ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   33   34   35   36   37   38   39   40   41

May. 1991-ci il. 
  
 
SƏNGƏR ƏHVALATLARI 
 
Adam ilk gəncliyində yumor oxumağa daha çox meyl edir. Ədəbiyyatın bu 
janrı insanı saflaşdırmaqdan başqa qısa danışmağa, az sözlə mənalı, məzmunlu bir 
əhvalatı oxucuya çatdırmaqda ən gözəl vasitədir. Şəxsən mən yumoru, hazırcavab 
əhvalatları ona görə çox sevirəm ki, burda sözlərin yeri dar, mənası geniş və çəkisi 
ağırdır. Məhz bu keyfiyyətlərə görə də Molla Nəsrəddin və Bəhlul Danəndə 
əhvalatları əsrləri adlayıb, gəlib, uzaqmənzilli olub. 
İlk dəfə Molla Nəsrəddin əhvalatlarını nə vaxt oxumuşam, yadıma gəlmir. 
Bircə o yadımdadır ki, kəndimizin kitabxanasından onu alıb gələndə yerdə güclü 
qar vardı. Qarşıma çıxan müəllim əmim oğlu: 
- Ver görüm, nədi oxuduğun? - dedi. Alıb təəccüblə üzümə baxdı - apar geri 
ver, əvəzində Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ını, ya da “Qaraca 
qız”ını al oxu, hələ tezdi sənə bu kitabı oxumaq, böyüyəndə... 
Bikef halda kitabxana tərəfə qayıtdım. Çathaçatda geriyə boylandım, 
gördüm əmioğlu üzü o yana dayanıb. Tini sürətlə burulub evə qaçmaq istəyəndə 

ayağım sürüşdü, üzü ustə yıxıldım. Qara bələnən kitabı çırpa-çırpa durub evə 
qaçdım. 
Gecədən xeyli keçənə qədər çıraq işığında Mollanın lətifələrini oxudum. 
Oxuduqca burdakı əhvalatların kəndimizdə oxşarı olduğunun şahidi oldum. 
İllər keçdi. Universitet tələbəsi olanda elektrik qatarı ilə dərsə gedib 
gələrdim. Onda hələ Bakıda metro yox idi. Dərsdən evə gələnə qədər kəndimizi və 
orada olan əhvalatları xatırlayıb, elə yoldaca onları dəftərimin künc-bucağına qeyd 
edərdim. 
Həmin qaralamalar bu günlərdə şəxsi arxivimi araşdırarkən əlimə keçdi. 
Oxudum. Özümün də dodağıma təbəssüm qondu. Bəzi tiplərin ancaq adını 
dəyişmişəm. Bu adamların kimisi qohum, kimisi qonşu, kimisə də eləcə 
həmkəndlidi. Hələ universitet yoldaşlarımın da bəziləri burada var...  İndi onların 
özləri də bilmədən tarixin, ədəbiyyatın kiçicik bir səhifəsinə dönüblər. 
Sonralar jurnalist sənətim məni Borçalıdan Dərbəndə qədər Azərbaycan 
torpağında çox ailələrin qonağı etdi. Bu yolda maraqlı adamlarla görüşdüm. 
Onların ulu babaları haqqında iftixarla danışdıqları söhbətləri dinlədim. Bakıda, 
Tbilisidə, Moskva və Sankt-Peterburqda sayı-hesabı olmayan arxiv sənədlərində 
araşdırmalar apardım. 
Bu səfərlərimdə el şairlərinin şerlərini, sərkərdələrimiz haqqında sənədlər, 
foto-şəkillər toplamışam. Böyük şairimiz Səməd Vurğunun çoxsaylı dost-tanışları 
ilə görüşmüşəm. Görüşlərimdə müdrik qocalarımız, sinədəftər ziyalılarımız eşidib 
bildikləri əhvalatları da danışıblar. Bu əhvalatlardan yeri gəldikcə yazılarımda 
istifadə etmişəm. Bəziləri senzor qəzəbinə düçar olduğu üçün nabor səhifələrindən 
çıxarılıb, ev arxivimdə “dustaq” qalıb. Bəzilərini isə sovet rejiminin xofundan heç 
qələmə ala bilməmişəm. 
Zamanın bulanıq suları duruldu. Vaxt, dövran dəyişdi. Müdrik babaların 
sözü nə irad tutmaq qadağasının səddi yarıldı. Hər şeyi öz adı, öz ünvanı ilə 
deməyin, çağırmağın zamanı gəldi. Allaha min şükür ki, uzun illər qeyd 
dəftərçələrimdə dustaq qalan bu əhvalatları oxuculara təqdim etməyə imkan 
yarandı. 
 
