XIII. LATIN AMERİKASI ÖLKƏLƏRİ
XIX əsrin əvvəllərində Latın Amerikası ölkələri müstə-
qillik qazansalar da, asılı ölkələr kimi tanınındılar ki, bunun da
əsas səbəbi dünya kapitalizm təsərrüfat sisteminin inkişafından
onların geri qalması idi. XX əsrin əvvəllərində, xüsusilə,
Birinci dünya müharibəsi dövründə Latın Amerikası ölkələri
müharibə edən ölkələrə ərzaq məhsulları və strateji mallar
satmaqla milli sənayenin bir sıra sahələrini inkişaf etdirdilər.
Bu ölkələrdə dəmir və avtomobil yolları salındı. Lakin bu öl-
kələrdə kapitalizmin inkişafı yolunda ən böyük maneə iqtisa-
diyyatda və siyasətdə latifundiyaların ağalığı idi. Hakim dai-
rələr milli xırda və orta burjuaziyanın mənafeyini nəzərə al-
mırdılar. Latufindistlər xarici bazara ancaq qəhvə, şəkər, meyvə
çıxara bilirdilər. Bir çox ərzaq və sənaye məhsulları bu ölkələrə
xaricdən gətirilirdi.
Birinci dünya müharibəsindən sonra Latın Amerikası
ölkələrinin xarici kapitaldan asılılığı gücləndi. Bu sahədə ABŞ
və İngiltərə öndə gedirdi. Əgər 1913-cü ildə Böyük Britani-
yanın kapital ixracı 4984 mln, ABŞ-ınki isə 1242 mln. dollar
idisə, 1929-cu ildə bu ölkələrə Böyük Britaniya 5891 mln, ABŞ
5587 mln dollar kapital ixrac edirdi. Kapitalist dövlətlərinin
iqtisadi müdaxiləsi hərbi-siyasi müdaxilə ilə çulğalaşırdı. ABŞ
konqresinin 1901-ci ildə qəbul etdiyi «Platta düzəlişi» ABŞ-a
hüquq verirdi ki, Kuba ərazisində hərbi-dəniz bazaları təşkil
etsin və lazım gəldikdə onun ərazisini tutsun. Latın Amerikası
ölkələrinə münasibətində ABŞ «dollar diplomatiyası» ilə
«böyük dəyənək» siyasətini birləşdirirdi.
Mülkədar oliqarxiyası ağalığı və xarici kapitaldan asılılıq
bu ölkələrdə burjua-demokratik inqilabı üçün obyektiv şərait
yaradırdı. Bu zəmində ilk inqilab 1910-1917-ci illərdə Mek-
sikada oldu.
269
Rusiyadakı Fevral burjua-demokratik inqilabı və Oktyabr
çevrilişi də Latın Amerikası ölkələrində mübarizənin gələcək
inkişafına müsbət təsir göstərdi. Latın Amerikası ölkələrinin
zəhmətkeşləri antisovet müdaxilənin əleyhinə çıxış etdilər.
Bu dövrdə Latın Amerikası ölkələrində fəhlə hərəkatında
anarxizm və anarxo-sindikalizmin böhranı başlanmışdı. 1920-
1922-ci illərdə Argentina, Meksika, Uruqvay və Braziliyada
Kommunist partiyaları təşkil edildi. İkinci dünya müharibəsi
ərəfəsində Latın Amerikası ölkələrindən 18-də Kommunist
partiyası fəaliyyət göstərirdi.
Milli burjuaziya fəhlə hərəkatını özünə tabe etməyə cəhd
göstərərək bundan latufindiyaçılara və xarici imperializmə qarşı
mübarizədə istifadə etməyə çalışırdı. 1924-cü ilin sonunda
Peruda başda tələbə hərəkatının rəhbərlərindən olan Viktor
Raul Ayya de la Torre olmaqla Amerika xalq inqilabı alyansı
(ARPA) təşkil edildi ki, tezliklə bu alyans özünü «Milli
burjuaziya ilə zəhmətkeş kütlələrin bloku partiyası» adlandırdı.
