Hərbi nazir, tam artilleriya generalı
Səməd bəy Mehmandarov.
Baş qərargah rəisi polkovnik Həbib bəy Səlimov”.
* * *
Görkəmli sərkərdəmizin Azərbaycana gəlişini, dar gündə
xalqın dayağı olmasını əsgərlər böyük sevinclə qarşılamışdır. İl-
yarım fəaliyyətdə olan milli ordumuzda iyirmi bir azərbaycanlı
general xidmət etmişdir. Onlardan yalnız ikisinə – Teymur bəy
Novruzova və Səməd bəy Mehmandarova əsgərlər şərqi qoş-
muşlar:
Şəmistan Nəzirli
437
Qafqaziyaya şan gəlir,
Dərdlərə dərman gəlir.
Aç köksünü, qarlı Qafqaz,
Sevdiyin Səməd gəlir.
* * *
Çoxdan bəri gözlədik,
Qafqaziyanı əfv et, yaşa.
Onun sizə salamı var,
Minlər yaşa, Səməd paşa.
* * *
Aslan ürəkli Səməd paşamız,
Şanlı komandan, sənsən babamız.
Sənə qurban olsun ata-anamız
Al bir düşməndən türkün qanını.
* * *
Yetmiş il əl vurmadığımız üzümüzə “tamamilə məxfidir”
qrifilə bağlanan Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində
generalımız haqqında belə şərqilər çoxdur. Bu şərqilərdən hiss
olunur ki, xalq öz xilaskarını gözləyirmiş.
Səməd paşa sərdarımız,
Qan axıdar xəncərimiz.
Düşmənləri qəhr edərik,
Yurdlarını məhv edərik,
Biz bir tabor əsgərlərik,
Pək şanlıyıq.
* * *
Sağ ol, Səməd paşa, səni min yaşa,
Vətənin üstündə oldun tamaşa.
Səməd paşa əsgərlərin padəri,
Çağırır silah başına irəli.
General Əli ağa Şıxlinski və silahdaşları
438
Azərbaycanın taleyi həll olunduğu bir vaxtda müdafiə naziri
kimi məsul vəzifəyə gələn Səməd bəy Mehmandarov qarşıda
duran çətinlikləri çox yaxşı dərk edirdi. Yüz illərlə əsgəri qüvvəsi
olmayan bir xalqa qısa vaxtda nizami ordu yaratmaq ağır və mə-
suliyyətli iş idi. Bir tərəfdən də bu dar gündə Azərbaycanın ətrafı
düşmənlərlə əhatə olunmuşdu. Dağılan imperiyadan Azər -
baycana heç nə qalmamışdı. Nə silah, nə əsgəri qüvvə, nə də qış-
lalar vardı. Tərəddüd, şübhələr, bəzən də inamsızlıq altmış iki
yaşlı ixtiyar generala əzab verirdi. Amma qəlbindəki inamı, güc-
lü vətənpərvərliyi hər şeydən üstün idi. Bu inam güclü dağ seli
olub tərəddüd və şübhələri yuyub aparırdı. Ana vətənə olan
sonsuz bir məhəbbətlə o, kürsüyə qalxmışdı.
Səməd bəyin səlis danışığı, mərd siması, vətən təəssübkeşliyi
ilə yana-yana danışması ziyalı qadınlarımızdan birinin – Məryəm
xanım Bayraməlibəyovanın yaddaşında əbədi qalmışdır:
– Kürsüdə, gözqamaşdırıcı şüaların düşdüyü yerdə general
Səməd bəy Mehmandarov dayanmışdı. Ağarmış saçları, nurani
sifəti daxili kamillikdən xəbər verirdi. Bu gün o, hərbi nazir vəzi-
fəsinə təyin edilməyinə razılıq verməli idi. Respublikanın fəaliy-
yətinin elə ilk günlərindən generala təkidlə müraciət etmiş dilər
ki, belə bir məsuliyyətli vəzifəni öz üzərinə götürsün. O isə hər
dəfə qətiyyətlə bu təklifi rədd etmişdi. Ona görə yox ki, çətin lik
çəkəcəkdi. Dərk edirdi ki, indiyə qədər çarın etibarsız saydığı
müsəlmanları, hərbi mükəlləfiyyətə layiq görmədiyi xalqı indi
yeni sənətə hazırlamalı idi. Bu ona bənzəyirdi ki, yaşlı, ahıl bir
adama yazı yazmağı öyrədəsən. Yox, yox, yüksək təş kilatçılıq
keyfiyyətinə malik olan keçmiş çar generalını belə çətinliklər
qorxuda bilməzdi.
