1933-cü ildə keçirilən VII Panameraikan konfransında
ABŞ Latın Amerikası dövlətlərinin daxili işlərinə
«qarışmayacağını» bildirdi. Tədricən ABŞ-la «mehriban
qonşuluq» əmələ gəlməyə başladı. Yeni hökumətin siyasəti
xarici kapitaldan asılılığı artırdı. Almaniyada faşistlər
hakimiyyətə gəldikdən sonra Argentinada İtaliya və Almaniya
mühacirləri faşist partiyası yaratdılar. Lakin demokratik
qüvvələr faşizmlə mübarizəyə qalxdılar. 1933-cü ilin mayında
Buenos-Ayresdə faşizmə qarşı mübarizə komitəsi təşkil edildi.
1935-ci ilin birinci yarısında Argentinada tətil hərəkatı
gücləndi. Xalq cəbhəsi yaradılmasa da, müxalifətdə dayananlar
1936-cı ilin martında mühüm müvəffəqiyyət qazandılar. İrticaçı
qüvvələr konstitusiyanın bərpasından qorxaraq yeni dövlət
çevrilişinə hazırlaşmağa başladılar. Buenos-Ayres əyalətinin
qubernatoru öz əyalətində Kommunist Partiyasının fəaliyyətini
qadağan etdi. Xusto hökuməti həmkarlar ittifaqı üzərində
dövlət nəzarəti təşkil etdi.
Demokratik ideyaların təbliğinə görə həbs cəzası veril-
məsi haqqında qanun verildi. Deputatlar palatasındakı mü-
xalifətçi deputatlar – radikallar, sosialistlər, mütərəqqi demok-
ratlar Xalq Cəbhəsi adı altında blok düzəltdilər. Lakin sonra
sosialistlər və radikallar bu blokdan ayrıldılar.
Sol partiyalar 1937-ci ilin noyabrındakı prezident seç-
kilərində müstəqil çıxış etdilər, irticadan qorxaraq vahid blok
təşkil etmədilər. Ortis prezident seçildi. Sağlar yenə də qalib
gəldilər.
Xarici siyasətdə onlar ABŞ-ın təzyiqinə qarşı durmaq
üçün faşist millitarist blokuna meyl edirdilər.
283
İkinci dünya müharibəsi zamanı Argentina əvvəl
bitərəfliyini elan etdi. Bu vəziyyət iqtisadi inkişafın
srüətlənməsinə kömək etdi. Sənayenin yeni sahələri yaradıldı.
İşsizlik, demək olar ki, ləğv edildi. İqtisadi yüksəliş baş verdi.
1940-cı ildən prezident vəzifəsini Ortisin yerinə Ramon
Kastilyo yerinə yetirməyə başladı 1943-cü ilə qədər o, bu
vəzifədə qaldı. Ölkədə mövcud rejim sərtləşdirildi. Almaniya
və onun müttəfiqləri ilə əlaqələr genişləndirildi. Müharibə
illərində hökumətin daxili və xarici siyasətindən narazılıq onun
xalq kütlələri tərəfindən devrilməsinə gətirib çıxartdı. Yeni
hökumətə əvvəl Artero Ramson, sonra isə Ramiris başçılıq
etdi. Ramiris Argentina hökumətinin müvəqqəti prezidenti
seçildi. 1944-cü ilin fevral ayında Ramirisin istefasından sonra
onu general Ferral əvəz etdi. Argentina hökuməti 1945-ci il
martın 27-də Almaniya bloku ölklələrinə müharibə elan etdi.
284
MEKSİKA
1910-1917-ci illər inqilabının başa çatması və onun nəticələri
Meksikada1910-1917-ci illər inqilabı xarici
imperialistlərə və mülkədarlara qarşı çevrilmişdi. 1917-ci il
yanvarın 31-də konstitusiya qəbul edildi. Bu konstitusiyada
aqrar məsələ radikal həllini tapdı. Kəndli hərəkatının rəhbərləri
Emiliano Sapata, Panço Vilya torpağın və xarici kapitalistlərin
mülklərinin milliləşməsi məsələsinin konstitusiyada öz əksini
tapmasına nail oldular. Konstitusiyaya əsasən təbii sərvətlər
Meksika xalqına məxsus idi. Kilsə daşınmaz əmlakdan məhrum
edilməli, dini məktəblər bağlanmalı idi. 8 saatlıq iş günü
müəyyən edildi, fəhlələr həmkarlar ittifaqında birləşə bilərdilər.
1916-cı ildən ölkənin prezidenti Venustiano Karranso idi.
O, aqrar məsələni həll etməyə tələsmədi. 1919-cu ilin yazında
Sapata öldü. İqtisadi vəziyyətin ağırlığı inqilabi şərait yaratdı.
1918-ci ilin mayında Meksika regional fəhlə konfe-
derasiyası (KPOM), 1919-cu ilin sentyabrında Meksika
Kommunist Partiyası yaradıldı.