Bu partiyanın proqramında Şimali Amerika imperializminə
qarşı mübarizə, Latın Amerikasının siyasi birliyi, torpaq və
sənayenin milliləşdirilməsi, Panama kanalının beynəlmiləlləş-
dirilməsi, bütün dünyanın əzilən xalqları ilə əməkdaşlıq mə-
sələləri əks olunmuşdu. Aprizm ən çox xırda, orta burjuaziya,
qismən də fəhlələr və kəndlilər arasında yayılmışdı. Apristlər
azadlıq mübarizəsində fəhlə sinfinin rolunu inkar edirdilər,
xırda burjuaziyaya daha çox üstünlük verirdilər. Onların
«Amerika hindular üçündür!» şüarı bütün antiimperialist qüv-
vələrin sıx birləşməsinə mane olurdu. Tədricən o təkamül
yolunu əsas tutdu və antikommunist mövqeyə keçdi.
Aprizmlə mübarizədə Xose Karlos Mariateqi mühüm rol
oynadı. O göstərdi ki, Latın Amerikası öz problemlərini burjua-
demokratik inqilabı yolu ilə həll etməlidir. Mariateqi 1928-ci
ildə Peru sosialist fəhlə partiyasının əsasını qoydu ki, 1930-cu
ildən o, Peru Kommunist partiyası adlandı.
270
20-ci illərin sonunda Latın Amerikası ölkələrində impe-
rializm və yerli irticaya qarşı mübarizə gücləndi. Bu Nikara-
quada daha kəskin xarakter aldı. 1926-cı ildə burada başlanan
antiimperialist hərəkata fəhlə Auqusto Sesaro Sandino başçılıq
edirdi. Bu hərəkat yeddi ilə qədər davam etdi. 1933-cü ilin
yanvarında ABŞ öz qoşunlarını Nikaraquadan çəkməyə məcbur
oldu. Lakin 1934-cü ilin fevralında Sandino «milli
qvardiyanın» rəisi Anastasio Somosa tərəfindən xaincəsinə
öldürüldü. Tezliklə Somosa ABŞ-ın köməyi ilə Nikaraquanın
prezidenti oldu. Somosa ailəsinin diktaturası ancaq 1979-cu
ildə Sandinistlər inqilabı nəticəsində devrildi.
Latın Amerikası ölkələrinin iqtisadi geriliyi dünya
iqtisadi böhranı illərində azadlıq mübarizəsinin daha da
güclənməsinə səbəb oldu. 1930-1931-ci ildə Qvatemalada
hindu kəndlilərin üsyanı başlandı. Lakin ABŞ-ın köməyi ilə
1931-ci ildə ölkədə Xorxe Ubikonun diktaturası quruldu və
1944-cü ilə qədər hakimiyyətdə oldu. 1931-1932-ci illərdə
Çilidə, 1932-ci ildə Salvodorda da inqilabi hərəkat gücləndi.
Onların əsas şüarı «Torpaq və azadlıq!» idi. 1933-cü ildə
Kubada X.Maçado diktaturası devrildi.
Dünya iqtisadi böhranı illərində ABŞ və İngiltərə arasın-
da Braziliya, Paraqvay, Uruqvay, xüsusilə Argentina üstündə
rəqabət gücləndi. Bu rəqabət öz ifadəsini Latın Amerikası
ölkələri arasında hərbi-siyasi münaqişələrdə tapdı. ABŞ-da
F.Ruzveltin prezident seçilməsi ilə Latın Amerikasına qarşı
«böyük dəyənək» siyasətini «mehriban qonşu» siyasəti əvəz
etdi. ABŞ Latın Amerikası ölkələrinin daxili işlərinə qarışma-
maq prinsipini əsas tutduğunu elan etdi. Bu ölkələrlə hər iki
tərəf üçün əlverişli ticarət sazişi bağlayacağını, onlara texniki
kömək göstərəcəyini vəd etdi. 1933-cü ilin dekabrında
Montevideoda keçirilən VII Panamerikan konfransında belə bir
deklarasiya qəbul edildi ki, heç bir dövlətin başqa bir dövlətin
daxili və xarici işlərinə qarışmağa ixtiyarı yoxdur. Bunun ar-
271
dınca «Platta düzəlişləri»ndən əl çəkildi və 19 il işğaldan sonra
ABŞ öz qoşunlarını Haitidən çıxartdı. ABŞ-ın bu ölkələrə qarşı
taktikasını
dəyişdirməsinin səbəblərindən biri Latın
Amerikasında alman və yapon ekspansiyasının qarşısını almaq
idi. Belə ki, Hitler Almaniyası İkinci dünya müharibəsi
ərəfəsində Latın Amerikası ölkələrinə ixracın həcminə görə
Böyük Britaniyanı ötüb keçmişdi. Onun Latın Amerikası
ölkələrinə kapital qoyuluşu 969 milyon dollar idi. Alman
kapitalı Argentina, Braziliya, Çili, Qvatemala, Meksika,
Boliviya kimi ölkələrdə mühüm mövqelər tutmuşdu. Latın
Amerikası ölkələrində almanların sayı 1,5 miloyn nəfər idit.
