XV. İKİNCİ DÜNYA MÜHARİBƏSİ
1.
İkinci dünya müharibəsinin səbəbləri
XX əsrin ən mühüm hadisələrindən biri olan İkinci
dünya müharibəsi bəşəriyyət tarixində ən böyük hərbi-siyasi
münaqişə idi. İkinci dünya müharibəsinin başlanması üçün şə-
raitin yaranmasında 1929-1933-cü illərin dünya iqtisadi böhranı
mühüm rol oynadı. Böhran beynəlxalq münasibətləri gər-
ginləşdirdi. Bir sıra dövlətlər mövcud nüfuz dairələri, xammal
və satış bazarlarını yenidən bölüşdürməyə can atdılar. Al-
maniya və Yaponiya Versal sülhünün "alçaldıcı" şərtlərini ləğv
etməyə çalışırdılar. Birinci dünya müharibəsində məğlub olmuş
və çox ağır şərtləri qəbul etməyə məcbur edilmiş Almaniya,
qalib gəlsə də, demək olar ki, heç nə qazanmayan Yaponiya və
qaliblər içərisində məğlub vəziyyətində olan İtaliyada qisas
hissi çox güclü idi. Onlar "ədaləti bərpa etmək" arzusu ilə
yaşayırdılar.
İkinci dünya müharibəsi ərəfəsində imperialist dövlətlə-
rinin iki qruplaşması meydana gəldi. Bunlardan biri Hitler
Almaniyası, Yaponiya və İtaliya, digəri isə İngiltərə, Fransa və
ABŞ-dan ibarət idi. Bu iki kapitalist qruplaşması dünyanı
yenidən bölüşdürmək üzərində bir-biri ilə mübarizə aparırdılar.
Hitler Almaniyası slavyan və digər sovet xalqlarını əsarət altına
salmaq, Avropada qeyri-məhdud hökmranlıq yaratmaq,
Afrikanı, Yaxın Şərqi ələ keçirmək yolu ilə özünün müstəm-
ləkəçi imperiyasını qurmaq istəyirdi. Almaniyanın işğalçılıq
planlarından zəngin təbii sərvətlərə, ilk növbədə neftə və
strateji coğrafi mövqeyə malik olan Azərbaycan da kənarda
qalmamışdı. Pozenberqin «Qafqazın idarə edilməsi» planına
görə ilk vaxtlar Azərbaycanda yaradılan Komissarlıq idarə
forması Tiflisdə yerləşən Qafqaz reyxkomissarlığına tabe
edilməli, SSRİ işğal edildikdən sonra isə Azərbaycanın daxil
317
olduğu bütün türk xalqlarını birləşdirən «Böyük Türküstan»
dövləti yaradılması idi.
Hitlerin Qafqaza hücum planı «Edelveys» adlanırdı. Bu
plana görə Bakı 1941-ci il sentyabrın 25-də alınmalı və hərbi
məntəqəyə çevrilməli idi.
İtaliya Əlcəzairi, Sudanı və İngiltərəyə məxsus olan
əraziləri tutmaq fikrində idi. Yaponiya Çin, Hind-Çin,
Hindistan, Seylon, Birma, İndoneziya, Filippin və Sakit
okeanda olan bir sıra adaları zəbt etmək istəyirdi.
Yapon millitaristləri Sovet Uzaq Şərqinə də göz
dikmişdilər. Almaniya və Yaponiyanın bu işğalçı planları
İngiltərə, Fransa və ABŞ-ın mənafeyi əleyhinə idi. İngiltərə,
Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini
qoruyub saxlamaq istəyirdilər.
ABŞ və Böyük Britaniya Azərbaycana da xüsusi maraq
göstərir və Qafqaza dair «Vilvet» planını tərtib etmişdilər.
Planda Azərbaycanı SSRİ-dən ayırmaq, burada Sovet
Ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, ABŞ və
Böyük Britaniyanın hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə
tutulurdu. SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz
boğazlarında, Ön və Cənubi Asiyada, Uzaq Şərqdə nüfuz
dairələrini genişləndirməyə çalışırdı. Sovet rəhbərliyi
Azərbaycan əhalisinin zorla Orta Asiya və Qazaxıstana
köçürülməsi barədə də məhşur plan hazırlamışdı. Buna səbəb
isə dövlətin azərbaycanlılara etibar etmədiyi göstərilirdi.
Burjua-demokratik dövlətlərin totalitar rejimləri bir-
birinə qarşı qoyub zəiflətmək və məhv etmək istəyi də
müharibənin başlanması səbəblərindən idi.
Müharibənin başlanmasının bir səbəbi də faşizm
təhlükəsinin lazımınca qiymətləndirilməməsi idi. İngiltərə və
Fransanın SSRİ-yə ciddi hərbi-siyasi qüvvə kimi baxmamaları
da müharibənin başlanmasına imkan verən amillərdən idi.
318
Almaniya ilə SSRİ arasında bağlanmış bir-birinə hücum
etməmək haqqında 1939-cu il 23 avqust müqaviləsi də Şərqdən
təhlükə gözləməyən Hitlerə tezliklə müharibəyə başlamaq
imkanı verdi.
Böyük Britaniya, Fransa və ABŞ-ın hakim dairələri
Almaniya və Yaponiyanı SSRİ-yə qarşı çevirmək yolu ilə
imperialist ziddiyyətləri həll etmək fikrində idilər. Bu zaman
sosialist ölkəsi olan SSRİ ilə kapitalist dövlətləri arasında
ziddiyyətlər kapitalist dövlətləri arasındakı ziddiyyətlərdən zəif
idi. Buna görə də İkinci dünya dünya müharibəsi SSRi ilə
kapitalist dövlətləri arasında deyil, 1939-cu il sentyabrın 1-də
kapitalist dövlətlərinin öz arasında baş verdi. Almaniya impe-
rializminə ABŞ inhisarlarının yardım etməsi təcavüzkarlığın
iqtisadi hərbi bazasını yaratdı. Müharibənin başlanmasında İn-
giltərə, Fransa, ABŞ və SSRİ-nin birgə təcavüzkara qarşı kol-
lektiv təhlükəsizlik sistemi yaratmaması da mühüm rol oynadı.
ABŞ, İngiltərə, Fransa hakim dairələri "sakitləşdirmə" siyasəti
vasitəsi ilə Hitler Almaniyasının təcavüzkarlığı yaymasına və
tədricən dünya müharibəsinin bağlanmasına yardım etmiş
oldulalar.
Müharibə təhlükəsi artıq 30-cu illərin ortalarında
qabaqcıl dövlətləri silahlanma məsələsində müəyyən addımlar
atmağa məcbur etdi. Bununla bərabər, Böyük Britaniya, Fransa,
ABŞ və SSRİ-nin Almaniya və onun müttəfiqləri ilə
müqayisədə zəif strategiyaları, onların hərbi yolla deyil,
diplomatik yolla hadisələri nizama salmaq istəyi onların
müharibə ərəfəsində bütün hərbi resursları səfərbərliyə
almalarına imkan vermirdi. 1939-cu ilin avqustunda Fransa
ordusunda 2438 min. adam, o cümlədən, quru qoşunlarında 110
min adam Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz
Qüvvələrində (HDQ) 126 min adam xidmət edirdi. Fransız
donanmasının tərkibi 7 xətt, 1 təyyarədaşıyan gəmi, 19 kreyser,
77 sualtı qayıqdan ibarət idi. Böyük Britaniyanın ordusunda
897 min adam (1261 min adam dominanlarla birilkdə) quru
319
qoşunlarında, 193 min adam (206 min adam dominionlarla
birilkdə) HHQ, 180 min adam (194 min adam dominionlarla
birlikdə) HDQ-ndə xidmət edirdi. Böyük Britaniya kifayət
qədər güclü donanmaya (15 xətt, 7 təyyarədaşıyan gəmi, 64
kreyser, 58 sualtı qayıq) və inkişaf etmiş hərbi hava qüvvələri
sisteminə malik idi. Kralın müdafiəsində hərbi-hava
qüvvələrinin 1456 təyyarəsi və 2000 maşın ehtiyatda
dayanmışdı. ABŞ ordusunun zərbə qüvvəsində isə 1939-cu ildə
544 min adam var idi. Hərbi-dəniz donanmasının tərkibində 15
xətt, 5 təyyarədaşıyan gəmi, 36 kreyser, 99 sualtı qayıq var idi.
ABŞ-ın hərbi strategiyası müdafiə xarakteri daşıyırdı ki, bu da
onun xarici siyasətinin təcridçiliyə əsaslanmasından irəli
gəlirdi.
Faşist bloku ölkələrində isə güclü hərbi potensial olmasa
da, onlar müharibə ərəfəsində ehtiyatlarını səfərbərliyə almış,
hərbi-sənaye bazalarını genişləndirə bilmişdilər. 1939-cu ildə
Yaponiya ordusunun sayı 1240 min nəfərdən ibarət idi. Onun
silahları 1 min təyyarədən, 2 mindən artıq tankdan ibarət idi.
Yapon donanmasında 10 linkor, 6 təyyarədaşıyan gəmi, 35
kreyser, 56 sualtı qayıq var idi. İtaliyanın ordusunun tərkibində
1 753 min adam var idi. HHQ-nın tərkibində 2800 təyyarə,
HDQ-ndə isə 4 xətt gəmisi, 22 kreyser, 105 sualtı qayıq var idi.
1939-cu ildə Alman silahlı qüvvələri 2750 min adamdan, 3200
tank, 4 min təyyarədən ibarət idi. Hitlerin dövründə ölkədə həm
çoxsaylı, həm də yüksək döyüş qabiliyyətinə malik ordu
yaradılmışdı. Doğrudur, Vermaxtın, yəni alman silahlı
qüvvələrinin texniki bazası bir qədər köhnəlmiş vəziyyətdə idi.