Xırda və orta burjuaziya Karransonun siyasətindən narazı
idi, çünki o konstitusiyanı həyata keçirməyə tələsmirdi.1910-
1917-ci illər inqilabinın təşkilatçılarından olan general Obreqon
Karransonu inqilaba xəyanətdə təqsirləndirdi. Obreqonın
rəhbərliyi altında 1919-cu ilin dekabrında Meksika fəhlə
(laborist) partiyası yaradıldı. Bu partiya bitərəf mövqedə
dururdu. 1920-ci ilin mayında Obreqon KROM-a arxalanaraq
dövlət çevrilişi etdi, Karranso öldürüldü. Sonra Obreqon
prezident seçildi. «Böyük və çiçəklənən Meksika» yaratmaq
«İnqilabi kuaudilizmin» başlıca məqsədi elan edildi.
Prezidentin əlində böyük səlahiyyət toplanmışdı. Xırda
burjuaziya aparatda çoxluq təşkil edirdi. 1921-1923-cü illərdə
kəndlilərə 600 min ha torpaq paylandı. Böyük Britaniyadan
285
başqa 1923-cü il avqustunadək başda ABŞ olmaqla bütün
dövlətlər Obreqon hökumətini tanıdılar.
1923-cü ilin sonu, 1924-cü ilin əvvəllərində iqtisadi və-
ziyyət yaxşılaşdı. Obreqonın siyasətinə qarşı latufindistlər, iri
burjuaziya, katolik kilsəsinin ali təbəqəsi çıxış edirdilər. Mülkə-
darlar «ağ qvardiya» təşkil edərək 1923-cü ilin iyulunda kəndli
hərəkatının rəhbəri Panço Vilyanı öldürdülər.
Meksika kapitalizmin nisbi sabitləşməsi dövründə
1924-cü ilin yayında prezident Plutarko Elios Kalyes
seçildi. O, Obreqonın siyasətini davam etdirəcəyinə söz verdi.
1928-ci ilə qədər kəndlilərə 3,2 milyon ha torpaq verildi. 30
milyon ha torpaq yenə də xaricilərin əlində idi. 1925-ci il
dekabrında «Neft qanunu» qəbul edildi. 1917-ci ilin mayın 1-
dək neftli torpaq almış xaricilərə 50 ilə qədər həmin neftli
torpaqlar icarəyə verilə bilərdi.
Xarici siyasətdə Meksikanın milli maraqları nəzərə alınır-
dı. 1924-cü il Meksika SSRİ ilə diplomatik münasibətlər
yaratdı.
Milli burjuaziya hakimiyyət başında olsa da, iqtisadiyyata
hakim mövqeni o tutmurdu. Əsas sahələrdə – dağ-mədən, neft,
emal sənayesində xaricilər ağalıq edirdilər. ABŞ-ın Meksikaya
kapital qoyuluşu 1913-1929-cu ilədək iki dəfə artdı. ABŞ
sahibkarlarının əlində 20-ci illərdə ölkənin bütün torpaq
fondunun
8
1 -i var idi. ABŞ tələb edirdi ki, neftli torpaqlar üçün
qoyulan müddət götürülsün.
Kalyes hökumətinə qarşı feodal-klerikal irtica çıxış etdi.
1926-cı ilin iyulunda 1917-ci il konstitusiyasına əsasən kilsənin
siyasi fəaliyyətlə məşğul olması qadağan edildikdə katoliklər
baykot taktikasından istifadə etdilər. 1927-ci il yanvarda
«Xristos» qiyamı baş verdi. «Yaşasın Xristos» şüarı səsləndi.
Krerikal irticaya qarşı milli burjuaziya və fəhlə sinfi çıxış etdi.
286
KROM da, kəndlilər də hökumətə kömək etdi. Lakin ABŞ
qiyamçılara gizli kömək etdi. Ali məhkəmə 1925-ci ildə qəbul
edilmiş neft haqqında qanunu konstitusiyadankənar hesab etdi.
Bütün bunlarla bərabər, neft yenə də milli sərvət kimi qaldı.
Kalyes hökumətinin güzəşti Vaşinqtonda bəyənildi. Sağa
doğru dönüş baş verdi. Hakimiyyətdə olan xırda burjuaziya
nümayəndələri iri mülkiyyətçilərə çevrildilər. Onlar artıq sosial
«eksperimentləri» dayandırmağı tələb edirdilər.
1928-ci il iyulunda Obreqon yenidən prezident seçildi.
Lakin iki həftədən sonra o, bir fanatik-katolik tərəfindən öldü-
rüldü. 1928-ci il sentyabrında müvəqqəti prezident Emilio
Portes Xil seçildi. 1929-cu ildə ölkədə yeni prezident seçkiləri
keçirildi. Ortis Rubio prezident seçildi. Kalyes isə hərbi nazir
oldu.