Argentina, Braziliya, Paraqvayda polis qüvvələrində alman
zabit və müfəttişləri qulluq edirdi.
Latın Amerikası ölkələrinə Hitler kəşfiyyatının soxulması
bu ölkələrdə faşist hərəkatının inkişafına, faşist partiyalarının
təşkilinə, siyasi sistemi faşistləşdirmə meyllərinin yaranmasına
səbəb oldu. Faşist təhlükəsinə qarşı mübarizədə geniş xalq
kütlələri fəal iştirak etdilər. Bir çox ölkələrdə xalq cəbhəsi
hərəkatı geniş yayıldı. Bu hərəkat ən çox Çilidə uğur qazandı.
Belə ki, Çilidə 1936-cı ilin fevralında antiimperialist və
antifaşist platforma əsasında yaranmış Xalq Cəbhəsi 1938-ci
ilin oktyabrında keçirilmiş prezident seçkilərində qələbə
qazandı. Meksika və Çili İspaniya Respublikasını müdafiə et-
dilər. Meksika SSRİ-dən başqa yeganə ölkə idi ki, Avstriyanın
Almaniya tərəfindən işğalına qarşı öz etirazını bildirmişdi.
Latın Amerikası ölkələrində Xalq cəbhəsinin siyasəti
faşizmin hücumunu dayandırdı. Bu təhlükəyə qarşı fəhlə sinfi,
kəndlilər, ziyalılar, milli burjuaziyanın müəyyən hissəsi bir-
ləşdilər. Həmkarlar hərəkatının da təşkil olunması gücləndi.
Meksika zəhmətkeşlər konfederasiyasının təşəbbüsü ilə 1938-ci
ilin sentyabrında Meksikada Latın Amerikası ölkələrinin
Konfederasiyası təşkil edildi.
272
Fəhlə sinfinin təzyiqi altında bir sıra Latın Amerikası
dövlətləri fəhlələr və sahibkarlar arasındakı münasibətləri qa-
nunvericilik yolu ilə nizama salmaq üçün həmkarlar ittifaq-
larının fəaliyyətinə icazə verilməsi haqqında qanunlar qəbul
etdilər.
Bu islahatlar Latın Amerikasında kapitalist münasibət-
lərinin gələcək inkişafına təkan vermiş oldu. Lakin Latın Ame-
rikası ölkələrinin əksəriyyətində köklü aqrar islahatlar keçi-
rilməsi, xarici kampaniyaları milləşdirmək cəhdləri inhisarların
güclü müqavimətinə səbəb oldu və xarici kapitalın iqtisadiyyata
və siyasətə təsirini kənarlaşdırmaq mümkün olmadı.
ABŞ öz imperialist rəqibləri ilə mübarizə üçün Latın
Amerikası ölkələrinin hərbi-siyasi blokunu yaratmağa çalışırdı.
1936-cı ilin dekabrında Buenos-Ayresdə F.Ruzveltin təşəbbüsü
ilə keçirilmiş Amerikaarası konfransın iştirakçıları qarışmamaq,
birbaşa və dolayı formada müdaxilənin qadağan edilməsi
haqqında protokol imzaladılar. 1938-ci ilin dekabrında Limada
keçirilən Panamerika konfransında Latın Amerikası dövlətləri
kontinenti xarici müdaxilədən qorumaq qətiyyəti haqqında
bəyanat verdilər.
İkinci dünya müharibəsi ərəfəsində Latın Amerikası ölkə-
lərinin, Argentinadan başqa, demək olar ki, hamısı ABŞ meylli
xarici siyasət yeridirdilər və müharibədə Antihitler
koalisiyasının tərəfində iştirak etdilər.