Müharibənin başlanmasına yaxın Almaniya donanmasında 2
linkör, 5 kreyser, 57 sualtı qayıq var idi. Alman ordusunun
güclü cəhəti döyüş əməliyyatlarını aparmaq üçün yaradıcı,
yenilikci taktikanın olması idi.
Birinci dünya müharibəsinə nisbətən İkinci dünya
müharibəsi beynəlxalq aləmdə demokratik qüvvələrin inkişaf
etdiyi şəraitdə başlanmışdı. Hitler Almaniyası və onun
320
müttəfiqləri tərəfindən aparılan müharibə əvvəldən axıra qədər
işğalçılıq və təcavüzkarlıq xarakterində olmuşdur. İngiltərə,
Fransa, ABŞ hakim dairələri də ikinci dünya müharibəsində
imperialist məqsədlər güdürdülər. Lakin Hitler Almaniyası
Fransanı işğal etdikdən sonra Qərb dövlətlərinin apardığı
müharibə imperialist xarakterini itirməyə başladı, azadlıq və
ədalətli xarakter daşıdı. Almaniya, İtaliya və Yaponiya
imperialistləri dünyanın bir neçə yerində müharibə ocağı əmələ
gətirdilər.
İkinci dünya müharibəsini xronoloji baxımdan üç böyük
dövrə bölmək olar. Təcavüzkarın üstünlüyü şəraitində müha-
ribə miqyaslarının genişlənməsi ilə səciyyələnən birinci dövr
1939-cu il sentyabrın 1-dən 1942-ci ilin iyun ayınadək davam
etmişdir. 1942-ci ilin iyunundan 1944-cü ilin yanvar ayınadək
davam edən ikinci dövrdə təşəbbüs və üstünlük antihitler
koalisiyasının əlinə keçir və əsaslı dönüş yaranır. Düşmən
ordusunun darmadağın edilməsi, təcavüzkar dövlətlərdə hakim
rejimlərin süqutu ilə səciyyələnən üçüncü dövr 1944-cü ilin
yanvarından 1945-ci ilin sentyabrın 2-nədək davam etmişdir.
1939-cu ilin martında Almaniya Çexoslovakiyanı,
aprelində isə İtaliya Albaniyanı işğal etdi. İngiltərə, Fransa
hakim dairələri öz siyasətlərinin nəticəsini aydın gördükdən
sonra bir daha faşist Almaniyasına güzəştə getməyəcəklərini
bildirmək üçün 1939-cu ilin yazında Rumıniya, Polşa,
Yunanıstanla bir sıra sazişlər imzalayaraq onlara yardım
edəcəklərini bildirdilər.
Faşist Almaniyasında təcavüzkar müharibənin
hazırlanması və aparılması məsələsini alman generalı və
faşizmin hərbi ideoloqu Lyudendorf hazırlamışdır. Hələ 1935-
ci ildə "Total müharibə" adlı Lyudendorfun kitabı çap
edilmişdir. Bu kitabda irəli sürülən nəzəriyyənin mahiyyəti
ondan ibarət idi ki, Almaniya ancaq müharibə yolu ilə başqa
xalqlar üzərində öz ağalığını qura və davam etdirə bilər. Orada
321
qeyd edilirdi ki, ölkədə həyatın bütün sahələri müharibə
hazırlığına tabe etdirilməlidir. Dinc zamanlarda da müharibə
mənafeyini müdafiə etmək ilk planda durmalıdır. Bu məqsədə
mane ola biləcək heç bir azadlığa və təşkilatların fəaliyyətinə
yol verilməməlidir. Müharibədə qələbə qazanmaq üçün bütün
vasitələrdən: şantaj, aldatmaq, xəyanət, terror və s.-dən istifadə
etmək lazımdır. Müharibə zamanı cəbhə ilə arxaya fərq
qoymadan dinc əhalini də cəbhədəki əsgərlər kimi məhv etmək
lazımdır. Total müharibə elan edilmədən başlanaraq beynəlxalq
qaydalara əməl edilmədən rəhmsiz bir surətdə aparılmalıdır.
"İldırım sürətli müharibə" nəzəriyyəsi də Lyudendorf
tərəfindən hazırlanmışdı. Bu nəzəriyyə də əvvəlki nəzəriyyə ilə
sıx əlaqəli idi. Almaniya Avropanın mərkəzində yerləşdiyi
üçün o xammal mənbələrindən və s.-dən tez zamanda təcrid
etdirilə bilərdi. Digər tərəfdən, faşist ideoloqları uzun sürən
müharibəyə bel bağlamırdılar. Buna görə də onlar "ildırım
sürəti ilə" ilk zərbələrdə müvəffəqiyyət əldə etmək və məqsədə
nail olmaq fikrində idilər. Bu yol ilə hitlerçilər öz
düşmənlərinin qruplaşmasına aman vermədən onları tezliklə
məğlub etmək istəyirdilər.
2. İkinci dünya müharibəsinin birinci mərhələsi
İkinci dünya müharibəsinin başlanması
İkinci dünya müharibəsi faşist Almaniyasının Polşaya
qəflətən hücum etməsi ilə 1939-cu il sentyabrın 1-dən başladı.
Sentyabrın 2-də İngiltərənin xarici işlər naziri parlamentdə
çıxışında bəyan etdi ki, Almaniya hökuməti müharibəni
dayandırmaq təklifini qəbul edəcək və 5 dövlətin (İngiltərə,
Fransa, Polşa, İtaliya, Almaniya) iştirakı ilə Qdansk və Polşa
koridoru məsələsi dinc yolla həll ediləcəkdir. Lakin artıq gec
idi və İngiltərə hökuməti başa düşdü ki, Hitler Almaniyası
322
özünün Münxen müttəfiqlərinə qəti zərbə endirmək məqsədi ilə
hücuma keçmişdir. Ona görə də sentyabrın 3-də baş nazir
Çemberlen İngiltərənin Almaniya ilə müharibə vəziyyətində
olduğunu rəsmən elan etdi. Həmin gün Fransa və onlarla
əlaqədar olan digər ölkələr də Almaniyaya qarşı müharibə elan
etdilər. Almaniya 1939-cu ilin aprelində təsdiq edilmiş "Vays"
(Ağ) planına əsasən Rolşaya 62 diviziya, o cümlədən 7 tank və
4 motorlaşdırılmış diviziya, 1,6 milyon əsgər və zabit, 2800
tank, 6 min döyüş silahı və minomyot, 2 min təyyarə ilə hücum
etdi. Polşanın isə bu dövrdə 1 milyon əsgəri, 4 min 300 silah və
minomyotu, 870 tankı və 400 təyyarəsi var idi. Sentyabr ayının
ortalarında hitlerçilər artıq Polşa ordusunun əsas qruplarını
mühasirəyə ala və darmadağın edə bildilər. Sentyabrın 16-
daPolşanın paytaxtı Varşava mühasirəyə alındı. Sentyabrın 17-
də Sovet qoşunları da Polşaya soxuldu və heç bir müqavimətə
rast gəlmədən Qərbi Ukrayna və Qərbi Belorusiyanı tutdular.
Bu ərazilər SSRİ-nin tərkibinə daxil edildilər.
Sentyabrın 17-də Polşa hökuməti ölkəni tərk etdi və
sentyabrın 30-da Fransanın Anjera şəhərində Vladislav
Sikorskinin başçılığı altında mühacir Polşa hökuməti təşkil
edildi. Fransa işğal edildikdən sonra isə o, Londonda yerləşdi.
Qüvvələr bərabər olmadığı üçün polyaklar inadlı müqavimət
göstərsələr də, Varşava sentyabrın 27-də alındı. Modlin qala-
sının qarnizonu sentyabrın 29-na qədər, Xel yarımadasının
müdafiəçiləri isə oktyabrın 2-nə qədər vuruşsalar da, məğlub
oldular. Qısa müddətdə müharibə Polşanın məğlubiyyəti ilə
qurtardı. Burada faşistlər "yeni qayda" yaratdılar. İqtisadi
münasibətlərin daha çox inkişaf etdiyi Polşanın qərb və şimal-
qərb əraziləri "üçüncü imperiya"nın tərkibinə daxil oldu. Qalan
ərazi general-qubernatorluq elan edildi ki, ona da Hans Frank
qubernator təyin edildi. Polşanın məğlub olunmasının səbəbləri
içərisində Polşanın canlı və silahlı qüvvə cəhətdən zəifliyi,
323
İngiltərə və Fransanın ona kömək etməməsi, Polşa daxilində
alman casuslarının fəaliyyəti mühümləri idi.
1939-cu ilin sentyabrın 28-də Almaniya ilə SSRİ arasın-
da bağlanmış "Dostluq və sərhədlər haqqında" sazişə əsasən
Narev, Qərbi Buq, San çayları üzrə Sovet-alman sərhədləri
ayrılırdı.
"Qəribə müharibə". Almaniyanın Qərbdə fəal hərbi
əməliyyatlara keçməsi
1939-cu ilin sentyabrın 3-dən 1940-cı ilin aprelin 9-na
qədər olan dövr İkinci dünya müharibəsi tarixində "qəribə
müharibə" kimi səciyyələnir. Çünki sentyabrın 3-də Fransa və
İngiltərə Almaniyaya müharibə elan etsələr də, ona qarşı fəal
hərbi əməliyyatlara başlamadılar. 1939-cu ilin oktyabrın 11-də
Fransada 158 min ingilis əsgər və zabiti toplandı. Qərb
cəbhəsində ingilislər ilk itkini dekabrın 9-da verdilər. Fransa ilə
Almaniya sərhədində toplanın 110 fransız və ingilis diviziyası
oradakı 23 alman diviziyasına qarşı vuruşaraq Polşanı müdafiə
edə bilərdilər. Lakin onlar hitlerçilərin SSRİ-yə hücumu üçün
Polşaya bir meydan kimi baxdıqlarından bunu etmədilər.