1929-cu ilin mart-aprelində 18 min əsgərin iştirak etdiyi
44 generalın qiyamı baş verdi. Bu dövrdə Meksika ordusunun
sayı 56 min idi. Hökumət qoşunlarına Kalyes başçılıq etdi.
Partizan dəstələrinin köməyi ilə qiyam yatırıldı.
1929-cu ilin iyununda Kommunist partiyası qadağan
edildi. Kilsəyə güzəşt edildi.
Kalyesin təşəbbüsü ilə 1929-cu ildə Milli inqilabi partiya
(MİP) yaradıldı. Tərkibi burjua, mülkədar, xırda burjua,
kəndlilərin nümayəndələrindən ibarət idi. Kalyes xüsusi
həmkarlar mərkəzi olan əmək palatasını təşkil etdi.
Meksika dünya iqtisadi böhranı dövründə və İkinci dünya
müharibəsi əpəfəsində
Meksikaya dünya iqtisadi böhranı ağır təsir etdi, gümüş,
qızıl, mis, sink istehsalı azaldı. Ölkədə 1 milyon işsiz var idi.
1930-cu ildə aqrar islahat dayandırıldı. Şəkər qamışı, banan
plantasiyaları, əsasən, xarici kompaniyaların əlində idi. Onlar
da iflas etdi.
287
Siyasi həyatda bütün rəhbərlik Kalyesin əlində toplan-
mışdı. O, «İnqilabın ali rəhbəri» hesab edilirdi. 1930-cu ildə
ABŞ-ın təzyiqi ilə Meksika SSRİ ilə diplomatik münasibətləri
kəsdi.
1932-ci ildə Ortısın istefasından sonra Abelyardo
Rodriges prezident seçildi.
MİP-nin sol qanadı hökuməti məcbur etdi ki, 1933-cü il-
də aqrar islahatlar keçirsin. Həmçinin altı illik proqram qəbul
edildi. Bu proqramda milli sənaye yaradılması, kənd
təsərrüfatının inkişafının təşkil edilməsi nəzərdə tutulurdu.
1933-cü il oktyabrda Meksikada kəndli və fəhlə ümumi
konfederasiyası yaradıldı.
1934-cü ildə MİP-nın sol qanadına məxsus olan Lasaro
Kardenas prezident seçildi. O, hələ Miçoakan ştatında
qubernator olanda korrupsiyaya qarşı mübarizədə şöhrət
qazanmışdı. Kardenas Kalyesin dediklərin etmədi.
Kommunist partiyası leqallaşdırıldı, demokratik
azadlıqlar bərpa edildi. Kalyesin qəsd yolu ilə Kardenası
devirmək cəhdi baş tutmadı. Kalyes ABŞ-a sürgün edildi.
Kalyesə məxsus əmlak dövlət tərəfindən müsadirə edildi.
1936-cı ilin fevralında Meksika zəhmətkeşlər
konfederasiyasının təşkilindən sonra Meksikanın ictimai-siyasi
həyatında fəhlə sinfinin rolu artdı. 40 saatlıq iş həftəsi müəyyən
edildi, kollektiv müqavilələr bağlanılmasına icazə verildi,
xaricilərə məxsus müəssisələr, dəmiryollar milliləşdirildi. Ən
iri addım 1938-ci ilin martında neft sənayesinin
milliləşdirilməsi idi. Bu sənayenin əksəriyyəti İngiltərə və
ABŞ-a məxsus idi. Bu zaman ölkədə 17 amerikan və ingilis
neft kompaniyası var idi. ABŞ Meksikaya iqtisadi sanksiya
tətbiq etdi, ondan gümüş almadı. Böyük Britaniya və onun
dominionları isə Meksikadan neft məhsulları almadı. Avropa
ölkələrinin çoxu da onlara qoşuldu.
288
Bu dövrdə 18 milyon ha torpaq 1 milyon kəndliyə pay-
lanıldı. Lakin yenə də mülkədarların əlində 80 milyon ha torpaq
qalırdı.
1934-1940-cı illər islahatlarının mütərəqqi xarakter daşı-
ması Meksikanın müstəqilliyini artırdı. Latın Amerikası ölkələ-
rindən ancaq Meksika İspaniya respublikasına kömək etdi.
Kardenas hökumətini geniş xalq kütlələri müdafiə etdi. 1938-ci
il martında Milli İnqilab Partiyası Meksika inqilab partiyası ad-
landı. Onun – fəhlə, kəndli, hərbçilər, xalqın digər təbəqələrini
əhatə edən bölmələri yaradıldı.
Hərbi qiyam yolu ilə 1938-ci ilin yazında Kardenası de-
virmək cəhdi baş tutmadı. Bu cəhd üçün bəhanə guya
Meksikada kommunizm təhlükəsi idi.