273
BRAZİLİYA
Braziliya Birinci dünya müharibəsindən sonrakı ilk illərdə və
kapitalizmin nisbi sabitləşməsi dövründə
Birinci dünya müharibəsi başlayarkən Braziliya öz
bitərəfliyini elan etsə də, tezliklə Antantaya tərəf daha çox meyl
etməyə başladı. 1917-ci ilin oktyabrında isə Antanta tərəfində
müharibəyə girdi. Birinci dünya müharibəsindən sonra
Braziliyada sinfi qüvvələrin yerləşməsində, iqtisadiyyatda
nəzərə çarpan dəyişikliklər əmələ gəldi. Ərzaq və xammalın
Antanta ölkələrinə satılması sənaye məhsullarının idxalını
azaltdı, sənayenin inkişafına kömək etdi. 1915-1919-cu illərdə
6 min sənaye müəssisəsi tikildi ki, bunların da əksəriyyəti
yüngül, yeyinti sənayesinə aid idi. Əsas ixrac qəhvə idi.
Braziliya kənd təsərrüfatı ölkəsi idi.Məhsuldar torpaqların
70%-i mülkədar-latifundistlərə məxsus idi. Sənayedə fəhlə sinfi
275 min nəfərə qədər idi. 1918-ci noyabrında Rio-de Janeyroda
ümumi tətil baş verdi. Ölkədə mühasirə vəziyyəti elan olundu.
Prezident Pessona (1918-22-ci illər) ölkəni böhrandan
çıxarmaq üçün tədbirlər həyata keçirdi. Ölkədə suvarma
qurğuları, dəmiryolları, elektrik stansiyaları tikildi. İbtidai və
dünyəvi məktəblər dövlət tərəfindən maliyyələşdirilməyə
başlanıldı. Hərbi quruculuğa diqqət artırıldı. Ölkədə ABŞ və
İngilis kapitalının mövqeyi gücləəndi. Ölkədə fəaliyyət
göstərən xarici səhmdarların yarısı amerikanlar idi. Xüsusilə
dağ-mədən, kimya, əczaçılıq, avtomobilqayırma sənayesində
ABŞ kapitalı üstünlük təşkil edirdi.
1922-1926-cı illərdə prezident Artur-de Silva Bernardes
oldu. Onun dövründə iqtisadiyyatı böhrandan çıxarmaq üçün
fövqaladə qanunlar verildi. Sol təmayüllü mətbuat və partiyalar
bağlandı. Federal hökumətin idarəçilik, maliyyə və siyasi
sahədə hüquqlarını genişləndirmək məqsədilə 1924-cü ildə
274
konstitusiyada dəyişiklik edildi. İşçilərin əmək münasibətlərini
tənzimləmək üçün Milli Əmək Şurası yaradıldı.
1922-ci ildə Rio-de-Janeyroda keçirilən qurultayda Bra-
ziliya Kommunist partiyası təşkil edildi.
1922-ci il iyulun 5-də hərbi məktəbin kadetlər korpusu və
gənc zabitlər (cəmi 52 adam) hökuməti devirmək üçün üsyan
qaldırdılar. Bu tenentistlər (portuqalça-leytenant deməkdir)
üsyanı adlandı. Tenentistlərin ideyası müstəqil Braziliya
Respublikası yaratmaq idi.
1920-ci illərin ortalarında ölkədə yüksəliş baş verdi.
Lakin milli burjuaziya İngiltərə və ABŞ inhisarları tərəfindən
sıxışdırılırdı. 20-ci illərdə hakimiyyətdə respublika partiyası
dururdu ki, onlar da Minas Jerays və San-Paula ştatlarının sə-
naye burjuaziyasının mənafeyini müdafiə edirdilər. Onları
«paulistlər» də adlandırırdılar. Onlar İngiltərəyə meyl edirdilər.
Müxalifətdə liberallar partiyası dururdu ki, onları Riu-Qrandi –
du - Sul ştatının iri hedvandarları müdafiə edirdi. Onlar ABŞ-a
meyl edirdilər.
Respublikada diktatura rejimi hökm sürürdü. 1924-cü ilin
iyulun 5-də Rio-de-Janeyroda tenentistlər üsyanının iki illiyi
münasibəti ilə İsidoro Lopesin başçılığı altında yenidən üsyan
başlandı. 1924-cü ilin oktyabrında ölkənin cənubunda da üsyan
baş verdi. Üsyana Karlos Prestes başçılıq edirdi. Hökumət aqrar
islahat keçirməklə kəndliləri tenentistlərdən ayırmağı bacardı.
