının qüvvələri yardım edirdilər. Qiyamın rəhbərləri
ildırım sürətli qələbəyə əmin idilər. Özünü itirmiş hökumət
hətta təslim olmağa hazır idi. Lakin xalq ümumi inqilabi tətil
elan etdi. Hökumət istefa verdi, yeni kabinetə sol respublikaçı
Xose Xiral başçılıq etdi. Xalq müharibəsi başlandı. Tezliklə
müharibənin mərkəzi Madrid oldu. Faşistlər ancaq ölkənin
şimalında və cənub sərhədlərində möhkəmlənə bildilər. Onlar
məğlubiyyətə düçar olduqları anda İtaliya və Almaniya köməyə
gəldi. Qüvvələr nisbəti qiyamçıların xeyrinə dəyişdi. Şimaldan
və cənubdan onlar Madridə hücum etdilər. Respublikanın başı
üstünü təhlükə aldı. Faşistlərin tutduğu zonada 1936-cı ilin
142
oktyabrın 1-də Frankonun diktaturası quruldu. O, özünü
generalisimus elan etdi. franko «Biz xalqa məxsus olmaq üçün
gəlmişik!» şüarını irəli sürdü. Almaniya, İtaliya və Vatikan
İspaniya respublikası ilə diplomatik münasibətləri kəsərək
Franko hökumətini tanıdılar. Faşistlər belə bir şüar irəli
sürdülər: «Vahid ölkə, vahid dövlət, vahid rəhbər!» Franko
«kaudilyo» adlandırıldı. Bu almanca «fürer», italyanca «duçe»
adına uyğun gəlirdi.
Böyük Britaniya və Fransa İspaniya hadisələrinə «qarış-
mamaq» deyilən siyasət yeridirdilər. Böyük Britaniyadakı
Balduin hökumətinin təzyiqi ilə Fransadakı Leon Blüm höku-
məti Avropa dövlətlərinə məsləhət gördü ki, İspaniyanın işinə
qarışmamaq və hər iki tərəfə silah göndərməmək haqqında
saziş bağlasınlar. Sovet hökuməti bu təklifə o şərtlə razı oldu
ki, faşist Almaniyası, İtaliya və Portuqaliya da bu sazişi
imzalasın. 1936-cı ilin avqustun 23-də 27 dövlət onu imza-
layandan sonra saziş qüvvəyə mindi. Ona nəzarət üçün təşkil
edilən Komitə Londonda yerləşirdi. Lakin tezliklə aydın oldu
ki, faşist dövlətləri Frankoya kömək edirlər. Onda SSRİ də elan
etdi ki, o da İspaniya respublikasına kömək edəcəkdir.
Müharibənin birinci mərhələsində respublikaçıların əsas
səyləri döyüş qabiliyyətli xalq ordusunun yaradılmasına və
Madridin müdafiəsinin təşkil edilməsinə yönəldilmişdi.
Vətəndaş müharibəsi Xalq cəbhəsi üçün Milli-inqilabi,
frankoçular üçün mühafizəkar – bərpa xarakteri daşıyırdı.
İspaniyada respublika quruluşunu müdafiə etmək məq-
sədi ilə Parisdə beynəlxalq həmrəylik komitəsi yaradıldı. Dün-
yanın 54 ölkəsindən olan könüllülər 7 beynəlmiləl briqada
yaratdılar.
1936-cı ilin sentyabrında İspaniya respublikasında yeni
hökumət yarandı, onun da başında İSFP-nın lideri Larqo Ka-
balyero dururdu. Onun tərkibinə sosialistlər, burjua respublika-
çıları, kommunistlər, bir qədər sonra isə anarxo-sindikalistlər
143
daxil oldular. İlk dəfə kommunistlər də bu hökumətdə iştirak
edirdilər. 1936-cı ilin oktyabrında SSRİ onlara kömək göstərdi.
Oktyabrda faşistlər Madridə yaxınlaşıb, onu bütünlüklə
mühasirəyə aldılar. Faşist generalı Mola açıq elan etdi ki,
paytaxta qarşı 4 cəbhədən və şəhərin özündən (yəni 5 yerdən)
hücuma keçmişlər. Lakin bütün bunlara baxmayaraq, onlar
Madridi ala bilmədilər. Bunun əsas səbəbi İspaniya əsgərlərinin
və əhalisinin şəhəri qəhrəmancasına müdafiə etməsi idi. Bu
dövrdə hökumət bir sıra sosial dəyişikliklər həyata keçirdi.