Kardenasın dövründə toxuculuq, tikinti, yeyinti sənayesi,
xarici ticarət inkişaf etdi.
1940-cı ilin iyulunda mühafizəkar qüvvələr Avilla Kamo-
çonun prezident seçilməsinə nail oldular. Kardenasın işini
davam etdirəcəyinə söz versə də, onun dövründə ölkədə ABŞ-
ın təsiri gücləndi.
1941-ci ilin dekabrınadək Meksika faşist-millitarist bloku
ilə diplomatik münasibətləri kəsmədi. Ancaq ABŞ-ın təsiri
altında 1942-ci il mayında onlara müharibə elan etdi. 1942-ci
ilin noyabrında Meksika SSRİ ilə diplomatik münasibətləri
bərpa etdi.
Hərbi əməliyyatların Meksika ərazisində aparılmaması
ölkə iqtisadiyyatının inkişafına əlverişli şərait yaratdı .
1945-ci ilin fevral-mart aylarında müharibə və sülh
məsələlərini müzakirə etmək üçün Meksikada Amerika
ölkələrinin xarici işlər nazirlərinin keçirilən konfransında
“Çapıltəpək bəyannaməsi” (Çapıltəpək Mexikoda qəsr adıdır)
qəbul edildi. Amerika ölkələrinin təcavüzdən birgə müdafiə
prinsipinə sadiq qalmaları onun əsas məzmununu təşkil edirdi.
Konfransda ABŞ-ın təklifi ilə qəbul edilən “İqtisadi
289
xartiya”adlı sənəddə iqtisadi və gömrük məsələlərində
maneələrin tədricən aradan qaldırılmasından bəhs edilirdi.
290
ÇİLİ
1918-1923-cü illərdə iqtisadi vəziyyət və sinfi mübarizə
Birinci dünya müharibəsində Çili xeyli gəlir əldə etdi.
Lakin Birinci dünya müharibəsi qurtaran kimi Çili misinə olan
təlabat da azaldı. Xüsusilə selitra sənayesinə böyük ziyan
dəydi. 1919-cu ildə selitra istehsalı 1917-ci illə müqayisədə iki
dəfə azaldı. Həmçinin xeyli mis yataqları və kömür qazmaları
bağlandı. İqtisadi vəziyyətin pisləşməsi sinfi mübarizəni kəs-
kinləşdirdi. Çilinin fəhlə sinfi Latın Amerikası fəhlə sinfinin ən
qabaqcıl dəstəsi idi. Luis Emilio Rekabarren Çili Sosialist
partiyasının yaradıcılarından və rəhbərlərindən biri idi.
1920-ci ilin prezident seçkiləri çox çətin bir şəraitdə keçi-
rildi. Hakimiyyətdə olan mühafizəkarlar partiyası əsasən torpaq
aristokratiyasının mənafeyini müdafiə edirdi, kifayət qədər
populyar idi, lakin qələbə əldə edə bilmədi. Mühafizəkarlar par-
tiyasının təşkil etdiyi Milli Alyansa qarşı liberal-burjua par-
tiyalarını birləşdirən Liberal Alyans çıxış etdi və seçkilərdə
onun nümayəndəsi Arturo Alessandri daha çox səs aldı və pre-
zident seçildi. Onun qələbəsində sosialist partiyasının da mü-
hüm rolu oldu. Hökumət seçkiqabağı "Liberal alyans və ya
inqilab" şüarı altında çıxış edərək hakimiyyətə gəldiyi üçün
seçkiqabağı verdiyi bir çox vədləri həyata keçirdi. 8 saatlıq iş
günü, məzuniyyət və istirahət günü qanuniləşdirildi, ictimai sı-
ğorta həyata keçirildi, fəhlələrin həmkarlar ittifaqlarında birləş-
mək hüququ tanındı. Bununla belə daha əsaslı dəyişikliklər
yenə də həyata keçirilmədi.
1922-ci ilin yanvarında Çili Kommunist Partiyası ya-
radıldı.
Çili kapitalizmin nisbi sabitləşməsi dövründə
Alessandrinin
hökuməti siyasi cəhətdən möhkəm deyildi.
Amerikapərəst polkovnik Karlos İbanyes başda olmaqla ölkədə
diktatura qurulmasına ciddi hazırlıq gedirdi. 1925-ci ilin av-
291
qustun 30-da hökumət icraedici hakimiyyəti gücləndirən kons-
titusiya islahatları keçirdi. Prezident altı il müddətinə seçilir və
qeyri-məhdud səlahiyyətlərə malik idi. Bu islahat diktaturaya
keçməyi asanlaşdırdı. 1927-ci ilin fevralında amerikan imperia-
lizminin və torpaq sahibləri oliqarxiyasının köməyi ilə Karlos
İbanyes hakimiyyəti zəbt etdi. Çilidə diktatura dövrü başlandı.