Karlos Prestesin «Məğlubedilməz kolonnası" (Braziliyada onu
belə adlandırırdılar) döyüşlə 14 ştatın ərazisindən keçdi, 26 min
kv.km yol qət etdi, partizan müharibəsi apararaq Braziliyanın
18 generalını məğlubiyyətə uğratdı. Onlar Boliviya sərhədinə
qədər gəlib çatdılar. Lakin irticanın güclənməsi onları ölkəni
tərk etməyə məcbur etdi.
1926-cı ilin noyabrında keçirilən prezident seçkilərində
Vaşinqton Luis qalib gəldi və 1930-cu ilə qədər ölkənin
prezdenti oldu. Hökumət mühasirə vəziyyətini ləğv etdi.
275
Həmkarlar hərakatı tam fəaliyyət sərbəstliyi aldı. Ölkəyə xarici
kapitalın nüfuz etməsi üçün əlverişli şərait yaradıldı.
Braziliyada ABŞ-ın mövqeyi gücləndi, İngiltərəninki isə
zəiflədi.
Braziliya dünya iqtisadi böhranı dövründə və İkinci
dünya müharibəsi ərəfəsində
1929-1933-cü illər dünya iqtisadi böhranı Braziliyaya çox
ağır təsir etdi. Kisələrlə qəhvə dənizə töküldü. Qiymətlər aşağı
düşdü. 1929-1930-cu illərin seçki kompaniyası zamanı «pau-
listlər» «mühafizəkar mərkəzləşmə» təşkil edərək iri qəhvə
maqnatı Juliu Prestesi prezidentliyə namizəd irəli sürdülər.
«Paulistlər»in əleyhinə “Liberal alyans” çıxış edərək Ri-
Qrandi-du-Sul ştatından iri mülkədar Jetuliu Varqasın
namizədliyini irəli sürdülər.
1930-cu ilin martında keçirilən seçkilərdə Prestes qalib
gəldi, prezident seçildi. Onda tenentistlər liberallarla birləşərək
qəhvə oliqarxiyasına qarşı mübarizəyə başladılar. Luis Karlos
Prestes xalqa manifestlə müraciət etdi. Ölkədə inqilab
başlandı. 1930-cu il oktyabrın 3-də bir sıra ştatlarda
antihökumət qiyamı baş verdi. Paytaxtda hakimiyyət və
prezident devrildi. Bu hadisə Braziliya tarixində “milli inqilab”
adlandırıldı. 1930-cu il noyabrın 3-də J.Varqas hökumət təşkil
etdi. O, 1891-ci il konstitusiyasını ləğv etdi, konqresi və digər
seçkili orqanları buraxdı. Hökumət başlıca diqqətini iqtisadi
böhranın nəticələrini aradan qaldırmağa yönəltdi. Ştatların
konqresi və qanunverici hakimiyyət orqanları prezidentin
əlində cəmləşdirildi. Həmkarlar ittifaqlarının siyasi fəaliyyəti
qadağan edildi. Sənayedə 8 saatlıq iş günü tətbiq edildi.
Ştatlararası ticarət tarifi ləğv edildi. Sənaye və ticarəti inkişaf
etdirmək üçün qanunlar qəbul edildi. Fəhlə sinfinə güzəştlər
edildi. Sosial sahədə qanunvericilik aktları qəbul edildi.
276
Hökumətdə Əmək nazirlliyi təşkil etdi. Varqas milli
burjuaziyanın mənafeyinin müdafiəçisi kimi çıxış etdi.
Bununla belə, mülkədarların torpaq üzərində mülkiyyət
hüququ saxlanıldı. İtaliyadakı kimi həmkarlar ittifaqı təşkil
edildi. Onların vəzifəsi dövlət hakimiyyət orqanlarına
nəzarətdən ibarət idi.
1932-ci il iyulunda paulistlər Varqasa qarşı qiyam təşkil
etdilər. Onlar San-Paulada öz hökumətlərini təşkil etdilər. Var-
qas güzəştə getməyə məcbur oldu. Beləliklə, milli burjuaziya
ilə iri mülkədarlar arasında siyasi konsalidasiyaya nail olundu.
