VIII. ABŞ
ABŞ üçün Birinci dünya müharibəsinin nəticələri
XVIII əsrin II yarısında Amerika qitəsinin şimalında
müstəqil dövlət kimi yaranmış ABŞ artıq XIX əsrin sonu - XX
əsrin əvvəllərində sənaye məhsulu istehsalına görə dünyada
birinci yeri tutdu və rəqibsiz oldu. Birinci dünya müharibəsinə
qədər ABŞ, demək olar ki, dünya dövləti kimi tanınmırdı.
Birinci dünya müharibəsində iştirak onun dünya dövləti kimi
tanınmasına səbəb oldu. ABŞ-ın 1917-ci ilin aprelin 6-da
Antanta tərəfində müharibəyə girməsinin əsas səbəbi Birinci
dünya müharibəsinin nəticələrini öz xeyrinə dəyişdirmək,
verdiyi borcları itirməmək istəyi, həmçinin Rusiyadakı Fevral
inqilabının Avropaya təsirindən qorxması idi. Lakin o, hərbi
əməliyyatlarda ancaq 1918-ci ilin yayında iştirak etdiyinə görə
bu ölkədən ancaq 120 min ölən, 230 min yaralanan oldu. ABŞ-
ın müharibədə hərbi xərci 25,7 milyard dollar təşkil etdi, ABŞ
Birinci dünya müharibəsi nəticəsində ən çox qazandı və
kapitalizm dünyasının ən güclü dövləti səviyyəsinə qalxdı.
1914-1919-cu illərdə ABŞ-ın gəliri 35 mlrd. dollar oldu. Əgər
Birinci dünya müharibəsinə qədər ABŞ borc alan dövlət idisə,
onun xarici dövlətlərə borcu 6 milyard dollara çatırdısa,
müharibə dövründə o, borc verən dövlətə çevrildi. Mü-
haribədən sonra xarici dövlətlərin ona borcu 10 milyard dollar
oldu. Xarici dövlətlərin ona hərbi borcları 8 mlrd. dollar oldu.
Dünya qızıl ehtiyatının yarısı onun əlində cəmləşdi. Dünyanın
maliyyə mərkəzi İngiltərənin paytaxtı Londondakı Siti ban-
kından Nyu-Yorkun Uoll-Strit bankına keçdi.
Müharibə nəticəsində ABŞ Avropa dövlətlərinə hərbi və
ərzaq məhsuları satmaqla güclü sənaye sahələri yaratmış oldu.
Avtomobil istehsalında dünyada birinci yeri tutdu. Artıq 1920-
ci ildə dünyada istehsal edilən bütün avtomobillərin 85%-i, neft
istehsalının 67%-i, poladın 60%-i ABŞ-ın payına düşürdü.
148
Polad istehsalına görə İngiltərədən 4,5, Fransadan 14 dəfə
irəlidə idi. Ölkə sənayesinin yüksək sürətlə inkiaşfının
səbəblərindən biri də xarici ölkələrdəki hərbi əməliyyatlar
zonasından qaçıb gələn ucuz işçi qüvvəsi ilə bağlı idi.
Müharibə nəticəsində ABŞ-ın milli gəliri 2,5 dəfə artdı. Onun
dövlət inhisarçı kapitalizminə çevrilməsi prosesi başa çatdı.
Belə ki, ABŞ-dakı bütün fabrik və zavodların 50%-i, istehsal
edilən bütün sənaye məhsulunun 92%-i iri korporasiyalara
məxsus idi.Fəhlələrin 90 %-i bu korporasiyalarda işləyirdi.
Əhalinin 2%-ni təşkil edən inhisarçıların əlində bütün milli gə-
lirin 60%-i toplanmışdı. Əhalinin
3
2 hissəsini təşkil edən digər
təbəqələrə isə gəlirin 5%-i düşürdü. Ayrı-ayrı ailələrin əlində
külli miqdarda sərvət toplanmışdı. Morqan, Düpon, Rokfeller,
Mellonun ailələri belələrindən idi. Həmçinin iri maliyyə-inhisar
qruplaşmalarının yerləşdiyi ayrı-ayrı şəhərlərdən Çikaqo, Bos-
ton, Klivlend, Nyu-York xüsusilə seçilirdi.
Müharibə ABŞ-da kənd təsərrüfatının inkişafına da
müsbət təsir göstərdi. Müttəfiq dövlətlərin amerikan kənd
təsərrüfatı məhsullarına olan tələbatı ölkədə istehsalın və aqrar
bölmənin inkişafına kömək etdi.
Birinci dünya müharibəsinin ABŞ üçün nəticələrindən
biri də kapital ixracının güclənməsi idi. Əgər 1913-cü ildə ABŞ
xarici ölkələrə cəmi 2,6 milyard dollar kapital ixrac edirdisə,
artıq 1920-cı ildə bu rəqəm təxminən 6 dəfə artraq 11 milyard
dollara çatdı.
ABŞ müharibə illərində verdiyi kreditlər hesabına
çoxlu borc faizləri götürdü ki, bu da demək olar ki, büdcənin
30%-dən çoxunu təşkil edirdi. Bu baxımdan o, rantye dövlət
kimi də tanınırdı. Lakin ABŞ, dənizdə hökmranlığı və kapital
ixracındakı üstünlüyü İkinci dünya müharibəsinə qədər
İngiltərənin əlindən almağı bacarmadı.
149
Müharibə ABŞ siyasi sisteminin səmərəliliyini göstərdi.
Müharibədən sonra ABŞ yeni dünya qaydası yaratmaq və ona
mənəvi rəhbərlik etmək istəyirdi. Bu V.Vilsonun 14
maddəsində öz əksini tapmışdı. Məhz buna görə ABŞ Paris
Sülh Konfransının işində üç mərhələ təklif etdi: müharibəyə
yekun vurmaq, Millətlər Cəmiyyəti yaratmaq, özünəməxsus
tərzdə ərazi və siyasi məsələləri həll etmək.
Birinci dünya müharibəsi qurtardıqdan sonra ABŞ-da
hakim dairələr içərisində demokratlar partiyasından narazılığın
güclənməsinin səbəblərindən biri prezident Vudro Vilsonun
Paris sülh konfransında ABŞ-ın üstünlüyünü təmin etməyi
bacarmaması idi. Vilson özü Versal müqaviləsinə qol çəksə də,
ABŞ konqresi bu müqaviləni ratifikasiya etmədi. Vilson özünü
müdafiə etmək üçün konqresə məlumat verdi ki, o, Alma-
niyanın parçalanmasının qarşısını almışdır. Saar vilayətinin
Fransaya verilməsinə mane olmuşdur. Respublikaçılar Millətlər
Cəmiyyətində ABŞ-ın rəhbərliyinin təmin edilməməsindən də
narazı idilər. Bu dövrdə ABŞ-ın hakim dairələri içərisində
xarici siyasətdə iki meyl yarandı. Bunlardan biri təcridçilik,
ikincisi isə beynəlmiləlçilik idi. Birinci meylə respublikaçıların
ən nüfuzlu nümayəndəsi Lodc başçılıq edirdi. O, göstərirdi ki,
biz ilk prezidentimiz Corc Vaşinqtonun vəsiyyətinə əməl etməli
və narahat Avropadan kifayət qədər kənarda dayanmalıyıq.
Beynəlmiləlçilər isə belə fikir irəli sürdülər ki, ABŞ dünyanın
tərkib hissələrindən biridir. O, ancaq dünya ölkələri ilə əlaqədə
öz inkişafını təmin edə bilər.
