PARİS SÜLH KONFRANSINDA AZƏRBAYCAN
NÜMAYƏNDƏ HEYƏTİNİN İŞTİRAKI
1918-ci il dekabrın 7-də açılmış Azərbaycan parlamenti
Paris sülh konfransında iştirak etmək üçün oraya nümayəndə
heyəti göndərdi. Ona parlamentin sədri Ə.M.Topçubaşov
başçılıq edirdi. Nümayəndə heyəti, çoxpartiyalılıq əsasında
formalaşmışdı. Hələ yolda olan zaman Əhməd bəy Ağaoğlu
«İttifaq və Tərəqqi» partiyasının rəhbərlərindən birinin ittihamı
ilə tutulub müttəfiqlər tərəfindən Malta adasına həbsə
göndərildi. İngilis hökumətinin köməyi ilə konfransda iştirak
etmək üçün icazə ala bilən nümayəndə heyəti 1919-cu ilin may
ayında Parisə çatdı.
Paris sülh konfransı Kolçak hökumətini bütün keçmiş
Rusiya ərazisində ali hakimiyyət orqanı kimi tanımaq haqqında
qərar qəbul etmişdi. Azərbaycan, Dağlılar Respublikası,
Estoniya, Kuban, Gürcüstan, Latviya, Litva, Ukrayna
nümayəndələri sülh konfransının sədrinə birgə müraciətlə bu
qərara etirazlarını bildirdilər. Onlar Vilsondan «14 maddəlik»
25
məşhur proqramında əksini tapmış öz müqəddəratını təyin
etmək hüququnun müstəqil dövlətlər kimi mövcud olan bu
ölkələrə də şamil edilməsini və onların da rəsmən tanınmasını
xahiş edirdilər.
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti
ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Təqdim olunmuş
memorandumda Azərbaycan Xalq Cumhuriyyətinin yaranma
tarixi, onun bir illik inkişaf yolundan, istiqlal yolunda verdiyi
qurbanlardan danışılırdı. Göstərilirdi ki, bu yolda Azərbaycanın
iki şəhəri və 500 kəndi dağılmış, Azərbaycan xalqı 100 mindən
150 minə qədər qurban vermişdir. Daha sonra Vilsondan
Azərbaycanın istiqlaliyyətinin tanınması, ABŞ-la Azərbaycan
arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi və
s. məsələlərdə Azərbaycan nümayəndə heyətinə kömək
göstərilməsi xahiş edilirdi.
Lakin prezident Vilson Azərbaycan nümayəndə heyətini
soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə
parçalamaq niyyətində olmadığını dedikdən sonra Azərbaycan
nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi
məsləhət bilmiş, Millətlər Cəmiyyətinin mandatı ilə böyük
dövlətlərdən birinin bu konfederasiya üzərinə qəyyumluğunun
real çıxış yolu olduğunu göstərmişdir.
Azərbaycan Respublikasının nümayəndə heyətinin
Parisdə vəziyyəti çətin idi. Ermənistan və Gürcüstan
nümayəndələrindən fərqli olaraq onlara heç bir kömək
göstərilmirdi. Qərbdəki ermənipərəstlik hərəkatı və gürcü
menşeviklərinin beynəlxalq sosializm ilə əlaqələri fonunda
azərbaycanlıların mövqeyi zəif idi.
Azərbaycan nümayəndələrinin Paris sülh konfransında
irəli sürdükləri memorandumda aşağıdakılar irəli sürülürdü:
1. Sülh konfransı Qafqaz Azərbaycanının Rus
imperiyasından ayrılmasını bəyənsin. Azərbaycan tamamilə
müstəqil dövlət olmaqla Azərbaycan Xalq Cumhuriyyəti
26
adlansın və sərhədləri əlavə edilən xəritədəki kimi
müəyyənləşdirilsin.
2. Azərbaycan Respublikası nümayəndə heyətinin üzvləri
sülh konfransının və onun komissiyalarının işinə cəlb olunsun.
3. Azərbaycan Respublikası yüksək himayəsi altında
olmaq istədiyi Millətlər cəmiyyətinin üzvlüyünə qəbul edilsin.
Azərbaycan Respublikası nümayəndələri tərəfindən
verilən memoranduma çox yüksək keyfiyyətlə işlənmiş rəngli
xəritə də əlavə olunmuşdu. Azərbaycan respublikası
hökumətinin nəzarəti altında olan ərazinin dəqiq sərhədləri
verilir və bu ölkənin Zaqafqaziyada olan mövqeyi hərtərəfli
göstərilirdi.
Paris sülh konfransına təqdim olunan memorandumdan
məlum olur ki, Azərbaycan hökumətinin nəzarəti altında olan
ərazi 8378, 66 kv. verstdir və yaxud 94137, 38 kvardrat
kilometrdir. Bu da bütün Qafqazın 217 376, 15 vesrt, yaxud
247 376, 15 kvadrat kilometr olan ərazisinin 30%-dən çoxunu
təşkil edir.
Memorandumda göstərilirdi ki, Yerevan və Tiflis
quberniyalarında, Zaqatala qəzasında mənsubiyyəti
Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Qafqaz
respublikaları arasında iddialar doğuran və sahəcə çox kiçik
ərazilər də mövcuddur. Dağıstan quberniyasının əhalisinin
azərbaycanlılardan ibarət olan hissəsi həmişə Azərbaycana
birləşmək meylində olmuşdur.
Danışıqlar zamanı yerli şəraiti öyrənmək üçün Cənubi
Qafqaza ABŞ-ın xüsusi nömayəndəliyinin göndərilməsi
məqsədəuyğun hesab edildi. ABŞ-ın təşəbbüsü ilə Sülh
konfransı 1919-cu il iyun ayının əvvəllərində polkovnik
K.V.Haskeli Ermənistanın ali komissarı təyin etdi. Oktyabr
ayının əvvəllərində general Xarbordun başçılığı ilə Amerika
nümayəndəliyi Cənubi Qafqaza göndərildi. Yerlərdə vəziyyətlə
ətraflı tanış olan V.Haskel 1919-cu il avqust ayının 29-da
27
Bakıda apardığı danışıqlarda Qarabağ və Zəngəzurun
Azərbaycana məxsus olduğunu bildirdi. Naxçıvan, Şərur və
Dərələyəzdə Haskel ABŞ general-qubernatoru tərəfindən idarə
olunan neytral zona yaradılmasını təklif etdi. 1919-cu il oktyabr
ayının 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun
yaradılması və Amerika polkovniki E.Dellinin buraya
qubernator təyin edilməsi barədə V.Haskelin bəyanatı elan
edildi. Lakin Azərbaycan hökumətinin qəti mövqeyi, Naxçıvan
əhalisinin ciddi müqaviməti ABŞ-ın planlarını puç etdi.
Polkovnik Delli isə Naxçıvanda Sülh konfransının
nümayəndəliyi kimi fəaliyyət göstərdi. Paris sülh konfransının
Ali Şurası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun
təklifi ilə 1920-ci il yanvarın 11-də Azərbaycan, Gürcüstan və
bir qədər sonra, Ermənistanın müstəqilliyini de-fakto tanıdı.
Buna baxmayaraq onların dövlət sərhədlərinin müzakirəsi və
təsdiqi məsələsini həmin ölkələrin beynəlxaq vəziyyətinin tam
aydınlaşdırılmasına qədər təxirə saldı.
1920-ci ilin yanvarın 19-da Azərbaycan və Gürcüstanın
rəsmi nümayəndələri Paris konfransının Ali Şurasının iclasına
dəvət edildilər. İclasda müzakirə olunan məsələlərin əksəriyyəti
Zaqafqaziyanın müdafiəsi ilə bağlı idi. Ə.M.Topçubaşov bu
görüşün nəticələri haqqında Azərbaycan hökumətinə təcili
məlumat verdi. Tezliklə xarici işlər nazirinin imzası ilə
Azərbaycan hökumətinin rəsmi memorandumu müttəfiq
dövlətlərin Ali Şurasına təqdim edildi. Memorandumda
Azərbaycan respublikasının böyük tarixi xidmətləri və
əhəmiyyəti xatırladılır, Azərbaycanın çox tezliklə şimaldan
gələn təhlükə ilə üz-üzə dayanacağı ehtimalı qarşısında ona
müxtəlif sahələrdə
əsaslı yardım edilməsi zərurəti
əsaslandırılırdı. Azərbaycanın istiqlalının qorunması
məsələsində Azərbaycan hökumətinə hərtərəfli hərbi yardım
göstərilməsi xahiş edilir, ənənəvi iqtisadi əlaqələr
pozulduğundan ölkədə yaranmış iqtisadi maliyyə böhranını
aradan qaldırmaq məqsədi ilə Avropa və Amerikanın
28
Azərbaycana 40-50 milyon qızıl manat miqdarında borc
verməsi arzu edilirdi.
Paris sülh konfransında dövlətlər tərəfindən tanınandan
sonra Azərbaycanın xarici işlər nazirliyində Avropa və
Amerikanın altı dövlətində – İngiltərə, Fransa, ABŞ, İtaliya,
İsveçrə və Polşada diplomatik nümayəndəliklərin açılması
haqqında layihə hazırlandı. ADR-in baş naziri F.Xoyski İsveçrə
ilə münasibətlərin yaradılmasına da böyük əhəmiyyət verirdi.