…Səməd bəy Mehmandarovu bu addımı atmağa vadar edən
isə qarşısı alınmaz, çox qüvvətli bir hiss idi – Vətən məhəbbəti.
Azca həyəcanla dediyi “Üzərimə götürdüyüm bu müqəddəs
vəzifəni yerinə yetirməyim üçün bütün gücümü və bacarığımı
sərf edəcəyəm!” – sözləri yerdən alqışlarla qarşılandı. Onun yan-
yörəsində parıldayan günəş şəfəqləri bu günün bayram əhvali-
Şəmistan Nəzirli
439
ruhiyyəsini daha da artırırdı. “Generalın bu müdrikliyi təzimə
layiqdir. Allah özü onu bizə xilaskar yollayıb”, – deyə hörmət
əlaməti olaraq başımı endirdim.
* * *
Tapılan hər bir sənəd, fotoşəkil yenidən yazılacaq Azərbaycan
tarixinin sanballı səhifəsi olacaq. Xüsusilə, hərbi tariximizdəki
boşluğun doldurulması suveren dövlətimizin özülünü qoyan
gənclərimizdə daha çox maraq doğurur. Çünki bu sahə uzun
illər araşdırılmamış, “tamamilə məxfi” qalmış və hətta lazımsız
bir tarix kimi öyrənilməmişdir. Öyrənilən və öyrədilən isə yalnız
“böyük qardaşımızla”, bir də nankor qonşumuzla “dostluq səhi-
fə lərimiz” olub.
Yetmiş il əl vurmadığımız 1918-1920-ci illərin arxiv qovluqla-
rı açıldıqca bizə məlum olur ki, il yarım fəaliyyətdə olan Milli
Ordu tariximiz çox zəngin olmuşdur. O da məlum olur ki, hərb
tariximizi zənginləşdirən general Səməd bəy Mehmandarov, Əli
ağa Şıxlinski, Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç, şah-
zadə Əmir Kazımxan Qacar, topoqraf-general İbrahim ağa
Vəkilov… bir də Azərbaycanın əsgər və zabitləri idilər.
Şöhrətli generalımız Səməd bəy Mehmandarovun bu illərdəki
(1918-1920) fəaliyyəti xüsusilə böyükdür. Onun yeni ordunun
yaradılmasındakı müstəsna rolu, 1918-ci il dekabrın 25-də
Azərbaycan xalqına müraciəti, əsgər, zabitlər qarşısında ata nəsi-
hətli çıxışları və nəhayət, güclü Vətən təəssübkeşliyi qırx minə
yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu.
Həyatı və fəaliyyəti hələ də lazımınca tədqiq olunmamış ge-
neral Mehmandarovun haqqında araşdırmalar apardıqca təkcə o
illərin sənədlərində yox, qəzetlərin də səhifələrində çıxış və
nitqlərinə rast gəlmək olar.
İlk hərbiyyə nazirimiz Səməd bəy Mehmandarov belə bir
nitqlərdən birini 1919-cu il fevralın 25-də Azərbaycan Məclisi-
Məbusanında da söyləmişdir. Generalın nitqi həmin il martın 7-də
“Azərbaycan” qəzetində (131-ci nömrəsində) dərc olunmuşdur.
General Əli ağa Şıxlinski və silahdaşları
440
Səməd bəy öz nitqində bugünkü ordumuzda da mənfi hal
kimi qəbul edilən fərarilikdən söhbət açır və o vaxtlar orduda
onun olmasını xüsusi qeyd edir: “…Gəncədə son zamanlar bir
adam qaçmışdır. Əhali özü qaçanlara nifrət edir və hətta çox
vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb geri gətirmişlərdir.