Müharibə ölkədə siyasi partiyaların, sol təmayüllü
təşkilatların da fəaliyyətinin güclənməsinə səbəb oldu. Con
Ridin rəhbərliyi ilə xarici mənşəli amerikalılardan 1919-cu ilin
avqustun 31-də Amerika Kommunist Partiyası, Ç.Rutenberqin
başçılığı altında ilin sentyabrın 1-də köklü amerikalılarda
Amerika kommunist partiyası təşkil edildi. 1921-ci ilin
mayında bu partiyalar birləşib ABŞ Kommunist partiyası
150
adlandı. Onun rəhbəri isə C.Rutenberq oldu. Müharibədən
sonra ölkədə tətillər də baş verirdi. 1919-cu ilin sentyabrında
poladəritmə sənyesinin 365 min fəhləsinin tətili nəticəsində
əmək haqqı artırıldı, 8 saatlıq iş günü tətbiq edildi. Kollektiv
müqavilələr bağlanmağa icazə verildi. S.Hampers başda
olmaqla Amerika Əmək Federasiyası əməklə kapitalın
əməkdaşlığını qurmağa başladı. Sosial ziddiyyətlər yumşal-
dıldı, islahatların həyata keçirilməsi genişləndirildi.
1920-ci ilin prezident seçkiləri ərəfəsində Vilson
vəziyyəti düzəltmək üçün konstitusiyaya 2 düzəliş etməyi təklif
etdi (ABŞ konstitusiyası Corc Dikkenson tərəfindən tərtib edil-
miş, 1787-ci il sentyabr ayının 17-də qəbul olunmuşdu. Konsti-
tusiyada cəmi 7 maddə vardır. Bu vaxta qədər ona 26 əlavə
edilmişdir). Vilsonun konstitusiyaya etmək istədiyi
düzəlişlərdən biri ondan ibarət idi ki, 21 yaşına çatmış qadınla-
ra da kişilərlə bərabər seçki hüququ verilsin. BU XIX düzəliş
idi. ABŞ əhalisinin əksəriyyəti protestant olduğu üçün bu təklif
böyük həyəcana səbəb oldu. Çünki onlar qadını bu vaxta qədər
ancaq mətbəxdə, kilsədə və ailədə görmək istəyirdilər.
Konstitusiyaya edilən 18-ci düzəlişə görə isə spirtli içkilərin
istehsalı və istehlakı qadağan edilirdi. Lakin bu qara bazarın
genişlənməsinə və çirkli pulların işə düşməsinə səbəb oldu.
ABŞ Uorren Hardinq və Kalvin Kulicin
prezidentliyi dövründə
Prezident Vilsonun xəstəliyini onun təkrar prezident
seçkilərində iştirak etməsinə imkan vermirdi
1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilə-
rində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi.
Handinq müharibə dövründə xaricilərə və radikallara
inamsızlığı artan Amerika xalqının əhval-ruhiyyəsini nəzərə
151
almağı vacib hesab etdi. O, Oqayo ştatından idi. Uorren
Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət
tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi
ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal
qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas
götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi.
Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədi ilə
həmkarlar ittifaqları assosiasiyaları yaradıldı.1921-ci ildə 1920-
ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı
düşərək 3,3 milyard dollar təşkil etdi.
1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı,
istehsal aşağı endi. Xarici ticarət iki dəfə azaldı, işsizlik artdı,
əmək haqqı 25-50% ixtisar edildi. Lakin böhran 1921-ci ilin
sonu 1922-ci ilin əvvəllərində iqtisadi yüksəlişlə əvəz olundu.
ABŞ-da iqtisadi böhranın tez qurtarmasının səbəbləri daxli
bazarın geniş tutumlu olması, yeni sənaye sahələrinə iri həcmli
kapital qoyuluşu, ABŞ mallarının xarici ölkələrə ixracından və
onun verdiyi borclardan gələn gəlirlər ilə əlaqədar idi. 1922-ci
ildən iqtisadiyyatda inkişaf və ya "çiçəklənmə" ("prosperite")
dövrü başlandı. 1920-1929-cu illərdə bankların sayı 30 mindən
24 minə düşsə də, onların kapitalı 21 mlrd. dollara qədər artdı.
Qardinqin hakimiyyəti illərində rüşvətxorluq halları artdığına
görə üç nazir istefaya getməli oldu.
Bu dövrdə ABŞ-ın xarici siyasətində təcridçiliyin üstün-
lük təşkil etməsinə baxmayaraq xarici iqtisadi əlaqələr
genişləndirildi. ABŞ 1921-ci ilin avqustunda Almaniya ilə
seperat sülhbağladı. Latın Amerikasında öz nüfuzunu
gücləndirdi. Uzaq Şərqdə İngiltərə-ABŞ, Yaponiya-ABŞ
arasındakı problemlər Vaşinqton konfransında qismən həll
edildi.
1920-1931-ci illərdə ABŞ-ın xarici kapital qoyuluşu
11,6 milyard dollar təşkil edirdi. Kapital ixracının 40%-i
Arvopa, 22%-i isə Latın Amerikası ölkələrinin payına düşürdü.
152
İxrac artdı. ABŞ sənayesi istənilən rəqibinə qalib gəlməyə qadir
oldu.
1923-cü ilin avqustun 2-də Alyaskaya səfəri zamanı
Hardinqin ölümündən sonra vitse-prezident respublikaçı Kalvin
Kuliç onun yerini tutdu 1924-cü il prezident seçkilərində Kulic
qələbə qazandı. Onun daxili siyasəti ölkə iqtisadiyyatının
gücləndirilməsinə yönəldilmişdi. İri kapitala qoyulan vergi
azaldıldı Kulic "ABŞ-ın işi biznesdir" şüarını irəli sürdü.
Radiotexnika və elektrotexnika sənayesinin inkiaşfına diqqət
artırıldı. İstehsal üzərində dövlət nəzarəti ləğv edildi. Məcmu
milli məhsul istehsalı 54% artdı. Dünya sənaye məhsulu
istehsalında, ABŞ-ın payı 44,8 faiz təşkil etdi. Çiçəklənmə
illərində istehsala yeni texnika, texnologiya və konveyer
sistemi tətbiq edildi. «Kənd təsərrüfatının bərabərliyi» şüarı
irəli sürüldü.
Xarici siyasətdə proteksionizm siyasəti tətbiq edildi.
1929-cu ildə xarici ticarətin həcminə görə ABŞ İngiltərəni ötüb
keçdi. Kulic hökuməti 1924-cü ildə yeni vergi qanunu qəbul
etdi. Qanuna görə yüksək gəlirli şəxslərin ödəyəcəyi vergi 50
%-dən 40 %-ə endirildi. Dövlət borcu azaldıldı. Dövlətin
iqtisadiyyata müdaxiləsinin azaldılması nətisəsində xüsusi
biznes inkişaf etdi. İri biznesin özünü tənzimləmə sistemi
təşəkkül tapdı.
Hökumət fermer təsərrüfatını inkişaf etdirmək məqsədi
ilə onlara kredit verdi. Ölkədə həyat səviyyəsi yaxşılaşdı.
Avtomobil, soyuducu, telefon, radio və başqaları gündəlik
məişətə daxil oldu. İstehlak kreditləri sisteminin tətbiq edilməsi
xalqın rəğbətini qazandı. Sosial etirazlar azaldı. Bütün bunlarla
bərabər bu dövrdə "Ku-kluks-klan" təşkilatı yəhudilərə,
zəncilərə, katoliklərə və mühacirlərə qarşı mübarizəni
gücləndirdi. Onların başlıca məqsədi ağ, kənd, protestant və
anqlosakson Amerikasının qurulması idi. Bu problemi həll
etmək üçün 1924-cü il aprelin 16-da yeni mühacirət qanunu
153
qəbul edildi. Şərqi Asiyadan mühacirət axını qadağan edildi,
digər ölkələrdən mühacirət edənlərə isə məhdudiyyət qoyuldu.