Kommunist partiyası qanundankənar elan edildi və gizli fəa-
liyyətə keçdi. Müsəssisələrdə sənaye ittifaqları adlanan təş-
kilatlar yaradıldı. Hökumətin sərəncamı ilə sahibkarlar öz gə-
lirlərinin 2%-ni bu təşkilatların ixtiyarına verir, həm də ayrılmış
bu məbləğin dörddə üçü ittifaq üzvləri, yəni fəhlələr arasında
bölüşdürülməli idi.
İbanyes Çilidə faşist xarakterli korporativ təşkilatlar ya-
ratmaq istəyi ilə 1929-cu ildə fəhlə və qulluqçuların respubli-
kaçı Mülki fəaliyyət konfederasiyasını təşkil etdi. Diktator
ölkəyə amerikan kapitalının soxulması üçün geniş şərait
yaratdı. İngilis kapitalistləri arxa plana sıxışdırıldılar. İngilis
imperialistlərinin nəzarəti altında olan «Selitra istehsalçıları
Assosiasiyası» əvəzinə İbanyes «Çili selitra kampaniyası»
(«Kosaç») adlanan və əslində amerikan kapitalının nəzarəti
altında olan təşkilat yaratmaq haqqında dekret verdi. Eyni
zamanda amerikan kampaniyalarına ən mühüm konsessiyalar
verildi.
Çili dünya iqtisadi böhranı illərində və İkinci dünya
müharibəsi ərəfəsində
Dünya iqtisadi böhranı Çili iqtisadiyyatına çox ağır təsir
etdi. Mis əridilməsi 1932-ci ildə 320 min tondan 103 min tona
qədər azaldı. 1932-ci ildə Çilinin ixracı 8 dəfə, idxalı isə 7,5
dəfə aşağı düşdü. Başlanan maliyyə böhranını zəiflətmək üçün
Çili hökuməti xarici borcların ödənilməsini dayandırdı. 4
milyon əhalisi olan ölkədə 1932-ci ildə işsizlərin ümumi sayı
350 min nəfərdən çox idi. Nominal əmək haqqı 30-40%, real
əmək haqqı isə daha çox azalmışdı. Ölkəni tətillər bürümüşdü.
292
Kütləvi inqilabi hərəkatın nəticəsində diktator 1931-ci ilin
iyulunda hakimiyyətdən əl çəkməyə və Argentinaya qaçmağa
məcbur oldu. Dekabrda İbanyes hökumətinin nazirlərindən biri
– Xuan Esteban Montero prezident oldu. Lakin tətillər davam
etməkdə idi. Bəzi yerlərdə bu üsyana çevrilsə də, hökumət onu
yatırmağa müvəffəq oldu. Kəndli hərəkatı da ölkəni bürüdü.
İnqilabi hərəkatın və kütlələrin narazılığının artdığı bir
şəraitdə orduya arxalanan burjua müxalifəti Montero hökumə-
tini devirmək üçün hazırlığa başladı. 1932-ci il iyulun 4-də pay-
taxt qarnizonunun üsyanı başladı və ona bütün xalq qoşuldu.
Nəticədə Montero hökuməti yıxıldı və milli burjuaziyanın
nümayəndələri olan Davila və Qrove tərəfdarlarının müvəqqəti
koalisiyalı hökuməti təşkil edildi. Lakin tezliklə bu ittifaq
parçalandı. 1932-ci il iyulun 12-də amerikapərəst siyasət
yeridən Davila hökumətin tərkibindən çıxmağa məcbur oldu.
Lakin Qrove hökuməti də verdiyi vədləri yerinə yetirə bilmədi.
Belə şəraitdə Çilidə Kommunist partiyasının fəallaşması və bir
sıra şəhərlərdə sovetlərin yaranması imperialist dairələri təşvişə
saldı. Təşkil edildikdən iki həftə sonra Qrove hökuməti xarici
imperialistlərin fəal köməyi nəticəsində devrildi, sovetlər isə
qovuldu.
1932-ci ilin oktyabrında terror şəraitində aparılmış prezi-
dent seçkilərində burjua-mülkədar partiyalarının köməyi nəticə-
sində Arturo Alessandri qalib gəldi və altı il hakimiyyətdə oldu.
Alessandri ABŞ imperialistləri ilə sazişə girdi. O, həmçinin
Almaniya, İtaliya və Yaponiya kapitalının ölkəyə soxulmasına
kömək edirdi. İspaniyada Frankonu müdfaiə edirdi. Lakin xalq
bütün bunları laqeyd qarşılamağı bacarmadı. Belə ki, 1936-cı
ildə kommunist, sosialist, radikal və demokratik partiyalar ara-
sında bağlanmış saziş nəticəsində xalq cəbhəsi hərəkatı təşkilat
cəhətdən təşəkkül tapdı, buraya Çili zəhmətkeşlər Konfedera-
siyası da daxil oldu.