Güman var ki, müsəlmanlarda olan fitri nizam və ədəbə görə
vaxtilə heç kəs qaçmayacaqdır”.
Ümumi məzmunu vətənpərvərlik ruhi ilə dolu olan Səməd
bəy Mehmandarovun nitqi bugünkü ağrı-acılarımızla tam səs-
ləşir:
“Cəbhədə bulunmuş bütün zabitan ordu tərəfindən onlara ve-
rilmiş əşya, yer və başqa ləvazimatı hərbiyyə deyil, kəndi əşya-
larını dəxi tamamən qeyb etmişlər. Bu qisim şeyləri yenidən
düzəltmək üçün birmanatlıq nəsnəyə 30-dan 100 manata qədər
pul verilməlidir”.
Parlamentdə mülahizələrini sərt şəkildə bildirən nazir baha-
lığın tüğyan etdiyi ölkədə ordu quruculuğuna mane olanları
cəza landırmağı tələb edir. Axı, əlli ilə yaxın nizami orduya qul-
luq edən Mehmandarov heç vaxt görməmişdi ki, zabit əsgərin
yeməyini, paltar və silahını satıb cibxərcliyi eləsin. İliyinə qədər
təmiz adam olan Səməd bəy indi gördüklərinə heyrət edir və
dəhşətə gəlirdi. O, zabit adını, zabit şərəfini qorumağı hər şeydən
üstün tuturdu. Ona görə də Məclisi-Məbusandakı nitqində xü-
susi vurğuyla qeyd edilir ki, əsgəri təlim və ölümə kimi varmağa
hazırlıq tərbiyəsi üçün dəvət olunmuş zabitan əsgər nəzərində
sahibi-nüfuz və şərəf olmalıdır. Bunun üçün zabitan yalnız məri-
fət cəhətincə deyil, zahiri dəxi əsgərə hüsni-təsir bəxş olmalıdır.
Onun geyiminin daimi təmiz və faxir olması vacibdir.
Səməd bəy Mehmandarov Azərbaycana müharibə şəraitində
gəlmişdi. Hələ imperiya dağılmamış ölkədə anarxiya, başıpo-
zuqluq hökm sürürdü. Ayrı-ayrı qəzalarda qaçaq-quldur dəs-
tələri yaranmışdı. Bakıda bolşevizm hökmranlıq iddiasında idi.
İrandan və Qafqaz cəbhəsindən qayıdan rus əsgərləri, erməni-
Şəmistan Nəzirli
441
daşnak dəstələri ilə birləşib “Şura bayrağı” altında təkcə Bakıda
on iki min nəfərə yaxın azərbaycanlını qanına qəltan eləmişdi.
Bu talan və qırğınlar yalnız Bakıda deyil, Quba, Şamaxı,
Gəncə, Qarabağ, Muğan bölgələrində də olmuşdu. İrəvan və
Zəngəzurda dağılan kəndlərin, öldürülən soydaşlarımızın sayı
yüz mini keçmişdi.
Azərbaycan hökumətini tanımaq istəməyən əldəqayırma
Mu ğan Respublikası, ingilis qoşunlarının gəlişi, ağqvardiyaçı
general Denikin təhlükəsi, müxtəlif siyasi “Hümmət”, bitərəf so-
sialist, daşnak partiyaları, portfelsiz nazirlər elə hey çoxalırdı.
Sərhəd bölgələrində erməni hücumları, məhəlli toqquşmaları
yeni yaranan orduya dirçəlməyə imkan vermirdi. Belə şəraitdə
hərb naziri və onun tabeliyində olanlar gərgin işləməli olurdu.
Əsgəri qışlaları gəzib yoxlayan Səməd bəy Mehmandarov, hələ
ki, könülaçan heç nə görmürdü. Nə nizam-intizam, nə geyim və
silahlanma, nə də hərbi hazırlıq peşəkar hərbiçi olan naziri qane
etmirdi.