Kulic hökumətinin xarici siyasəti amerikan kapitalını
qoymaq üçün sərfəli yerlər tapmağa, xammal və satış ba-
zarlarına yiyələnməyə doğru yönəldilmişdi. Avropa ölkələri ilə
iki tərəfli münasibətlər inkişaf etdirildi. O, Almaniya ilə əla-
qədar "Daues planı"nının qəbul edilməsinə nail oldu. borclar
məsələsinə diqqət yetirdi. Böyük Britaniya, Fransa, İtaliya,
Belçika və Çexoslavakiya ilə hərbi borcların bir hissəsinin
ödənməsinə dair saziş bağlandı. Fransa Xarici İşlər naziri
Aristid Brianın Milli siyasətdə müharibədən imtina edilməsi
haqqında təklifini alan ABŞ hökuməti bu təkliflə razılaşdı.
«Brian – Kelloq pakt»ı imzalandı. 1923-1929-cu illərdə Latın
Amerikası ölkələrinə yardımlar edərək bu regionda iqtisadi,
siyasi və hərbi cəhətdən xeyli möhkəmləndi.
Çinə münasibətdə "açıq qapılar" siyasəti yeridildi.ABŞ-
ın Filippin və Havay adalarında hərbi-strateji mövqeləri
möhkəmləndi. Bir sözlə, Kulicin hakimiyyəti illərində ABŞ-ın
beynəlxalq nüfuzu xeyli gücləndi.
ABŞ dünya iqtisadi böhranı dövründə (1929-1933-cü illər)
1928-ci ildə prezident seçilən respublikaçıların liderlə-
rindən olan Herbert Huverin "çiçəklənmə" və "ABŞ kapitaliz-
minin müstəsnalığı" siyasəti özünü doğrultmadı. Onun
prezidentliyi dövründə "ciddi fərdiyyətçilik" və "şəxsi
təşəbbüsə yol verilməsi" prinsipləri yeganə prinsip oldu. Huver
hökuməti daxili siyasətdə yoxsulluğu aradan qaldırmaq üçün
plan işləyib hazırladı. Lakin başlanan dünya iqtisadi böhranı
müasirləri tərəfindən böyük təşkilatçı və mühəndis adlandırılan
Huverin bu planının həyata keçirilməsinə mane oldu. ABŞ
Huverin dövründə dolların sabit valyuta kimi tanınması və
onun beynəlxalq pul vahidinə çevrilməsinə nail oldu.
154
1929-cu ilin oktyabrında Nyu-York birjalarının birində
baş verən hadisə, yəni səhmlərin qiymətinin birdən-birə
ucuzlaşması böyük çaxnaşmaya səbəb oldu. 1929-cu ilin
oktyabr ayının 24-də dünya maliyyə mərkəzi olan Nyu-Yorkun
birjalarında 12,8 milyon səhm satıldı ki, bu da əvvəlkilərdən
1,5 dəfə çox idi. Oktyabr ayının 29-da isə satılan səhmlərin sayı
16,4 milyona çatdı. Qiymətli kağızların kursu sürətlə aşağı
düşməyə başladı. Belə sürətlə azalma daha üç ili davam etdi.
1933-cü ilin martına qədər 1929-cu illə müqayisədə səhmlərin
dəyəri 4,5 dəfə azaldı.
1929-cu ilin oktyabr ayının 24-nə qədər olan dövrlə mü-
qayisədə Amerika Birləşmiş Ştatlarında sənaye məhsul isteh-
salının ümumi həcmi 1930-cu ildə 80.7 %-ə, 1931-ci ildə isə
68.1 %-ə endi. 1932-ci ilin yayından 1933-cü ilin yazınadək
böhranın nisbətən daha da dərinləşdiyi müşahidə edilirdi.
Ümumdünya iqtisadi böhranı nəticəsində ABŞ sənayesi
1932-ci ilin iyulunda özünün ən aşağı səviyyəsinə düşdü,
istehsal 1913-cü il səviyyəsinə endi. 1929-cu illə müqayisədə
1932-ci ildə ABŞ-da sənaye məhsulu istehsalı 46% azaldı. Ağır
sənaye xüsusilə daha çətin vəziyyətə düşdü. Ölkədə milli gəlir
2 dəfə, xarici ticarət 3 dəfə aşağı endi. Fəhlə sinfinin vəziyyəti
daha da ağırlaşdlı.
Dünya iqtisadi böhranı aparıcı kapitalist dövlətlərinin iq-
tisadiyyatını ən azı bir rüb geri atdı. Dünya sənaye istehsalının
həcmi 38%, ticarətin həcmi və kənd təsərrüfatı məhsullarının
istehsalı 30% azalmış oldu. Dünya bazarında rəqabət kəskin-
ləşərək ticarət müharibəsi xarakteri almağa başladı. Təkcə
1929-1934-cü illərdə 76 ölkə kömrük vergilərini artırdı.
Ticarət rəqabətinin artması ilə əlaqədar ölkələr arasındakı
maliyyə əlaqələrinin ənənəvi əsasları pozulmuş oldu. İnfil-
yasiya ABŞ-ı dolların qızıl standartlarından əl çəkməyə məcbur
etdi. Nəticədə 56 dövlətin dollar ilə bağlı valyutası qiymətdən
155
düşdü. 1932-ci lin əvvəli üçün tam işçizlər 26 milyon, işini
tamam itirməyənlərlə birlikdə bu rəqəm 30 mln. nəfərə çatırdı.
Dünya iqtisadi böhranı beynəlxalq münasibətlər sahəsinə
də əhəmiyyətli dəyişikliklər gətirdi. Məhz bu dövrdə Versal-
Vaşinqton siyasi sisteminin əməli iflası başlandı. İqtisadi böh-
ran fərdiyyətçilik, şəxsi təşəbbüs və sahibkarlığın hüdudsuz
azadlığı ideyalarının parıltısını söndürmüş oldu.
Avropa ölkələrindən fərqli olaraq ABŞ-da sosial sığorta
sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırırdı. Amerika-
lılarda o vaxta qədər belə bir psixologiya formalaşmışdır ki, hər
bir şəxs həyatda ancaq özünə arxalanmalıdır, dövlətə ümid
etməməlidir. Onlar çətin vəziyyətdə ancaq xeyriyyəçilərə ümid
bəsləyə bilərdilər. Lakin böhran illərində onların psixologiya-
sında dəyişiklik yarandı. Onların diqqəti dövlətə yönəlməyə
başladı. Bu dövrdə meydana çıxan ən böyük kütləvi hərəkatlar
dövlətin köməyini tələb edirdilər.
On minlərlə zavodun, fabrikin, müəssisənin və digər is-
tehsal və qeyri-istehsal sahələrin bağlanması işsizliyin kütləvi
surətdə artmasına səbəb oldu. Əmək haqqı fondu 2 dəfə ixtisara
getdi. Artıq 1933-cü ildə ABŞ-da 17 milyon işsiz vardı.
İşçizlərin vəziyyətini yaxşılaşdırmaq üçün Huver iri şəhərlərin
kənarlarında xüsusi qəsəbələr salmağa başladı. Burada fəhlələr
dövlət hesabına təmin olunur və yaşayırdılar. Bunlar «Huver
villaları» adlanırdı. Tezliklə prezident Huver «çiçəklənmə»
prezidenti kimi deyil, «aclıq» prezidenti kimi şöhrət qazandı.