293
1938-ci ilin oktyabrın 25-də keçirilmiş prezident seçkilə-
rində Xalq cəbhəsinin namizədi professor Pedro Adippe Serda
bütün səslərin mütləq əksəriyyətini toplayaraq qalib gəldi. Xalq
cəbhəsinin qələbəsi nəticəsində yaradılmış hökumət (bu
hökumətin tərkibinə ragikallar, sosialistlər və demokratlar daxil
idilər). Xalq cəbhəsi proqramını həyata keçirməyi, zəhmət-
keşlərin maddi vəziyyətini yaxşılaşdırmağı, demokratik azad-
lıqların verilməsini təmin etməyi, mürtəce təşkilatlara qarşı
mübarizə aparmağı, xarici inhisarların ağalığı əleyhinə
qanunlar verməyi bacarmadı. Proqramda göstərilən kəndlilərə
maliyyə və aqronomluq köməyini təşkil etmək. milli sənayeni
hərtərəfli inkişaf etdirmək məsələsi də həll edilmədi.
Hakimiyyətə gəldiyi gündən Xalq cəbhəsi hökuməti irticanın
ciddi müqavimətinə rast gəldi. Xalq cəbhəsinin qələbəsinə
qədər seçilmiş deputatlar palatası ölkədəki əsil qüvvələr
nisbətini əks etdirmirdi. Bununla belə, inadlı mübarizə nə-
ticəsində Çili fəhlə sinfi öz vəziyyətini bir qədər yaxşılaşdıra
bildi. Bəzi mülki və demokratik azadlıqlar (yığıncaqlar,
təşkilatlar, tətillər və s. hüququ) bərpa edildi. Lakin Xalq
cəbhəsinin seçkiqabağı şüarı– «çörək, yaşayış və geyim» şüarı
həyata keçirilmədi.
İkinci dünya müharibəsində Çili Antihitler koalisiyasının
tərəfində iştirak etdi.
294
KUBA
Kuba birinci dünya müharibəsindən sonrakı ilk illərdə
Birinci dünya müharibəsi illərində Kuba hökuməti və bu
ölkədə yerləşən Amerikanın şəkər qamışı plantasiyaları və
şəkər zavodlarının sahibləri Avropaya bu məhsulun ixracını
artırmaq üçün bu sahəyə kapital qoyuluşunu xeyli artırdılar.
Şimali Amerika inhisarçıları müharibə dövründə Kubada
iqtisadiyyatın başlıca sahələrini demək olar ki, tamamilə
özlərinə tabe etdilər. 1920-ci ildə Kuba şəkərinin dünya
bazarında qiyməti kəskin surətdə aşağı düşdü. Bu isə Kuba
istehsalçılarının iflasına səbəb oldu. Bundan isə ABŞ
inhisarçıları məharətlə istifadə etdilər və onların əlində şəkər
zavodları, enerji şəbəkələri, dəmir yolarının 50%-i, dağ-mədən,
tütün sənayesinin xeyli hissəsi cəmləşdi. ABŞ hökuməti
ölkənin daxili işlərinə qarışmağa başladı. Bu hadisələr ölkənin
fəhlə sinfi, ziyalı və tələbələrində böyük narazılığa səbəb oldu.
Tələbələr universitetlərə muxtariyyət verilməsini, təhsilin
demokratikləşdirilməsini tələb edirdilər. 1925-ci ilin av-
qustunda Kuba Kommunist partiyası yaradıldı.
Maçadonun diktaturası.
1925-ci ildə Kubada prezident kürsüsünə iri sahibkar,
Amerika imperializminin satilletlərindən olan Xerardo Maçado
əyləşdi. Maçado hökuməti dərhal fəhlə və demokratik hərəkata
qarşı təqiblərə başladı. Kommunist partiyası qanundankənar
elan edildi. Universitetlərin muxtariyyəti ləğv edildi, mütərəqqi
həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edildi. Maçado
"minlərlə sui-qəsd prezidenti" adını aldı. Maçado özünü fəxrlə
"Antil Mussolinisi" adlandırırdı və onun əsas dayağı xırda və
orta burjuaziya idi. Onun dövründə işsizlik bir qədər azaldı.
1933-ci ilə qədər o, həmin vəzifədə qaldı. Maçadonun dikta-
turası dövründə də Kuba iqtisadiyyatı ABŞ-ın təsiri altında idi.
1929-cu ildə Kuba iqtisadiyyatına qoyulan 1,8 milyard xarici
kapitalın 1,5 milyard dolları ABŞ-a məxsus idi. Amerika inhi-
295
sarçılarının siyasəti ölkədə şəkər qamışının istehsalına xüsusi
diqqətdən ibarət idi. Həmin dövrdə ən məhsuldar torpaqlar
latufindistlərə məxsus idi, ona görə də ölkə ən zəruri ərzaq
məhsullarını xaricdən alırdı.