Parlamentdə “Türklər külli miqdarda ərzaq şeyləri qoyub
getmişlərdir. Onlardan külli miqdarda taxıl, heyvan və s.
məkulat qalmışdır” – deyən hərb naziri din və dil qardaşımızın
xeyirxahlığı ilə yanaşı qüsurlarını da söyləməkdən çəkinməmişdir.
“Əlbəttə, heç kəs inkar etməz ki, türklər bizim millətimizə
nicat verməklə bizə böyük xidmət etmişlərdir. Amma burası
onların hərəkətini tənqid etməyimizə də mane olmaz. Hərbiyyə
nəzarəti Gəncəyə köçənədək bizə xəbər verdilər ki, əsgəri
işlərimiz yaxşıdır..., lazım olan kimi məşq verilir və ilaxır. Hər
yeri gəzdim, qətaəti-əsgəriyyəmizə baxdım. Fəqət, iş heç də
yaxşı deyildi. Əsgərlərimiz əzgin, düşkün bir halda, yeməkləri
pis, mənzilləri fəna bir halda, yorğan-döşək yox, onların çoxu
xəstə idi. Xəstə əsgərlərin həpsini sağlamları ilə dəyişməyə
məcbur olduq. Qoşun yığmaq işləri yaxşı getmirdi. Rəislər və
moqif komandaları öz vəzifələrindən sui-istifadə edirlərdi.
Çox bir külfətin yeganə çörək gətirəni əsgərə alırdılar. Bu iş də
camaatı narazı salıb, qoşun yığmaqdan nifrətləndirirdi. Nuru
General Əli ağa Şıxlinski və silahdaşları
442
paşa Azərbaycandan gedərkən özü mənim yanıma gəldikdə
boynuna aldı ki, əsgərlik barəsində Azərbaycan fəna bir halda
qoyulmuşdur”.
1918-ci il dekabrın 25-də Azərbaycan Respublikasının hərbi
naziri general Səməd bəy Mehmandarov öz xalqına yanıqlı
dəyanətlə müraciət etmişdir.
Bəyanatın əsas mövzusu o vaxtlar milli orduda yaranan
hərcmərclik və özbaşınalıq idi. Həmin illərdə nazir Səməd bəy
Mehmandarovun müavinləri Əli ağa Şıxlinski, Məmməd bəy
Sulkeviç və Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov kimi
məşhur generallar olsalar da, yenə də orduda fərarilik və xoşa-
gəlməz hallar baş verirdi. Lakin onlar zəngin hərbi təcrübələrinin,
biliklərinin və əsil hərbçi dəyanətlərinin sayəsində tam nizami
ordu yaratmağa nail olmuşlar.
Zaman, dövr dəyişib. Səksən beş ildən sonra tarix təkrar olu-
nur. O vaxtkı ümumi vəziyyət bu gün yeni yaranan ordumuzda
qismən də olsa var: bəzi nadanların fərariliyi və min bir bəhanə
ilə Vətənin müdafiəsindən yayınmaq…
Bəs o vaxtkı məşhur sərkərdələrimiz, xüsusilə nazir Səməd
bəy Mehmandarov fərariliyin qarşısını necə almışdır? Məhz
tələbkarlığı və sərt bəyanatı ilə 1918-ci ildə Səməd bəy Mehman-
darov orduda yaranan çatışmazlığın qarşısına keçilməz bir sədd
çəkmişdir.
Xalqımızın dar günündə hərbi nazir Səməd bəy Mehmanda-
rovun on səkkizinci ildə yazdığı “Azərbaycan vətəndaşları” adlı
müraciəti bu günümüzlə tam səsləşir. Onu da xatırladım ki, aş-
karlığın işığı ilə açılan “tamamilə məxfidir” qrifli sənəd oxucula-
ra ilk dəfə təqdim olunur. Bu maraqlı əlyazmasını Respublika
Yeni Tarix Mərkəzi Dövlət Arxivində araşdırmalar apararkən
əldə etdik.