İsveçrədə ADR-in informasiya mərkəzinin yaradılması
haqqında razılıq əldə edilmişdi.
Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin
səmərəli fəaliyyətində Ə.M.Topçubaşovun mühüm rolu
olmuşdur.
VAŞİNQTON KONFRANSI
ABŞ Avropa, Asiya və Afrikada heç bir üstünlüyə nail
olmadığı üçün bunun əvəzini Uzaq Şərq, Çin və Sakit okeanda
çıxmağa çalışırdı. 1920-ci ildə keçirilən prezident seçkilərindən
sonra ABŞ-da hakimiyyətə gələn respublikaçılar partiyası yeni
bir konfrans çağırmaq təşəbbüsü ilə çıxış etdi. Bu işdə ən çox
fəallıq göstərən ABŞ-ın dövlət katibi, yaxud xarici işlər naziri
Yuz idi. ABŞ konfransı çağırmaq üçün böyük dövlətlərdən olan
İngiltərə və Yaponiyanı razı salmağı birinci dərəcəli vəzifə
hesab edirdi. İngiltərə bu məsələyə əvvəl razı olmadıqda ABŞ
bildirdi ki, əks təqdirdə İngiltərənin ona borclu olduğu 850
milyon funt-sterlinqin və ya 4 milyard dolların dərhal
verilməsini tələb edəcəkdir. Həm də bu tələb qızıl paritetinə
uyğun olmalıdır. ABŞ həmçinin İngiltərəyə təzyiq göstərmək
üçün o zaman İrlandiyadakı azadlıq uğrunda mübarizə
məsələsini konqresə çıxartdı və göstərdi ki, bu məsələyə kon-
qresin münasibəti İngiltərənin mövqeyindən asılı olacaqdır.
İngiltərənin dominionları da ABŞ-ı müdafiə edir, Atlantik və
Sakit okeanda İngiltərə və Yaponiyanın üstünlüyünü təmin
edən 1902-ci ildə bağlanmış ingilis-yapon sazişinin ləğv
29
edilməsini və İngiltərənin ABŞ-la yaxınlaşmasını tələb
edirdilər. ABŞ istəyirdi ki, hələ 1899-cu ildə Cənub-Şərqi
Asiyaya qarşı irəli sürülmüş “açıq qapı” doktorinasını həyata
keçirsin və Yantszı çayı hövzəsində və Çinin cənubunda
İngiltərənin nüfuz dairəsini ləğv etsin. ABŞ Çində baş verən
hadisələrdən qorxuya düşmüş Yaponiyanı da bu işə məcbur
etdiYaponiya artıq belə bir nəticəyə gəlmişdi ki, Çinlə əvvəlki
qaydada rəftar etmək mümkün deyildir və bu ölkəni heç bir
vaxt müstəmləkəyə çevirmək olmaz. Uzun danışıqlardan sonra
1921-ci ilin iyun ayının 10-da böyük dövlətlərə məktublar
göndərildi. Avqust ayının 1-nə qədər onlardan razılıq alındı.
Nəticədə 1921-ci ilin noyabrın 12-də Vaşinqtonda 14 dövlətin
iştirakı ilə yeni bir konfrans çağırıldı. Onun iştirakçıları ABŞ,
İngiltərə və onun 4 dominionu, həmçinin Hindistan, Fransa,
Yaponiya, İtaliya, Portuqaliya, Belçika, Niderland və Çin idi.
Konfransın gündəliyində əsasən iki məsələ dururdu. Bunlardan
biri dəniz silahlı qüvvələrini məhdudlaşdırmaq və müharibədə
yeni silahlardan istifadə qaydası, digəri Sakit okean və Uzaq
Şərq məsələsi idi. Konfransda Çin məsələsi ayrıca bir məsələ
kimi gündəliyə salınmasa da, əslində ən başlıca məsələ idi.
ABŞ Sakit okean məsələsini ona görə gündəliyə qoydu ki,
1920-ci ildə Panama kanalı işə düşmüşdü və ABŞ üçün Sakit
Okeanın əhəmiyyəti daha da artmışdı. ABŞ-ın dövlət katibi
Yuz, İngiltərənin xarici işlər naziri Balfur, Yaponiyanın xarici
işlər naziri Kato konfransda həlledici sima idi. 1922-ci ilin
fevralın 4-də bağlanan «4 dövlət sazişi»nə əsasən (ABŞ,
İngiltərə, Fransa, Yaponiya) 1902-ci il ingilis-yapon sazişi ləğv
edildi ki, bu ABŞ diplomatiyasının uğuru idi. Həmçinin bu
dörd dövlət Sakin okeandanı mülklərini birə qorumaq haqqında
öhdəlik götürdülər. 1922-ci il fevralın 4-də Yaponiya ilə Çin
arasında da saziş bağlandı. Bu sazişə əsasən Çinin xeyrinə
olaraq Yaponiya Şandun əyalətindən imtina etdi. İngiltərə də
icarəyə götürdüyü Veyxoveyi limanını Çinə qaytardı.
30
1922-ci il fevralın 6-da isə Çinə dair «9 dövlət müqavi-
ləsi» bağlandı. Bu müqaviləyə əsasən onu imzalayan dövlətlər
bildirirdilər ki, Çinin ərazi bütövlüyünə, suverenliyinə hörmət
edirlər. Çinin inkişaf etməsi və möhkəmlənməsi, hökumət
təşkil etməsinə tam imkan yaradacaq və kömək edəcəklər.
Dövlətlər Çində xüsusi imtiyazlar əldə etməyə çalışmayıb,
ticarət və sənaye fəaliyyəti sahəsində bağlanacaq bərabərhü-
quqlu müqavilələrə riayət edəcəklər. Onlar Çinin daxili işlərinə
qarışmayacaqlarına və Çinin nüfuz dairəsinə bölünməsinə im-
kan verməyəcəklərini də vəd edirdilər. Əslində bu saziş ABŞ-ın
«açıq qapılar» siyasətinin reallaşması, İngiltərə və Yaponiyanın
Çindəki nüfuzuna zərbə endirilməsi demək idi. Çin üçün "açıq
qapılar" doktrinası onun suverenliyinə böyük zərbə idi. Çin
böyük dövlətlərin sövdələşmə obyektinə çevrildi. Bu müqavilə
Çində milli-azadlıq hərəkatını boğmaq üçün imperialistlərin
birləşməsi, həmçinin onu yenə də yarımmüstəmləkə halında
saxlamaq demək idi. Çində xaricilərin rabitə şöbələri və
radiostansiyaları ləğv edilmədi. Çin kömrük məsələsində
bərabər hüquq almadı, xarici dövlətlər polis və qoşununu onun
ərazisindən çıxartmadılar. Mühüm strateji ərazilər yenə də
böyük dövlətlərin sərəncamında qaldı. Yaponiya Lyaodun
yarımadasını, İngiltərə isə Honkonqu öz əraziləri hesab etdilər.
Konfransda birinci məsələ çox böyük müzakirəyə səbəb
oldu. ABŞ nümayəndələri təklif edirdilər ki, xətt, kreyser, sualtı
qayıqların su tutumunun miqdarı (tonnajı) ABŞ və İngiltərəyə
əsasən götürülsün. Yaponiyaya isə az miqdarda donanma təklif
edilirdi. İngiltərə kreyserlər üzrə tam üstün olduğu üçün onların
məhdudlaşdırılmasına razı olmadı. Yaponiya da buna etiraz
etdi. Bir sıra mübahisə və müzakirələrdən sonra heç bir qərar
qəbul edilmədi. Donanma saxlamaq məsələsinə gəldikdə
dövlətlər ancaq xətt gəmiləri üzrə ABŞ-a üstünlük verməyə
razılaşdılar. Xətt gəmiləri üzrə nisbət aşağıdakı qaydada
müəyyənləşdirildi. 5- ABŞ: 5 İngiltərə: 3 Yaponiya: 1.75 –
31
Fransa: 1.75 – İtaliya. Bu məsələ ilə əlaqədar fevralın 6-da «5
dövlət sazişi» bağlandı. Bu saziş bağlanarkən Yaponiya belə bir
diplomatik uduş qazandı ki, Yaponiyanın əsas adalarından
ancaq 5 min km uzaqlıqda ABŞ öz hərbi donanmasını və hərbi
bazalarını yarada bilərdi. Vaşinqton konfransı Sakit okeanda
qüvvələrin yeni quruluşunu müəyyənləşdirdi. Konfransın
qərarları 1919-1920-ci illərin Paris konfransının qərarlarını
müəyyən dəyişikliklərlə tamamlamış oldu.
Birinci dünya müharibəsindən sonra beynəlxalq münasi-
bətlərdə yeni sistem yaranmış oldu ki, bu da tarixə Versal-
Vaşinqton sistemi kimi daxil oldu.
Versal-Vaşinqton sistemi Birinci və İkinci dünya mühari-
bəsi arasındakı dövrdə beynəlxalq münasibətləri nizama salan
bir sistem oldu. Bu sistem öz nəticələrinə görə ədalətsiz idi.