 
TƏRƏZİNİZİ DİBİNDƏN 
ÇIXARDAN OĞULLAR DA VAR 
 
1880-ci ildə Tiflis kadet korpusunda təhsil alan kursant Əliağa Şıxlinski bir 
gün dostları ilə şəhərə gəzməyə çıxır. Kursantlar güclərini sınamaq üçün 
güctərəzisinə yaxınlaşırlar. Hamı bir-bir gücünü göstərir. Əliağaya da təklif edirlər. 
O deyir ki, gəlsəniz mən bunu divardan tamam qopardam. (O vaxtlar güc sınanan 
tərəzi yumruqla vurulmurdu. Divara bərkidilirdi, güc sınayanlar onu özlərinə tərəf 
dartırdı). 
Yoldaşları deyir: 
Əliağa, zarafat eləmə, altıya-yeddiyə qədər çəkə bilsən, qalibsən. 
Tərəziçi: 
- Bala, əvvəl çək, sonra öyün, - deyib kinayə ilə baxır. 

Əliağa var qüvvəsi ilə elə çəkir ki, güc sınanan tərəzi divardan yerli-dibli 
qopur. 
Tərəziçi: 
Bala, - deyir, - sən doğrudan da güclü imişsən, bu güclə öyünməyə haqqın 
var. Beşə qədər çəkənə altı manat düşür. Sən isə onu yerli-dibli qopartdın. Al, 
mükafatın on manatdır. 
Əliağa: 
Mənə  on  manat lazım deyil. Mən istədim biləsiniz ki, tərəzinizi dibindən 
çıxardan oğullar da var, - deyə cavab verir. 
 
 
İMELS ƏHVALATI 
 
Bir dəfə Yazıçılar İttifaqında Adil İsgəndərovla Səməd Vurğun söhbət 
edirmiş. Birdən Adil İsgəndərov bərkdən gülür. 
Nə oldu Ədil, yenə nə yadına düşdü? 
Səməd, xəbərin var filankəs oğlunun adını İMELS qoyub. 
- O nə deməkdi, mənası nədi? 
- Yəni   İnstitut  Marksa,   Engelsa, Lenina i Stalina. 
Səməd Vurğun dəstəyi götürüb zəng edir: 
- Ayə, filankəs, axşamın xeyir, eşitdim oğlun olub, adını İmels qoymusan. 
Böyük oğlan olsun, hə... nə olar, lap yaxşı... Arzu edirəm, bir oğlun da olsun adını 
“ÜİLK/b/P tarixinin qısa kursu” qoyasan.  Filankəs,  bu arzumdu, təklifim də var: 
Sabah bir get özünü həkimə göstər. 
Səməd Vurğunun iradından sonra filankəs uşağın qırxı çıxmamış adını 
dəyişir. 
 
 
XOŞBÖXTƏM Kİ, 
OĞLANLARIMI EL 
AĞLAYIR... 
 