Mülkədar torpaqlarının xeyli hissəsi kəndlilərə verildi. Basklar
muxtariyyət aldı. Xalq millisi nizami orduya çevrildi. Orduda
siyasi komissarlar sistemi yaradıldı və onlar ordu içərisində iş
aparırdılar. Madrid uğrunda döyüş respublikanın möhkəmlən-
məsində mühüm rol oynadı.
Xose Antonio Primo de Rivera 1936-cı ilin noyabr ayında
respublikaçılar tərəfindən edam edildikdən sonra Franko par-
tiyanın başçısı və ispan faşizminin rəhbəri elan olundu. Yeni
falanqa "frankoçu", ideologiya isə "frankizm" adlanırdı.
Madrid döyüşündən sonra Almaniya və İtaliya açıq mü-
daxiləyə keçdilər. 1937-1939-cu illər frankoçular üçün dönüş
dövrü oldu. Respublikanın daxiil vəziyyəti çətinləşdi.
Barselona qiyamından (3-9 may 1937-ci il) sonra Larqo
Kabolyero istefa verdi. Yeni hökumətə Xuan Neqrin başçılıq
etməyə başladı. İspaniya xalqının müharibəsi ikinci mərhələyə
daxil oldu. Ordunun möhkəmləndirilməsi üçün tədbirlər
görüldü və bir sıra hücum əməliyyatları keçirildi. Xuan Neq-
rinin gördüyü bir sıra tədbirlər daxili vəziyyəti xeyli
yaxşılaşdırdı. Lakin İtaliya və Almaniya hesabına Franko sü-
rətlə silahlanırdı. Nəticədə bir sıra qələbələrə (1937-ci ilin
martında Qvadalaxarada, 1938-ci ilin iyulundə Ebro çayı yanın-
dakı əməliyyat) baxmayaraq respublikanın vəziyyəti yenə də
ağır idi. Şimalda da vəziyyət mürəkkəbləşdi, burada faşistlər
Basklar ölkəsini, sonra isə Asturiyanı tutmağa müvəffəq
144
oldular. 1938-ci ilin aprelində müdaxiləçilər və qiyamçılar
respublikanın ərazisini iki hissəyə ayırdılar. İspaniyada
müharibənin tamamlayıcı mərhələsi başlandı.
1939-cu ilin əvvəllərində mübarizəni davam etdirmək
üçün hələ Xuan Neqrin hökumətinin imkanları var idi. 140 min
kv.km ərazi, 9 milyon adam, Madrid, Valensiya respublikanın
əlində idi. Lakin qüvvələr nisbətində üstünlük düşmənlərin
tərəfində idi. İtaliya-Almaniya hərbi donanması respublikanı
dənizdən blokadaya almışdı. Fransa İspaniya ilə sərhədi
bağlamışdı. 1938-ci ilin dekabrında frankoçular və
müdaxiləçilər Katoloniyada böyük hücuma başladılar 1939-cu
ilin fevralında onu tutdular. İngiltərə və Fransa Neqrin
hökumətindən müqaviməti dayandırmağı tələb etdilər. Fevralın
27-də onlar respublika ilə diplomatik münasibətləri kəsdilər və
Frankonu tanıdılar.
Madridin müdafiəsinə başçılıq edən polkovnik Kasado
Neqrin hökumətinin süstlüyünü görərək qiyamçılarla təslim
olmaq haqqında danışıqlara başladı. 1939-cu ilin martın 6-da
Kasado müqaviməti dayandırdı. 1939-cu il aprelin 1-də
respublikanın bütün ərazisi frankistlərin hakimiyyəti altına
keçdi.