Belə ki, bu sistemdə Almaniya, İtaliya və Yaponiyanın bir sıra
alçaldıcı şərtləri qəbul etməsi gələcəkdə bu dövlətlərdə revanş
hissinin artmasına, millətçiliyin güclənməsinə səbəb oldu. Tə-
sadüfi deyildir ki, bu İtaliya və Almaniyada özünü faşizm
formasında büruzə verdi. Bu sistem Sovet Rusiyasını kənarda
qoymaqla özü ilə Sovet Rusiyası arasında ziddiyyətin kəskin-
ləşməsinə səbəb oldu. Bu sistem bolşevizmi Avropaya bu-
raxmamaq üçün Rusiya sərhəddində xırda dövlətlər yaratdı və
«sanitar kartonu» tətbiq etdi. Bu sistem qalib dövlətlərin özü
arasında ziddiyyəti kəskinləşdirdi. ABŞ-la Avropa arasındakı
ixtilafı da gücləndirdi. Bu sistem mandat üsulunu tətbiq et-
məklə müstəmləkəçiliyin yeni formasını yaratdı. Müstəmləkə-
lərlə metropoliyalar arasındakı ziddiyyətlər gücləndi. Nəhayət,
bu sistem iqtisadi məsələlərdə, Almaniyadan təzminat alınması
məsələsində obyektiv qərar çıxartmadığı üçün gələcəkdə çox
ciddi problemlərlə üzləşdi. ABŞ-ın Versal müqavilələrinə
bitərəf münasibəti, onun qərarlarını təsdiq etməməsi, Millətlər
Cəmiyyətində iştirak etməkdən imtina etməsi bu sistemin köv-
rək olduğunu göstərdi. Versal sisteminin yaradıcıları Avropada
32
milli münasibətləri mürəkkəbləşdirdilər. Bütün bunlara görə bu
sistem bəzi dövlətlər tərəfindən pozuldu və nəhayət, ləğv edildi.
Birinci dünya müharibəsi kapitalist ziddiyyətlərini bir
müddət arxa plana çəkdi. Müəyyən müddət sakit inkişaf üçün
şərait yaratdı ki, bu, isə yeni müharibəyə hazırlaşmaqdan başqa
bir şey deyildi.
GENUYA KONFRANSI
Birinci Dünya müharibəsindən sonra dağıdılmış Avropanı
bərpa etmək üçün Antantanın Ali Şurası 1922-ci ilin
yanvarında Fransanın Kanna şəhərində xüsusi müşavirə çağırdı.
Həmin müşavirənin qarşısında yeni bir konfrans çağırmaq və
dağıdılmış Avropanı Rusiyanın hesabına bərpa etmək məsələsi
dururdu. Bu məqsədlə İtaliyanın Genuya şəhərində 1922-ci ilin
aprelin 10-dan mayın 19-dək davam edən 34 dövlətin iştirakı
ilə xüsusi maliyyə-iqtisadi konfrans çağırıldı. Həmin konfransa
o zaman Sovet Rusiyasının Xarici İşlər naziri olan Çiçerinin
başçılığı altında nümayəndə heyəti də dəvət edildi. Konfransda
iqtisadi, siyasi, maliyyə, nəqliyyat məsələləri üzrə xüsusi
komissiyalar yaradıldı. Konfransda qalib dövlətlər Rusiyadan
tələb etdilər ki, xaricilərin Rusiyada milliləşdirilmiş müsəssi-
sələri yenidən özlərinə qaytarılsın. Həmçinin Rusiyadan xarici
borclarını qaytarmaq da tələb edildi. Bu isə təxminən 18 mil-
yard rubla bərabər rəqəm idi. Buna cavab olaraq Rusiya
nümayəndə heyəti bildirdi ki, bu məbləği Rusiya bir şərtlə ver-
məyə razıdır ki, xarici dövlətlər vətəndaş müharibəsi və xarici
hərbi müdaxilə dövründə Rusiyaya dəymiş təxminən 39
milyard rubl dəyərindəki zərəri ödəsinlər. Bundan başqa, Ru-
siyaya çoxlu kredit və borc versinlər. Borcların qaytarılması
üçün isə 30 il müddət qoysunlar. Ona görə də Rusiya ilə digər
dövlətlər arasında konfransda heç bir razılıq əldə edilə bilmədi.
Antanta dövlətləri bununla razılaşmadılar. Konfransın gedişi
zamanı Sovet nümayəndə heyəti Almaniya nümayəndə heyəti
33
ilə aprelin 16-da Rapolloda görüşdü və RSFSR və Almaniya
arasında diplomatik və iqtisadi münasibətləri bərpa etmək,
hərbi xərclərin ödənilməsindən qarşılıqlı surətdə əl çəkmək
haqqında sovet-alman müqaviləsi imzalandı. Almaniya sovet
hakimiyyəti tərəfindən alman vətəndaşlarının milliləşdirilmiş
mülkiyyəti barədə iddialarından əl çəkdi. Bu müqavilə Sovet
Rusiyası tərəfindən imperializm zəncirinin ilk dəfə yarılması
demək idi. 1922-ci ilin iyunun 13-dən – iyulun 20-dək Genuya
konfransının davamı kimi Haaqada konfrans çağırılsa da, onun
da nəticəsi olmadı.
Ümumilikdə götürüldükdə, bütün bu illərdə beynəlxalq
münasibətləri sahmana salmaq üçün keçirilən konfranslar möh-
kəm sülhü təmin etməsə də, hər halda müəyyən dövr üçün
xalqlara dinc tənəffüs verdi.
34
II. BÖYÜK BRİTANİYA
Böyük Britaniya üçün Birinci Dünya müharibəsinin nəticələri
Birinci Dünya müharibəsinin əsas iştirakçılarından biri
olan Böyük Britaniya bu savaşda ABŞ və Yaponiyadan sonra
ən çox qazanan dövlət oldu. Bununla belə, Böyük Britaniya
müharibə nəticəsində öz milli sərvətinin
3
1 hissəsini itirdi,
sənaye məhsulları istehsalı 20% aşağı düşdü. Müharibə
dövründə hərbi işə tələbatla əlaqədar ölkədə bir sıra yeni
sənaye sahələri – avtomobil, aviasiya, kimya sənayesi sürətlə
inkişaf etsə də, ənənəvi sənaye sahələri olan gəmiçilik,
toxuculuq və kömürçıxarma sənayesi ciddi durğunluq keçirdi.
Bütövlükdə götürsək, müharibə illərində Böyük Britaniyada
istehsal genişlənsə də, ingilis mallarının dünya bazarında
rəqabət qabiliyyəti xeyli aşağı düşdü. Bu dövrdə ölkədə əkin
sahələri 375 mln akra qədər artsa da, əvvəllər olduğu kimi,
Böyük Britaniya yenə də ərzaq məhsullarına olan tələbatını
xaricdən mal gətirilməsi hesabına ödəyirdi. Müharibə
nəticəsində Böyük Britaniyada idxal iki dəfə artdı. Müharibəyə
qədər o borc verən ölkə idisə, müharibədən sonra o, borclu
ölkəyə çevrildi. Onun ABŞ-a borcu 850 mln funt-sterlinq, yəni
4 milyard dollara bərabər idi. Böyük Britaniya dünya maliyyə
mərkəzi rolunu da itirdi. Belə ki, müharibədən sonra dünya
maliyyə mərkəzi Londonun Siti bankından Nyu-Yorkun Uoll-
Strit bankına keçdi. O, ABŞ-dan asılı vəziyyətə düşdü.
Avropada Fransa ilə, Asiyada isə Yaponiya ilə rəqabətə onun
malları davam gətirə bilmədi. Xaricə kapital qoyuluşu 25%
ixtisar edildi. Ölkənin dövlət borcu 12 dəfə artaraq 650 mln
funt-sterlinqdən 7 milyard 829 mln funt-sterlinqə çatdı.
Müstəmləkə imperiyası kimi tanınan Böyük Britaniyanın
Birinci Dünya müharibəsidən sonra müstəmləkələr ilə mü-
nasibətlərində də ciddi dəyişikliklər baş verdi. Böyük Britaniya
35
müstəmləkələrə münasibətində siyasi manevr etmək metodunu
tutmağa məcbur oldu.
Birinci dünya müharibəsində Böyük Britaniya 744 min
adam itirdi, 1 milyon 693 min adam isə yaralandı və şikəst
oldu.
Müharibə fəhlə hərəkatına da təsir etdi. Tred-yunion
təşkilatlarının üzvlərinin sayı 1,5 dəfə artdı.
Müharibənin ən mühüm nəticələrindən biri də istehsalın
və kapitalın sürətlə təmərgüzləşməsi və mərkəzləşməsi idi.
Müharibə dövründə bir sıra yeni inhisar bilikləri yarandı.
Bunlardan ən məşhuru 1916-cı ildə yaradılmış Böyük Britaniya
Sənaye Federasiyası idi. Müharibə Böyük Britaniya inhisar-
çılarına çox böyük gəlir gətirdi.
Müharibənin Böyük Britaniya üçün uğurlu
nəticələrindən biri də Almaniyanın müvəqqəti də olsa, ondan
asılı vəziyyətə düşməsi, Almaniya donanmasının tamamilə
məhv edilməsi idi.