Alman faşistlərinin planında Skandinaviya ölkələri
xüsusi yer tuturdu. Hitlerçilər bu ölkələrə strateji cəhətdən
böyük əhəmiyyət verirdilər. Hitlerçilər Şimal-Qərbi Avropa və
Atlantik okeanda ağalıq mövqeyi qazanmaq fikrində idilər.
Hərbi əhəmiyyəti olan xammallar da bu ölkələrdə az deyildi.
1939-cu ildə İsveçdə istehsal edilən 24 milyon ton dəmir-
filizinin 11 milyon tonu Almaniyaya ixrac edilirdi. Almanlar
hələ 1939-cu ilin oktyabrında Danimarka və Norveçi tutmaq
buradan İngiltərə və Fransaya qarşı hücum etmək niyyətində
idilər.
1940-cı il aprelin 9-da Almaniya müharibə elan
etmədən Danimarka və Norveçə hücum etdi. Bununla
Avropada "qəribə müharibə" sona çatdı. Almaniya Qərbdə fəal
324
hərbi əməliyyatlara başlamış oldu. Səhər saat 5-də sərhədi
keçən Hitler qoşunları heç bir əks-təsirə rast gəlmədən ölkənin
dərinliyinə doğru hərəkət etdilər. Bu hadisədən bir neçə saat
sonra Danimarka hökuməti danışıqsız təslim olaraq ölkəni
hitlerçilərə təhvil verdi. Danimarka Almaniyanın satilletinə,
yəni əlaltısı olan dövlətə çevrildi. Danimarkaya hücumla yanaşı
almanlar Norveç sahillərinə də desant salmışdılar. Hitler
qoşunları ilk sırada Oslonu və bir sıra başqa liman şəhərlərini
tutmaq fikrində idilər. Həmin məntəqələrə həm dəniz, həm də
havadan hücum edərək bir günə paytaxtı işğal etdilər.
Hitlerçilərin qəflətən hücuma keçməsi, Fransa və İngiltərə hərbi
qüvvələrinin passivliyi nəticəsində təqribən iki ay müddətində
Norveç işğal edildi. Norveçin işğalı İngiltərə və Fransanı bir
sıra hərbi dəniz bazalarından məhrum etdi. 1940-cı il mayınn
10-da alman faşistləri Hollandiya, Belçika və Fransaya hücuma
keçdilər. Bu hərbi əməliyyatda faşistlər 116 piyada diviziya,
2600 tank, 3000 hərbi təyyarədən istifadə etdilər. Faşist
Almaniyasının Qərbi Avropada 45 gün davam edən hərbi
əməliyyatlarını xarakterinə görə 2 mərhələyə bölmək olar:
1) 10 may-4 iyun.Bu dövrdə Almaniya bütün istiqamət-
də müttəfiqlərin (İngiltərə-Fransa-Hollandiya-Belçika) cəbhə-
sini yararaq La-Manşa çıxıb onların çoxlu miqdarda qoşun
hissələrini məhv etdi. Almaniya Belçika, Hollandiya və Şimali
Fransanı işğal etdi.
2) 5-22 iyun. Bu günlər ərzində alman faşist qoşunları
Fransaya hücumu genişləndirərək Parisi işğal edib, Fransa
hökumətini təslim olmağa məcbur etdilər.
Belçika təslim edildikdən sonra müttəfiqlərin qoşunları
Dyunkerk liman şəhərinə sıxışdırıldılar. Burada onların
vəziyyəti olduqca çətinləşdi. Həmin şəhərdə Fransanın 17,
İngiltərənin isə 10 diviziyası var idi. Belə bir şəraitdə alman
qoşunları Fransa və İngiltərənin həmin şəhərdəki qoşunlarını
tamamilə məhv etmək imkanına malik idi. Lakin bu hadisə baş
325
vermədi. "Dyunkerk möcüzəsi" baş verdi. Bəzi alman
generalları öz xatirələrində bildirirdilər ki, alman qoşunları
Dyunkerkə yaxınlaşanda alman komandanlığı geri çəkilməyi
əmr edib Dyunkerkdən müttəfiq qoşunlarının çıxarılmasına
imkan yaratdılar. 338 min nəfərlik ordu Dyunkerkdən
çıxdıqdan sonra almanlar bu yeri işğal etdilər. Müttəfiq
qoşunları burada 2400 top, 700 tank, 130 min avtomobil qoyub
getdilər. İngiltərə 226, Fransa isə 217 gəmi itirdi. Beləliklə,
hərbi əməliyyatların birinci dövründə müttəfiqlərin şimaldakı
qoşunları darmadağın edildi. Almaniyanın qələbəsini hiss edən
faşist İtaliyası bir sıra mühüm yerləri tutmaq üçün iyunun 10-da
Fransaya müharibə elan etdi. Beləliklə, İtaliya da ikinci dünya
müharibəsinə girmiş oldu. Bu hadisə Fransanın vəziyyətini
daha da çətinləşdirdi. Hökumət əvvəl Tura, sonra isə Bordoya
köçdü. Son müdafiə döyüşü Ema çayı sahilində oldu. 1934-cü
ildə qurulmuş "Majino müdafiə xətti" yarıldı. İyunun 12-də
Fransa hökuməti Parisi "açıq şəhər" elan edərək onun
müdafiəsini təşkil etmədi. Həmin gün parlamentdə Peten
tərəfindən müdafiə edilən Fransa silahlı qüvvələrinin baş
komandanı Veyqan təklif etdi ki, hitlerçilərə şərtsiz təslim
olmaq lazımdır. O belə bir əsli olmayan şaiə yaydı ki, guya
Parisdə kommunistlər hakimiyyəti öz əlinə almaq istəyir.
İyunun 14-də hitlerçilər heç bir müqavimət hiss etmədən Parisə
daxil oldular. İyunun 22-də Peten hökumətinin nümayəndələri
Kompyen meşəsində biabırçı təslimçilik aktına qol çəkdilər.
Sülhün şərtlərinə görə Fransa ordusu tərxis edilir, ölkə ərazisi
iki hissəyə bölünürdü. Paris də daxil olmaqla bütün sənaye
mərkəzlərinə malik olan rayonların hamısı Almaniyanın işğal
zonasına daxil edilirdi. Ölkənin cənub hissəsində isə general
Petenin başçılığı altında paytaxtı Bişi olan faşistpərəst Fransa
hökuməti təşkil edildi və o, 1944-cü ilin avqustunadək yaşadı.
Ölkədə işğalçı rejimin yaranmasına baxmayaraq Fransa xalqı
təslim olmadı. İlk gündən ölkədə müqavimət hərəkatı başlandı
326
ki, bu hərəkatda bütün xalq kütlələri iştirak edirdi. Fransanın
antifaşist qüvvələri general Şarl de Qollun İngiltərədə təşkil
etdiyi "Azad Fransa" komitəsi ətrafında birləşib işğalçılara
qarşı müharibəni davam etdirirdilər.
Beləliklə, faşist Almaniyası 45 gün ərzində Hollandiya,
Belçika və Fransanı məğlub edərək Qərb cəbhəsində İngiltərə
qoşunlarına güclü zərbə endirdi. Hitler hökuməti bu fikirdə idi
ki, Fransa məğlub edildikdən sonra İngiltərə onunla saziş
bağlayıb SSRİ-yə qarşı müharibədə Almaniya ilə birlikdə
iştirak edəcəkdir. Bu məqsədlə 1940-cı il iyulun 19-da sülh
bağlamaq üçün Almaniya hökuməti İngiltərəyə müraciət etdi.
Almaniya təklif edirdi ki, İngiltərə onun Avropada və müstəm-
ləkələrdə hegemon mövqeyini qəbul etsin. Lakin İngiltərə
Avropada və müstəmləkələrdə öz mövqeyini Almaniyaya ver-
mək istəmirdi. Digər tərəfdən İngiltərə hakim dairələri faşizmə
nifrət edən öz xalqı ilə də hesablaşmalı oldu. İngiltərə hökuməti
iyulun 22-də Almaniyanın təklifinə rədd cavab verdi.
Diplomatik yolla İngiltərəyə təsir etmək mümkün olmadıqdan
sonra Hitler hökuməti İngiltərə ərazisini işğal etməklə onu
müharibədən çıxarmağı qərara aldı. 1940-cı ilin avqustundan
1941-ci ilin mayına qədər Almaniya İngiltərə ərazisinə 190 min
bomba atdı. Bombardman zamanı bir milyondan artıq yaşayış
evi dağıldı, 40 min adam həlak oldu və 46 min nəfər yaralandı.
Lakin faşist aviasiyası Britaniya sənayesinə ciddi zərbə
vurmağı bacarmadı. Almaniya İngiltərənin Atlantik okeandan
keçən nəqliyyat yollarını (ərzağın 50 %-i adaya bu yollarla
gətirilirdi) kəsmək üçün əsasən sualtı qayıqlardan geniş istifadə
edirdi. Lakin İngiltərə davam gətirdi. Bu, Almaniya ilə
müharibədə, demək olar ki, ilk qələbə idi. 1941-ci ilin yazında
hitlerçilər SSRİ-yə qarşı hücum üçün ciddi hazırlıq işləri ilə
məşğul olduqları üçün İngiltərəni işğal etmək planı qeyri-
müəyyən bir vaxta qədər təxirə salındı.