1929-cu il dünya iqtisadi böhranı Kuba iqtisadiyyatını
sarsıtdı. Böhran Kubada ixracın azalmasına və çoxlu şəkər
zavodlarının bağlanmasına səbəb oldu. Kubanın dörd milyon
əhalisinin yarım milyonu işləmirdi. Ölkədə sosial ziddiyyətlər
kəskinləşdi. 1930-cu ilin martında keçirilən 24 saatlıq ümumi
tətildə Havananın 200 min zəhmətkeşi iştirak edirdi. Bu
Maçado diktaturasına qarşı ilk inqilabi çıxış idi. Bu tətillərdə
tələbələr, ziyalılar, xırda burjuaziya da iştirak edirdi. Belə bir
gərgin vəziyyətdə burjuaziya müxalifəti də fəallaşdı və onun
liderləri hətta 1931-ci ilin avqustunda silahlı üsyan yolu ilə
Maçado diktaturasını devirməyə cəhd etdilər, lakin alınmadı.
Müxalifətdə olan burjua ziyalıları "ABŞ" adlı gizli təşkilat da
yaratdılar. Bu təşkilat fərdi terror yolunu tutdu.
Kuba xalqının antiimperialist mübarizəsi ABŞ-ı Latın
Amerikası ölkələrinə qarşı apardığı siyasətin forma və metodla-
rına yenidən baxmağa məcbur etdi. ABŞ hökuməti diktaturanın
inqilabi yolla devrilməsi təhlükəsindən qorxaraq Maçadonun
dinc yolla istefaya göndərilməsini təşkil etməyi lazım bildi.
1933-1935-ci illər inqilabı
Vaşinqton tərəfindən təzyiq göstərilməsinə baxmayaraq
Maçado hələ hakimiyyətdə qalırdı. 1932-1933-cü illərdə ölkədə
vəziyyət daha da kəskinləşdi. Partizan müharibəsi başladı.
1933-cü ilin avqustun 1-də Havanada başlanan tətil tezliklə
ümumi tətilə çevrildi, inqilabi mübarizənin hərəkətverici
qüvvəsi isə fəhlə sinfi idi. 1933-cü ilin avqust ayının 12-də
ABŞ səfirinin iştirakı ilə diktator məzuniyyətə getdiyini bildirdi
və ölkəni tərk etdi. Maçadonun yerinə müvəqqəti prezident
Karlos de Sespedes oldu. Təzə hökumətin tərkibinə burjua mü-
xalifətinin nümayəndələri və "ABŞ"-ın liderləri daxil oldular.
296
Onlar ilk növbədə tətilləri dayandırmaq üçün ciddi ölçü götür-
məyi qərara gəldilər. Kuba sahillərinə ABŞ hərbi gəmiləri gəl-
dilər, ölkədə hərbi vəziyyət elan edildi, nümayişlər qadağan
edildi. Lakin inqilabi hərəkatı dayandırmaq mümkün olmadı.
Maçado tiranlığının devrilməsi inqilabın başlanğıcı oldu. 1933-
cü ilin sentyabrın 4-5-ində Batistanın başçılığı altında qəsdçilər
amerikanpərəst hökuməti devirdilər və Havana Universitetinin
professoru Ramon Qrau San-Martininin başçılığı altında Mü-
vəqqəti inqilabi hökumət təşkil etdilər. Batista polkovnik
rütbəsi aldı, silahlı qüvvələrin ştabının rəisi oldu.
1933-cü ilin sentyabrında keçirilən tətillərdə fəhlələr
səkkiz saatlıq iş günü, əmək haqlarının artırılmasını tələb
edirdilər.
ABŞ hökuməti bu hadisədən narahat olaraq Kubadakı öz
vətəndaşalrının təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Kuba
sahillərinə 30 gəmidən ibarət hərbi-dəniz eskadrası göndərdi.
Latın Amerikası ölkələri bu məsələyə kəskin etirazlarını
bildirdilər.
Qrau San-Martini hökuməti hakimiyyətə gələn kimi elan
etdi ki, "Kuba kubalılar üçündür!" şüarı altında siyasət yeridə-
cəkdir. O, ABŞ-a üstünlük verən 1901-ci il konstitusiyasını tə-
xirə saldı, hökumətin özündə Müvəqqəti hökuməti devirmək
cəhdi Batista tərəfindən amansızlıqla yatırıldı. Vaşinqton
əvvəlki kimi Kubada yeni rejimi tanımadı və onu "qayda-qa-
nun" yaratmağı bacarmamaqda günahlandırdı. Kuba hökumə-
tinə təzyiq göstərmək üçün Ağ ev ABŞ-a şəkər gətirilməsində
kvota qoyulmasından və Kubanın iqtisadi vəziyyətinin ağırlı-
ğını yüngülləşdirməkdən imtina etdi. Qrau hökuməti öz üzvlə-
rindən biri, tələbə hərəkatının görkəmli xadimlərindən olan
Antonio Qiterasın təşəbbüsü ilə bir sıra mütərəqqi islahatlar
keçirdi. Belə ki, səkkiz saatlıq iş günü, 44 saatlıq iş həftəsi
müəyyənləşdirildi. Bildirildi ki, həmkarlar ittifaqlarını tanımaq
və onlarla kollektiv müqavilələr bağlamaq sahibkarların
297
vəzifəsidir. Vacib hesab edilən malların qiyməti aşağı salındı.