Milli məclis Braziliyanın yeni konstitusiyasını qəbul etdi ki, bu
da 1934-cü ilin iyununda qüvvəyə mindi. Qnunverici
hakimiyyət senat və nümayəndələr palatasından ibarət olan
Milli Konqresə məxsus idi. Xalqa demokratik azadlıqlar. 18
yaşına çatmış kişi və qadınlara seçki hüququ verildi. Milli
iqtisadiyyatın inkişafına şərait yaradıldı. 8 saatlıq iş günü tətbiq
edildi. İstehsal sahəsində kollektiv müqavilələr bağlamağa
icazə verildi. Varqas prezident seçildi. Ona mühüm
səlahiyyətlər verildi.
30-cu illərin əvvəllərində Braziliyada faşist hərəkatı fəal-
laşdı. 1932-ci ildə "Braziliya inteqralist hərəkatı" adlı faşist
partiyası yaradıldı ki, 1933-cü ildə onun üzvlərinin sayı 200
minə çatırdı. Onun rəhbəri Plinio Salqado idi Faşizmə qarşı
mübarizə məqsədi ilə 1935-ci il martın 30-da Rio-de Janeyroda
“Milli-azadlıq alyansı təşkil edildi. Alyansun fəxri sədri
ölkədən qovulmuş L.K.Prestes seçildi. 1935-ci ildə Vahid
Braziliya Əmək konfederasiyası təşkil edildi. Hökumət 1935-ci
ilin iyulunda alyansı silahlı üsyan hazırlamaqda təqsirləndirərək
onun fəaliyyətini qadağan etdi. 1935-ci ilin noyabrında
Natallda şəhər yerli qarnizonu üsyan qaldırsa da,
müvəffəqiyyətsizliyə uğradı. 20 min kommunist və alyanist
istintaqa cəlb edildi. İnqilabi hərəkat zəiflədi.
277
Xarici siyasətdə Braziliya ABŞ-la bir çox ölkələr arasında
manevr edirdi. Varqas hökuməti 1935-ci il fevralın 2-də ABŞ-
la, 1936-cı il aprelin 16-da Almaniya ilə, avqustun 14-də isə
İtaliya ilə ticarət sazişləri bağladı.
1935-ci il üsyanından sonra yuxarı dairələrdə yenə də
ziddiyyət gücləndi. «Paulistlər» hakimiyyətə gəlmək istəyindən
əl çəkməmişdilər. Onlar 1937-ci il prezident seçkilərinə ümid
bağlamışdılar. Varqas konstitusiya ilə razılaşaraq ikinci dəfə
namizədliyini irəli sürmədi. San-Paula ştatının qubernatorunun
namizədliyi irəli sürüldü. Seçkiqabağı kampaniya zamanı
Varqas yeni dövlət çevrilişi etdi. 1937-ci ilin noyabrın 10-da
Varqas konqresi qovdu, konstitusiyanı ləğv etdi, «yeni dövlət»
təşkil etdiyini bəyan etdi. 1937-ci ildə yeni konstitusiya qəbul
edildi ki, hökumətin səlahiyyətləri artırıldı və o, ştatların işinə
qarışa bildi. Ölkədə fövqəladə vəziyyət elan olundu. Almaniya
və İtaliya Braziliyada baş verən hadisələri bəyəndi.
ABŞ qorxurdu ki, Braziliyada da Almaniya, İtaliya kimi
faşist diktaturası qurulsun. Lakin Varqas 1937-ci ilin
dekabrında verdiyi dakretlə inteqralistlər də daxil olmaqla
bütün partiyaları buraxdı. Belə olduqda inteqralistlər 1938-ci
ilin mayında Hitler agentliyinin köməyi ilə Varqası devirmək
istədilərsə də, bunu bacarmadılar.
Varqasın diktaturası bütün mürtəce cəhətlərinə baxmaya-
raq faşist diktaturasından fərqlənirdi. O, ölkənin xarici kapital-
dan asılı olmasına qarşı çıxırdı. 1938-ci ilin aprel ayında neft
sənayesi milliləşdirildi.
İngilislərə
məxsus kapital
milliləşdirildi, neft üzrə Milli Şura yaradıldı, ağır sənayenin
inkişafı təşkil edildi. Varqas Braziliya sahibkarlarını müdafiə
edirdi və bu ona iri və xırda burjuaziyanın simpatiyasını
yaratmışdı.
Varqas fəhlə məsələsi üzrə qanunvericilik qəbul etidi.
Minimum əmək haqqı, sənaye fəhlələrinə təqaüd verilməsi
278
haqqında qanunlar verildi. «Sinfi əməkdaşlıq» siyasəti Varqasa
fəhlə sinfinə təsir göstərməyə imkan verdi.