327
Faşist dövlətlərinin Üçlər ittifaqı və İngiltərə və
ABŞ-ın ona cavab tədbirləri
Qərb müstəmləkəçi dövlətlərindən Fransa və Nider-
landın məğlub edilməsi Yaponiya imperializminin əl-qolunu
açaraq onun həmin ölkələrin müstəmləkələri olan Hind-Çini,
İndoneziyanı işğal etməsini asanlaşdırdı. Yaponiya Çini də
işğal etmək istəyirdi. Eyni zamanda Yaponiya militaristləri
SSRİ-yə qarşı hücum planı da hazırlayırdı. Yaponiya Uzaq
Şərqdə təcavüzkarlıq müharibəsini genişləndirməklə Sakit
okean hövzəsində imperialist ziddiyyətlərini daha da
kəskinləşdirdi. O öz cəbhəsini möhkəmləndirmək üçün İtaliya
və Almaniya ilə saziş bağlamağa səy göstərdi. Eyni zamanda
faşist Almaniyası da təcavüzkar dövlətlərin hərbi-siyasi
ittifaqını təşkil etmək fikrində idi. 1940-cı il sentyabrın 27-də
Almaniya-İtaliya-Yaponiyadan ibarət Üçlər ittifaqı təşkil edildi.
Stalin Balkanlarda və Qara dəniz boğazlarında nüfuz sahibi
olmağa çalışdığına görə Hitlerin Üçlər paktına SSRİ-nin də
qoşulması dəvətini qəbul etmədi. Bağlanan pakta əsasən bu üç
dövlət hərbi cəhətdən bir-birlərinə yardım etməli idilər. Onlar
öz aralarında təsir dairələrini böldülər. Almaniya və İtaliyanın
Avropa və Afrikada ağalığını Yaponiya qəbul etdi. Almaniya
və İtaliya hakim dairələri də öhdələrinə götürdülər ki,
Yaponiyanın Asiyada əmələ gətirdiyi "yeni qaydalara" hörmət
etsinlər. Bu üç dövlətin müqaviləsindəki müəyyən maddələrdə
SSRİ ərazisini də öz aralarında bölüşdürmək nəzərdə
tutulmuşdu.Yaponiyanın Hind-Çin və İndoneziya üzərində
ağalığının həyata keçirilməsinə Almaniya kömək etməli idi,
əvəzində isə Yaponiya mandat aldığı Marşal, Mariya və
Karolin adalarından başqa Sakit okeandakı Almaniyanın digər
keçmiş kaloniyalarını ona qaytarmalı, ona strateji material
göndərməli idi.
328
Avropada müharibə başlanarkən ABŞ özünün
bitərəfliyini elan etdi. Lakin Qərbi Avropada Hitler işğalları
ABŞ-da narahatlığa səbəb oldu. 1940-cı ilin yayında hökumət
hərbi quruculuq üçün 5 milyard dollar pul ayırdı. Çox gizli
şəkildə atom bombasının yaradılması işi inkişaf etdirildi. Hələ
1939-cu ilin payızında "Bitərəflik haqqında" qanunda belə bir
dəyişiklik edildi ki, müharibə edən ölkələr haqqını nəqd
ödəmək və öz gəmilərində aparmaq şərti ilə ABŞ-dan silah və
müharibə materialları almaq imkanı əldə edirlər. ABŞ
müharibədə iştirak etməsə də, Böyük Britaniyaya hərbi-iqtisadi
yardımı artırdı. 1940-cı ilin sentyabrın 2-də bağlanmış sazişə
əsasən İngiltərə ABŞ-dan 50 esminec və digər silahlar almaq
üçün Nyufaundlend, Bermud, Baham, Yamayka və başqa
adalarındakı hərbi-hava və hərbi-dəniz bazalarını 99 il
müddətinə ABŞ-a icarəyə verdi. İki ölkənin 1941-ci ilin
əvvəlində işləyib hazırladığı plan müharibədə onların koalision
strategiyasının əsasını qoydu. 1941-ci ilin martın 11-də
prezident F.D.Ruzveltin təklifi ilə konqres Lend-liz haqqında,
yəni düşmənə qarşı müdafiəsinin ABŞ üçün həyati əhəmiyyəti
olan ölkələrə borc olaraq və ya icarə qaydası ilə silah və hərbi
material verilməsi haqqında qanun qəbul etdi. Bu, ABŞ-ın öz
təhlükəsizliyini müharibədə iştirak edən ölkələrin səyi ilə təmin
etmək istədiyini aydın göstərirdi. Bunu əslində elan edilməmiş
müharibə kimi də qiymətləndirmək olardı.
Afrika və Aralıq dənizində hərbi əməliyyatlar
İtaliya müharibəyə qoşulduqdan sonra hərbi əməliy-
yatlar Şimali Afrika və Aralıq dənizi hövzəsini də əhatə etdi.
Almaniya və İtaliya komandanlığı qərara aldı ki, İngiltərənin
Aralıq dənizindəki bazalarını darmadağın edərək onu öz müs-
təmləkələrindən təcrid etsinlər. İtaliya Süveyş kanalına nəzarəti
ələ keçirmək istəyirdi. Bu məqsədlə 1940-cı ilin ikinci
yarısında İtaliya Britaniya Somalisini işğal etdi. İtaliya
qoşunları Sudan, Keniyanı da işğal edib, Liviyadan Misirə qarşı
329
hücuma başladılar. 1940-cı ilin dekabr ayında İngiltərə
qoşunları da hücuma keçərək 1941-ci ilin yazında Eritoriya,
İtaliya və Britaniya Somalisi, Sudan və Keniyanı İtaliya
qoşunlarından azad etdilər. 1941-ci il aprelin 4-də ingilislər
Həbəşistanın paytaxtı Əddis-əbəbəyə daxil oldular. İtaliya
Şimali Afrikadakı malikanələrindən məhrum oldu. Bunu görən
Hitler hökuməti 1941-ci ilin əvvəllərində Liviyaya bir neçə
diviziyadan ibarət qoşun göndərdi. Bu ərazidə olan İtaliya-
Almaniya qoşunlarının baş komandanı Rommel idi. Martın 31-
də Misiri və Süveyş kanalını ələ keçirmək məqsədi ilə
Almaniya və İtaliya qoşunları hücuma keçdilər. Tez bir zaman
içərisində onlar Tobruq qalasını mühasirə etdilər. Lakin
ingilislər 1941-ci ilin aprelində Es-Sallumda İtaliya-alman qo-
şunlarının qarşısını aldılar. SSRİ-yə qarşı hücuma hazırlaşdığı
üçün Almaniyanın burada əlavə ehtiyat qüvvələri yox idi ki,
Misirə hücuma keçsin. Ona görə də onlar "Şərq kompaniyası"
qurtardıqdan sonra bu məsələ ilə məşğul olmağı qərara aldılar.
Cənub-Şərqi Avropada və Balkanlarda faşist təcavüzkarlığı
SSRİ-yə qarşı hücuma hazırlaşan Hitler Almaniyası Cə-
nub-şərqi Avropanı istila edərək onun ərazi və ehtiyatlarından
öz təcavüzkar məqsədləri üçün istifadə etmək istəyirdi.
Bununla bərabər hitlerçilər Balkan ölkələrinə bir körpü kimi də
baxırdılar. Bu körpü vasitəsilə onlar Orta Şərqin neft mən-
bələrini, İngiltərənin Asiyadakı müstəmləkələrini ələ keçirmək
istəyirdilər. Hitlerçilər Yunanıstan hakim dairələrinə vəd etdilər
ki, SSRİ-dən müəyyən əraziləri Yunanıstana verəcəklər. 1940-
cı ilin avqustun 30-da Hitlerin təkidi ilə Rumıniya Şərqi
Transilvaniyanı Macarıstana verdi. Bu hadisə ilə əlaqədar
olaraq Hitler Macarıstanı özünə tabe etdi. Burada Xortinin
faşist rejimi hökmranlıq edirdi. 1940-cı ilin sentyabrında
Rumıniyada Antoneskunun faşist diktaturası quruldu.
330
Oktyabrda hitlerçilər Rumıniyaya qoşun çıxardılar. 1940-cı il
noyabrında Rumıniya və Slovakiya Üçlər ittifaqına qoşuldular.
1941-ci il martın 1-də Hitlerçilər Bolqarıstanı da Üçlər
ittifaqına daxil olmağa məcbur etdilər. Bu ölkələrin hakim
dairələri öz xalqlarının iradəsi əleyhinə olaraq təcavüzkar bloka
daxil oldular və Almaniyanın satilletinə çevrildilər.
Svetkoviçin başçılıq etdiyi Yuqoslaviya hökuməti 1941-
ci ilin mart ayının 25-də Üçlər ittifaqına daxil olmaq haqqında
protokola imza atdı. Lakin bu hadisə ölkədə böyük həyəcana
səbəb oldu. Xalq buna qarşı çıxdı. Yuqoslaviyada dövlət
çevrilişi baş verdi. Simoviç hökumət təşkil etdi. 1941-ci il
aprelin 5-də hökumət SSRİ ilə müqavilə bağladı. Ancaq aprelin
6-da hitlerçilər Yuqoslaviyaya hücum edib onu tutdu.
"Müstəqil" Serbiya və Xorvatiya yaradıldı. İtaliya Çernoqori-
yanı, Bolaqrıstan Makedoniyanı, Macarıstan Voyevodinanı
aldı, Sloveniya isə Almaniya ilə İtaliya arasında bölündü.
Yuqoslaviya ilə eyni vaxtda Hitler ordusu Yunanıstana da
hücum etdi. Hələ 1940-cı ilin oktyabrından Yunanıstan
İtaliyanın təcavüz obyektinə çevrilmişdi. İtaliya Albaniya
ərazisindən oraya 200 min qoşun yeritmişdi. Lakin 1941-ci ilin
yazında yunanlar italyanları qovdular. Həmçinin alban
partizanları ilə birlikdə Albaniyanın da bir hissəsini azad
etdilər. Mussolini Hitlerdən kömək istədi. Hitlerçilər tərəfindən
aprelin sonunda Yunanıstanın bütün ərazisi işğal olundu.