Müharibə nəticəsində Böyük Britaniya Almaniya və
Türkiyənin müstəmləkələri hesabına öz müstəmləkə ərazisini
2,6 mln.km
2
, əhalisini isə 9 mln nəfər artırdı. Ümumiyyətlə,
Böyük Britaniya dünyada yeganə dövlət idi ki, öz ərazisindən
109 dəfə çox müstəmləkə ərazisinə sahib idi.
İngiltərə yenə də güclü donanmaya malik idi və dənizlər
hökmdarı rolunu özündə saxlaya bildi. Böyük Britaniya
Millətlər Cəmiyyətində hakim mövqe tutdu. Almaniyadan
alınan təzminatın da 22%-i ona çatmalı idi.
Müharibənin son mərhələsində Rusiyada baş verən Fevral
inqilabı və Oktyabr çevrilişi Böyük Britaniyada narahatlığa
səbəb oldu. Böyük Britaniya digər iri kapitalist dövlətləri ilə
birgə bolşevizmə qarşı «xaç yürüşü»nün təşkilində fəal iştirak
etdi. Təsadüfi deyil ki, o zaman İngiltərənin hərbi naziri olan
Uinston Çörçill demişdi ki, gələcəkdə bolşevizmin bəşəriyyət
üçün fəlakətə çevrilməməsindən ötrü onun körpəsini
36
beşiyindəcə məhv etmək məqsədilə mən Sovet Rusiyasına 14
dövlətin yürüşünü təşkil etmişəm.
Müharibə qurtarandan sonra sənayeni hərbi xətdən dinc
xəttə keçirmək mühüm vəzifələrdən biri oldu. Hökumət 1917-ci
ildə qəbul etdiyi “İqtisadi və siyasi yenidənqurma” proqramına
uyğun olaraq dağıdılmış təsərrüfatın bərpasına başladı.
Müharibənin son illərində hökumətə liberallar partiyasının
liderlərindən biri olan Lloyd Corc rəhbərlik edirdi. Onun təşkil
etdiyi hökumətin tərkibində həm mühafizəkarlar, həm liberallar
və həm də leyboristlərin nümayəndələri iştirak etdiyinə görə o,
koalisiyalı hökumət adlanırdı. Müharibə qurtardıqdan dərhal
sonra Lloyd Corc hökuməti yeni seçkilərdə uğur qazanmaq
məqsədilə 1918-ci ilin noyabr ayında parlament islahatı keçirdi.
Bu islahat nəticəsində seçicilərin sayı ölkə üzrə 8 mln-dan 21
mln nəfərə çatdırıldı. 30 yaşından yuxarı bütün qadınlara, 21
yaşından yuxarı bütün kişilərə seçki hüququ verildi. “Fişer
İslahatı»” adlanan təhsil islahatı nəticəsində İngiltərədə 14
yaşına qədər bütün uşaqlar məcburi icbari təhsillə əhatə
olundular. Müharibədə əlil olmuşlara, valideynlərini itirmiş
uşaqlara, qocalara verilən pensiyalar və müavinətlər artırıldı.
Hökumətin tərkibində olan leyboristlər partiyası seçkiqabağı
koalisiyadan çıxdığını bildirdi və öz platforması ilə ilk dəfə
çıxış etdi. leyboristlər göstərirdilər ki, onlar hakimiyyətə gəl-
sələr, Sovet Rusiyasını tanıyacaqlar. Ən mühüm sənaye sa-
hələrini, yəni elektrik stansiyalarını, kömür şaxtalarını, dəmir
yollarını milliləşdirəcəklər. Həmçinin Hindistan və İrlandiyaya
müstəqillik verəcəklər.
1918-ci ilin dekabrında hərbi vəziyyət şəraitində keçirilən
“gümüsü” seçkilərdə parlamentdəki 707 deputatın 484 nəfərini
liberallar və mühafizəkarlar təşkil etdilər. Mühafizəkarlar 348
mandat, liberallar isə 136 mandat aldılar. Bu seçkilərdə ilk
dəfə olaraq, liberallar mühafizəkarlardan az yer aldılar. Halbuki
İngiltərə tarixində son 100 il ərzində liberallar həmişə
37
parlamentdə çoxluq qazanmışdılar. Liberallar partiyası XVII
əsrin sonunda sənaye və ticarət burjuaziyasının partiyası kimi
meydana gəlmiş, XVIII- XIX əsrlərdə azad rəqabət hökm
sürdüyünə görə İngiltərə parlamentində öz liderliyini saxlaya
bilmişdir. Lakin XIX əsrin sonu-XX əsrin əvvəllərində
kapitalizm öz yerini imperializmə verdi. Azad rəqabətin yerini
inhisarlar tutdu. Ona görə də sənaye və ticarət burjuaziyasının
partiyası olan liberallar partiyası maddi bazasını itirdiyindən
siyasətdə də nüfuzdan düşdü. Onun yerini dövrə uyğunlaşmağı
bacaran leyboristlər partiyası tutdu. 1918-ci ilin dekabrında
leyboristlər partiyası öz nizamnaməsində belə bir dəyişiklik
etdi ki, o, partiya üzvlüyünə kollektiv formadan başqa fərdi
formada da üzv qəbul edə bilər. Bu imkan verdi ki, bu
partiyada təkcə fəhlələr deyil, həm də xırda, orta və hətta iri
burjuaziyanın nümayəndələri də təmsil edilsin.
Müharibə qurtardıqdan sonra bir sıra hərbi sənaye
sahələrinin bağlanması fəhlə sinfinin vəziyyətini pisləşdirdi.
1919-cu ildə İngiltərədə 2.5 mln-a yaxın fəhlə tətil etdi. Bu
hadisə hökuməti məcbur etdi ki, 6 mln-a qədər fəhlənin əmək
haqqını 20% artırsın, 6.5 mln fəhlənin isə iş gününü 7 saata
endirsin.
Rusiyada bolşeviklərin hakimiyətə gəlməsi 1919-cu ildə
III İnternasionalın – Kommunist internasionalının yaranmasına
gətirib çıxardı. Bu hadisədən sonra kapitalist ölkələrində
kommunist partiyalarının təşkili gücləndi. Adətən, kommunist
partiyası keçmiş sosialist partiyasının sol qanadından təşkil
olunurdu. Bu dövrdə Böyük Britaniyada 4 sosialist təşkilatı var
idi. Bunlar Böyük Britaniya sosialist partiyası, Böyük Britaniya
sosialist fəhlə partiyası, Fəhlə sosialist federasiyası, Cənubi
Uels sosialist cəmiyyətindən ibarət idi. Lakin bu təşkilatlarda
belə bir səhv fikir var idi ki, köhnə metodların hamısından əl
çəkmək lazımdır. Parlamentə seçilmək gərək deyil. Saziş
bağlamaq olmaz. Əslində bütün bunlar onların kifayət qədər
38
təcrübəli olmamasından irəli gəlirdi. Halbuki hər hansı bir
partiya xalqı öz tərəfinə çəkmək üçün kütləni öz ardınca
aparmağı bacarmalıdır. Məhz İngiltərədəki sol partiyaların bu
səhvləri İngiltərə kommunist partiyasının fəaliyyətində də
özünü bütün dövrlərdə büruzə verdi. 1920-ci ilin iyulun 31-i ilə
avqustun 1-i arasında Londonda keçirilən qurultayda Harri
Pollitin başçılığı altında İngiltərə kommunist partiyasının
yaradıldığı elan edildi. Lakin bu partiyanın üzvlərinin sayı 10
min nəfəri keçə bilmədi. Çünki İngiltərə fəhlə sinfi Tred-
yunion təşkilatları və leyborist partiyasına daha çox inanırdı.
Bu dövrdə İngiltərənin qarşılaşdığı mühüm problem-
lərdən biri müstəmləkələrə münasibət məsələsi idi.
Hindistanda 1919-cu il islahatından sonra kütləvi nümayişlər
başlandı. Onun ən faciəvi nəticələrindən biri 1919-cu ilin
aprelində Amritsar qırğını oldu. 1919-1920-ci illərdə Mahatma
Qandinin başçılığı altında vətəndaş itaətsizliyi kampaniyası
davam etsə də, Qandinin ancaq dinc yolla mübarzəni davam
etdirmək tərəfdarı olması onun nəticəsiz qurtarmasına səbəb
oldu.
1919-1921-ci illərdə Misir xalqı da İngiltərəyə qarşı
mübarizəyə qalxdı. Nəticədə 1922-ci ilin fevralın 28-də
İngiltərə formal da olsa, Misiri müstəqil krallıq elan etdi.
Ancaq o, Misirdə yenə də öz qoşunlarını saxlayır və onun
xarici siyasətinə rəhbərlik edirdi.