Fermerlərin vəziyyəti son dərəcə ağırlaşdı. 1930-cu ildə
Huver tərəfindən fermerlər üçün ticarət palatası təşkil edilsə də,
bu vəziyyətdə dəyişiklik yaratmadı. 1929-1934-cü illər ərzində
borc və vergini ödəyə bilmədiyinə görə 897 fermer təsərrüfatı,
başqa sözlə, ölkədəki fermer təsərrüfatlarının təxminən 14%-i
satılmışdı.
1931-ci ilin payızında sənaye və aqrar böhranın daha da
dərinləşməsi maliyyə böhranına da səbəb oldu. Maliyyə
156
böhranı ən kəskin səviyyəyə 1933-cü ilin fevral-martında çatdı.
Ölkəni bankların məhvi dalğası bürüdü. Bu dövrdə Huverin
yeritdiyi yeganə siyasət iri korporasiyalar, inhisarlar və iri
bankların iflasa uğramasının qarşısını almaq məqsədilə 1930-cu
ildə Maliyyənin yenidən qurulması korporasiyasını təşkil
etməsi oldu. Bu müəssisə digər korporasiyalara kredit
buraxmağa başladı. ABŞ SSRİ-dən gələn mallar üzərinə qadağa
qoyduqda, SSRİ də ABŞ mallarının alınmasını dayandırdı və
sifarişi Avropa ölkələrinə verdi. Bu ABŞ biznesmenləri içində
xüsusi həyəcana səbəb oldu. Huver hökuməti SSRİ-dən gələn
mallar üzərinə qadağanı təxirə salmağa məcbur oldu.
Böhran illərində həmkarlar ittifaqlarının fəaliyyəti xeyli
genişləndi. Fəhlə
hərəkatına rəhbərlik etmək üçün
İstehsalçıların həmkarlar ittifaqlarının konqresi təşkil edildi.
1886-cı ildə Hampers tərəfindən təşkil edilmiş ixtisaslı fəh-
lələrin həmkarlar təşkilatı olan ABŞ Əmək Federasiyasından
fərqli olaraq İstehsalçıların Həmkarlar İttifaqı konqresi ix-
tisassız fəhlələri özündə birləşdirirdi. 1930-cu ilin 6 mart günü
ABŞ-da və bütün dünyada işsizliyə qarşı mübarizə günü kimi
qeyd edildi. ABŞ-da aclıq yürüşləri geniş yayıldı. 1931-1932-
ci ildə Vaşinqtona müharibə iştirakçılarının 2 dəfə aclıq yürüşü
oldu. 1932-ci ildə 24 min Birinci dünya müharibəsi
iştirakçısının Vaşinqtona yürüşü və onların pensiyaları artırmaq
tələbi nəinki yerinə yetirilmədi, o zaman silahlı qüvvələrin baş
ştatının rəisi general Makkarturun başçılığı ilə gülləbaran
edildi. Bu hadisə bütün dünyada həyəcana səbəb oldu.
Huver hökumətinin xarici siyasətdə əsas məqsədi
dünyada ABŞ-ın hərbi-siyasi və iqtisadi mövqelərini daha da
möhkəmləndirmək idi. 1930-cu ilin yanvar-aprelində keçirilən
London dəniz konfransında, ABŞ 18 kreyserə sahib oldu.
Huver hökuməti xarici siyasətdə beynəlxalq vəziyyəti
gərginləşdirməyə gətirib çıxaran siyasət yeridirdi. Huver
hakimiyyətə gələn kimi elan etdi ki, onun əsas vəzifəsi
157
sosializmi qəbrə qoymaqdır. O, yeganə prezident idi ki,
Rusiyanı yaxşı tanıyırdı. Onun Maykopda çoxlu neft mədənləri
vardı. Lakin sovet Rusiyası onu bunlardan məhrum etmişdi. 20-
ci illərdə o, humanitar yardım gətirmək bəhanəsi ilə dəfələrlə
Sovet Rusiyasında olmuşdu. O, SSRİ-yə qarşı düşmən ruhda
idi. Ona görə də, Huver 1932-ci ildə Lozanna konfransında
Almaniyanın təzminatdan birbaşa yaxa qurtarmasına nail
olmaqla əslində ona Sovet Rusiyasına qarşı müharibəyə
hazırlaşmaq üçün imkan yaratmaq məqsədini güdürdü. 1932-ci
ilin dekabrında Cenevrədə keçirilən təksilaha dair konfransda
ABŞ Almaniyanın silahlanmasına razılıq verdi. 1931-ci ildə
Yaponiya Mancuriyanı işğal etdikdə və orada oyuncaq Man-
Çjo-Qo dövləti yaratdıqda ABŞ bu məsələni sakitliklə qarşıladı
və hətta Yaponiyaya neft və neft avadanlığı satmağını da
davam etdirdi. Bundan məqsəd onu da SSRİ-ə qarşı yönəltmək
idi. Lakin Yaponiya SSRİ-ni ehtiyatda saxlayaraq cənuba üz
tutdu. Çünki ABŞ-Yaponiya ziddiyyətləri daha dərin idi və
tezliklə ABŞ bunu başa düşdü. Ona görə də ABŞ hökuməti açıq
şəkildə bildirdi ki, Çində Yaponiyanın heç bir işğalını tanımır.
1932-ci il yanvarın 7-də qəbul edilən “Stimson doktrinası”
Yaponiyanın mövqeyini zəiflətməyə yönəldilmişdi.
Bu dövrdə Latın Amerikasına qarşı "böyük dəyənək"
siyasəti yenidən fəallaşdı. ABŞ çalışırdı ki, İngiltərənin Latın
Amerikası ölkələrinə kapital ixracı azalsın. ABŞ-Latın
Amerikası ölkələrini bir-biri ilə toqquşdurmağa çalışaraq bu
regionda hökmranlığı ələ almağa cəhd edirdi. Huverin
hakimiyyəti dövründə Boliviya ilə Paraqvay, Kolumbiya ilə
Peru arasında müharibə baş verdi.
1929-1933-cü illər dünya iqtisadi böhranı ABŞ-ın
hakim dairələri qarşısında sosial-iqtisadi, siyasi və ideoloji
problemləri həll etmək zərurətini qoydu. "Sərt fərdiyyətçilik"
ideologiyasına yenidən "nəzər" salmağın vacibliyini vəziyyət
158
özü tələb edirdi. Eyni zamanda lazım gəlirdi ki, dövlət iqtisadi
və sosial münasibətlərə fəal müdaxilə etsin.
Franklin Ruzveltin "Yeni xətt"i
İqtisadi sahədə həyata keçirilən islahatlar
1932-ci ilin noyabrında, prezident seçkilərində respubli-
kaçılar yenidən Huverin namizədliyini irəli sürmələrinə baxma-
yaraq, o, müvəffəqiyyət qazanmadı. Demokratlar partiyası seç-
kilərdə qalib gəldi. Onun lideri Franklin Ruzvelt 22810 min səs
toplayaraq prezident seçildi. Amerika mətbuatı bunu "güclü-
lərin qələbəsi" kimi qiymətləndirdi. F.Ruzvelt 1882-ci ildə varlı
bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor
Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard
universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq
fakültəsini bitirmişdi. 1913-1920-ci illərdə o, Hərbi Dəniz
Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə
polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları
iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının
mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən
məşğul olmasına imkan yaratdı. 1928-1930-cu illərdə o, Nyu-
York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-ın 32-ci
prezidenti oldu. Ruzvelt hakimiyyətə gələnə kimi prezident
seçilmiş şəxs ancaq bir ildən sonra prezident kürsüsünə əyləşə
bilərdi. Ruzvelt konstitusiyaya edilmiş 20-ci əlavə ilə bunu
təxirə saldı. Bu əlavəyə görə prezident seçilmiş adam növbəti
ilin yanvar ayının 20-də prezident kürsüsünə əyləşə bilərdi.