Balkan yarımadasını işğal etməklə Almaniya Sovet İttifaqına
qarşı mühüm strateji dayaq nöqtəsi əldə etmiş oldu. 1941-ci ilin
mayın 20-də almanlar Kriti ələ keçirməklə İngiltərəni Egey
dənizinə nəzarətdən məhrum etmiş oldular.
Hitler Yaxın Şərqə də SSRİ-yə hücum üçün mühüm
əhəmiyyət verirdi. Xüsusilə İraqın neftinə görə Almaniya 1941-
ci ilin aprelin 1-də orada dövlət çevrilişi təşkil etdi. Onda ingi-
lislər İraqa qoşun yeridib mühüm şəhərləri tutdular. Almanların
İraqı tutmaq planı baş tutmadı.
331
"Yeni qayda", faşistlərə qarşı mübarizə
Faşistlər tutduqları yerlərdə "yeni qayda" qoydular.
1941-ci ilin mayında Almaniyada xarici fəhlələrin sayı 3,1 mln
nəfər idi. Slovyanlara aşağı irq kimi baxırdılar. Milli azadlıq
hərəkatı ən əvvəl Çexoslovakiyada başladı. Faşistlər yəhudiləri
və slavyanları xüsusi qəddarlıqla qırırdılar. İşğal olunmuş
ölkələr açıq-aşkar qarət olunurdular. Xammal və ərzaq məh-
suları «Üçüncü reyxə" göndərilirdi. Antifaşist milli-azadlıq
hərəkatı Müqavimət hərəkatı adını aldı. Müqavimət hərəkatında
milliyyəti, yaşı, siyasi baxışları və dini etiqadları müxtəlif olan
adamlar iştirak edirdilər. Müharibə uzandıqca onun ədalətli
xarakteri də artırdı. Bunu Polşa, Fransa, Norveç, Danimarka,
Hollandiya, Belçika, Albaniya, Yunanıstan və Yuqoslaviya
xalqlarının azadlıq mübarizəsi əyani şəkildə göstərirdi. Təca-
vüzkarlara qarşı müqavimət göstərən dövlətlərin qüvvəsi təd-
ricən Avropanın və Asiyanın əsarətə alınmış xalqlarının azad-
lıq, demokratiya və milli müstəqillik uğrundakı ədalətli mü-
barizəsi ilə birləşirdi.
Almaniyanın SSRİ üzərinə hücumu
1941-ci il iyunun 22-də Almaniya SSRİ üzərinə xəbər-
darlıq etmədən hücuma başladı. Almanlar üç istiqamətdə –
Moskva, Leninqrad, Kiyev istiqamətində 190 diviziya, o
cümlədən 153 alman diviziyası, 5,5 milyon əsgər və zabit, 4500
tank, 5000 təyyarə, 47 min top və minomyot, 100 gəmi ilə
hücuma keçdi. İtaliya, Macarıstan, Rumıniya, Slovakiya,
Finlandiya da Almaniyanın tərəfində çıxış edirdilər. Sovet-
alman cəbhəsinə "mavi diviziya" göndərmiş İspaniya da
hitlerçilərə yardım göstərirdi. Bolqarıstanın monarxist faşist
hökuməti xalq həyəcanından qorxaraq SSRİ-yə müharibə elan
etməsə də, faşist Almaniyasına kömək göstərirdi. Hitlerin
332
1940-cı il dekabrın 18-də təsdiq etdiyi "Barborossa" planına
əsasən SSRİ-ni tutmaq üçün 8-9 həftə vaxt ayrılmışdı. Qış
girənədək SSRİ ilə müharibə qurtarmalı, "Arxangelsk-Volqa-
Həştərxan" xəttinə çıxılmalı idi. Hitler belə güman edirdi ki,
həm güclü hərb maşını, həm də SSRİ xalqları arasında nifaq
salmaq yolu ilə öz planını həyata keçirə biləcəkdir. Lakin
tezliklə yanıldığını hiss etdi. Hitler özü də deyirdi ki, Rusiya
böyük tikədir, onu birdən-birə udmaq olmaz, boğazda qala
bilər.
Almanlar müharibənin birinci həftəsində Leninqrad
(Sankt-Peterburq) və Kiyevə yaxınlaşdılar, Smolenski ələ ke-
çirdilər. Sentyabrda Kiyevi tutdular, Leninqradı tuta bilməyib
onu mühasirəyə aldılar. Müharibənin ilk aylarında Sovet
ordusunun geri çəkilməsi və məğlub olmasının səbəbləri ilk
növbədə Almaniya ilə bağlanan müqavilələrə ümiddən, silahlı
qüvvələrin yenidən qurulmasında və qoşunların hazırlığında
böyük səhvlər buraxılmasından, ordunun döyüş hazırlığı
səviyyəsinə gətirilməməsindən, Almaniyanın Avropadakı
hücum
əməliyyatlarının aparılmasındakı
təcrübəsinin
qiymətləndirilməməsindən irəli gəlirdi.
Yaponiya çalışırdı ki, Uzaq Şərqdəki Sovet limanlarını
mühasirəyə alsın və SSRİ-ni məcbur etsin ki, Sakit Okeandakı
dəniz yollarından istifadədən imtina etsin. Türkiyə bitərəfliyini
saxlayırdı. 1941-ci ilin yayında İranda vəziyyət gərginləşdi.
1941-ci ilin avqustunda 1921-ci ilin fevralında İranla Sovet
Rusiyası arasında bağlanmış müqavilənin 6-cı maddəsini
nəzərə alaraq İrana SSRİ qoşun yeritdi. Həmin vaxt İngiltərə də
İrana qoşun çıxartdı. 1941-ci ilin sentyabrında İranda hökumət
devrildi, yeni hökumət təşkil edildi. 1942-ci ilin yanvarında
İrandakı yeni hökumət SSRİ və İngiltərə ilə müqavilə bağladı
və antifaşist koalisiyaya qoşuldu. 1942-ci ilin dekabrında ABŞ-
da İrana qoşun çıxartdı.
333
1941-ci ilin sentyabrın 30-da Moskvaya hücumun I
mərhələsi, noyabrın 15-də isə II mərhələsi başlandı. Faşistlərin
Moskvaya hücum planı "Tayfun" adlanırdı. 1941-ci ilin
dekabrın 5-6-da Sovet qoşunlarının əks-hücuma keçməsi
nəticəsində düşmən Moskvadan 100-250 km geri qovuldu.
Moskva altındakı qələbə Almaniyanın "İldırım sürətli
müharibə" planını puça çıxartdı, alman ordusunun
"məğlubedilməzliyi" haqqında əfsanəni yox etdi, müqavimət
hərəkatını gücləndirdi, faşist blokunu zəiflətdi.
Antihitler koalisiyasının təşkili
Almaniyanın SSRİ-yə qarşı müharibəyə başlamasından
dərhal sonra Böyük Britaniya və ABŞ SSRİ-yə kömək etmək
istədiklərini bildirdilər. 1941-ci ilin iyunun 22-də Çörçill,
iyunun 24-də isə Ruzvelt SSRİ-yə kömək göstərməyə hazır
olduqlarını bəyan etdilər. 1941-ci il iyulun 12-də SSRİ ilə
İngiltərə arasında Almaniyaya qarşı birgə hərəkat haqqında
saziş bağlandı. İyulun 18-də SSRİ təklif etdi ki, Şimali
Fransadan ikinci cəbhə açılsın. Lakin təklif təxirə salındı. ABŞ
prezidentinin məsləhətçisi Qopkins Moskvaya gəldikdən sonra
avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi kömək edəcəyini bildirdi.
1941-ci il avqustun 16-da SSRİ ilə İngiltərə arasında ticarət və
kredit haqqında saziş bağlandı. İngiltərə SSRİ-yə 10 mln funt-
sterlinq istiqraz verdi. 1941-ci ilin iyulunda Sovet-
Çexoslovakiya, Sovet-Polşa sazişləri bağlandı. Sentyabrın 27-
də SSRİ "Azad Fransa" təşkilatını tanıdı. ABŞ və İngiltərə
müharibədə birgə fəaliyyət göstərmək haqqında bəyanatla çıxış
etdilər. Onların arasındakı danışıq 1941-ci ilin avqustunda
Nyufaundlend adasının Ardjenşiya buxtasında «Atlantika
xartiyası» adını almış bəyannamə ilə nəticələndi.
1941-ci il sentyabrın 24-də Moskvada keçirilmiş müttə-
fiqlərarası konfransda Sovet hökuməti bu xartiya ilə razı ol-
334
duğunu bildirdi. Büttün qüvvələri birləşdirmək zəruri idi. SSRİ
1 mlrd dollar faizsiz kredit aldı.
1941-ci ilin noyabrında İngiltərə yenidən SSRİ ilə
müttəfiqlik haqqında müqavilə bağladı. 1942-ci ilin yanvarın 1-
də 26 dövlət Vaşinqtonda Atlantika xartiyası prinsiplərinə
qoşulmaq haqqında "Birləşmiş Millətlərin Bəyannaməsi"ni
imzaladı. Antihitler koalisiyasının yaradılması rəsmiləşdirilmiş
oldu. Sonra bu bəyannaməyə başqa dövlətlər də qoşuldular və
müharibənin sonunda onların sayı 50-yə çatdı.
Sakit okeanda hərbi əməliyyatlar.
ABŞ-ın İkinci dünya müharibəsinə girməsi
Yaponiya 70-ci meridiandan şərqdə Avrasiyanı öz nüfuz
dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi.
Şahzadə Konol Yaponiyada hakimiyyətə gəldikdən sonra 1940-
cı ilin iyulunda Cənub-Şərqi Asiyanı işğal etmək və Sakit
okeanda İngiltərə və ABŞ-la müharibə etmək qərarına gəldi.