1922-ci ilin payızında yeni gələn Şura hökuməti nəslimizin qan 
düşmənlərinin fitvası ilə İsa və İsmayıl əmimi güllələdirlər. Səbəbi də bu olur ki, 
Süleyman ağanın oğlu olduğuna görə hökumətə boyun əymirdilər. İki çavanın 
yasında bütun el-oba, kənd ağlayırmış. Amma Zeynəb nənəm heykəl kimi donub 
qalıbmış. Bu məğrur qadın şübhəsiz ki, gimnaziya və seminariya qurtarmış, 
günahsız öldürülmüş oğlanlarının intiqamını almaq haqqında düşünürmüş... 
Ağlaşmada qadınlardan biri üzünü Zeynəb nənəmə tutub təəcçüb və heyrətlə 
deyir: 
- Ay Zeynəb xanım, niyə ağlamırsan, ana deyilsənmi, günahsız öldürülən bu 
cavanlar sənin deyilmi? 
Göz yaşlarını qəlbində boğan nənəm: 
- Oğlanlarım məndən dünyaya gəlib, eldən gedir. Eldə onları ağlayır, - deyir. 
- Xoşbəxtəm ki, oğlanlarımı el ağlayır. 

Onlar mənim yox, elin-obanın balalarıdır. Onları mən itirməmişəm, el itirib. 
Az sonra nənəm iki oğlunun əvəzinə Daş Salahlı igidi İsrafilin köməkliyi ilə 
düşmənin altı nəfərini qanına qəltan elətdirir. 
 
 
POSTDA SALAM NEPOLOJENO... 
 
Bolşeviklər yenicə gələndə Poylu Alxan kişiyə silah, şinel verib Tamaşa 
körpüsunə gözətçi qoyurlar. 
Səhər obaşdan araba ilə ot gətirməyə gedən həmkəndlisi Mansır körpünün 
qənşərində əlisilahlı şax dayanan Alxana iki dəfə dalbadal salam verir, amma 
cavab almır. 
Otu yükləyib geri qayıdanda görür ki, Alxan yenə körpünün yanında dim-dik 
gəzinə-gəzinə gözətçilik edir. 
- Salam, Alxan, hər vaxtın xeyir olsun. Alxan   kişi   yenə   dinib-danışmır. 
Hirslənən Mansır arabadan düşüb yaxına gəlir: 
- Əyə, belə filan oğlu, gedəndə də salam verdim, gələndə də, de görüm 
salamımı niyə almırsan? Bəlkə arada umu-küsün var mənimlə. Tez ol cavab ver, 
yoxsa yabanı soxacam qarnına. Alxan kişi özünü daha da şax tutub:  
- Poşol, poşol, - deyir, - postda salam nepolojeno... Həmin  gündən   Poylu  
Alxana  el-oba Poşol Alxan ayamasını verir. 
 
 
NİYƏ YEMƏYİB... 
 
Daş Salahlı Murad Qazax bazarında yağ satırmış. Bir Kürqıraqlı yaxınlaşıb 
yağın qiymətini soruşur. 
- Otuza verirəm, əzizim, səhərdən iyirmi kilo satmışam. Otuz manatdan 
götür, təzə inək yağıdı, yaylaqda tutulub. 
- On beş manatdan ver, iki kilo alım. Daş Salahlı Murad ona zəndlə baxıb: 
- Səhv eləmirəmsə, sən Kürqıraqlısan, kəndiniz də meşənin lap 
yaxınlığındadı. 
Kürqıraqlı tanış tapdığına sevinir: 
- Hə, - deyir, - Kürqıraqlıyam, kəndimiz də meşəyə lap yaxındı. 
- Əzizim, sizin o meşədə canavar olur? 
- Olur yox e, doludu canavarla, nə olub ki?... 
- Bəs sənin kimi eşşəyi indiyə kimi o canavarlar niyə yeməyib... 
 
 
URUS QAYITDI 
 
Üç il əsgəri xidmətdə olan qonşumuz daz Nağı qayıdıb gələnə kimi atası 
Qəfər kişi krışanın kirəmitini dəyişib şifer vurdurmuşdu. Əsgərlikdən gələndə daz 
Nağı həyətlərində durub təəccüblə  evlərinə  baxırmış. Anası Səba xala: 

- Ay oğul, - deyir, - yeri içəri keç qoca atanla görüş, evə niyə döyünə-döyünə 
baxırsan? 
- Mama, a poçemu naş dom ala buladı... Səba xala əlini dizinə çırpıb: 
- Boy Allah, mənə ölüm ver - deyir, gül kimi uşağım əsgərliyə musurman 
gedib urus qayıtdı. 
 