Ruzvelt 1933-cü ilin mart ayının 4-də prezident kimi fəaliyyətə
başladı. Həmin gün ABŞ konqresi də fəaliyyətə başladı və 73
gün davam etdi ki, bu ABŞ tarixində «uzunmüddətli konqres»
kimi qaldı.
Ruzvelt hakimiyyətdə olduğu ilk 100 gün ərzində 70-
dən çox qanun qəbul etdi. Bu Ruzveltin "Yeni xətti" adlan-
159
dırıldı və prezidentin "100 günü" ifadəsi də buradan yarandı.
"Yeni xətt"in ideya müəllifi ingilis iqtisadçısı Con Keyns Mey-
nard idi. Lakin bu ifadə Ruzveltin 1932-ci il iyulun 2-də
demokratlar partiyasının iclasında onun namizədliyi irəli sü-
rülərkən etdiyi məruzəsindən götürülmüşdü.
Ruzvelt konsepsiyası Huver konsepsiyasından böhran-
dan çıxmağın həllinə münasibətdə aşağıdakı cəhətlərlə fərq-
lənirdi. Birincisi, "Yeni xətt"in yaradıcısı bunu beynəlxalq sə-
bəblərlə yox, ölkə daxilindəki sosial-iqtisadi səbəblərə bağlayır
və vacib hesab edirdi ki, ABŞ-ın sosial-iqtisadi institut
strukturunda bəzi islahatlar keçirilməlidir. İkincisi, o, bu vaxta
qədər ABŞ-da hökm sürən "fərdiyyətçilik" prinsiplərindən daha
cəsarətlə yan keçərək federal hökumətin funksiyalarını geniş-
ləndirmək prinsipinə üz tuturdu. Üçüncüsü, əgər Huver kütləvi
etirazlara qarşı qulağını bağlayırdısa, F.Ruzvelt Amerika
xalqının əhval-ruhiyyəsini nəzərə almağı vacib bilirdi.
Ruzvelt bildirdi ki, bizim qorxmalı olduğumuz bir şey
varsa, o da qorxunun özüdür. Ruzvelt prezident seçildiyi ilk
dövrdə ölkədəki vəziyyəti, beynəlxalq şəraiti və Amerika xalqı-
nın əhval-ruhiyyəsini diqqətlə öyrəndi. Huverdən fərqli olaraq
o, aşağı kütlələri öz tərəfinə cəlb etməyi lazım bildi. O, gös-
tərirdi ki, ABŞ-da «unudulmuş» adamlar üçün yaxşı şərait
təmin edilməlidir. O, həmçinin Huverdən fərqli olaraq "milli
birlik" yaratmaq məsələsini ön plana çəkdi. O, ölkənin "qızıl
fondu" olan elm adamlarından ibarət «beyinlər tresti»
yaratmağı lazım bilirdi. Ruzvelt filosofları, iqtisadçıları,
tarixçiləri bu işə cəlb etdi. Bundan sonra islahatlar keçirməyə
başladı. İslahatlarda 2 cəhət özünü göstərirdi. Bunlardan biri
dərin maliyyə sistemi yaratmaq, ikincisi isə «unudulmuş»
adamları razı salmaq. "Yeni xətt" adlanan bu siyasətin
mahiyyəti dövlətin iqtisadiyyata fəal müdaxiləsini təmin etmək
idi. Qeyd etmək lazımdır ki, bu fikri ondan qabaq elektrik
inhisarının prezidenti Svoys irəli sürmüşdü. O, göstərirdi ki,
160
belə çətin dövrdə dövlət mütləq iqtisadiyyata müdaxilə
etməlidir.
İslahatlara Ruzvelt banklardan başladı. Bankların böh-
ranı Ruzveltin qətiyyətli olduğunu və novatorçuluq
qabiliyyətini dərhal aşkara çıxartdı. Ruzvelt göstəriş verdi ki,
martın 9-da ölkədəki bütün banklar fəaliyyətini dayandırsın.
Məqsəd hökumətin banklar sisteminə nəzarətini təmin etmək
idi. Martın 13-dən əvvəl ölkənin 12 şəhərində, sonra 250
şəhərində sağlamlaşdırılmış banklar fəaliyyətə başladı.
Böhrandan əvvəl ölkədə 20 mindən artıq bank var idisə, indi
onların sayı 5200 idi. Ruzvelt göstərirdi ki, bankın depozit,
investisiya funksiyası olmalıdır. O, göstərirdi ki, 45 milyard
dollara qədər banka vəsait qoyula bilər. İkinci tədbir dolların
qızıl standartının qadağan edilməsi idi. Kağız pul qızıl pulla
dəyişdirilə bilməzdi. Qızılın alınıb-satılması qadağan edilirdi.
Qızıl dövlət fondunda saxlanılmağa başladı. Merkantilizm
siyasətinə uyğun olaraq ixrac artdı, idxal azaldı. Vətən sənayesi
məhsullarının xaricə aparılması ölkəyə valyuta gətirilməsini
təmin etdi.
Ruzvelt sənayeni nizama salmaq üçün 1933-cü ilin iyun
ayında Consonun başçılığı altında Sənayenin Milli İnzibati
İdarəsi adlı orqan yaratdı. Həmin milli idarənin qarşısına
qoyulan başlıca məqsəd məhsulun həcmini, xammal
mənbələrini və satış bazarlarını düzgün müəyyənləşdirmək idi.
Bunun üçün sənaye sahələri 17 qrupa bölündü. «Vicdanlı
rəqabət» adlı ticarət qaydaları işlənib hazırlandı. Bu qaydalara
557 əsas, 189 əlavə maddə salındı. Nəzərdə tutulurdu ki, dövlət
tərəfindən müəyyən edilmiş həmin komissiyanın hazırladığı
kodeks üzrə sənaye planlı şəkildə inkişaf etdirilsin. Həmin
hadisədən sonra Ruzvelti "sosializm qurmaqda"
təqsirləndirdilər. 7
a
bəndinə əsasən həmkarlar ittifaqına hüquq
verilirdi ki, fəhlə sinfinin əmək və məişət şəraitinin
yaxşılaşdırılmasında başlıca rol oynasın.
161
Ruzvelt fermerləri də yaddan çıxarmadı. İri fermerlərə
məsləhət gördü ki, əkin sahələrini azaltsınlar, həmçinin mal-
qaranı qırsınlar. 1933-cü ildə 10 milyon hektara qədər əkin sa-
həsi, 23 milyon baş mal-qara, 7 milyon donuz qırıldı. Bu işi gö-
rən fermerlərə mükafatlar müəyyən edildi. 1933-cü ilin ma-
yında Kənd Təsərrüfatı Milli İnzibati İdarəsi təşkil edildi. İda-
rənin rəhbəri kənd təsərrüfatı naziri vəzifəsini tutan Uolles
oldu. Ruzvelt fermerlərin vəziyyətini yaxşılaşdırmağı başlıca
vəzifə hesab edirdi. Ona görə fermerlərin yenidən fəaliyyətə
başlaması və onlara kredit verilməsi məsələsi dövlət qayğısına
çevrildi. Kənd təsərrüfatı islahatları 3 mərhələdə 1933-1936-cı
ildə, 1936-1938-ci ildə və 1938-ci ildən sonra həyata keçirildi.
İstər kənd təsərrüfatında, istərsə də sənayedə səhmləri
vahid planlı şəklə salmaq üçün birjalar fəaliyyət göstərməyə
başladı. Bu birjalar dövlət tərəfindən nəzarətə alındı. Qeyd
etmək lazımdır ki, səhmlərin qeyri-dövlət səhmdar
cəmiyyətlərdən alınıb-satılması qadağan edildi.