1941-ci ilin yayında o, Hind-Çinə qoşun yeritdi. ABŞ iqtisadi
təzyiq və diplomatiya yolu ilə Yaponiyanı güzəştə getməyə
məcbur etmək istəyirdi. 1941-ci ilin oktyabrında hərbi nazir
Todzio Yaponiyanın Almaniyadakı keçmiş səfiri Kurusu
Vaşinqtona göndərdi ki, ABŞ-dakı səfir Nomurla birlikdə ABŞ
hökuməti ilə danışıqlar aparsın.
Lakin danışıqlar gedən zaman 1941-ci ilin dekabrın 7-
də Yaponiya Havay adalarında yerləşən Perl-Xarbordakı hərbi
dəniz bazasını bombardman etdi. 272 təyyarə, 5 gəmi sıradan
çıxdı. 3 min 400 adam öldü. Buna cavab olaraq dekabrın 7-də
ABŞ Yaponiyaya müharibə elan etdi. Dekabrın 8-də Fransa və
İngiltərə Yaponiyaya, İtaliya və Almaniya isə ABŞ-a müharibə
elan etdilər. Sakit okeanda müharibənin yeni mərhələsi
başlandı. 1941-ci ilin dekabrın 11-də Almaniya, İtaliya və
335
Yaponiya arasında Berlin paktından əlavə yeni pakt bağlandı.
Onlar bir-birinin razılığı olmadan İngiltərə və ABŞ-la sülh
bağlamayacaqlarını öhdələrinə götürdülər. Yaponlar Tailandı,
Filippini tutdular. 1941-ci il dekabrın 25-də Honkonq alındı.
1942-ci il fevralın 15-də Sinqapur yaponlar tərəfindən tutuldu.
ABŞ və İngiltərənin Sakit Okeanda mövqeyi zəiflədi. Yaponlar
Cənub-Şərqi Asiyada geniş hücuma keçərək 1942-ci ilin
yazında Birma və İndoneziyanı tutdular. Cənub-Qərbi Çinə
girdilər. Yeni Britaniya və Yeni Qvineya adasının bir hissəsi də
onlar tərəfindən tutuldu. 150 milyon adam, 3,8 mln kv.km
ərazi, Çinlə birlikdə isə 400 milyon adam, 6 mln.kv.km ərazi
Yaponiyanın nəzarəti altına keçdi.
3. Müharibənin ikici mərhələsi
Əsaslı dönüşün başlanması
İkinci dünya müharibəsində dönüşün ilk əsaslı addımları
Sakit okeanın mərkəzində 1942-ci ilin iyununda Miduey adası
yaxınlığındakı döyüşdə yaponların ABŞ donanması tərəfindən
məğlub edilməsi ilə atıldı. Bu döyüşdən sonra yaponlar bir daha
Sakit okeanda hücum əməliyyatlarına başlaya bilmədilər.
1942-ci ilin iyununda almanlar Xarkovu tutduqdan
sonra Volqaya doğru irəliləməyə başladılar. Almanlar
Stalinqradı tutmaqla Moskvanı Bakının neftindən və Şimali
Qafqazın taxılından məhrum etmək yolu ilə SSRİ-ni məğlub
etməyi fikirləşirdilər. 1942-ci ilin iyulun 17-də Stalinqrad və
iyulun 25-də Qafqaz uğrunda şiddətli müdafiə döyüşləri
başlandı. Faşistlər «Edelveys» planını həyata keçirmək
istəiyrdilər. 1942-ci il sentyabrın 9-da SSRİ-nin Ali Baş
komandanlığı Cənubi QAfqaz respublikalarında, o cümlədən
Azərbaycanda hərbi vəziyyət elan etdi. Bakı müdafiə rayonu
yaradıldı. Düşmənin 1942-ci ildə 71, 1943-cü ildə isə 3 dəfə
Bakının səmasına soxulmaq cəhdi baş tutmadı, onun 96
336
təyyarəsi vurulub salındı. Cənubi Qafqaz cəbhəsində 66, 1 min
azərbaycanlı vuruşurdu. Mozdaku tutduqdan sonra güclü
müqavimətə rast gələn düşmən hücum taktikasını dəyişdi,
Bakıya deyil, Nalçik-Orconikidze istiqamətində yeridi. 1942-ci
ilin oktyabrında Sovet ordusu Orconikidze yaxınlığında
faşistləri darmadağın etdi və onlar şimala doğru qovuldular.
Almanlar Stalinqrad istiqamətində piyada
diviziyalarının 1/3, tank diviziyalarının
5
1 hissəsini, bir
milyondan çox əsgər və zabit toplamışdı. Almanların seçmə 6-
cı piyada ordusu və 4-cü tank ordusu, bundan başqa 1 italyan, 2
rumın ordusu da və bu istiqamətdə vuruşurdu. Sentyabrda artıq
Stalinqradın özündə döyüşlər gedirdi. Sovet komandanlığının
Stalinqradı müdafiə etmək planı "Uran" adlanırdı. 1942-ci ilin
noyabrın 19-20-də Stalinqrad, Don və Cənub-Qərb cəbhəsinin
qoşunları general Yeremenko, Rakassovski və Vatutinin
komandanlığı altında hücuma keçərək noyabrın 22-də
Stalinqradın şimalındakı Kalaç rayonunda almanların 22
diviziyasını, 330 min əsgər və zabitini əsir aldılar. Bu hücum
zamanı e.ə. 216-cı ildə olmuş Kanna döyüşündə tətbiq edilmiş
Hannibalın «aypara» taktikasından istifadə edilmişdi. Hitler
mühasirədə olanlara kömək etmək üçün Şimali Qafqazdan
Manşteynin rəhbərliyi altında böyük bir zərbə qrupunu
göndərdi. Lakin Stalinqradın cənubundakı Tormosovo-
Kotelnikov rayonunda general Malinovskinin başçılıq etdiyi
sovet qoşun hissələri tərəfindən onlar darmadağın edildilər.
Almanların mühasirəni yarmaq cəhdi baş tutmadı. 1943-cü il
yanvarın 15-dən fevralın 2-dək keçirilən hərbi əməliyyatlarda
mühasirəyə düşmüş qoşun hissələri məhv edildi. 147 min əsgər
və zabit öldü, 91 min əsgər, 2500 zabit, başda feldmarşal
Paulyus olmaqla 24 general əsir alındı. Strateji üstünlük sovet
ordusu tərəfinə keçdi. İkinci dünya müharibəsində Antihitler
koalisiyasının xeyrinə qəti olaraq əsaslı dönüş başlanmış oldu.
337
Nasist ordusu mənən və ruhən sarsıldı. Yaponiya SSRİ
əleyhinə hücuma keçmək planından birdəfəlik əl çəkdi. İşğal
altında olan yerlərdə müqavimət hərəkatı gücləndi.
Stalinqrad ətrafında sovet qoşunlarının hücumu martın
sonuna kimi davam edən strateji hücuma çevrildi. Stalin-
qraddan sonra ən parlaq qələbə Leninqradın mühasirəsinin
yarılması oldu. Blokada illərində şəhərin 850 minə yaxın dinc
sakini həlak oldu.
1943-cü ilin yayında alman komandanlığı strateji
təşəbbüsü yenidən əlinə almaq üçün cəhd etdi. Almaniya
tərəfindən Kursk ətrafında «Kursk qövsü» adlandırılan çıxıntı
şəkilli mövqedə yerləşən sovet qoşunlarını mühasirəyə alıb
məhv etmək üçün hücum planı ("Sitadel"-«Qala») tərtib
olundu. Sovet komandanlığı bundan xəbər tutaraq almanların
hücum edəcəyi istiqamətlərdə böyük qüvvələr topladı. 1943-cü
il iyulun 5-də sübh çağı alman qoşunları hücuma keçdilər.
Kursk-Oryol döyüşü başlandı. Almanlar böyük itkilər hesabına
çox az irəliləyə bildilər. Proxorovka kəndi yanında İkinci dünya
müharibəsinin ən böyük tank döyüşü oldu. Döyüşdə hər iki
tərəfdən 1200-ə yaxın tank, özüyeriyən və hücum topları iştirak
edirdi. Almanlar taqətdən salındı və iyulun 12-də sovet
qoşunları əks-hücuma keçdi. Avqustun 5-də Oryol və Bel-
qorod, 23-də isə Xarkov azad olundu. Kursk döyüşü ilə sovet-
alman müharibəsinin gedişində əsaslı dönüş başa çatdı, strateji
təşəbbüs qəti olaraq sovet komandanlığının əlinə keçdi. Sent-
yabrın sonunda sovet qoşunları Dneprə çıxaraq çayı keçdilər.
Noyabrın 6-da Kiyev azad edildi.
ABŞ və Böyük Britaniya ikinci cəbhənin açılmasına
tələsmirdilər. İngiltərənin 1940-cı ilin mayından baş naziri olan
Çörçil ikinci cəbhənin Avropanın "yumşaq qarınaltısı" adlanan
Balkan yarımadasından açılmasını istəyirdi, Stalin isə onun
Şimali Fransadan-Normandiyadan açılması təklifini irəli
sürürdü. Çörçilin məqsədi Qızıl Ordu hissələrindən qabaq
338
ingilis-amerikan qoşunlarının Cənub-Şərqi Avropa ölkələrinə
çıxarılması idi. Avropanın sənaye mərkəzlərinə ən qısa yolun
haradan keçdiyini yaxşı başa düşən ABŞ rəhbərləri, hər şeydən
əvvəl, Qərbi Avropada öz təsirlərini yaymağa çalışırdılar. Onlar
ehtiyat edirdilər ki, müttəfiq orduları Balkanlarda ilişib qalar.
Məhz ona görə də Çörçillin hərbi-siyasi planları Vaşinqtonda
ehtiyatla qarşılandı və əməli olaraq həyata keçirilmədi.