Böyük Britaniya ən ciddi problemlə İrlandiyada
qarşılaşdı. 1916-cı ildə irlandiyalılar üsyan etsələr də, azadlıq
qazana bilmədilər. Bu hadisələrdən sonra, İrlandiyada Şinnfeyn
(Biz özümüz) partiyası yaradıldı. 1918-ci ilin dekabrında
keçirilən seçkilərdə bu partiya İrlandiyadan seçilən 103
deputatdan
4
3 -nə sahib oldu. Bu partiya bildirdi ki, o, Londona
parlamentə getməyəcək və 1919-cu ilin yanvarında İrlandiyanı
müstəqil respublika elan etdi. Bu hadisə İngiltərədə böyük
39
təşvişə səbəb oldu. Hökumət İrlandiyaya qoşun yeritdi. 1919-cu
ilin yanvarından 1921-ci ilin dekabrına qədər İrlandiya öz
azadlığı uğrunda mübarizə apardı. İngiltərə güzəştə getməyə
məcbur oldu. Belə ki, dünya ictimaiyyəti, İngiltərə fəhlə sinfi,
tred-yunion təşkilatları, həmçinin ABŞ və Fransa İrlandiyanı
müdafiə elədilər. 1921-ci il dekabrın 6-da bağlanmış sazişə
əsasən cənubdakı 26 qraflığa «Azad İrlandiya dövləti» adı ilə
muxtariyyət verildi. Şimaldakı sənaye cəhətdən inkişaf etmiş və
ingilislərin çoxluq təşkil etdiyi 6 qraflıq isə İngiltərənin
tərkibində qaldı. De Valera başda olmaqla İrlandiya xalqı 1923-
cü ilin yazına qədər mübarizəni davam etdirsə də, bu nəticəsiz
qaldı.
Hələ 1917-ci ildə İngiltərə öz dominionları olan Kanada,
Avstraliya və Cənubi Afrika İttifaqına muxtar respublika hü-
ququ vermişdi. 1923-cü ildə isə bu dominionlara icazə verildi
ki, xarici dövlətlərlə müstəqil müqavilələr bağlasınlar.
1919-cu ildə funt-sterlinqin qızıla olan paritetinin ləğv
edilməsini sənaye istehsalının artımına müsbət təsir etdi.
1920-ci ilin ortalarında İngiltərədə yeni iqtisadi böhran
başlandı və bu böhran fəhlə sinfinin vəziyyətinə də təsir etdi.
Ona görə də ölkəni yenidən fəhlə tətilləri bürüdü. Hökumət
polisin hər hansı bir nümayişi dağıtması haqqında qanun qəbul
etməyə məcbur oldu . 1921-ci ildə müharibə dövründə tətbiq
edilmiş kömür şaxtaları sahibkarları üzərində hökumətin
nəzarəti qaydası ləğv edildi. Bundan istifadə edən sahibkarlar
lakaut elan edərək fəhlələrin əmək haqlarının aşağı salınmasına
və iş gününün uzadılmasına nail ola bildilər.
1922-ci ilə qədər İngiltərə hökumətinə Lloyd Corc baş-
çılıq etdi. Yeni hökumətin başlıca şüarı “İngilotərəni oyadın”
oldu. Istehsal üzərində dövlət nəzarəti ləğv edildi. Dövlətin
sosial funksiyaları artırıldı. Bu dövrdə İngiltərənin həm
beynəlxalq, həm də daxili vəziyyəti xoşagələn deyildi. L.Corc
hökumətinin xarici siyasəti liberallizmə əsaslanırdı ki, bu da
40
zor tətbiq etməyin əleyhinə olsa da, imperiya siyasətindən
imtina etmək deyildi. L.Corc hökumətinin xarici siyasətinin
əsas istiqamətləri Paris sülh konfransında iştirak, Azərbaycana,
müstəmləkələrə münasibət, İran və Əfqanıstana, Rusiyaya,
Vaşinqton konfransına, Genuya konfransına, Türkiyəyə
münasibət məsələsi idi. Avropa ölkələri və ABŞ-a münasibətdə
ingilis diplomatiyası tarazlaşdırılmış xətt yeridirdi. Çörçill
başda olmaqla bir qrup nazirlər belə hesab edirdilər ki, Sovet
Rusiyası ilə heç bir danışığa girmək olmaz, ancaq hərbi
müdaxilə lazımdır. Lloyd Corc başda olmaqla bir qrup nazir isə
belə hesab edirdi ki, iqtisadi yolla da Rusiyanı məhv etmək
olar. Liberallarla mühafizəkarların koalisiyası məsələsində də
mühafizəkarlar arasında fikir ayrılığı mövcud idi. Mühafizəkar-
lardan Çemberlen, Balfur liberallarla koalisiyanı saxlamaq
tərəfdarı idilər, Stenli Bolduin, Bonar-lou isə liberallarla koa-
lisiyanın əleyhinə çıxırdılar. Bu ixtilafların nəticəsi olaraq,
Lloyd Corc 1922-ci ilin oktyabrında baş nazir vəzifəsindən
istefa verdi və yeni seçkilər təyin edildi. Keçirilən seçkilərdə
mühafizəkarlar qələbə çaldılar. 1922-ci ilin dekabrından 1923-
cü ilin mayına qədər Bonar-Lounun, 1923-cü ilin may ayından
dekabr ayına qədər isə Stenili Bolduinin başçılığı altında mü-
hafizəkarlar hökuməti hakimiyyətdə oldu. Mühafizəkarlar
hökuməti daxili siyasətində inhisarların mənafeyini müdafiə et-
məklə fəhlə hərəkatına qarşı ciddi mübarizə apardı. Xarici
siyasətində isə ilk növbədə Sovet Rusiyasına qarşı düşmənçilik
mühüm yer tuturdu. Bu özünü 1923-cü il mayın 8-də xarici
işlər naziri Lord Kerzonun sovet hökumətinə göndərdiyi notada
bir daha göstərdi. Həmin notada İngiltərə hökuməti tələb edirdi
ki, Əfqanıstan və İranda Sovet Rusiyası antiingilis təbliğatına
son qoysun və sovet nümayəndə heyətini bu ölkələrdən geri
çağırsın. Sovet Rusiyası İngiltərənin tələblərini yerinə yetirməli
oldu.
41
1923-cü ilin fevral ayında Bolduin Vaşinqtonda İngiltərə
ABŞ-la Böyük Britaniyanın borclarını 30% azaldan, qalan
borclarının isə 62 il müddətində ödəməsini tələb edən sazişi
imzalamalı oldu.
Mühafizəkarlar hökumətinin proteksionizm, yəni xarici
malların İngiltərəyə axınının qarşısını almaq üçün çox yüksək
kömrük haqqı qoymaq siyasəti yeritmək istəmələri
mühafizəkarlar içərisində fikir ayrılıqlarına gətirib çıxartdı.
1923-cü ilin dekabrın 6-da keçirilən parlament seçkilərində
mühafizəkarlar uğur qazana bilmədilər.
Böyük Britaniyada birinci leyborist hökuməti
1924-cü ilin yanvarın 23-də Böyük Britaniya tarixində ilk
dəfə olaraq Ramsey Makdonaldın başçılığı altında birinci
leyborist hökuməti təşkil edildi. İkipartiyalı sistemdə
liberalların əvvəlki rolunu itirmələri leyboristlərin qələbəsinə
kömək etdi. Bundan başqa mühafizəkarlar və liberallar
koalisiyalı və birpartiyalı hökumət yaratmaq haqqında razılığa
gələ bilmədilər. Belə şəraitdə onlar leyboristlərin hökumət
təşkil etməsinə mane olmadılar. Çünki leyboristlər özlərinin
kapitalizm qaydalarına sadiqliyini dəfələrlə bildirmişdilər.
Leyboristlər mühafizəkarlara nisbətən daxili siyasəti daha çevik
üsullarla yeritməyə başladılar. Onlar işsizlərə və qocalara yardı-
mın miqdarını çoxaltdılar, işsizliyə görə sığorta sistemini yax-
şılaşdırdılar, mənzil tikintisinə dövlət təxsisatlarını artırdılar.
Çay, qənd və ərzaq üzərinə qoyulan aksiz vergiləri azaldıldı.
Sosial sığorta qaydaya salındı. Leyboristlər hökumətinin yeni
dövlət büdcəsi layihəsi hazırlaması, proteksionizmdən və
ticarətdən alınan rüsumlardan imtina etməsi mühafizəkarların
narazılığına səbəb oldu. Böyük Britaniya 1924-cü il fevralın 1-
də Sovet İttifaqını tanıdı. Lakin leyboristlər seçkiqabağı
kampaniyada şaxtaları və dəmiryollarını milliləşdirmək, kapital
42
üzərinə vergi qoymaq barədə verdikləri vədlərini yerinə
yetirmədilər.
İngilis diplomatiyası 1923-cü ildə olmuş Lozanna
konfransında Türkiyə ilə münasibətləri tənzimlədi. Konfrans,
Süveyş kanalı üzərində Böyük Britaniyanın hüquqlarını təsdiq
etdi. 1923-24-cü illərdə dominionlarla münasibətlərdəki
ziddiyətlər yumşaldıldı. Dominionların azad və bərabər
hüquqlu tərəfdaş statusu möhkəmləndirildi. ABŞ-la
münasibətlərə üstünlük verildi. Daues planı bəyənildi.
Leyboristlər kabineti silahlı qüvvələri möhkəmləndirdi.