"Yeni xətt" siyasəti tezliklə həm daxildə, həm də
xaricdə böyük əks-sədaya səbəb oldu. Ruzvelti kapitalizmin
ümumi qayda-qanunlarına zidd hərəkət etməkdə
təqsirləndirirdilər. Əslində isə Ruzvelt burjua cəmiyyətini
möhkəmləndirməyi qarşısına məqsəd qoymuşdu.
1935-ci ildə ABŞ Ali məhkəməsi Ruzveltin sənaye
sahəsində həyata keçirdiyi tədbirləri konstitusiyadan kənar
hesab etdi. 1936-cı ilin yanvarında yenə də ABŞ Ali
məhkəməsi onun kənd təsərrüfatı sahəsində gördüyü tədbirləri
qanundan kənar hesab etdi. Bütün bunlara baxmayaraq Ruzvelt
ölkədə milli birliyə nail oldu.
İqtisadiyyatda baş vermiş böhran 1933-cü ilin
sonlarında durğunluq, 1933-1936-cı illərdə isə yüksəlişlə əvəz
olundu. Ruzveltin milli iqtisadiyyatı dirçəltmək siyasəti öz
bəhrəsini verdi.
162
Ruzveltin həyata keçirdiyi islahatlar üçün məşhur
iqtisadçı Keynsin kəsirsiz büdcəyə nail olmaq siyasəti rəhbər
tutulur və iqtisadiyyatın sağlam inkişafı üçün başlıca stimul
hesab edilirdi. Ruzveltin gördüyü bütün bu tədbirlər ona xalq
içərisində böyük rəğbət qazandırdı. O, millətin xilaskarı kimi
tanındı.
Ruzvelt hökumətinin sosial sahədə həyata keçirdiyi islahatlar
«Yeni xətt»in II mərhələsi 1935-ci ildə başladı. Əsas
diqqət sosial islahatların keçirilməsinə yönəldildi. Çünki
Ruzvelt hakimiyyətə gələrkən vəd etmişdi ki, o, indiyədək
«unudulmuş» adamları ilk növbədə yaddan çıxarmayacaqdır.
Ruzvelt sosial islahatlar içərisində işsizliyi ön plana çəkdi.
1933-cü ildə işsizliyə qarşı mübarizə komitəsi təşkil edildi.
Həmin komitə xüsusi fond yaratdı ki, həm işsizlərin işlə təmin
edilməsi, həm də onlara müavinət verilməsi məsələsini həll
etsin. Təkcə 1933-cü ildə işsizlərə 500 milyon dollara yaxın
yardım göstərildi. Sonrakı illərdə isə bu yardımın miqdarını 4
milyard dollara çatdırmaq nəzərdə tutulurdu. Artıq 1933-cü ilin
sonunda 25 milyon adam dövlətdən müavinət alırdı. Ruzvelt
hökuməti işsizlər üçün meşə düşərgələri təşkil etdi. Bu
düşərgələrdə 18 yaşından 25 yaşına qədər gənclər işlə təmin
edilirdi. Onlar strateji əhəmiyyətli tikintilərdə çalışırdılar. Belə
düşərgələr 6 ay müddətinə təşkil edilirdi. Burada onlar həm
yeməklə, həm də paltarla təmin olunurdu. Onlara 35 dollar pul
da verilirdi. Hökumət bu iş üçün 3 milyard 300 milyon dollar
vəsait ayırmışdı.
1935-ci ilin iyulunda qəbul edilmiş "Əmək münasibətlə-
ri haqqında" qanun çox mühüm əhəmiyyətə malik sosial iyasət
idi. Həmin qanunu senator Vaqner hazırladığı üçün o, tarixə
Vaqner qanunu kimi daxil oldu. Qanunun qəbul edilməsi de-
mokratik qüvvələrin çox böyük qələbəsi demək idi. Həmin
qanuna görə həmkarlar itttifaqlarının hüquqları genişləndirildi.
163
Fəhlələrlə sahibkarlar arasındakı mübahisəli məsələləri həll et-
məkdə onlara böyük səlahiyyətlər verilirdi. ABŞ məhkəmə or-
qanları həmkarlar ittifaqlarının hər hansı mübahisəli məsələlə-
rinə baxmalı idi. Piketlər, tətillər həmin qanuna görə
leqallaşdırıldı. Həmkarlar ittifaqlarının icazəsi olmadan heç
kimin müəssisədən kənar edilməsinə icazə verilmirdi.
"Yeni xətt"in ən əhəmiyyətli qanunlarından biri 1935-ci
ilin avqust ayında qəbul edilmiş "Sosial sığorta haqqında"
qanun idi. Həmin qanun qocalığa və işsizliyə görə sosail
təminat məsələlərini ön plana çəkdi. Belə ki, qocalığa görə
pensiya 65 yaşından təyin edilməyə başladı. Pensiya üçün xü-
susi fond ayrılması nəzərdə tutulurdu. Bu fond müəssisələrin
gəlirlərinin müəyyən hissəsindən, həm də fəhlələrin əmək
haqqlarından tutulurdu. Nəzərdə tutulmuşdu ki, 1937-ci ildən
fəhlələrin əmək haqqlarından 1%-dən başlayaraq 1949-cu ilə
qədər 3%-i miqdarında vergi tutulsun. Pensiyaların 1942-ci il
yanvarın 1-dən verilməsi nəzərdə tutulurdu. Lakin bu işə 1940-
cı ilin yanvarından başlandı. «Sosial sığorta haqqında» qanuna
görə ər öldükdə arvad, arvad öldükdə ər həmin pensiyanı ala
bilərdi. Pensiya 85 dollar miqdarında olmalı idi. Lakin
fəhlələrin ixtisas dərəcəsindən asılı olaraq pensiya artıq da ola
bilərdi. Ev qulluqçuları, kənd təsərrüfatı fəhlələri və dövlət qul-
luqçularının təqaüdləri aşağı idi. Bundan başqa çoxuşaqlı
ailələrə, şikəstlərə, dul qadınlara da pensiya vermək nəzərdə
tutulurdu. 1938-ci ildə Ruzvelt hökuməti daha iki qanunun
qəbul edilməsinə nail oldu. Bunlardan biri «Minimum əmək
haqqı və maksimum iş həftəsi haqqında» qanun idi. Qanuna
görə iş həftəsi 38 saat müəyyən olundu. 30-cu illərin II
yarısında 2 milyona qədər fəhlənin əmək haqqı artırıldı. İkinci
qanun isə «Əmək şəraitinin yaxşılaşdırılması haqqında» qanun
idi. Qanuna əsasən 16-18 yaşlı gənclər üçün 6 saatlıq iş günü
qoyulurdu. Onların gecə və orqanizm üçün zərərli işlərdə
işləməsi qadağan edilirdi. Həmçinin südəmər uşağı olan
164
qadınlara 3 saatdan bir uşağı əmizdirmək üçün vaxt ayrılırdı.
Həmin qadınlar qısa iş günü müddətində işləməli idi.
1936-cı il seçkilərində respublikaçılar Alfred Lindonu
irəli sürmələrinə baxmayaraq Ruzvelt yenə də 27,6 milyon səs
toplayaraq prezident seçildi.Onun gördüyü tədbirlər nəticəsində
respublikaçılar öz elektratını itirdi.
Ruzveltin unutduğu yalnız zəncilər oldu. Ölkədə 25
milyon zənci yaşamasına baxmayaraq onlar haqqında heç bir
mütərəqqi addım atılmadı.