“Cari ilin yazından etibarən Azərbaycan müstəqil dövlət
oldu. Bu müddət ərzində cəmi hökumət adamlarının bütün
səyləri ölkədə anarxiyanın qarşısını almaq oldu və qanunçuluq
pozulan yerlərdə onun bərpasına yönəldilmişdir. Bu məqsədə
Şəmistan Nəzirli
443
nail olmaqdan ötrü hökumətin başqa tədbirlərinin arasında
özümüzə məxsus hərbi qüvvələrin yaradılması, yəni Azərbaycan
qoşunlarının təşkili haqqında qərar qəbul olunmuşdur.
…Hal-hazırda qoşunlarımızın təşkilini öz öhdəmə götür-
müşəm.
İndi ölkəmizin bütün vətəndaşları – istər kasıb, istər dövlətli,
eyni şəkildə hərbi qulluğu çəkəcəklər. Və əgər haçansa, kimsə
döv lətliləri hərbi qulluqdan azad etsə, günahkarlar ağır cəza-
lanacaqlar.
Hərbi hissələrdə əsgərlər yaxşı geyinəcək. Onların ərzaq-
larının keyfiyyətcə yaxşı olmasına xüsusi fikir verib, bu barədə
ciddi elan etmişəm. Göstəriş verilib ki, otaqlar təmir olunsun,
qızdırılsın, bütün əsgərlərin fərdi yorğan-döşəyi olacaqdır.
Mən tədbir görmüşəm ki, əsgərlərə qarşı bütün qeyri-qanuni
hərəkətlər ciddi töhmətlənsin və xüsusi ilə əsgərlərin döyülməsi
halları ciddi cəzalandırılsın.
…Bütün bu tədbirləri həyata keçirib, üzümü ilk növbədə sizə,
hərbi hissələri tərk etmiş Azərbaycan vətəndaşlarına tuturam və
bəyan edirəm ki, sizin böyük xətanızı, əsgərlikdən qaçmağınızı
bağışlayıb öz hissələrinizə köhnə təqvimlə, yanvar ayının birin-
dən gec olmayaraq qayıtmağa çağırıram. Lakin, əlavə edirəm ki,
bu müddət üçün kim öz bölüyünə qayıtmasa, o hərbi dövrün
qanunlarına görə ağır cəza alacaq.
Bundan sonra, ölkəmizin bütün əhalisinə əziz Vətənimiz
adın dan müraciət edərək xahiş edirəm ki, gözəl Vətənimiz Azər-
baycan eşqinə, yüksək vətənpərvərlik hissimiz naminə mənə bi-
zim qoşunumuzun təşkili işində yardım göstərəsiniz, bu qoşun
bizə ölkəmizdə qanunçuluğu qorumaqdan ötrü vacibdir və yenə
də xahiş edirəm ki, bütün o şəxslər ki, çağırış yaşları çatıb,
əsgərlik etməlidirlər. Torpaqlarımızı qorumaq üçün özlərini çat-
dırsınlar. Qoy Vətən qarşısında borcunu unudan hər kəs Vətən
qarşısında böyük günah işlətdiyi üçün qohum-qardaş qınağı al-
tına düşsün və əlbəttə, qanun üzrə cəzalandırılsın.
Mənim bu bəyanatım ölkənin hər yerində yayılacaq və qoy
savadlılar onu oxuyub mənasını savadsızlara çatdırsınlar”.
General Əli ağa Şıxlinski və silahdaşları
444
Sənədlərin izilə
Yalnız azərbaycanlılardan təşkil olunmuş hərbi
qüvvələrimiz, dünya tarixinə yazılmış və bütün Av-
ropa xalqlarının bizə nisbətən daha çox bildikləri,
danışdıqları qəhrəmanlıqlardan ibarət şanlı hərb ta-
riximizi bilməlidir. Yüzillik rus hakimiyyətindən
azad olmuş türk xalqına xatırlatmaq lazımdır ki, biz
həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa
və Asiyaya öz tələblərimizi etmişik.