 
BAŞIN QİYMƏTİ 
 
Ağstafalı Cəbi kişi dəlləkdən soruşur: 
- A bacı oğlu, bir başı neçəyə qırxırsan? 
- Əmi, o baxır başın qiymətinə. 
- Onda oturum, qırx mənim başımı. Dəllək tər tökə-tökə Cəbi kişinin başını 
qırxıb qurtarır. Ayağa duran Cəbi kişi əlini cibinə salıb 10 qəpik tapır və qoyur 
dəllək stolunun üstünə. Dəllək təəccüblə: 
-  Bu nədi, a kişi, başının qiymətini ver, bu heç odekalon pulu da deyil... 
- Ay oğul, demədin ki, hər şey başın qiymətindən asılıdır. Mənim də başımın 
qiyməti 10 qəpikdi. 
 
 
HAÇA QURBAN 
 
Ağaların kef məclisində kesəmənlilərdən söhbət düşür. Deyirlər ki, bu 
kəndin camaatı igidliyi və baməzəliyi ilə yanaşı həm də hazırcavabdırlar. 
Kim Kəsəmənə gedibsə ona bir ayama qoşublar. Qurban ağa: 
- Gəlin mərc gələk, - deyir, o kəndə gedib-gələrəm, mənə heç bir ayama da 
qoşa bilməzlər. 
Çox deyiləni az eşidən Qurban ağa atını minib Kəsəmənə gedir. 
Kəndin girəcəyində atını saxlayır. Günorta üstü olduğundan kənddə heç kəs 
yox imiş. Bir də baxır ki, bulaq başından iki qadın gəlir. Təşəxxüslü ağa atın 
üstündə yanakı oturub əlini çənəsinə dayayır. Su gətirən qadınlara: 
- A bacı, bu kəndin gişiləri hanı, heç biri də gözə dəymir? 
- Qardaş, obaşdannan durub meşəyə gediblər. 
- Xeyir ola belə tez?... 
- Sənin   çənənin altına haça kəsib, gətirməyə gediblər. 
“Payı”nı alan Qurban ağa elə ordan da kor-peşiman geri qayıdır. 
O gündən el-obada onu Qurban ağa yox, ölənə qədər Haça Qurban deyə 
çağırırlar. 
 
ŞER ƏHVALATI 
 
Qubaya tez-tez yolu düşən Səməd Vurğun rayon komsomol komitəsinin 
katibi Camo Mahmudovla dostlaşmışdı. Xasiyyətlərində oxşarlıq olduğundan 
aralarında bərk zarafatları da vardı. 1950-ci ilin payızında Qubaya seçiciləri ilə 

görüşə gələn deputat Səməd Vurğun Camonu rayonda tapmır. İş yoldaşı Musa 
Mustafayevdən Camonun harada olduğunu soruşur. 
- Səməd, dostun Camo Misxora sanatoriyaya getdi. Gedəndə tapşırdı ki, şair 
buralara gəlsə, mənə bir şer yazıb qoysun. Onda biləcəm ki, Səməd Qubaya gəlib, 
məni yoxlayıb. Səməd Vurğun elə oradaca bir bənd şer yazıb Musaya verir ki, 
çatdırarsan Camoya. 
 
Camo gedibdir Misxora, 
Qızlar onu salıb tora. 
Səməd şer yazan deyil, 
Yoldan ötən gorbagora. 
 