1937-ci ilin fevralında Ruzvelt Ali məhkəmədə islahat
keçirmək haqqında konqresə müraciət etdi. Ruzvelt təklif edirdi
ki, ali məhkəmə üzvləri 9 nəfər deyil, 7 nəfər olsun. Onlar 70
yaşından sonra öz maaşları saxlanılmaqla təqaüdə çıxarılsınlar,
həmçinin ali məhkəmə üzvləri 10 il müddətinə təyin edilsin.
Lakin konqres bunu qəti rədd etdi və bildirdi ki, guya bu bir
tərəfdən ABŞ konstitusiyasına görə nəzərdə tutulmuş hakimiy-
yətin bölünməsi prinsipinə ziddir, digər tərəfdən isə, rüşvət-
xorluq üçün imkan yaratmış olar. Əsas səbəb isə o idi ki, ali
məhkəmə üzvlərindən 7-sinin yaşı 70-dən çox idi. Ruzveltin
gördüyü işlərdən biri də 1939-cu ildə prezidentin icra aparatının
təsis edilməsi idi.
Ruzveltin həyata keçirdiyi islahatlar ona böyük nüfuz
qazandırdı və 1940-cı ildə onu üçüncü dəfə prezident seçilmə-
sinə səbəb oldu. Bu heç də o demək deyildi ki, Ruzveltin ha-
kimiyyət illəri qarşudurmasız keçmişdi. ABŞ Ali məhkəməsi
təkcə 1937-ci ildə «Yeni xəttin» 12 qanununu ləğv etmişdi. Bu
dövrdə Ruzveltə qarşı ölkədəki bütün mürtəce qüvvələr bir-
ləşmişdilər. Bu birləşmənin ən görkəmli nümayəndələri
Luizana ştatının qubernatoru Lonq, həmçinin keşiş Koflin idi.
Koflin "Sosial ədalət naminə siyasi təşkilat", həmçinin "Kom-
munizm əleyhinə ittifaq" adlı təşkilat yaratdı. Bunlar əslində
faşist təşkilatları idi. Amerika faşizmini «Xaç altında olan
faşizm» adlandırırdılar. Lakin ABŞ-da faşizmin sosial bazası
165
zəif olduğuna və Ruzveltin Amerika xalqının əhval-ruhiyyəsini
əks etdirən real siyasətinə görə o, ayaq açmağı bacarmadı.
1938-ci ildə Ruzvelt "Yeni xətt" siyasətini dayandırdı.
Həyata keçirilmiş islahatların möhkəmləndirilməsinə daha çox
diqqət yetirilməyə başlandı. "Yeni xətt" siyasəti böhrandan
yaxa qurtarmağa imkan verdi. Bu həqiqət isə sübut etdi ki, ka-
pitalizm özünü islah etmək yolu ilə iqtisadi və sosial çətinlik-
lərin öhdəsindən gəlmək imkanına malikdir.
F.Ruzveltin inzibati idarəsinin xarici siyasəti
F.Ruzveltin "Yeni xətt" siyasətinin mühüm tərkib hissələ-
rindən birini də beynəlxalq münasibətlər sahəsi əhatə edirdi.
Beynəlxalq vəziyyət ABŞ-ın xarici siyasətində əsasən
iki mühüm amili nəzərə almağı zəruri edirdi. Bu amillərdən biri
1929-1933-cü illər dünya iqtisadi böhranı, digəri isə faşist
Almaniyası və millitarist Yaponiyasının fəallaşması nəticəsində
yeni dünya müharibəsi təhlükəsinin artması idi. Əgər böhran
dünya iqtisadi-ticarət əlaqələrini pozub, ABŞ-ı təcridçiliyə sü-
rükləmişdirsə, dünya müharibəsi təhlükəsi isə, ümumi sülhün
qorunması naminə beynəlxalq əməkdaşlığı zəruri edirdi. ABŞ-
ın xarici siyasətində təcridçilik və beynəlmiləlçilik meylləri
aydın şəkildə öz əksini tapmışdı. İqtisadi, sosial-siyasi, ideoloji
sahədə ölkədə hökm sürən durğunluq xarici siyasətə də öz
təsirini göstərməyə bilməzdi. Xarici siyasət böhranla müba-
rizədə diqqətdən kənarda qala bilməzdi. ABŞ-ın xarici siyasəti
XX əsrin 30-cu illərində də ənənəvi əsaslara söykənərək isti-
qamətlənmişdi. Belə ki, Latın Amerikasına qarşı Monro, Asi-
yaya qarşı "açıq qapılar" doktrinası, Avropaya münasibətdə isə
təcridçilik əsas götürülürdü. Xüsusilə təcridçiliyə böyük diqqət
yetirilirdi. Çünki bu qeyri-amerikan dünyasına amerikan
dünyasının spesifik yanaşma prinsipi idi.
Ruzvelt real siyasətçi idi. Onun məşhur tezisində
göstərilirdi ki, "daxili siyasətdə buraxılmış hər hansı səhv ancaq
166
o ölkənin fəlakətinə, xarici siyasətdəki səhv isə bəşəriyyətin
məhvinə səbəb ola bilər." Ruzvelt beynəlxalq məsələləri
diqqətlə öyrəndikdən sonra ABŞ-ın xarici siyasət strategiyasını
aşağıdakı istiqamətlərdə davam etdirməyi lazım bildi.
Ruzvelt belə hesab edirdi ki, ABŞ-ın 1933-cü ilə qədər
SSRİ-ni tanımaması onu dünya xəritəsində ağ ləkə şəklində
göstərməsi və “qırmızıların təhlükəsi”nə qarşı açıq mübarizə
aparması səhv olmuşdu. Çünki SSRİ dünyanın böyük dövlətlə-
rindən biri idi. Həmçinin SSRİ kimi geniş daxili bazara malik
olan bir ölkə ilə münasibətə girməmək ABŞ iqtisadiyyatı üçün
faydalı deyildi. Bunlar nəzərə alınaraq 1933-cü ilin yazında
SSRİ ilə diplomatik münasibətlər yaratmaq üçün danışıqlar
başlandı. Danışıqlarda ABŞ-nın dövlət katibi Xell, SSRİ-nin
xarici işlər naziri Litvinov böyük rol oynadı. 1933-cü ilin
noyabr ayının 16-da SSRİ ilə ABŞ arasında diplomatik
münasibətlər yarandı. Məhz ABŞ-n Millətlər cəmiyyətində səyi
nəticəsində 1934-cü ildə SSRİ də bu cəmiyyətə daxil oldu.
1935-1937-ci illər ərzində SSRİ ilə ABŞ arasında iki ticarət
sazişi bağlandı və mal mübadiləsi genişləndi.
ABŞ-ın xarici siyasətinin ikinci mühüm istiqaməti
Avropa ölkələri idi. ABŞ Corc Vaşinqtonun vəsiyyətini nəzərə
alaraq Avropaya daha az nüfuz etmək siyasəti yeritməyə
başladı. ABŞ bu dövrdə bildirdi ki, o, milli iqtisadiyyatını
inkişaf etdirməyə daha çox diqqət yetirir. 1933-cü ilin
avqustunda iqtisadi məsələləri həll etmək üçün Londonda
çağırılmış konfransda Ruzveltin nümayəndəsi bildirdi ki, ABŞ
Avropaya kredit və istiqraz verməkdən imtina edir.
1935-ci ilin avqustunda ABŞ konqresi "Bitərəflik
haqqında" qanun qəbul etdi. Həmin qanuna görə ABŞ müharibə
edən tərəflərdən heç birinə silah və ərzaq satmamalı idi.
Qanunda həm təcavüzkar, həm də təcavüz olunan ölkə
eyniləşdirilirdi. Ona görə də, ABŞ İspaniya Respublikasına və
İtaliyanın təcavüzünə məruz qalan Efiopiyaya kömək etmədi.