…Belə zənn edirəm ki, türk tarixini yaxşı bilən
kiməsə, bugünkü mühüm hadisələr də daxil olmaqla
bizim xalqın tarixinə dair əsər yazmağı tapşırmaq
lazımdır. Bu əsərdə xalqımızın keçmiş şöhrəti və yad
hakimiyyəti dövründəki əzabları güzgüdə olduğu
kimi öz əksini tapmalıdır.
Səməd bəy Mehmandarov
2 aprel 1919-cu il
İnciyənədək arxivdə generalın imzaladığı yüzlərlə sənədə,
raporta və müraciətə rast gəlmişəm. Onların hamısı makinada
yazılıb, ya da mətbəədə nəşr olunub. Yalnız bu yaxınlarda əlyaz-
ması olan bir sənəd tapdım. O, hərb naziri Mehmandarovun öz
dəst-xəttilə Azərbaycan hökumətinin ünvanına yazılıb. 1919-cu
il aprelin ikisində yazılan ikisəhifəlik məruzə mənim üçün qeyri-
adi tapıntı oldu. Nə gizlədim, bu tapıntıma hədsiz dərəcədə se-
vindim. Ona görə sevindim ki, müharibə aparan ölkənin genera-
lının xalqının hərb tarixini yazdırmaq təşəbbüsünü vətənpər-
vərliyin zirvəsi kimi qiymətləndirdim.
Yuxarıda epiqraf kimi istifadə etdiyimiz cümlələr də həmin
məruzədəndir. Belə tarixi sənədlərdən bixəbər olduğumuza görə
bəzi “sapı özümüzdən” olan nadanlar keçmiş sərkərdələrimiz
barədə artıq-əskik danışırlar. Onlar hətta “hücuma” keçərək ya-
Şəmistan Nəzirli
445
zırlar ki, niyə Mehmandarovun, Şıxlinskinin və başqa sərkər-
dələrimizin Napoleon, Kutuzov, Suvorov kimi müdrik fikirləri,
hərbi elmi əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-
vətənpərvər damğası vururlar. Onda belələrinə cavab vermək
çox ağır və əzablı olur. Bu müasir “vətənpərvərlərə ” başa sal-
maq lazımdır ki, totalitar rejim yetmiş ildən çoxdu onların 1918-
1920-ci illərədək fəaliyyətinə “tamamilə məxfidir” möhürünü
vurub. İndi budur, aşkarlığın sayəsində səksən beş ildən sonra
belələrinə Səməd bəy Mehmandarovun yazdığı tarixi sənəd ca-
vab verir:
“Düşmənə qarşı mübarizə tədbirlərindən biri də xalq içəri-
sində sağlam milli hisslərin yaradılmasıdır. Bu vəziyyət Azər-
bay can Respublikasının yaranmaqda olan gənc ordusu üçün
xüsusilə zəruridir. Yuxudan yenicə oyanmış xalqda sağlam, mil-
li hiss oyatmalıyıq. Biz müsəlmanlar ancaq indi şüurlu həyat və
milli yaradıcılıq dövrünə ayaq basmışıq… Xalq arasında türk
irsinin milli hisslərini və vüqarını qaldırmaq üçün xalqı, qoşun-
larımızı onun tarixi keçmişi ilə tanış etməliyik.
Yazılacaq məşhur tarixi əsərlər xalq içərisində və qoşunlarda
geniş yayılmalı, hər bir kənd müəllimi və hər bir azərbaycanlı
zabiti ondan istifadə etməlidir.
Gələcəkdə hökumətin köməkliyi ilə türk xalqının dahi xadim
və rəhbərləri üçün müvafiq abidələr qoymaqla, onların xatirələri
əbədiləşdirilməlidir”.
Zənnimizcə, general Səməd bəy Mehmandarov belə sağlam,
milli düşüncəsi ilə heç bir publisistdən geri qalmır. Sənətini,
dövrünü nəzərə alsaq, bəlkə də o, müasiri olan ən yaxşı yazıçı-
publisisti bir neçə addım ötüb-keçir.