 
CƏHƏNNƏM AŞIĞI 
 
Aşıq Kərəmoğlu kənddə sayılıb-seçilən kişi olsa da sənətkar kimi toy 
şənliklərinə onu öz kəndçiləri nadir hallarda dəvət edərdilər. Ona görə yox ki, o, 
zəif aşıq idi Sadəcə olaraq həmkəndliləri onun qədr-qiymətini bilmir, aşıqlığına o 
qədər də hörmət etmirdilər.. Soruşanda ki, a Kərəmoğlu, niyə sən burada dura-dura 
həmkəndlilərin kəndbəkənd düşüb aşıq axtarırlar. Yaralı yerinə toxunulan 
Kərəmoğlu deyərdi: 
- Mənim həmkəndlilərim toyqabağı düşürlər kəndbəkənd yaxşı aşıq 
axtarmağa. Yaxşı aşığın da biri deyir, beh almışam, gələmmərəm, digəri səfərdə 
olur, başqa birisi xəstə... Nə isə, yaxşı aşıq tapılmayıb, əlləri hər yerdən üzüləndə 
deyirlər, əşi cəhənnəmə ki, gedək aşıq Kərəmoğlunu gətirək, toyumuzu yola 
versin.. Ona görə də el-oba mənə “çəhənnəm aşığı” ayamasını verib. 
 
 
ANDIMI POZMAMIŞAM 
 
İsrafilin atası eşidir ki, oğlu kənddəki rus feldşeri Fenya ilə eşqbazlıq edir. 
Bir gün onu güdür və qızın yanında tutur. Oğlunu qabağına salıb evə gətirir. Üç-
dörd qonşunu çağırıb Quranı da stolun ustünə qoyur. 
- Oğul, - deyir, - dur, bu qonşuların yanında əlini bas Qurana və and iç ki, bir 
də gavur qızının qapısından içəri keçməyəcəksən. 
İsrafil atası deyənə əməl edir. Durub muqəddəs kitaba əl basıb and içir... 
Bir həftə keçmir ata eşidir ki, oğlu Fenyanın yanına yenə gedir. Yenə gəlib 
oğlunu Fenyanın yanında tutur və danlayır: 
- Ay naxələf oğul, bəs sən mənə söz verdin və Qurana da and içdin ki, bir də 
bu gavur qızının qapısından  içəri girməyəcəksən. 
İsrafil: 
- Ata, mən sənə söz verdim, Qurana da and içdim ki, bu qapıdan bir də içəri 
girməyəcəyəm. Ona görə də bu dəfə pəncərədən gəldim... Mən andımı 
pozmamışam. 
 

 
NİYƏ OTURUBSAN 
 
Xalq yazıçısı Mehdi Huseyn 40-cı illərdə Azərbaycan radio verilişləri 
idarəsinin rəisi işləyəndə orkestrin rəhbəri Qəni Qəniyev imiş. Qəni iki illiyə xarici 
ölkəyə işləməyə gedir. Onun yerinə Cabbar Cabbarovu təyin edirlər. İki ildən sonra 
qayıdıb gələn Qəni öz yerində işləmək istəyir. Lakin Cabbar orkestrin rəhbəri 
vəzifəsini əldən vermək istəmir. Sədr Mehdi Huseynin otağında Qəni ilə Cabbarın 
mubahisəsi duşur. Bu ara telefon zəng çalır. 
 - Mehdi danışan mənəm, Üzeyir bəy... 
- Buyurun, eşidirəm, Üzeyir bəy... 
- Nə var, nə yox, nəylə məşğulsan? 
Mehdi Huseyn cavab verir ki, Qəni 
72
 xaricdən qayıdıb gəlib öz yerini 
istəyir, Cabbar da vermir. Onların mubahisələrini həll edirik. 
Üzeyir bəy ani olaraq susur və handan-hana soruşur. 
- Nə deyir Cabbar? 
- Mubahisə  eləyirlər... o,  Qəniyə eşşək deyir... 
- Bəs Qəni? 
- Qəni də Cabbara eşşək deyir. Üzeyir bəy: 
- Mehdi, əzizim, sən ki, o iki eşşəyin arpasını bölə bilmirsən, bəs orda niyə 
oturubsan?
73
  
 
 
 
VURĞUNUN BABALARI DEYİB Kİ... 
 
- Əyan sağ olsun, o, dayçanın cinsindən asılıdır, bir yaşında, ya da yaş 
yarımında. Amma qatırla eşşəyi heç vaxt qırxmazlar. 
  