167
«Bitərəflik haqqında» qanun 1939-cu ilə qədər qüvvədə qaldı.
1939-cu ilin sentyabrın 1-də İkinci dünya müharibəsi
başlayandan sonra, ABŞ həmin qanunda dəyişiklik etmək
qərarına gəldi. ABŞ 1939-cu ilin sentyabrın sonunda Almaniya
ilə müharibə edən dövlətlərə silah, ərzaq satmağa razı oldu.
Lakin bu mallar nəqd pulla alınmalı və həmin dövlətlərin öz
gəmilərində aparılmalı idi. 1941-ci ilin martında isə ABŞ
konqresi Lend-liz qanununu qəbul etdi. Qanuna görə Almaniya
ilə müharibə edən dövlətlərə borc, kredit və kirayə vermək
nəzərdə tutulurdu. Həmin qanun ABŞ tarixinə «elan edilməmiş
müharibə» kimi daxil oldu.
ABŞ-nın xarici siyasətinin üçüncü istiqaməti Asiya idi.
Asiyaya qarşı ABŞ hələ vaxtilə irəli sürülmüş "açıq qapılar"
doktrinasının tərəfdarı idi. Əslində bu ABŞ-nın mövqeyinin
Çində, Uzaq Şərqdə və Sakit okeanda möhkəmləndirilməsini
nəzərdə tuturdu. Uzaq Şərqdə ABŞ çox ciddi diplomatik
problemlərlə toqquşdu. Amerika-yapon ziddiyyətləri qaçılmaz
fakt idi. Mancuriyanın Yaponiya tərəfindən işğalından sonra bu
münasibətlər daha da kəskinləşdi. Siyasi-diplomatik rəqabətdə
ABŞ 1921-1922-ci ildə Vaşinqton konfransında bağlanmış
sazişdən istifadə etdi. 1928-ci ildə bağlanmış pakt da ABŞ-a
imkan verdi ki, Yaponiyanı günahlandırsın. ABŞ-nın Uzaq
Şərqdə Yaponiyaya qarşı siyasətinin əslində əsas məqsədi
Yaponiya ilə münaqişədən uzaqlaşmaq idi. ABŞ Avropada
vəziyyətin gərginləşməsindən də Yaponiya ilə kompromisə
gəlmək üçün istifadə etmək istədi. Bu dövrdə Yaponiya ABŞ-
dan vacib hərbi-strateji materialların, demək olar ki, yarısını
alırdı. ABŞ çalışırdı ki, SSRİ ilə Yaponiya toqquşsun, özü isə
kənarda qalsın. Lakin gözlədiyinin əksi oldu.
Ruzveltin dövründə xarici siyasətin dördüncü istiqaməti
Latın Amerikası idi. Latın Amerikasına qarşı aparılan əvvəlki
siyasətlər Latın Amerikası xalqlarının ABŞ-a qarşı nifrətinə
səbəb olmuşdu. Hələ 1904-cü ildə prezident Teodor Ruzvelt
168
Panama kanalının çəkilişi ilə əlaqədar göstərirdi ki, bu məsələ
ABŞ-ın milli mənafeyinə (siyasətdə milli mənafe terminini ilk
dəfə T.Ruzvelt işlətmişdir) uyğundur və ABŞ-ın bütün Amerika
dövlətlərinin daxili işlərinə qarışmağa ixtiyarı vardır. 1904-cü
ildə ABŞ konqresi bu barədə qanun da qəbul etdi. Bu dövrdə
Latın Amerikası ölkələrində aprizm adlı cərəyan hökm sürürdü.
Onun mahiyyətini -"Amerika hindular üçündür" şüarı təşkil
edirdi. Ruzvelt Latın Amerikası ölkələrinə münasibətdə ilk
növbədə onların etibarını qazanmağı qarşısına məqsəd qoydu.
1904-cü il qanunu ləğv edildi. ABŞ silahlı qüvvələri Nikaraqua
və Haitidən çıxarıldı. Latın Amerikası ölkələrinə qarşı Ruzvelt
"mehriban qonşu" siyasəti yeritdi. Bu qonşuluğun arxasında
Latın Amerikasına italyan, yapon, alman, ingilis kapitalının
axınının qarşısını almaq məqsədi gizlənmişdi. Ruzvelt ABŞ
prezidenti Monronun 1823-cü ildə irəli sürdüyü "Amerika-
amerikanlar üçündür" doktrinasını dirçəltmək istəyirdi. O,
Amerika dövlətləri arası sistem yaratmağa çalışırdı. Bunun
üçün Ruzvelt Latın Amerikası ölkələrinin ABŞ-la birlikdə
1933-cü ildə Montevedioda, 1936-cı ildə Buenos-Ayresdə,
1937-ci ildə Limada beynəlxalq konfranslarının çağırılmasına
nail oldu. Həmin konfranslarda Latın Amerikası ölkələri ilə
ABŞ arasındakı münasibətlərin bərabər hüquqlar səviyyəsində
qurulması nəzərdə tutulurdu.
30-cu illərin ikinci yarısında ABŞ-ın xarici siyasətinə
münasibətdə ölkənin özündə iki istiqamət vardı. Bu istiqamət-
lərdən biri Huverin, Mellonun başçılıq etdiyi «təcridçilik» isti-
qaməti idi. Onlar belə hesab edirdilər ki, Avropa ilə heç bir
əlaqə saxlamaq lazım deyil, xüsusilə İngiltərədən uzaqlaşmaq
lazımdır. ABŞ-a İngiltərə lazım deyil. ABŞ öz milli iqtisadiy-
yatını özü yaratmalı, Almaniya və Yaponiya ilə əlaqələrin
inkişafına daha çox səy etməlidir.
İkinci istiqamət Ruzvelt və Xellin başçılıq etdiyi «bey-
nəlmiləlçilik» idi. Onlar göstərirdilər ki, dünyanı faşizm təhlü-
169
kəsi bürüyüb. Almaniya İngiltərəni öz tərəfinə çəkmək istəyir.
Dünya ölkələrinin yarısı İngiltərənin tərəfindədir. Ona görə də
bu dünyada yaşayıb, dünyadan kənarda qalmaq olmaz. İngiltərə
ilə əlaqələri inkişaf etdirmək vacibdir.
ABŞ 1941-ci ilin dekabrına qədər müharibədə iştirak et-
məsə də, getdikcə Böyük Britaniyaya hərbi-iqtisadi yardımını
artırdı. Avropada qəribə müharibə başa çatdığından Ruzveltin
irəli sürdüyü «Milli müdafiə proqramı»na əsasən konqres hərbi
xərclərin 17.7 mlrd dollara, ordunun sayının isə 280 min
nəfərdən 1 milyon 200 min nəfərə çatdırmaq haqqında qərar
qəbul etdi. “Bitərəflik haqqında” qanunun bürün maddələrindən
1941-ci ilin dekabrına kimi imtina edildi. 1941-ci ilin dekabrın
7-də ABŞ Yaponiyaya müharibə elan etməklə İkinci dünya
müharibəsinə girmiş oldu. Çünki ilk növbədə ABŞ-ın milli
mənafeyi, onun daxili və beynəlxalq vəziyyəti bunu tələb
edirdi.
Dünya hadisələrinin gedişi Ruzveltin haqlı olduğunu
göstərdi Ruzveltin real siyasət aparması, gözəl təşkilatçılıq ba-
carığı, möhkəm siyasi iradəsi, praktik adam olması onun XX
əsrin Eynşteyndən sonra İkinci adamı kimi tanınmasına səbəb
oldu.
170
Dostları ilə paylaş: |