Hərbi xərclər artırıldı. Onların siyasəti zəhmətkeşlərdə
məyusluq doğurdu. Kütlələrin gözündə daha da nüfuzdan
düşəcəyindən qorxan hökumət 1924-cü ilin oktyabrın 9-da
parlamenti buraxdı və yeni seçkilər təyin etdi.
Böyük Britaniya kapitalizmin nisbi sabitləşməsçi dövründə
1924-cü ilin oktyabrın 29-da keçirilən növbədənkənar
parlament seçkilərində leyboristlər məğlub oldular.
Parlamentdə yenidən yerlərin mütləq çoxluğunu alan mühafizə-
karlar hökumət təşkil etdilər. Yenə də hökumətə Stenli Bolduin
başçılıq etdi. Yeni hökumət elan etdiyi “Məqsədlər və
prinsiplər” proqramını
həyata keçirərək mühafizəkar
islahatçılığa başladı. Xüsusi sahibkarlığın inkişafına diqqət
verildi. Sənaye istehsalının sərbəstləşdirilməsi və ölkənin
maliyyə sisteminin sağlamlaşdırılması xətti yeridildi. İnkişafın
başlıca mənbəyi müstəmləkələrin təbii sərvəti hesab edilirdi.
Gəlir vergisi azaldıldı. Proteksionist rüsumların yalnız
müstəmləkələrlə əlaqədə saxlanılması İngiltərə inhisarlarına
dünya bazarında sərbəst iştirak imkanı verdi. Bütün ixracın
3
1 ,
idxalın
2
1 -i imperiyanın öz ərazisində aparılırdı. İngiltərədə
iqtisadi inkişafın başlıca xüsusiyyətləri kapital ixracının
43
artması, beynəlxalq bank əməliyyatlarının səmərəli aparılması,
əlverişli dəniz nəqliyyatı ilə bağlı idi. Sosial təminat haqqında
qəbul edilən proqrama əsasən pensiya yaşı 65-ə endirildi,
təqaüdlər artırıldı, imkansızlara yardım edildi, yerli özünü
idarəetmə orqanlarının hüquqları genişləndirildi. Lakin
hökumətin sərt büdcə siyasətinə keçməsi sosial ziddiytləri
kəskinləşdirdi. Dərin böhran keçirən kömür sənayesində
kəskin münaqişə yarandı. Şaxta sahibkarları kömürün yüksək
maya dəyərinin aşağı salınmasında və xarici bazarda onun
rəqabət qabiliyyətini yüksəltməkdə maraqlı idilər. Lakin buna
onlar köhnəlmiş avadnlığı dəyişdirmək yolu ilə deyil, fəhlələrin
əmək haqqını azaltmaq yolu ilə nail olmaq istəyirdilər.
Hökumət 1925-ci ildə şaxta sahiblərinə 9 ay müddətinə mədən-
çilərin əmək haqqının əvvəlki səviyyəsini təmin etmək üçün
maliyyə yardımı göstərməyi öhdəsinə götürdü. Lakautu ləğv
edən fəhlələrin qələbə günü, yəni iyulun 31-i Böyük Britaniya
tarixinə "qırmızı cümə" günü kimi düşdü.
Doqquz aylıq müddət qurtaran kimi şaxta sahibləri lakaut
elan etdilər, lakin mədənçilər yenidən onların şərtlərini rədd et-
dilər. Hökumət ölkədə fövqəladə vəziyyət elan etdi. 1926-cı il
mayın 4-də 18 milyon insanın iştirak etdiyi tətil başlandı. Yeddi
aylıq tətildən sonra kömür sənayeçilərinin və hökumətin təzyiq-
i, həmkarlar ittifaqı liderlərinin xəyanəti, həmçinin aclıq və
ehtiyac şaxctaçıları geri çəkilməyə məcbur etdi. 1926-cı ilin
dekabrında onlar işə qayıtdılar. Əmək haqqı aşağı salındı, iş
günü uzadıldı. Parlament 1927-ci ildə "Həmkarlar ittifaqları və
sənayedə münaqişələr haqqında" qanun qəbul etdi. Fəhlələrin
"ştreykbrexerlər xartiyası" adlandırdığı bu qanun ümumi tətil
və piketləri qadağan edirdi. Həmçinin qanunda göstərilirdi ki,
dövlət qulluqçuları həmkarlar ittifaqlarında iştirak edə, tred-yu-
nionlara və leyborist partiyasına daxil ola bilməzlər. Qanun
həmçinin siyasi məqsədlər üçün həmkarlar ittifaqının fond
təşkil etməsini məhdudlaşdırırdı.
44
Ölkədə əməklə kapital arasındakı ziddiyyətləri yumşalt-
maq üçün 1928-ci ildə İmperiya kimya trestinin rəhbərliyi ilə
xüsusi komissiya yaradıldı. Bu komissiyada həm sahibkarlar,
həm də həmkarlar ittifaqlarının rəhbərləri təmsil edilmişdi.
Komissiyanın tərtib etdiyi əmək və kapitalın barışdırılması,
sosial ziddiyyətlərin aradan qaldırılması və tətillərin baş ver-
məməsinə yönələn tədbirlər sistemini nəzərdə tutan sənəd
hökumət tərəfindən qəbul edildi. Bu siyasət işçilərlə sahibkarlar
arasında münasibətlərin nizama salınmasında mühüm rol
oynadı və İmperiya kimya trestinin sədri Alfred Mondun adı ilə
«mondizm» adını aldı.
Böyük Britaniyanın iqtisadiyyatı 1922-1923-cü illərdə
düşdüyü durğunluq vəziyyətindən çıxsa da, zəif inkişaf edirdi
və yalnız 1929-cu ildə sənaye məhsulunun buraxılışı həcminə
görə 1913-cü il göstəricilərinə çatdı. Əgər sənayenin yeni
sahələri (maşınqayırma, kimya, avtomobil) intensiv inkişaf
edirdisə, köhnə sahələrdə (kömürçıxarma, gəmiqayırma,
toxuculuq və b. sahələr) texniki gerilik qalırdı. Ölkə dünya
bazarında Almaniya, ABŞ və Yaponiya ilə rəqabət
mübarizəsində böyük çətinliklərlə üzləşirdi. Böyük Britaniya
sahibkarları öz mallarının rəqabət qabiliyyətini artırmaq üçün
yeni inhisar birlikləri yaradırdılar. 1925-ci ilin aprelində
hökumət funt-sterlinqin qızıl paritetini yenidən bərpa etdi.
Funtun dəyəri 4.40 dollardan 4.86 dollara qədər artırdı.
Sabitləşmə dövrünün sonuna yaxın xarici kapital qoyuluşunun
müharibəyə qədərki səviyyəsi bərpa olundu. Böyük Britaniya
başqa ölkələrə qoyduğu kapitalın ümumi məbləğinə və ondan
aldığı gəlirə görə birinci yeri qoruyub saxlayırdı. Hakim
siniflərin varlanmasının mühüm mənbələri müstəmləkələrin və
asılı ölkələrin milli sərvətlərinin vəhşicəsinə qarət edilməsi və
istehsalata elm və texnikanın nailiyyətlərini tətbiq etmək yolu
ilə fəhlə sinfinin istismar dərəcəsinin gücləndirilməsi idi.
45
Kapitalizmin nisbi sabitləşməsi dövründə Böyük Brita-
niya beynəlxalq aləmdə özünün siyasi və maliyyə mövqelərini
qoruyub saxlamağa çalışırdı. O, «Daues planı»nın tərtibində
iştirak etdi. Böyük Britaniya 1925-ci ilin oktyabrında Lokarno
konfransında iştirak etdi və «Reyn təminat paktı»nı imzaladı.
Stenli Bolduin hökuməti SSRİ-ni dempinq siyasəti yeritməkdə
günahlandıraraq 1927-ci ildə onunla diplomatik münasibətləri
kəsdi. Böyük Britaniya ABŞ-la xammal və satış bazarları
uğrunda mübarizədə rəqib olsa da, Avropa və dünyaya müna-
sibət məsələsində onunla əməkdaşlığa xüsusi diqqət yetirirdi.
Böyük Britaniya da Çində 1925-1927-ci illərdəki milli-azadlıq
hərəkatını yatırmaqda digər dövlətlərlə bərabər iştirak etdi.
Bundan məqsəd Çində öz mövqelərini möhkəmləndirmək idi.
1926-cı ildə keçirilən İmperiya konfransında dominionlara
daxili və xarici siyasətdə müstəqillik verildi və onlar Böyük
Britaniya ilə bərabər hüquq qazandılar. Bununla belə, onlar
yenə də Böyük Britaniya imperiyasının tərkibində qaldılar.
1928-ci ildə qəbul edilmiş yeni seçki qanununa əsasən
qadınlarla kişilərin hüquqları bərabərləşdirilsə də, üç aylııq
oturaq həyat tərzi, əmlak sahibi olmaq, universitet bitirmək
senzi saxlanıldı.