Havana Universitetinin muxtariyyəti bərpa olundu. Bütün bu
tədbirlər xırda burjuaziya və zəhmətkeşlərin xeyli hissəsinin
Qrau hökumətini dəstəkləməsinə səbəb oldu. Bununla bərabər
hökumətin sağ qanadı Batistanın ətrafında qruplaşaraq köklü
islahatların həyata keçirilməsinə mane olmaq üçün hökumət
əleyhinə burjua-mülkədar müxalifətin liderləri ilə gizli danışıq-
lara girdi. Qrau San-Martini hökumətini devirmək üçün görülən
hazırlıq işində Havanadakı ABŞ səfiri də yaxından iştirak
edirdi.
1933-cü ilin dekabr -1934-cü ilin yanvarında Kuba höku-
məti ABŞ inhisarçılarının mənafelərinə qarşı çevrilmiş bir sıra
yeni tədbirlər həyata keçirdi. Hökumət Kuba-ABŞ şəkər kom-
paniyalarının müəssisələri və elektrostansiyalarının bir hissəsini
öz idarəsi altına aldı; Şəkər qamışı plantasiyalarının fəhlələrinin
əmək haqqı artırıldı. Maçado rejiminin tərəfdarlarına məxsus
olan torpaqlar müsadirə edildi. 1933-cü ilin dekabrında
Montevideoda keçirilən Panamerikan konfransında Kuba
nümayəndəsi ABŞ-dan tələb etdi ki, "Platta düzəlişi"ndən əl
çəksin və Müvəqqəti inqilabi hökuməti tanısın. Vaşinqton bu
tələblə hesablaşmağa məcbur oldu, lakin bununla bərabər Kuba
hökumətinin tərkibində dəyişikliklər edilməsini də təkid etdi
1934-cü ilin yanvar ayının 14-də Batista ABŞ səfirinin
dəstəyi ilə prezident Qrau San-Martinini istefaya getməyə məc-
bur etdi. Qrau hökumətinin süqutu göstərdi ki, Kubanın milli
burjuaziyası ABŞ imperializmi tərəfindən iqtisadi və siyasi
təzyiqə qarşı müqavimət göstərməkdə acizdir. Çevrilişdən görd
gün sonra ABŞ Kubanın yeni hökumətini tanıdı. Bu hökumətin
tərkibinə burjua-mülkədar partiyalarının və «ABŞ»-ın sağ
qanadının üzvləri daxil oldular. O dərhal fəhlə və kəndli
hərəkatına qarşı hücuma başladı. Batistanın əmri ilə ölkədə
hərbi vəziyyət elan edildi, fəhlə hərəkatının bir çox görkəmli
xadimləri həbsxanalara salındı, həmkarlar ittifaqları buraxıldı.
298
ABŞ Kubada yeni hökumətin mövqeyini möhkəmlətməyə
çalışırdı. ABŞ-ın 1934-cü ilin may ayında Kuba ilə imzaladığı
müqaviləyə əsasən o, Kubanın Quantanamo hərbi-dəniz
bazasında əvvəlcədən əldə etdiyi hüququ saxlayırdı. Siyasi
dəstəklə yanaşı ABŞ Kuba hökumətinə iqtisadi yardım da
göstərdi, bir çox Kuba mallarının tarifi aşağı salındı. Bu da
Kuba iqtisadiyyatının inkişafına kömək etdi. 1934-cü ildən
başlayaraq ABŞ mallarının Kubaya idxalı ikinci dünya müha-
ribəsi başlayana qədər üç dəfə artdı.
Batista rejiminin sərtliyinə baxmayaraq 1934-cü ildə də
ölkədə fəhlə və kəndli hərəkatı davam edirdi. 1935-ci ilin mar-
tında 700 mindən çox zəhmətkeş hərbi diktaturanın ləğv edil-
məsi, demokratik azadlıqların bərpası tələbi ilə tətil etsə də,
nəticəsi olmadı.
1935-ci itlin mart tətilləri ilə 1933-1935-ci illərin burjua-
demokratik inqilabı başa çatmış oldu. Bu inqilabın məğlub ol-
masının əsas səbəbi milli burjuaziyanın qorxaqlığı və qətiy-
yətsizliyi idi.
Dostları ilə paylaş: |