Sovet Ordusunun uğurlu hücumu müttəfiqlərə Şimali
Afrikada hücuma keçmək üçün əlverişli şərait yaratdı. 1941-ci
ilin noyabrında ingilislər Tobrukun blokadasını ləğv etdilər.
1942-ci ilin yanvarında Kirenanika ərazisini bütünlüklə azad
etdilər. 1942-ci ilin oktyabrın 23-də Əl-Əlameyn yaxınlığındakı
döyüşdə Montqomerinin başçılıq etdiyi ingilis-amerikan
qoşunları alman-italyan qoşunları üzərində parlaq qələbə
çaldılar. 1943-cü ilin fevralında onlar Liviya-Tunis sərhəddinə
çıxdılar. Bu "ox" dövlətlərinin Yaxın Şərqi tutmaq planının
qarşısını aldı. Fransızlar "Fakel" əməliyyatına uyğun olaraq
Eyzenhauerin başçılığı ilə Əlcəzair şəhərini tutdular. Tunis
alındı. Bu alman-italyan qoşunlarının Şimali Afrikada çox
böyük məğlubiyyəti demək idi. 1943-cü ilin iyununda "Fransa
milli-azadlıq komitəsi" yaradıldı. Rəhbəri isə Şarl de Qoll və
general Jiro idi.
Əsaslı dönüşün yaranmasının mühüm səbəblərindən biri
ABŞ, SSRİ və İngiltərədə hərb sənayesinin "ox" dövlətlərinə
nisbətən daha sürətli inkişafı idi. Təsərrüfat üzərində ciddi
dövlət nəzarəti yaradılmışdı. 1942-ci ildə İngiltərədə hökumətə
bu sahədə fövqəladə səlahiyyətlər verən qanunlar qəbul olundu.
Buna bənzər tədbirlər ABŞ-da da həyata keçirildi. Burada
Hərbi istehsal idarəsi təsis edildi. SSRİ-də 1941-ci ilin iyunun
30-da təşkil edilmiş Dövlət Müdafiə Komitəsinin, onun sədri
İ.V.Stalinin əlində bütün hakimiyyət cəmləşdirildi. "Hər şey
cəbhə üçün, hər şey qələbə üçün!" şüarı irəli sürüldü. Arxa
Cəbhə Baş İdarəsi yaradıldı. Əmək intizamı möhkəmləndirildi
339
və kartoçka sistemi tətbiq olundu. Siyasi və ideoloji təbliğat
sistemi yenidən quruldu. Orduda hərbi komissarlar sistemi təsis
edildi. Müttəfiq ölkələrdə həyata keçirilən bu tədbirlər
nəticəsində 1943-cü ildə onlar faşist blokundan 3 dəfə çox
hərbi təyyarə, 10 dəfə çox tank istehsal edirdilər. Müttəfiqlərin
istehsal etdiyi hərbi texnika keyfiyyətinə görə də üstün idi.
Müqavimət hərəkatı
1942-1943-cü illərdə hərbi şəraiti müttəfiqlərin xeyrinə
dəyişdirən amillərdən biri də Almaniya, İtaliya, Yaponiyanın
ələ keçirdiyi ölkələrdə yaratdıqları rejimlərə qarşı genişlənən
müqavimət hərəkatı olmuşdur. Buna səbəb həmin ölkələrdə
yaradılmış "yeni qayda", müstəqillik və suverenliyin, demok-
ratik və sosial nailiyyətlərin ləğv edilməsi, iqtisadi istismar,
işğalçıların özbaşınalığı, habelə onların həyata keçirdiyi irqçi
siyasət, "qeyri-yetkin xalqlar"ın məhv edilməsi idi. Bütün
Avropada yəhudilər, qaraçılar, slavyanlar faşist irqçi siyasətinin
qurbanı oldular. Hərbi əsirlər, müqavimət hərəkatının
iştirakçıları, "qeyri-yetkin xalqlar"ın nümayəndələri saxlanılan
Osventsim, Maydanek, Treblinka, Dahau, Buhenvald,
Zaksenhauzen, Ravensbruk, Mauthauzen və b. düşərgələr
həqiqi mənada ölüm zavodları idi. Bu düşərgələrdən 18 milyon
nəfər keçmiş, onlardan 12 milyonu məhv edilmişdi.
Milyonlarla Avropa əhalisi işlədilmək üçün zorla Almaniyaya
aparılmışdı. Əhalini müti vəziyyətdə saxlamaq üçün satqınçılıq
sisteminə, kütləvi qırğınların təşkilinə geniş meydan verilmişdi.
Fransada Oradur, Çexoslovakiyada Liditse, Belorusiyada Xatın
kəndlərinin əhalisi tamamilə məhv edilmişdi.
Slavyanlar yaşayan məntəqələrin boşaldılması və
almanlar tərəfindən məskunlaşdırılması üçün genosid siyasəti
həyata keçirilirdi. 1942-ci il yanvarın 20-də Avropada bütün
yəhudilərin məhv edilməsi planı təsdiq edilmişdi. Bunun üçün
iri ölüm düşərgələri təşkil olunmuşdu. Burada, onlar qaz kame-
340
ralarına salınıb boğulur və yandırılırdı. İkinci dünya müharibəsi
dövründə 6 milyona qədər yəhudi bu siyasətin qurbanı
olmuşdu.
Yaponiya tərəfindən işğal edilmiş ölkələrdə də vəziyyət
ağır idi. Vyetnam, Laos, Malaziya, Kamboca, Filippin və
İndoneziya əvvəllər də müstəmləkə idi. Bir müddət Yapo-
niyanın "Asiya asiyalılar üçündür!" şüarı onlarda bu dövlətin
köməyi ilə müstəqillik əldə edəcəklərinə ümid yaratmışdı.
Lakin yaponların burada yaratdığı rejim müstəmləkə rejimin-
dən də ağır oldu. Filippin, İndoneziya, Malaziya və Birmada
antiyapon hərəkatı meydana gəldi və genişləndi.
Müqavimət hərəkatı inkişafının mühüm amillərindən
biri də bütün antifaşist qüvvələrin birləşdirilməsi oldu. 1941-ci
ilin y ayına qədər kommunist və antifaşistlərin birgə fəaliyyəti
mümkün deyildi. Almaniyanın SSRİ-yə basqınından sonra
Kominternin çağırışı ilə kommunist partiyaları faşizmə qarşı
mübarizəyə başladılar. Müttəfiqlərin təzyiqi ilə 1943-cü ildə
Kominternin buraxılması kommunist partiyalarına müstəqil
qüvvələr kimi çıxış etməyə, Müqavimət hərəkatına fəal
qoşulmağa imkan yaratdı.
Müqavimət hərəkatının diversiya, sabotaj, hərbi sifariş-
lərin vaxtında yerinə yetirilməməsi, məxfi informasiyalar
toplanılması və müttəfiqlərə ötürülməsi, partizan dəstələrinin
fəaliyyəti kimi müxtəlif formaları vardı. Bu hərəkatın ilk
nümunələrindən biri 1943-cü ildə Varşava yəhudi gettosundakı
(məhəlləsində) üsyan oldu. Pis silahlanmış getto sakinləri bir
aya qədər alman işğalçılarına qarşı mübarizə apardılar.
Müqavimət hərəkatının ümumi rəhbər orqanları forma-
laşmağa başlamışdı. Məsələn, Fransada bu hərəkata general
Şarl de Qollun rəhbərliyi altında "Azad Fransa" təşkilatı
başçılıq edirdi.
Müqavimət hərəkatı sıralarında Fransada 300 min, Yu-
qoslaviyada 350 min, Yunanıstanda 70 min, Norveçdə 50 min,
341
Polşada 60 min, Çexoslovakiyada 25 min, Çində 2,2 milyon
adam vuruşmuşdu.
SSRİ-nin almanlar tərəfindən zəbt edilmiş ərazilərində
də antifaşist partizan hərəkatı geniş miqyas almışdı. 1941-ci
ildə düşmən arxasında 2000-dən çox, 1942-ci ildə 6200-dən
çox partizan dəstəsi və qrupu fəaliyyət göstərmişdi. SSRİ-də
partizan hərəkatında bir milyondan çox adam iştirak etmişdi.
Onlar düşmənin bir milyondan artıq əsgər və zabitini məhv
etmiş və əsir almışdılar.
İtaliyanın ikinci dünya müharibəsindən çıxması
Şimali Afrikanın faşistlərdən azad edilməsi müttəfiqlərə
imkan verdi ki, İtaliyaya qoşun çıxartsınlar. 1942-ci ilin II
yarısında İtaliyada xalqın tətil və nümayişləri başlandı. 1943-cü
ilin martında bu hərəkat bütün Şimali İtaliyanı bürüdü. Yuxarı
dairələr Mussolinini kənarlaşdırmaq, yeni hökumət təşkil etmək
və müttəfiqlərlə sazişə gəlmək istəyirdilər. Onlar inqilabdan
yeganə xilası ABŞ və İngiltərə qoşunlarının İtaliyaya
girməsində görürdülər. 1943-cü ilin iyulun 19-da müttəfiqlərin
qoşunları Siciliyaya çıxdılar. Böyük Şura qərar çıxardı ki,
Mussolini Ali baş komandan vəzifəsini krala versin. Sonrakı
gün o baş nazir vəzifəsindən də azad edildi və həbs edildi.
Hökumətə marşal Bodolyo rəhbərlik etməyə başladı. İnqilaba
yol verməmək üçün o, 1943-cü ilin sentyabrın 3-də
müttəfiqlərlə barışıq haqqında saziş bağladı. İtaliya danışıqsız
təslim oldu. İngiltərə-Amerika qoşunları Apenin yarımadasının
cənub hissəsinə çıxdılar. Bu Berlində həyəcana səbəb oldu. Ona
görə də alman faşistləri hücuma keçib İtaliyanın şimal və orta
hissəsini işğal etdilər. Hitler tərəfindən göndərilmiş Otto
Skortseni Mussolinini azad etdi və onu Berlinə gətirdi. Faşistlər
tutduqları yerdə oyuncaq İtaliya sosial respublikası yaratdılar.