İkinci dünya müharibəsi ərəfəsində Braziliya əvvəl im-
perialist qruplar arasında manevr edirdi. Sonra isə Antikomin-
tern paktının iştirakçıları ilə əlaqələri zəiflətdi və ABŞ tərəfə
keçdi Braziliya 1942-ci ilin sentyabrında antihitler koalisiya-
sının tərəfində İkinci dünya müharibəsinə qoşuldu. Ölkə
iqtisadiyyatını müharibə şəraitinə uyğunlaşdırmaq üçün
tədbirlər görüldü. Ölkədə 10 saatlıq iş günü tətbiq edildi. Yeni
pul vahidi kruzeyro tətbiq edildi. 1944-cü ilin yayında Braziliya
50 minlik ekspedisiya korpusunu İtaliya cəbhəsinə göndərdi, bu
korpus 1945-ci ilin aprel ayınadək burada döyüşdü. Braziliya
BMT-nin yaradılmasında iştirak etdi.
279
ARGENTİNA
Argentina Birinci dünya müharibəsindən sonrakı
ilk illərdə
Birinci dünya müharibəsi illərində Argentinə bitərəf ölkə
kimi qaldı. Birinci dünya müharibəsi və ondan sonrakı dövrdə
Argentinada iqtisadi yüksəliş davam edirdi. O, taxıl və ət məh-
sulları ixrac edirdi. 1920-ci ildə xaricə 50 milyon ton buğda sat-
mışdı. Lakin ölkə yenə də xarici kapitaldan, xüsusilə İngiltərə
və ABŞ kapitalından asılı vəziyyətdə idi.
Estonyerlər, yəni iri torpaq sahibləri torpaqların 80% -nə
sahib idilər. Ölkənin ictimai-siyasi həyatında iri torpaq sahibləri
və maliyyə-sənaye oliqarxiyası hökmranlıq edirdilər. Yuxarı
dairələrə katolik kilsəsi və hərbçilər də aid idi. Siyasi arenada
aparıcı yer Vətəndaş radikal ittifaqı partiyasına məxsus idi.
Radikalların lideri İpolito İriqoyen 1916-cı ildən ölkənin
prezidenti idi. Dövlət mülkədarlara, yepiskoplara, hərbçilərə
qarşı qəti tədbirlər görməklə xırda burjuaziyanın, ziyalıların,
sənətkarların etibarını qazandı. Mərkəzi hakimiyyət
gücləndirildi, “qayda-qanun” möhkələmləndirildi. Kənd
təsərrüfatı və milli sənayenin inkişafına xüsusi diqqət yetirildi.
Ölkədə inzibati və bələdiyyə islahatı həyata keçirildi.
Özünüidarəetmə orqanları proporsional qayda ilə seçilməyə
başlandı. Mətbuatın azadlığı və partiyaların sərbəst fəaliyyəti
təmin edildi. Universitetlərə muxtariyyət hüququ verildi.
Partiyanın sağ qanadı isə mülkədarlarla saziş tərəfdarı idi.
1921-ci ildə kənd təsərrüfatına aid verilən icarə haqqında
qanuna əsasən icarə müqaviləsi dörd il müddətinə bağlanırdı.
Müxalifətdə isə mühafizəkarlar partiyası dayanırdı. O tor-
paq sahibi oliqarxiyası, katoliklər və hərbçilərin mənafeyini
müdafiə edirdi.
Fəhlə sinfinin 30%-i gəlmə idi. Fəhlə sinfi mübarizə
nəticəsində əmək haqqının bir qədər artırılmasına nail
280
oldu.1918-ci ilin yanvarın 5-6-da sosialist partiyasının sol
qanadından Argentina beynəlmiləl-sosialist partiyası yaradıldı
ki, 1920-ci ildən o, Kommunist Partiyası adlandırıldı.
1919-cu ilin yanvarında Buenos-Ayresdə İngiltərəyə
məxsus metallurgiya zavodunda tətil oldu. Hökumət arbitraj
haqqında qanun verməyə, fəhlə qanunvericiliyi qəbul etməyə, 8
saatlıq iş günü müəyyən etməyə məcbur oldu. Ölkədə liberal-
islahatçı rejim yaradıldı.