Mühafizəkarlara qarşı narazılıq 1929-cu ilin mayın 30-da
keçirilən parlament seçkilərində onların məğlubiyyəti ilə
nəticələndi. 21 yaşına çatmış qadınlara seçki hüququ vermək
haqqında qanun da onlara kömək etmədi. Leyboristlər 8 milyon
300 min səs alaraq Ramsey Makdonaldın başçılığı ilə hökumət
təşkil etdilər. İcma palatasında da birinci dəfə onlar əksəriyyət
səsə malik oldular.İkinci leyborist hökumətinin daxili siyasəti
işsizliyə qarşı mübarizə proqramının həyata keçirilməsinə, iş
yerləri yaratmaq üçün köçürmə siyasətinin yerinə yetirilməsinə,
sosial sığorta sisteminin tətbiqinə yönəlmişdi. Hökumətin xarici
siyasəti isə əsasən İngiltərənin beynəlxalq mövqeyini
möhkəmləndirməyə yönəlmişdi. Müstəmləkələr və dominionlar
46
məsələsi xüsusi yer tuturdu. Avropa ölkələri ilə münasibətlərə
də xüsusi diqqət verilirdi. 1930-cu ilin əvvəllərində Londonda
keçirilən konfransda dəniz donanması sahəsində İnfiltərə,
Fransa, ABŞ, İtaliya, Yaponiya arasında saziş imzalandı.
Almaniyanın təzminat məsələsi ilə bağlı Huverin təklifi
bəyənildi. 1929-cu ilin oktyabrın 3-də SSRİ ilə diplomatik mü-
nasibətlər bərpa edildi.
Böyük Britaniya dünya iqtisadi böhranı dövründə
1929-cu ildə ABŞ-da başlanan dünya iqtisadi böhranı
İngiltərəyə 1930-cu ilin birinci rübündə öz təsirini göstərdi.
1930-cu ilin əvvəllərində iqtisadi böhran Böyük Britaniyanı da
bürüdü. Sabitləşmə illərində Britaniya iqtisadiyyatı
"çiçəklənmə" mərhələsi keçirmədiyi üçün ABŞ, Almaniya və
Fransa ilə müqayisədə ölkədə sənaye istehsalı cüzi azaldı.
1929-cu ildə sənaye istehsalı 1913-cü illə müqayisədə 100,3 %,
1932-ci ildə isə 82,5 % təşkil edirdi. 1929-cu illə müqayisədə
1933-cü ildə kömür çıxarılması 285 milyon tondan 25,8 milyon
tona, çuqun əridilməsi isə 7,59 milyon tondan 3,57 milyon tona
endi. Sənayenin ən çox ənənəvi sahələri zərər çəkdi. İxrac iki
dəfə azaldı. Leyboristlər daxili siyasət sahəsində özlərinin bir
sıra seçkiqabağı vədlərini yerinə yetirmədilər. Əksinə, onlar
gəlirin aşağı düşməsini dayandırmaq üçün kapitalistlərə
fəhlələrin əmək haqqını azaltmaqda kömək etdilər. Ölkədə hər
dörd fəhlədən biri işsiz idi. Hökumət işsizlər üçün vəsaiti kəsdi,
mədənlərdə 7 saatlıq iş günü bərpa edilmədi. Leyboristlər
həmkarlar idtifaqı əleyhinə olan qanunu saxladılar. İri
burjuaziya fəhlələrin həyat səviyyəsini yenidən aşağı salmaq
yolu ilə böhrandan çıxmaq istəyirdi.
Maliyyə böhranı kəskinləşdi. London banklarından xarici
ölkələrin əmanətləri götürülməyə başlandı. Kağız pullar çox
buraxılmağa başladı. Ölkənin maliyyə vəziyyəti İngiltərənin
hakim dairələrində dərin həyəcan doğurmuşdu. Maliyyə
vəziyyətini öyrənmək və onun yaxşılaşdırılması üçün tədbirlər
47
görməkdən ötrü 1931-ci ilin martında Makdonald hökuməti
bankir Corc Mey başda olmaqla xüsusi bir komissiya yaratdı.
Komissiya belə bir nəticəyə gəldi ki, əgər sərt iqtisadi siyasətə
keçilməzsə, sosial xərclər ixtisar edilməsə, dövlət qulluqçu-
larının əmək haqqları aşağı salınmasa, vergilər artırılmasa, icti-
mai iş yerləri açılmasa, 1932/33-cü təsərrüfat ilində Böyük
Britaniya büdcəsinin defisiti 120 milyon funt-sterlinqə çatacaq-
dır. Hökumət Meyin təkliflərini qismən həyata keçirməyi
qərara aldı. İngiltərənin hakim dairələri ABŞ və Fransadan borc
almaq vasitəsi ilə vəziyyəti düzəltmək istədilər. 1931-ci il
avqustun 1-də amerikan və fransız bankirləri İngiltərəyə 80
milyon funt-sterlinq borc verdilər. Yenidən 50 milyon funt-
sterlinq borc istədikdə Amerika bankirləri bildirdilər ki, yalnız
hökumət Mey komissiyasının təklif etdiyi məsləhətləri qəbul
etdiyi təqdirdə yeni borc verilə bilər.
Leyboristlər hökuməti «əlavə qənaət haqqında» qərar
qəbul etmək istədi, bu isə işsizlərə göstərilən maddi yardımın
10% azaldılması demək idi. Fəhlələrin hiddəti o qədər artdı ki,
Makdonald hökumətinin, həmin qərarı bəyənmiş olan bəzi
üzvləri tərəddüd etdilər. Avqustun 23-də kabinetin 10 üzvü bu
təklifi müdafiə etməkdən boyun qaçırtdı. Hökumətdə təfriqə
əmələ gəldi və Makdonaldın təklifi ilə hökumət istefa verdi.
«Milli hökumətin» daxili və xarici siyasəti
1931-ci il avqustun 24-də Makdonaldın rəhbərliyi altında
mühafizəkarlar, liberallar və leyboristlərin iştirakı ilə «Milli
hökumət» təşkil edildi. 1931-ci ilin payızında keçirilən
parlament seçkilərində milli koalisiya 497 yer aldı. Yenə də
hökumətə Makdonald rəhbərlik etdi. Bu hökumət sosial xərcləri
10% ixtisar etdi.
Böyük Britaniya hökuməti iqtisadi böhrandan yaxa
qurtarmaq üçün zəhmətkeşlərin yaşayış səviyyəsini aşağı sal-
maqla yanaşı, başqa vasitələrdən də istifadə etdi. Bu vasi-
48
tələrdən biri 1931-ci il sentyabrın 21-də funt-sterlinqin qızıl
standartının ləğv edilməsi idi. Bu tədbir dünya bazarında ingilis
mallarının rəqabət qabiliyyətini yüksəltdi. İngiltərənin hakim
dairələri həmçinin beynəlxalq miqyasda öz maliyyə möv-
qelərini möhkəmlətmək üçün 1931-ci ildə Böyük Britaniyanın
və bir sıra digər kapitalist ölkələrinin (Portuqaliya, Yunanıstan
və s.) sterlinq ittifaqı adını almış valyuta qruplaşmasını
yaratdılar. Sterlinq ittifaqına daxil olmuş ölkələr öz
valyutalarının dəyərini ingilis funt-sterlinqinin dəyərinə
uyğunlaşdırdılar, onlar arasında ticarətdə haqq-hesab vahidi
funt-sterlinq oldu. İqtisadi böhranı aradan qaldırmaq üçün
istifadə edilən digər vasitələrdən biri də proteksionizmin tətbiq
edilməsi idi.
1931-ci ildə İngiltərə parlamenti dominionlara xarici və
daxili siyasətdə suveren hüquq verən Vestminster statusu qəbul
etdi . Bundan sonra Britaniya qanunları onlar üçün məcburi
deyildi. Bu status Britaniya Millətlər Birliyinin hüquqi əsasını
təşkil etdi.
1931-1932-ci illərdə İngiltərədə azad ticarətdən tamamilə
əl çəkildi. İngiltərənin daxili bazarı başqa ölkələrin mallarının
rəqabətindən qorundu. Bu siyasət 1932-ci ilin iyul-avqust
aylarında Ottavada olmuş İmperiya konfransında qəbul edilən
tarif sistemi ilə
təkmilləşdirildi. Böyük Britaniya,
dominionların keçmişdə kömrüksüz gətirilən mallarını yenə də
gömrük rüsumu almadan öz bazarına buraxmağı öhdəsinə
götürdü.
Geniş sosial proqramlar həyata keçirildi. Yeni iş yerləri
açıldı. 1931-ci ilin avqustunda işsizlərə yardım haqqında yeni
qanun qəbul edildi. Qanuna görə mövsümü fəhlələr, ailəli
qadınlar, fasiləsiz iş stajı olmayan şəxslər yardım almaqdan
məhrum edildilər. 1932-ci ilin noyabrında qəbul edilən
«Ehtiyacların yoxlanması haqqında» qanuna əsasən yardımların
ödənilməsi üzərinə ciddi nəzarət qoyuldu. 1932-ci ilin
49
ortalarından etibarən ingilis iqtisadiyyatı yavaş-yavaş böhran
vəziyyətindən çıxmağa başladı. 1934-cü ildə sənaye
məhsulunun həcmi 1929-cu il səviyyəsinə gəlib çatmışdı.