342
Mussolini onun başçısı oldu. Nazirlik Salo şəhərində
yerləşdiyinə görə bu "Salo respublikası" da adlanırdı.
1943-cü ilin oktyabrında İtaliya Almaniyaya müharibə
elan etdi.
1943-cü ilin noyabrında müttəfiqlərin qoşunları alman
qoşunlarının olduğu Neapola yaxınlaşdılar. Lakin heç bir təsirli
iş görə bilmədilər.
1942-1943-cü illərdə Sakit Okeanda müharibə
1942-ci ilin avqustunda ABŞ Solomon adasına desant
çıxartdı.Artıq 1942-ci ilin payızında ABŞ dənizdə bir neçə
qələbə qazandı. Lakin hərbi əməliyyatlar yavaş getdiyinə görə
1944-cü ilin əvvəllərinə qədər davam etdi. ABŞ 1943-cü ilin
iyununda Yeni Qvineyanı, noyabrında Kilberti adasını azad
etdi. Dekabrda Yeni Britaniya adası azad edildi. Bu dövrdə
yaponlara qarşı Şərqi və Cənub-Şərqi Asiyada milli azadlıq
hərəkatı başlandı.
Moskva və Tehran konfransları.
İkinci cəbhənin açılması məsələsi
Şimali Fransadan İkinci cəbhənin açılmasının ən qəti
əleyhdarı Çörçill idi. O, İkinci cəbhənin Balkanlardan açılması
tərəfdarı idi. Çörçill öz planlarının Kasablankada 1943-cü ilin
yanvarında, Vaşinqtonda isə 1943-cü ilin mayında qəbul edil-
məsinə nail oldu.
1943-cü ilin avqustunda Kvebekdə konfransda ABŞ və
İngiltərə elan etdilər ki, 1944-cü ilin mayın 1-dən gec
olmayaraq II cəbhə açılacaq.
1943-cü ildə yenə də Almaniyanın qoşun hissələrinin
3
2
hissəsi Sovet-alman cəbhəsində idi. Məşhur ABŞ
343
diplomatlarından olan Dalles "antisovet sanitar kardonu"
ideyasını irəli sürdü. 1943-cü il oktyabrın 29-30-da Moskvada
olmuş üç dövlət xarici işlər nazirlərinin (Molotov, Xell, İden)
konfransında İtaliya haqqında heç bir bəyanat qəbul edilmədi.
Moskva konfransında qərar qəbul edildi ki, İngiltərə, ABŞ və
SSRİ-dən ibarət Avropa məsləhət komissiyası təşkil edilsin.
Konfrans üç dövlət başçısının Tehran konfransına hazırlıq
görmüş oldu.
Tehrana gələrkən yolüstü Ruzvelt və Çörçill Qahirədə
Çan-kayşi ilə görüşdülər. Qahirə bəyannaməsi qəbul edildi.
Bəyannamədə göstərilirdi ki, Yaponiyanın cəzası verilməli,
Mancuriya, Formoza (Tayvan) və Peskador adaları Çinə
qaytarılmalıdır. «Evrika» Adı latında keçirilən Tehran
konfransı 1943-cü ilin noyabr ayının 28-dən dekabr ayının 1-
dək çağırıldı. Konfransda əsas məsələ İkinci cəbhənin açılması
məsələsi idi. Çörçil kommunizmin Avropaya yayılmaması
üçün onun Arvopanın «yumşaq qarınaltısı» hesab edilən
balkanlardan, Stalin isə Şimali Fransadan açılmasını tələb
edirdi. Avropada müharibənin tez qurtarmasında və bütün
qüvvələrin Yaponiyaya qarşı yönəldilməsində maraqlı olan
Ruzvelt Stalinin fikrini müdafiə etdi. Çox mübahisədən sonra
Şimali Fransadan (əməliyyat "Overlord" adlanırdı) 1944-cü ilin
mayında İkinci cəbhənin açılması haqqında birgə bəyannamə
imzalandı. Almaniyanın taleyi məsələsi müzakirə edilərkən
ABŞ təklif etdi ki, Almaniya 5 dövlətə parçalansın. İngiltərə isə
təklif edirdi ki, Prussiya ayrılsın, yerdə qalan ərazidə isə
"Dunay federasiyası" təşkil edilsin. SSRİ hər iki təklifin
əleyhinə çıxdı. Bu məsələ Avropa məsləhət komissiyasının
ixtiyarına verildi. Tehran konfransında Köniqsberqin, yəni
indiki Kalininqradın SSRİ-yə verilməsi qərara alındı.
Konfransda həmçinin İranın suverenliyi haqqında üç dövlət
bəyənnaməsi imzalandı.
344
4. İkinci dünya müharibəsinin III mərhələsi.
Cənub-Şərqi Avropa dövlətlərinin azad olması.
Hitler blokunun iflası.
1944-cü ildə müharibə həlledici mərhələyə qədəm qoy-
du. Bu zaman SSRİ-də 6,3 milyon əsgər və zabit, 95,6 min si-
lah və minomyot, 5,2 min top, 10,2 min təyyarə var idi. Sovet-
alman cəbhəsində faşistlərin 4,9 milyon adamı, 54,5 min silahı,
5,4 min topu, 3,1 min təyyarəsi var idi. 1944-cü ilin oktyabrına
qədər bütün Sovet ərazisi azad edildi. 1944-cü ilin yanvarın 1-
də Polşada yeni fəhlə hökuməti olan Krayova Rada təşkil
edildi. 1944-cü ilin iyulunda Sovet ordusu Polşa ərazisinə girdi.
Polşa qoşunu təşkil edildi.
Mühacir hökuməti Varşavada hakimiyyətə gəlmək üçün
1944-cü il avqustunda üsyan qaldırmağa cəhd etdi. Faşistlər
üsyanı amansızlıqla yatırdılar. 200 min polyak öldürüldü.
1944-cü ilin aprelində Sovet ordusu Rumıniya ərazisinə
girdi. 1944-cü ildə Yassı-Kişinyev əməliyyatı zamanı 18 alman
diviziyası mühasirəyə alınıb məhv edildi. 1944-cü il avqustun
23-də Buxarestdə antifaşist üsyan başlandı. Antonesku diktatu-
rası devrildi. Yeni yaranan Rumıniya hökuməti avqustun 31-də
Almaniyaya müharibə elan etdi. 1944-cü il sentryabrın 12-də
Moskvada Rumıniya ilə Antihitler koalisiyasına aid olan döv-
lətlər arasında müqavilə bağlandı. SSRİ ilə Rumıniya arasında
sərhədlər 1940-cı ilə qədər olduğu kimi bərpa edildi.
1944-cü ilin sentyabrın 5-də SSRİ Bolqarıstana müharibə
elan etdi. Sentyabrın 9-da Sofiyada silahlı üsyan qalib gəldi.
Dimitri Georgiyevin başçılığı altında hökumət təşkil olundu.
Yeni hökumət Almaniya və Macarıstana müharibə elan etdi.
1944-cü ilin oktyabrın 28-də Bolqarıstanla antihitler koalisiyası
arasında müqavilə bağlandı.
1944-cü ilin yazında sovet qoşunları Çexoslavakiya
ərazisinə çıxdı. Slovakiyada Pisso hökuməti hökm sürürdü.
Avqustun 20-də orada üsyan başlandı. Onun paytaxtı Bansk-
345
Bistritsa oldu. Sentyabrın 8-də sovet ordusu I Çexoslovakiya
korpusu ilə birgə hücuma keçdi. Onlar oktyabrın 6-da Duklinsk
aşırımına çıxdılar.
1944-cü illin sentyabrında sovet qoşunları Bolqarıstan-
Yuqoslaviya sərhəddinə çıxdılar. Oktyabrın 20-də Belqrad azad
edildi. Hələ 1943-cü ilin noyabrın 29-da yeni Yuqoslaviya
hökuməti yaradılmışdı. Ölkənin bütün ərazisi 1945-ci ilin
mayına qədər azad edildi. 1945-ci ilin aprelində isə SSRİ ilə
Yuqoslaviya arasında dostluq və qarşılıqlı yardım haqqında
müqavilə bağlandı.
1944-cü ilin noyabrın 29-da Albaniya azad edildi. Hələ
1943-cü ilin yazında yunan vətənpərvərləri ölkənin
3
1 hissəsini
azad etdilər. Yunanıstana ingilis qoşunları daxil oldular.
Mühacir hökuməti Afinaya qayıtdı.
1944-cü ildə artıq Almaniya özünün müttəfiqlərindən
məhrum olmuşdu. 1944-cü ilin sentyabrında Moskvada SSRİ
Finlandiya ilə saziş bağladı.
1944-cü ilin martında hitlerçilər Macarıstan ərazisini
tutdular. 1944-cü ilin oktyabrın 6-da sovet qoşunları Debretsen
əməliyyatına başladılar. Xortinin müraciətinə müttəfiqlər mənfi
cavab verdilər. Çünki o vaxt qazanmaq istəyirdi. Hitlerçilər
Xortini hakimiyyətdən kənar edib, faşist Salaşini qoydular.
Hitler onun müdafiəsi üçün əlavə qoşun göndərdi. 1945-ci il
fevralın 13-də Sovet qoşunları Budapeşti azad etdilər. 1945-ci
ilin fevralında Macarıstan Hitler Almaniyasına müharibə elan
etdi. Bu hadisədən sonra salaşistlər Avstriyaya keçib hit-
lerçilərlə birlikdə 1945-ci ilin mayına qədər SSRİ əleyhinə
müharibə apardılar.
346
İkinci cəbhənin açılması
Dostları ilə paylaş: |