Vətəndaş müharibəsi dövründə İspaniyada əhəmiyyətli
dəyişikliklər edildi. Kəndlilər əvəzi ödənilmədən 5,5 mln.ha
torpaq aldılar, ispan torpaqlarından mülkədarlar və sələmçilər
yox oldular, müəssisələri fəhlə komitələri idarə edirdilər, əsas
sənaye sahələri ictimailəşdirildi, iqtisadiyyatın planlaşdırılması
həyata keçirildi; iş günü ixtisar edildi. Ərzaq məhsullarına sabit
qiymətlər qoyuldu. Hökumət xarici ticarət üzərinə inhisar
qoydu. Kilsə dövlətdən ayrıldı və ölkənin siyasi həyatına
qarışmaqdan məhrum edildi. Milli məsələnin düzgün həlli is-
panlar, katalonlar, basklar arasında dostcasına əməkdaşlığı
təmin etdi (Qalisiya əvvəldən qiyamçılar tərəfindən mühasirəyə
alınmışdı).
145
Müharibə dövründə mədəni inqilab həyata keçirildi. 10
min yeni məktəb açıldı, «mədəni milis» 500 min adamı savad-
landırdı, ali məktəblərin sayı artırıldı, dövlət təqaüdü sistemi
yaradıldı. Qadınlar kişilərlə bərabər hüquq qazandılar və
ölkənin müdafiəsində fəal iştirak etdilər.
İspaniya respublikasının məğlubiyyət səbəbləri
Respublikanın məğlubiyyətinin əsas səbəbi ilk növbədə
faşist dövlətlərin müdaxiləsi oldu. Frankonun ordusunda 200
min italyan, alman, 100 min mərakeşli, on minlərlə
portuqaliyalı, macar, fin, İrlandiya faşistləri iştirak edirdilər.
Digər səbəb isə Fransa, İngiltərə, ABŞ kimi böyük dövlətlərin
«qarışmamaq» siyasəti idi. Məğlubiyyətin həmçinin bir çox
daxili xarakterli səbəbləri də var idi: burjua-respublikaçıların
liderləri ölkənin sosial və siyasi yeniləşməsinin əleyhinə idilər
və qiyamçılarla kompromis axtarırdılar; onlar inqilabçı xalqdan
qorxurdular; sosialist partiyası dəqiq mübarizə proqramı irəli
sürmədi; partiyadixili mübarizə kəskinləşdi, anarxistlər
müharibənin sonuna qədər özlərinin «libertar» eksperimentini
həyata keçirmək istədilər və məğlub oldular.
Müharibə İspaniyaya hədsiz itki gətirdi. Ölkə bir milyon
adam itirdi ki, onların çoxu gənc idi.
İspaniya Franko hakimiyyətinin ilk dövrlərində
Franko hakimiyyətə gəldikdən sonra bütün partiyaların
fəaliyyətini qadağan etdi. Ancaq "İspaniya falanqası" partiyası
qaldı. Sosial qanunvericilik ləğv edildi. O, Əlində hədsiz ha-
kimiyyət toplayaraq özünün faşist rejimini qurdu ki, onun əsas
dayağı maliyyə oliqarxiyası, mülkədarlar, ali ruhanilər və
irticaçı hərbi dairələr idi. Franko hökumətin xarici siyasətinin
əsas məqsədinin ispan xalqının mənafelərinin qorunmasına və
İspaniyanın Avropada itirilmiş nüfuzunun bərpa edilməsinə
146
yönəldiyini bəyan etdi. 1939-cu ilin mart ayında İspaniya
Portuqaliya və Almaniya ilə dostluq müqavilələri bağladı.
1939-cu ilin aprel ayında İspaniya "Antikomintern" pak-
tına qoşuldu. İkinci dünya müharibəsi başlanarkən 1939-cu ildə
İspaniya özünü bitərəf, 1940-cı il iyununda isə döyüşməyən
dövlət elan etdi. 1943-cü ilin oktyabr ayında İspaniya döyüş-
məyən dövlət statusundan yenidən bitərəf dövlət statusuna
keçdiyini bəyan etdi. Onun Almaniya tərəfində döyüşlərə
göndərdiyi 20 min nəfərlik "Mavi diviziya" adlı ispan könüllü
dəstələri geri çağrıldı. Müharibə illərində İspaniya Böyük
Britaniya və ABŞ-la münasibətləri inkişaf etdirməyə diqqət
yetirsə də, lakin bu arzu edilən səviyyədə alınmadı.
|