İngiltərə sənayesində baş verən bu canlanmanın başlıca
səbəblərindən biri hərbi sənaye sahələrinin sürətlə inkişaf
etməsi idi. Ölkə iqtisadiyyatına kapital qoyuluşu artdı. Xarici
ticarət inkişaf etdi. Lakin bu möhkəm deyildi. Kömür,
gəmiqayırma və toxuculuq sənayesi 1937-ci ildə də 1929-cu il
səviyyəsinə çata bilmədi. «İşsizlər və onların müavinatının yeni
ixtisarı haqqında» 1934-1935-ci illərdə verilən qanunlar kütləvi
etiraza səbəb oldu.
Xarici siyasətin istiqamətlərindən biri Avropa ölkələri ilə
əlaqələri inkişaf etdirmək idi. 1932-ci ildə keçirilən Lozanna
konfransında Böyük Britaniya Almaniyadan təzminat
alınmasının dayandırılmasına tərəfdar oldu və elə həmin ildə
Cenevrədə tərksilaha dair keçirilən konfransda iştirak etdi.
1937-ci ilin ortalarında İngiltərədə başlanmış yeni iqtisadi
böhran təzahürlərinin artmasını İkinci dünya müharibəsinin
başlanması dayandırdı.
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Böyük
Britaniyada da faşist təşkilatların canlanmasına səbəb oldu.
Burjua-demokratik azadlıqlar məhdudlaşdırıldı. 1934-cü ildə
müharibə əleyhinə təşviqata görə ağır cəza müəyyən edən "Qi-
yama təhrik haqqında" qanun qəbul edildi. 30-cu illərin orta-
larında iri burjuaziya və torpaq aristokratiyası tərəfindən
müdafiə edilən Osvald Moslunun rəhbərliyi altında yaranan
Britaniya faşist ittifaqı partiyası fəaliyyətini gücləndirdi. Bu
partiya SSRİ-yə qarşı "xaç yürüşü" təşkil etmək çağırışı ilə
çıxış etdi. Lakin faşistlər ölkədə kütləvi bazaya malik deyil-
dirlər. Çünki inhisarçı burjuaziyanın əsas qruplaşmaları ölkənin
idarə edilməsində ənənəvi parlament sistemindən imtina etməyi
və faşistlərin köməyinə əl atmağı lazım bilmirdilər.
50
1935-ci ilin iyununda keçirilən seçkilərdən qabaq
Makdonald istefaya getdi və mühafizəkarlar hökuməti təşkil
olundu. Yeni hökumətə Bolduin başçılıq edirdi. 1935-ci ilin
noyabr seçkilərində onlar kollektiv təhlükəsizlik şüarı ilə çıxış
edərək qalib gəldilər.
S.Bolduin hökumətinin daxili siyasəti əsasən ölkə iqtisa-
diyyatının sağlamlaşdırılmasına yönəldilmişdi. Hökumətin xa-
rici siyasətində Avropa dövlətləri ilə münasibətlər mühüm yer
tuturdu. Almaniya və İtaliyanı sakitləşdirmək, İspaniya işlərinə
«qarışmamaq» siyasəti yeridilirdi. 1935-ci ilin iyununda Alma-
niya ilə bağlanan hərbi dəniz sazişinə görə Almaniya İngiltərə
donanmasının 35%-i qədər donanma yaratmaq hüququ aldı.
1935-ci ilin iyulun 6-15-də Versal sülh müqavləsinə yenidən
baxmağı nəzərdə tutan «Razılıq və əməkdaşlıq paktı»nı Al-
maniya, İtaliya, Fransa ilə birlikdə İngiltərə də imzaladı.
Hindistanda antingilis əhval-ruhiyyəni zəiflətmək üçün 1935-ci
ildə Hindistanın yeni konstitusiyası qəbul edildi.
1937-ci ildə orta səviyyəli bir adam olan Nevill Çember-
len kabinetin başçısı oldu. O bu vəzifəyə aristokrat mənşəyinə
və ailə əlaqələrinə görə keçə bilmişdi. Mühafizəkarlar ölkə
daxilində sağ qüvvələri şirnikləndirmək siyasəti yeridirdilər.
Hökumət aqrar bölməni inkişaf etdirmək məqsədilə kənd
təsərrüfatı mallarının təminatlı qiymətlə alınmasını təşkil etdi.
Kənd təsərrüfatına kapital qoyuluşu artırıldı. 1937-ci ildə
İrlandiya parlamentinin qəbul etdiyi konstitusiya bəyənildi.
İkinci Dünya müharibəsi ərəfəsində xarici siyasət
Hökumət xarici siyasətdə ilk növbədə 1937-ci ildə İtaliya
ilə saziş bağlayaraq onun Həbəşistandakı təcavüzünü bəyəndi.
Tərəflər Aralıq dənizi rayonunda bir-birinin mənafelərinə
hörmət edəcəklərini öhdələrinə götürdülər. Nevil Çemberlen
hökumətinin faşizmin təhlükəsini lazımınca qiymət-
ləndirməyərək, Almaniyanı «sakitləşdirmək» siyasəti yeritməsi
51
İngiltərənin tərəqqipərvər ictimaiyyətinin və U.Çörçill başda
olmaqla mühafizəkarlar partiyasının bir sıra xadimlərinin
etirazına səbəb oldu. Çemberlenin 1938-ci ilin sentyabrında
Münhen sövdələşməsinə imza atması onları daha çox narazı
salmışdı. Mühafizəkarlar partiyasının bu görkəmli xadimləri
Çemberlenin siyasətinə qarşı müxalifət təşkil etdilər. Onlar
Çemberlenin xarici siyasətinin antisovet istiqamətinə tərəfdar
olsalar da, onun Hitler və Mussoliniyə etibar etməsini
bəyənmir, təcavüzkarlarla sövdələşərkən ehtiyatlı olmağı
məsləhət görürdülər. Onlar İngiltərənin hərbi mövqelərini
möhkəmlətmək məqsədilə zəruri tədbirlər görülməsini lazım
bilirdilər. Onların fikrincə, ancaq bu yolla təcavüzkar döv-
lətlərlə İngiltərə üçün daha faydalı şəraitdə danışıqlar aparmaq
mümkündür. Çemberleni «daxili kabinet» adlanan kabinetə
daxil olan ifrat mürtəce siyasi xadimlər qrupu müdafiə edirdi.
«Daxili kabinet» ətrafında «Klayvden guruhu» (Bu qpupun
üzvləri, iri ingilis kapitalisti Astorlar ailəsinə mənsub olan
Klayvden malikanəsində tez-tez görüşdükləri üçün belə
adlanırdı) adı ilə məşhur olan mürtəce siyasətçilər qrupu
toplaşmışdı.
Almaniya 1939-cu ilin martında bütün Çexoslovakiyanı
işğal etdikdən sonra Çemberlen bildirdi ki, artıq İngiltərə dip-
lomatiyası və siyasətinin yeni mərhələsi başlayır. İngiltərənin
müdafiəsini gücləndirmək üçün bir sıra tədbirlər görüldü. Lakin
bu tədbirlər çox ehtiyatla görülürdü. 1939-cu ilin aprelində
İngiltərənin silahlanmasına buraxılan xərclər iki dəfə artırıldı.
1939-cu il mayın 15-də icbari hərbi mükəlləfiyyət tətbiq edildi.
Bir sıra ölkələrin təhlükəsizliyi üçün təminat verildi. Bununla
əslində İngiltərə hökuməti təcavüzkar dövlətlərlə yeni da-
nışıqlar aparmaq üçün daha əlverişli şərait yaratmaq məqsədini
güdürdü.
XX əsrin 30-cu illərinin ikinci yarısında Böyük Brita-
niyanın yeritdiyi xarici siyasət İkinci Dünya müharibəsinin
52
başlanmasına imkan yaradan amillərdən biri oldu. 1939-cu ilin
sentyabrın 3-də Böyük Britaniya Almaniyaya müharibə elan
etməklə İkinci Dünya müharibəsinə qoşulmuş oldu. İngiltərə ilə
eyni vaxtda Yeni Zelandiya və Avstraliya, sentyabrın 5 və 8-də
isə Kanada və Cənubi Afrika İttifaqı Almaniyaya müharibə
elan etdilər. Hindistan da Almaniya ilə müharibə vəziyyətində
olduğunu bildirdi. İngiltərə ilə Fransa 1940-cı ilin may
ayınadək passiv müharibə aparırdılar. Danimarka və Norveç
təslim olduqdan sonra N.Çemberlenin nüfuzu xeyli aşağı
düşdü. Hökumətə 1940-cı il mayın 10-da nəinki liberallar və
leyboristlər, hətta mühafizəkarların da əksəriyyəti etimad
göstərmədiklərini bildirdikləri üçün o, istefa verməli oldu.
U.Çörçillin başçılığı altında yeni hökumət yaradıldı. Parlament
1940-cı il mayın 22-də müharibənin aparılması üçün fövqaladə
qanun qəbul etdi. Müharibə illərində İngiltərə silahlı
qüvvələrinin sayı 4 mln 543 min nəfərə çatdı.Ölkədə 131 min
təyyarə, 25 min tank, 300 min top islehsal edilirdi. İngiltərə
müharibə illərində özünün ərzaq təlabatını əsasən ödəyirdi.
|