 
NEÇƏ YAŞINDA 
 
Xalq şairi Səməd Vurğunun ulu babası Alı ağa uzun müddət Qazax 
mahalının vəkili olmuşdur. Bir dəfə onu İrana şahın yanına nümayəndə göndərməli 
olurlar. Tədbirli, savadlı Vəkil Alı ağa İrana çatanda üzünü tərtəmiz qırxdırıb 
əvvəlcə əyanların hüzuruna gedir. Əyanlardan biri Alı ağanın çox gənc olmasına 
və üzünü tərtəmiz qırxdırıb saqqal saxlamamasına görə sataşmaq məqsədilə belə 
bir sual verir: 
- Vəkili-Mahali-Qazax Alı ağa, lütfən deyin görək sizin obada dayçanı neçə 
yaşında qırxırlar? 
                                                 
72
 Hər iki bəstəkаrın аdı dəyişdirilib. 
73
 Əhvаlаtı mənə 1990-cı il, аvqustun 28-də хаlq yаzıçısı Ismаyıl Şıхlı dаnışıb - müəl. 
 
 

Saqqallı əyanın nəyə işarə vurduğunu başa düşən uzaqgörən, hazırcavab Vəkil Alı 
ağa təmkinlə belə cavab verir: 
  
- Əyan sağ olsun, o, dayçanın cinsindən asılıdır, bir yaşında, ya da yaş 
yarımında. Amma qatırla eşşəyi heç vaxt qırxmazlar. 
 
SONRA BAĞLAYA BİLƏCƏKSƏNMİ 
 
Gürcü padşahı II İraklinin şəxsi dostu olan Vəkil Alı ağa bir vasitəçi kimi 
İran, Rusiya və başqa ölkələrin nümayəndələrilə görüşdə, diplomatik danışıqlarda 
həmişə yaxından iştirak etmişdir. 
...Bir dəfə II İrakli Vəkil Alı ağanı məsləhət üçün yanına çağırıb deyir: 
- Vəkil,    mən    Daryal    dərəsini müvəqqəti də olsa açmaq istəyirəm, buna 
necə baxırsan? Rus qoşunlarını Qafqaza buraxmaq istəyirəm... 
Uzaqgörən Vəkil Alı ağa fikirli-fikirli belə cavab vermişdir: 
- Hökmdar sağ olsun,  özünüz bilən yaxşıdır, açmaq asandır, amma sonralar 
görün bağlaya biləcəksinizmi? 
 
 
KEÇ YUXARI BAŞA 
 
Vəkil Alı ağanın böyük oğlu Hacı Məmmədxan ağanı bir dəfə dağ kəndinə 
toya çağırırlar. Hacı Məmmədxan ağa məclisə bir az tez gəlibmiş. Keçib oturur 
məclisin yuxarı başında. Qonaqlar yığışdıqca toy babası gələnləri yuxarı başa dəvət 
edir. Hacı Məmmədxan ağanı, görünür, tanımır. 
- Paho, xoş gəlmisən, ağa, bir az o yana otur, - toy babası üzünü yeni gələnə 
tutur: - buyur, bura yuxarı. Mən ölüm buyur, öz həmyerlimsən. Mən ölüm, keç 
başa, - deyib hamını başa keçirir. 
Hər yeni qonaq gəldikcə Hacı Məmmədxan ağa bir az o yana oturub, bir də 
baxır ki, gəlib düşüb lap qapının ağzına, yanında da bir ala-bula küçük, quyruğunu 
bulayıb ondan pay umur. Hirslənmiş Hacı Məmmədxan ağa küçüyün boğazından 
yapışıb düz yuxarı başa fırladır və acıqla: 
- Köpəy oğlunun küçüyü, sən də bunların həmyerlisisən, mən ölüm, keç 
yuxarı başa, - deyib məclisi tərk edir. 
 