Ölkədə kəndli hərəkatının təsiri altında aqrar islahat
keçirildi. Xarici siyasətdə Argentina öz suverenliyini saxlamaq
istəyir, ABŞ-ın Mərkəzi Amerikaya müdaxiləsinə qarşı çıxırdı.
Argentina 1920-ci ildə Meksika prezidenti Obreqanı müdafiə
etdi. Sovet hökuməti əleyhinə aksiyalara tərəfdar olmasa da,
onunla diplomatik əlaqələr yaratmağa tələsmədi.
1922-ci ilin oktyabr ayında növbəti prezident seçkilərində
radikalların lideri olan Marselo de Alvear prezident seçildi.
Mühafizəkarla sazişə gedərək o, zəhmətkeşlərə güzəştdən əl
çəkdi. Hökumət daxili siyasətdə milli sənayeni, taxılçılıq və
heyvandarlıq təsərrüfatını inkişaf etdirdi. Emal sənayesi inkişaf
etdi. 1923-cü ilin noyabr ayında ordunun təchizatının
yaxşılaşdırılması barədə qanun qəbul edildi.
Kənd təsərrüfatına yeni texnika tətbiq edildi. Daxili
bazarın inkiaşfına avtomobil və dəniz yolların çəkilişi kömək
etdi. Peso sabitləşdi. 1926-cı ildə qəbul ediləq iki qanunla
kooperativlərə maliyyə yardımı göstərildi. Xarici siyasətdə
Amerika qitəsi ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirildi.
ABŞ-la münaisbətlər normalaşdı. 1925-ci ildə SSRİ ilə
diplomatik münasibətləri yaradıldı.
281
Argentina kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi
böhranı dövründə
İqtisadi yüksəliş nəticəsində 1924-cü ilin yayında tətil hə-
rəkatı sönməyə başladı. 1929-cu ilə qədər iqtisadi yüksəliş o
qədər də nəzərə çarpmadı. Ağır sənaye zəif inkişaf etdirdi.
Dünya iqtisadi böhranı ölkədə bütün sahələri əhatə etdi. İşsizlər
əhalinin 10%-ni təşkil edirdi.
1928-ci il prezident seçkilərində İriqoyen yenidən pre-
zident seçildi. Siyasi həyatda mərkəzdə neft məsələsi dururdu.
Hökumət neftin istehsalı və bölüşdürülməsi üzərində dövlət
nəzarəti qoydu. 1930-cu ildə konqresdə neft sənayesinin
milliləşdirilməsi haqqında qanun qəbul edildi. İriqoyen ABŞ-
dan qorunmaq üçün qanunla İngiltərəyə bir sıra imtiyazlar
verdi. ABŞ-ın müdafiə etdiyi sağ mühafizəkar qüvvələr
prezident əleyhinə gizli danışıqlara başladılar. Konqresin
müxalifətçi deputatlarının əksəriyyətinin İriqoyeni konstitusi-
yanı pozmaqda ittiham etməl ərindən istifadə edən general
Xose Feliks Uriburu ordu və donanmanın köməyinə arxala-
naraq prezident vəzifəsindən istefa verməsini İriqoyendən tələb
etdi. 1930-cu ilin sentyabrın 6-da Buenos-Ayresdə hərbi qiyam
baş verdi. Hakimiyyətə Uriburu ilə birlikdə mülkədar-maliyyə
oliqarxiyası gəldi. Ölkənin bütün ərazisində mühasirə vəziyyəti
elan edildi. İriqoyen həbs edilib, uzaq adalardan birinə gön-
dərildi.
O, ancaq 1932-ci ildə həbsdən azad edildi. Vaşinqton bu
çevrilişi alqışladı. Diktator Amerika banklarından çoxlu istiqraz
aldı. Lakin ABŞ İngiltərə ilə əlaqələrin davam etdirilməsinə
mane ola bilmədi. Yeni rejimdən çoxu narazı idi. Belə şəraitdə
Uriburu ölkədə prezident seçkiləri keçirməyə məcbur oldu.
1931-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçirildi.
Uriburunun mühafizəkarlar partiyası əsasında təşkil etdiyi Milli
demokrat partiyası bu seçkilərdə əksəriyyət qazandı. General
282
Aqustin Xusto prezident seçildi. Xarici siyasətdə Argentina
İngiltərəyə meyl edirdi.
Argentina İkinci dünya müharibəsi ərəfəsində
Dostları ilə paylaş: |