Azərbaycan Dövlət Arxivində saxlanılan iki nömrəli qovluq-
da general Səməd bəy Mehmandarovun daha bir vətənpərvər-
liyinin milli qürurunun şahidi oluruq. Orada yazılır ki, 1918-ci
ildə ingilis qoşunlarının
1
Azərbaycanda öz ərazilərində olduqları
1
1918-ci il noyabrın 17-də general V.M.Tomsonun komandanlığı ilə
Bakıya gələn ingilis qoşunları 1919-cu ilin avqustunda Azərbaycan
ərazisindən çıxdı – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
446
kimi etinasız ağalığı hərb naziri Səməd bəy Mehmandarovu
qəzəbləndirmişdir. Nazir onların istilaçı hərəkətlərinə etiraz
əlaməti olaraq, vaxtilə (Birinci Dünya müharibəsi illərində –
Ş.N.) ingilis komandanlığı tərəfindən təltif olunmuş ordenləri
geri qaytararaq qəzəblə demişdir:
– Torpağımı, xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni
mənə lazım deyil. Xalqıma silah qaldıran bir ordunun ordenini
gəzdirmək mənim üçün ən böyük təhqirdir.
Azərbaycandan çıxan ingilis qoşunlarının komandanı gene-
ral Tomson şayiələr yayırdı ki, Azərbaycan bundan sonra özünü
idarə edə bilməyəcək.
Azərbaycan ordusu yox dərəcəsindədir. Orada qayda-qanun
da yoxdur. Guya Azərbaycanı yağılardan qoruyan, onu idarə
edən Tomsonun min ingilis və səkkiz yüz nəfərlik balağıaçıq
hind əsgəri olmuşdur. Bu şayiələrdən sonra Azərbaycanda olan
ingilis hərbi jurnalisti Skotlend-Liddel İngiltərə qəzetləri üçün
hazırladığı xəbərlərdə yazırdı ki, Transqafqaz şayiələr ocağıdır.
Burada şayiələr külək təpələr arasında yayılan kimi yayılır. Bir
çox şayiələr Moskvada quraşdırılır və dövriyyəyə buraxılır. Ba-
kıda ingilis ordusuna ehtiyac yoxdur. Azərbaycan özü özünə
qayğı göstərə bilər. Mən bura iki gün əvvəl gəlmişəm və açığını
deyim ki, bütün gördüklərim məndə dərin təəssürat yaradıb.
Mənim şəhərdə olmadığım dörd həftə ərzində burada çox
təəccüblü dəyişikliklər olub. Mən buraya gəldim ki, hamının
mənə dediyi qarışıqlığı görüm, lakin onu tapa bilmədim. Tam
qayda-qanun var. Mənə dedilər ki, mən ordu əvəzinə pozğunlaş-
mış kütlə görəcəyəm, lakin mən yaxşı, nümunəvi, güclü, odlu-
alovlu gənclər gördüm. Doğrudan da mən indi Bakıda elə qayda-
qanun gördüm ki, müharibə başlayan vaxtdan bugünədək Bakı-
da olmamışdım… Qayda-qanun ancaq Bakıda hökm sürmür,
son dəyişikliklər bütün respublikada vəziyyəti aydınlaşdırmış-
dır. Qarabağ şuluqluğunu sülh əvəz etmişdir. Ermənilər və
azərbaycanlılar sazişə gəlmişlər. Lənkəranda bolşeviklər Azər-
Şəmistan Nəzirli
447
baycan ordusu tərəfindən məğlubiyyətə uğradıldılar. Onlar bü-
tün silah və sursatlarını Azərbaycan hökumətinə təhvil verdilər,
adamlar isə xahiş etdilər ki, onları Azərbaycan hökumətinin
tabeliyinə götürsünlər… Bütün bunlar şübhəsiz sübut edir ki,
Azərbaycan qarmaqarışıqlıqdan qorxmur və bolşeviklərdən
çəkinmir. Azərbaycan dövləti indi Transqafqazın bütün qalan
xalqları üçün nümunəyə çevrilmişdir
Dostları ilə paylaş: |