 
QARA ZAĞIN QAYDASI 
 
Vəkil Alı ağanın oğlu Hacı Məmmədxan ağa ərəb kimi qara bir adam imiş. 
O, Xədicə Sultan xanım adlı qənirsiz bir gözələ evlənir. Onun tərifi bütün mahala 
yayılıbmış. Qohumunun ağıllı və gözəllikdə  
tayı-bərabəri olmayan bir qızla evlənməsi şair Kazım ağa Salik Şıxlinskiyə (1781-
1842) də çatır. Salik atını minib Xədicə xanımı görməyə gəlir. Hacı Məmmədxan 
ağa evdə olmadığından, Xədicə Sultan xanım ağzı yaşmaqlı onun qabağına çıxır. 
Buyurub düşməsini təklif edir. Salik atdan düşür, onun gözəlliyini yaxından 

görmək üçün soyuq su istəyir. Xədicə Sultan su gətirir. Su içəndən sonra şair Salik 
deyir: 
 
Evləri var bağ ağzında, 
Gül bitirər dağ ağzında, 
Bir xınalı kəklik gördüm 
Bir dümqara zağ
74
 ağzında. 
 
Bunu deyib, Salik atını sürüb gedir. Axşam Hacı Məmmədxan ağa evə 
qayıdanda Xədicə Sultan xanım xəbər verir ki, bu gün şair Kazım ağa Salik 
gəlmişdi. Onu evdə tapmadı, bu bayatını deyib getdi. Hacı Məmmədxan ağa 
gülümsəyir və cavabında deyir: 
 
Ələm qardan almaqdı, 
Qovğu cana salmaqdı, 
Qara zağın qaydası 
Xınalı kəklik almaqdı. 
 
 
İGİDLİYƏ BAĞIŞLAYIRAM 
 
Hacı Məmmədxan ağanın igidliyi haqda eldə, obada danışılan əhvalatlara 
Səməd Vurğun heyranlıqla qulaq asarmış. Mehdixan müəllim yazır ki, atam Yusif 
ağa babamız Hacı Məmmədxan ağanın hərbi əməliyatlarda təşkil etdiyi könüllü 
süvari dəstələrinə məharətlə başçılıq etməsindən tarixi söhbətlər edərdi. 
...Bir dəfə necə olursa, hökumət işində Hacı Məmmədxan ağanın əlindən 
xəta çıxır. O, qaçaq düşüb İranla Zaqafqaziya arasında dolaşırmış. Gürcü çarı II 
İrakli təkidlə tələb edirmiş ki, üzə çıxıb təslim olsun. Vəkil Alı ağanın ikinci oğlu 
Vəkil Yusif ağa bu işi özünün ağıllı bir tədbiri ilə sahmana salmışdır. II İrakli 
Ceyrançöldə ov edərkən uzaqdan, qabağına ceyran sürüsü qatıb ildırım sürəti ilə 
gələn bir ağ atlı görür. Sürü hökmdarın qarşısından keçəndə atceyranın birini 
yaxalayır və üstündəki igid qılıncla ceyranı yerə sərir. Bu mənzərəyə heyran qalan 
II İrakli üzünü Vəkil Yusif ağaya tutaraq: 
- Vəkil, bu igid adam kimdir? - deyə soruşur. 
Tədbirin baş tutduğunu duyan Vəkil Yusif ağa: 
- Padşah sağ olsun, - deyir, - nökəriniz Hacı Məmmədxan ağadır, sizə 
düşmən olan   xanlardan   birinin   ərəb   atını gətirib sizin qarşınızda sürür. 
Qardaşının işarəsilə Hacı Məmmədxan ağa atdan düşür və qılıncın tiyəsini hər iki 
əlində tutaraq II İraklinin qabağında hörmətlə təzim edir. Hökmdar isə əlini Hacı 
Məmmədxan ağanın çiyninə qoyub: 
- Mərhəba, - deyir, - sən əsl igidsən, bütün günahlarını igidliyinə 
bağışlayıram. 
                                                 
74
 zаğ - qаrğа. 
 

 
 
QAŞQA AT ƏHVALATI 
 
Vəkil Yusif ağa
75
 hər il köçünü yaylaqdan qaytaranda “Qaşqa tala” adlı 
mənzərəli bir yerdə dayanacaq edərmiş. Qonşu kənddən aşıq çağırtdırıb, məclis 
qurar, kef edərmiş. Məclisin sonunda aşığa ayağı səkili bir at bağışlarmış. 
Kişinin qoca vaxtı imiş. Yenə yaylaq köçündən qayıdır. Adəti üzrə aşığı 
çağırtdırıb oxudur. Birdən yadına düşür ki, var-yox bir ayğır atı, bir baş da dayçası 
var. Bəs aşığa nə bağışlasın. Aşıq isə ötən illərdəki kimi şirin-şirin şövqlə oxuyur. 
Və ona yenə ayağı səkili qaşqa at bağışlayacağını gözləyirmiş. 
Vəkil Yusif ağa arvadı və böyük oğlu ilə məsləhət eləyir ki, bu il ayğır at 
bağışlamağa imkanımız yoxdur. Gərək dayçanı verək, amma qorxuram aşıq inciyə. 
Onların söhbətini dəyənin kölgəsindö əyləşib nəfəs dərən aşıq eşidib ayağa durur 
və belə bir söz oxuyur: 
 
Əzizim Qaşqa tala, 
Şəmşivar, Qaşqa tala. 
Ağa istər day verə, 
Aşıq istər qaşqa at ala. 
 
Vəkil Yusif ağa üzünü oğluna tutub:  
- Oğul, - deyir, aşıq bizi qabaqladı. Qaşqa atı var minib getsin. Kişiyə 
halaldı.
76
 
 
 
BOLUŞ BƏY 
 
Qarabağ xanı İbrahimxəlil xanın dövründə Boluş bəy adlı bir cavan xanlığa 
və onun adamlarına boyun əyməyən cəsur bir igid kimi ad-san qazanıbmış. 
Dağlarda mal-qara və qoyun sürüsü saxlayan Boluş bəy yarımqaçaq, öz sürülərinin 
içində dolanırmış. Xan və onun adamlarının əlinə keçməmək üçün tez-tez yerini 
dəyişib sərt və qayalı dağlarda məskən salarmış.. 
İbrahimxəlil xan adamlarına əmr edir ki, Boluş bəyi tutmaq üçün müəyyən 
yerlərə gözətçilər qoyun, çalışın diri tutun, tuta bilməsəniz də öldürün. Xan 
fikirləşirdi ki, Boluş bəyin ona tabe olmamağı, ağayana hərlənməyi qalan 
rəiyyətlərə də rəvac verər. Uzun zaman güdəndən sonra xanın adamları Boluş bəyi 
tutub xanın hüzuruna gətirirlər. Boluş bəy Şuşa qalasına gətiriləndə axşam tərəfi 
                                                 
75
 Gürcüstаn Мərkəzi Dövlət Аrхivində sахlаnаn sənədlərdə Sаlаhlı vəkil Yusiv bəyin 1799-cu ildə Gürcü çаrı XII 
Gеоrginin sаrаyındа еşik аğаsı vəzifəsində işləməsi göstərilir - müəl. 
 
76
 Əhvаlаt Rеspublikа Əlyаzmаlаrı Institutundа sахlаnаn (F.27.С.В.1615) Isgəndər Ismаyıl оğlu Vəkilоvun 
“Аzərbаycаn хаlq şаiri Səməd Vurğun hаqqındа”yаzısındаn götürülmüşdür. Isgəndər Vəkilоv həmin yаzısını 1962-
ci ilin nоyаbrındа yаzıb göndərmişdir - müəl. 
 

imiş. Xan əmr edir ki, onu bu geçəlik dama salsınlar, sabah divanına baxıb, 
cəzasını verər. 
Bu zaman vəzir Molla Pənah Vaqif dostları ilə başmaq seyrinə çıxıbmış. 
Görür ki, xanın adamlarının qabağında ucaboylu, pəhlivan cüssəli, neçə illərdi 
xana meydan oxuyan el qəhrəmanı Boluş bəy gətirilir. Onun tutulmağı Vaqifi bərk 
kədərləndirir. Gözətçilər vəziri görəndə dustağı dayandırıb ona hörmətlə təzim 
edirlər. Boluş bəyə canı yanan vəzir Vaqif ona kömək məqsədilə deyir: 
 
Xan mən olsam, Boluşu 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin