Mənbələrdən gələn səslər
Bakı limanı getdikcə yararlı hala salınırdı… Gəmi
heyətinin əksəriyyəti bakılılardan olurdu. Gəmiçi-
liyin inkişafı bakılıların çoxunu dənizə həmişəlik
bağlayırdı. O illərdə şəhərə nadir ailələrə rast gəlmək
olardı ki, dənizçi olmasın. Gəmilərdə qara fəhlə
işləyən də çox idi. 1820-ci illərdə Bakı sularında artıq
altmışa qədər yelkənli gəmi üzürdü.
Qılman İlkin,
xalq yazıçısı
Azərbaycan Hərbi Dəniz Donanması tarixində ilk admiralı-
mız Dərgahqulu bəyin oğlu Birinci Mirzə Məhəmmədxan ol-
muşdur. Təəssüf ki, hələlik onun fotoşəklinin əldə etmək və
ömür yolunu tam öyrənmək mümkün olmamışdır. Lakin Hərbi
Dənizçilik tariximizin səhifələrində Mirzə Məhəmmədin fəa-
liyyəti barədə az da olsa məlumat var. İyirmi yaşında Bakı xanlı-
ğına hakim olan Mirzə Məhəmmədxan atası Dərgahqulu bəydən
sonra bərbad hala düşmüş iqtisadiyyatı qaydaya salmaqla yana-
şı, Xəzərdə gəmiçiliyin inkişafına xüsusi qayğı göstərdi. İlk dəfə
Bakı limanında gəmiçiliyin inkişafına da o başlamışdır. Bu
məqsədlə Avropada gəmiqayırma təcrübəsini öyrənmək üçün
səfərə də çıxmışdır. Sevimli yazıçımız Qalman İlkinin “Bakı və
bakılılar” sənədli əsərindəki bir epizod tarixi fakt kimi qiy-
mətlidir.
Şəmistan Nəzirli
411
“Bir gün Mirzə Məhəmmədxan oğlu Məlik Məhəmmədi ya-
nına çağırıb dedi:
– Qulaq as, Məlik Məhəmməd, gör nə deyirəm. Biz dəniz
sahilində oturmuşuq, ancaq öz gəmilərimiz yoxdur. Balıqçı
gəmiləri ilə iş aşmaz. Bizə elə gəmi lazımdır ki, üstümüzə düşmən
gələndə onun qabağına çıxa bilək.
Atıcının sözlərindən heç bir şey başa düşməyən Məlik
Məhəmməd gözlərini döyə-döyə ona baxırdı.
– Bunun üçün mən Avropaya getməliyəm, – deyib Mirzə
Məhəmməd xan dərindən nəfəs aldı. – Yaxşı gəmiləri ancaq ora-
larda düzəldirlər.
– Bəs burada kim qalacaq? – Məlik Məhəmməd təəccüblə so-
ruşdu.
– Necə yəni kim qalacaq? Sən!
Məlik Məhəmməd bəzi işlərə qarışaraq atasına kömək
edirdisə də özünə qarşı bu cür etibarı heç gözləmirdi.
Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, Bakı xanı
admiral Mirzə Məhəmməd xan tez-tez Langertə gedərək orada
gəmi inşasına rəhbərlik edirdi.
O doqquzuncu əsrin əvvəllərinə məxsus başqa bir mənbə də
mövcuddur. 1804-1806-cı illərdə Azərbaycana işğalçılıq məqsə-
dilə gələn rus qoşunlarının burnunu Xəzərdəki hərbi dənizçilə-
rimiz ustalıqla ovmuşdular. İran tarixçisi Nəsir Nəcimi yazır ki,
Abbas Mirzənin cəsarətli sərkərdəsi, Bakının igid komandiri
(əslində valisi) Hüseynqulu xan toplardan birini rus gəmilərindən
azacıq aralı olan yerə çəkib, heyrətləndirici cəldlik və fədakarlıq
göstərərək düşmənin bir neçə gəmisini top mərmisiylə dənizə
qərq etmişdi.
Şübhəsiz ki, on yeddi yaşlı İbrahim bəy Aslanbəyovun Peter-
burqda Hərbi Dəniz Korpusunu bitirməsi də ilk admiralımız
Mirzə Məhəmmədin arzu və istəyi ilə bağlı olmuşdur. Bakıxa-
novların ailə şəcərəsində Allahverdi adlı bir şəxs vardı. Bəlkə,
İbrahim bəy Aslanbəyov həmin Allahverdi bəyin oğludur? Təəs-
süf ki, yüz yetmiş üç illik zaman məsafəsində bunu dəqiqləşdirmək
General Əli ağa Şıxlinski və silahdaşları
412
mümkün olmadı. Ancaq xatırlamaq istədik ki, o vaxtlar aşağı
təbəqəyə məxsus ailənin on üç yaşlı oğlu Rusiyada oxumaq im-
kanına malik ola bilməzdi. Demək, ilk vitse-admiralımız İbra-
him bəy Aslanbəyov Bakı xanlarının nəslinə mənsub dur. Şəxsi
işindən zadəgan nəslinə mənsub olması barədə qeyd də bunu
sübut edir.
Adətən ensiklopediyaya düşən hər hansı görkəmli fərdin,
şəxsiyyətin harada doğulduğunu, hansı millətin oğlu olduğu ya-
zılır. Nə məşhur naşir İ.D.Sitinin 1911-ci ildə nəşr olunmuş çox-
cildli “Hərbi ensiklopediya”sında, nə də sovet dövründə çıxan
hərbi dəniz ensiklopediyalarının heç birində admiral Aslanbəyov
haqda bu cür məlumatlar yoxdur. Görünür, Rusiyanın hərbi-
dəniz donanması tədqiqatçılarına belə görkəmli bir sərkərdəni
özününküləşdirmək sərfəli olub. Niyə də olmayaydı? Axı, vitse-
admiral Aslanbəyov həm də hərbi donanma tarixində görkəmli
alim kimi tanınıb!
Admiralın ömür yolu
Bəzi mənbələrdə, xüsusilə sovet dövründə nəşr olunan əsər-
lərdə Aslanbəyovun təvəllüdü 1820-ci il göstərilir. Fikrimizcə,
bu da səhvdir. Çünki, 1917-ci il inqilabından əvvəl nəşr olunan
mənbələrdə admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbə-
yo vun 1822-ci il sentyabrın 10-da Bakıda anadan olduğu
göstərilir. Üç il Peterburqdakı Dənizçilik məktəbində təhsil alan
İbrahim bəy oranı 1837-ci ildə (adı “Qırmızı lövhə”yə yazılmaq-
la) bitirmişdir. Baltik dənizində “Aleksandr Nevski” və “Prozer-
gin” hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il “İmpe-
rator I Pyotr” sürətli hərbi gəmisində Daqerord yaxınlığında
keçirilən təlimlərdə iştirak etmişdir.
1842-ci ildə Dənizçilik məktəbi zabitləri sinfini bitirən İbra-
him bəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində
üzmüş, Qara dənizin Şərq sahillərində baş verən toqquşmalarda
iştirak etmişdir.
Şəmistan Nəzirli
413
“Elbrus” hərbi gəmisinə komandirlik edən leytenant Aslan-
bəyov 1854-cü ildə düşmənin ticarət gəmilərini darmadağın
etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust tarixlərində)
dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən bata-
reyasına komandirlik etmişdir. Bu xidmətinə görə ona kapitan-
leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müha-
ribənin axırına kimi Sevastopol qarnizonunda olmuş, avqustun
27-də sonuncu hücumu dəf edərək kontuziya almışdır. Şərq
müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma eki-
pajına komandirlik etmişdir.
Aslanbəyov 1860-1861-ci illərdə “Sokol” pərli korvet gəmi-
sinin komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini
Kronştadta gətirmişdir. 1863-cü ildə həmin korvetlə Nikolayev
şəhərinə qayıdan İbrahim bəy iki ildən sonra “Retvizan” gəmi-
sinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse-admi-
ral Butakovun zirehli eskadrilyasında qərargah rəisi olmuşdur.
Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müxtəlif ümum-
dövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komi-
tələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan İbrahim
bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmi lərinin
düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.
1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi veriləndə İbra-
him bəy Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi.
Onun tərcümeyi-halı həm admiral kimi, həm də hərbi dəniz
tarixçisi kimi çox zəngindir. Əgər başqa hərbçinin ömür yolu ilə
müqayisə etməli olsaq, ancaq general Əli ağa Şıxlinskinin artille-
riya tarixindəki xidmətləri ona bərabər ola bilər. Ona görə ki,
azərbaycanlı generallarından hərb elmi ilə məşğul olan ancaq
Əli ağa Şıxlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əli ağa Şıx-
linskinin elmi və hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı
olmuşdur. Admiral Aslanbəyovun elmi tədqiqatları isə rus hərb
elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib çat-
mamışdır. Daha doğrusu, özümüzdə nə tədqiqat olmuşdur, nə
də təbliğat…
General Əli ağa Şıxlinski və silahdaşları
414
1872-ci ildə Birinci Pyotrun anadan olmasının 200 illiyi Rusi-
yada böyük bayram şənliyi kimi keçirilirdi. Bu münasibətlə
ümumrus texniki sərgisində iştirak etmək və imperatorun kiçi-
kavarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək həm-
yerlimiz Aslanbəyova etibar olunmuşdu.
1879-1882-ci illərdə İbrahim bəy gəmi heyətilə dövri-aləm
səyahətinə çıxmışdır. O, Sakit okeanda dəmir zirehli hərb və bu-
xar yelkənli itigedən gəmilərdən ibarət hərbi heyətə (“Minin”,
“Knyaz”, “Pojarskiy”, “Hersoq Edinburskiy”, “Asiya” və “Afri-
ka”) rəhbərlik etmişdir. Aslanbəyov okeanda sürətlə hərəkət
edən kreyserlərin və “uçan eskadrilya”nın orduda tətbiq edil-
məsinin təşəbbüskarıdır. O, məşhur admiral A.A.Popovun xahi-
şi ilə sonuncu layihədə nəzərə almaq məqsədilə tələb və qüsurla-
rını, siyahısını tərtib etmişdir.
Admiral İbrahim bəy Aslanbəyov Sakit okean adalarında üz-
müş, hətta Poleneziyanın xırda adalarını da dolaşmışdır. Onun
şəxsi işində saxlanan rəy və xatirələrdən, xüsusilə dənizçiliyə aid
inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz
heyəti və ümumiyyətlə, tabeliyində olanların arasında yüksək
hörmət qazanmışdır. İllərin soldurduğu sənəddə ad-familiyasını
oxuya bilmədiyimiz bir kontr-admiral yazır ki, rus adını yüksək
tutan Aslanbəyov xarici ölkələrdə də yaxşı tanınırdı. O, gəmi
heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta
kiçik rütbəlilərin də şəxsi təşəbbüsünü qiymətləndirirdi. Açıq
ürəkliliyi və qətiyyəti ilə çoxlarından fərqlənirdi. Aslanbəyovun
gəmiylə səfərləri haqqında çoxlu lətifələr, eləcə də özünün da-
nışdığı məzəli Şərq əhvalatları hələ də məşhurdur. Bu onun
məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.
1884-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik
komandasının kiçik flaqmanı təyin olunur. Üç il sonra – 1887-ci
il sentyabrın 22-də hərbi-dəniz donanmasındakı misilsiz xidmət-
lərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən son-
ra Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslan-
bəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat edir.
Şəmistan Nəzirli
415
O, həmyerlimiz, böyük şərqşünas alim Mirzə Kazım bəylə
dost olmuş dahi rus yazıçısı Lev Tolstoy isə onu axtarıb tapmış,
admiral Naximovun həlakolma səhnəsini ona danışmasını xahiş
etmişdir. Lev Tolstoy məşhur “Sevastopol hekayələri”ni yazar-
kən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir. Öm-
rünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi
xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və
xarici ölkələrin yüksək ordenləri ilə təltif olunmuşdur. Həm-
yerlimizin xidmətləri Serbiyanın “Takova” (1879), Rusiyanın
“Müqəddəs Vladimir” (1854), I dərəcəli “Müqəddəs Stanislav”
(1881), I dərəcəli “Müqəddəs Anna” (1883), “Ağ qartal” (1888),
Yaponiyanın “Günəşin doğması” (1882), Havay dövlətinin II də-
rə cəli “Kalakiya” (1982) ordenlərinə layiq görülmüşdür.
1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində
iştirak edən Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və biril-
lik məvacibi həcmində pul mükafatı ayrılmışdır.
Hələ sağlığında – 1882-ci ildə Saxalində bir yarım ada, Oxot
dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandırılmışdır.
Boris Maslenikovun 1986-cı ildə nəşr olunmuş “Dəniz xəritəsi
nəql edir” kitabının 28 və 253-cü səhifələrində həmyerlimiz haq-
qında verilmiş qısa bioqrafik göstərici çox böyük əhəmiyyət kəsb
edir. Əsaslı mənbələrdən topladığı faktları müəllif ilk dəfə oxu-
cuya təqdim edir:
“Aslanbəyov yarımadası. Oxot dənizi, Saxalin adası, 1882-ci
ildə ekipaj kliper təsvir edilib. Sakit okean komandanı, eskadril-
ya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov
soy adı ilə adlandırılıb. Soyadları xəritə üzərində hərif səhvi ilə
yazılıb”.
Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə
kəşf edilib və xəritəyə ekipaj, kliper “Plaston” kimi yazılıb. Elə
həmin vaxtda da İ.A.Aslanbəyov soyadı ilə adlandırılıb.
Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu (1822-1900).
Dəniz korpusu məktəbini bitirib. 1837-1842-ci illərdə Baltik
General Əli ağa Şıxlinski və silahdaşları
416
dənizində üzüb. 1842-1861-ci illərdə Qara dəniz donanmasında
“Selafail”, “Varşava” gəmilərində, “Femistokol” briqində və baş-
qalarında qulluq edib. 1865-1868-ci illərdə “Retvizan” gəmisinin
komandiri, 1879-1882-ci illərdə Sakit okean eskadrilyasının ko-
mandiri olub. 1887-ci ildə vitse-admiral rütbəsi alıb.
Qəribə və xoş bir təsadüf
Min doqquz yüz doxsan üçüncü ilin sentyabr ayında Qax ra-
yonuna ezamiyyətə getmişdim. Marsan kəndində Eldar Hacı
oğlu Məmmədov soyadlı bir cavanla tanış oldum. İşi, sənəti ilə
maraqlandım.
– Mühəndisəm, – dedi, – on dörd ildir ki, Saxalində neft çıxa-
rıram, indi məzuniyyətə gəlmişəm.
– Təsadüfən orada “Admiral Aslanbəyov” adasına rast gəlmə-
misən?
– Elə mən o adada yaşayır və işləyirəm, – dedi.
– Nə yaxşı təsadüfdür, azərbaycanlı admiralın adını daşıyan
adada həmyerlisi yaşayır və işləyir.
– Admiral Aslanbəyov məgər azərbaycanlıdır? Siz bunu
dəqiq bilirsiniz?
– Bəli, – dedim, – o, xalqımızın ilk vitse-admiralıdır.
– Bu barədə bizim ada sakinləri arasında, qeyri-millətlərlə
tez-tez mübahisəmiz olur. Familiya oxşarlığına əsaslanaraq mən
və həmyerlilərim “admiral bizim xalqın oğludur” deyiriksə də,
əlimizdə heç bir əsas yoxdur. Bilmirik nə vaxt yaşayıb, nə vaxt
ölüb… Bir-iki dəfə məzuniyyətə gələndə rayonumuzun tanın-
mış ziyalılarından bu barədə soruşdum. Hamısı dedi ki, bizim
elə admiralımız yoxdur.
Mən sevinclə:
– Var, – dedim, – Eldar, Saxalinə qayıdanda yolunu Bakıdan
sal, görüşək, sənə admiralın fotoşəkillərini və bioqrafiyasını ya-
zıb verim. Aslanbəyovun bizim xalqın oğlu olması haqqında
əlində əsas dəlil olsun.
Şəmistan Nəzirli
417
Məndən də artıq sevinən Eldar:
– Çox sağ olun, – dedi, – mən də admiral Aslanbəyovun haq-
qında qəsəbə kinoteatrında bir guşə düzəldəcəyəm.
Admiral həm də alimdir
…Admiral İbrahim bəy Aslanbəyovdan yazan rus tədqiqatçısı
onun haqqında “Admiral Naximovun bioqrafı kimi daha çox
məşhurdur” sözlərini iftixarla qeyd edir. Təsadüfi deyil ki, İbra-
him bəyin “Naximovun bioqrafiyası” adlı oçerki kitab kimi bir
neçə dəfə nəşr olunmuşdur.
Admiral Aslanbəyovun elmi-publisistik əsərləri isə ayrıca
tədqiqata layiqdir. Hərbi-dəniz donanmasının on doqquzuncu
əsr tarixini araşdıran tədqiqatçıların əksəriyyəti mənbə kimi bu
gün istifadə edirlər. Heç təsadüf deyil ki, 1889-cu ildə Sankt-
Peterburqda “Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubile-
yi” adlı kitab da nəşr olunmuşdur. V.Fridriksin “Kontr-admiral
Aslanbəyovun bayrağı altında üzən “Afrika kreyseri” adlı kitabı
isə hələ 1880-ci ildə yenə Sankt-Peterburqda işıq üzü görmüşdür.
Q.İ.Syominin “Sevastopol” tarixi oçerkləri kitabında (1955-ci il)
isə admiral Aslanbəyovun gündəliyindən geniş istifadə olun-
muşdur.
Knyaz-admiral V.İ.Baryatinski isə həmyerlimiz haqqında
yazdığı xatirələrində qeyd edir ki, Şərq və Qafqaz lətifələrini o
qədər maraqla danışardı ki, mühasibi qəşş edənə qədər gülərdi.
Bu lətifələr indi də dənizçilərin dillərində gəzir.
On doqquzuncu əsrin altmışıncı illərindən başlayaraq admi-
ral İbrahim bəy Aslanbəyovun “Morskoy sbornik” jurnalında
silsilə elmi-publisistik məqalələri dərc olunmuşdur: “Sokol” üç-
dorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri”
(1861), “Admiral Naximov” (bioqrafik oçerk, 1868), “Admiral
A.S.Qreyq” (1873), “Admiral A.İ.Panfilov” (1874), “Dəniz akade-
miyasının 50 illiyinin bayram edilməsi münasibətilə nitqi” (1877),
“Kontr-admiral Aslanbəyovun səfərləri haqqında məlumatlar”
General Əli ağa Şıxlinski və silahdaşları
418
(1881) və başqa məqalələrdən tədqiqatçılar bu gün də bəhrə-
lənirlər.
Şübhəsiz, admiral İbrahim bəy Aslanbəyov Rusiyada yaşayıb
işləməsəydi, belə ali rütbəyə çata bilməzdi. Yüz altmış ildən son-
ra onun bizim üçün qaranlıq qalan ömür yoluna, hərbi fəa-
liyyətinə az da olsa işıq sala bildik. Bu isə son dərəcə vacibdir.
Yoxsa, qeyri-millətlər, xüsusilə naxələf qonşularımız bizim unut-
duğumuz məşhur oğullarımızı özününküləşdirir, üstəlik də..:
“Sizin tarixiniz kasıb olub, görkəmli hərbçi oğullarınız yoxdur”
– deməklə xalqımızı təhqir edirlər.
…Hərbi Donanma tariximiz onsuz da kasıbdır. Bu sahədə
fəaliyyət göstərən oğullarımız az qala barmaqla sayılacaq
qədərdir: Kontr-admiral Cəlil Cavadov (1916-1980) və vitse-ad-
miral Həmid Qasımbəyov (1923-2005), kontr-admiral Rafiq
Əsgərov (1949), Eduard Hüseynov (1938-1993), vitse-admiral Şa-
hin Sultanov. Vəssalam!
Nə yaxşı ki, bu boşluğu müəyyən qədər də olsa doldurmaq
üçün İbrahim bəy Aslanbəyov kimi admiralımızı gec də olsa
tapa bilmişik.
GENERAL SƏMƏD BƏY MEHMANDAROV
BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ
Əsgər komandirinə, zabit generalına oxşamalıdır.
Komandir döyüşkəndirsə, əsgəri də ona oxşayır, za-
bit zəifdirsə, əsgəri də əfəldir.
Səməd bəy MEHMANDAROV,
tam artilleriya generalı
Sərkərdə kimi ümumxalq şöhrəti qazanmış Səməd bəy Meh-
mandarov və Əli ağa Şıxlinskidən danışanda talelərində oxşarlıq
olan iki məşhur musiqi xadimlərimizi də yada salmamaq olmur.
Şəmistan Nəzirli
419
Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev. Onların hər ikisi
bir ildə anadan olub, eyni seminariyanı bitiriblər. Müəllim
işləyiblər, musiqi yazıblar. Tale Üzeyir bəyə övlad qismət
eləməyib. Üzeyir bəylə Müslümün taleyindəki oxşarlıqları hər
iki görkəmli hərb xadimlərinin həyatında da görmək olar. Əli
ağa Şıxlinski də övlad həsrəti ilə dünyadan köçdü. Mehmanda-
rova və Müslüm Maqomayevə tale övlad da verdi, şöhrət də.
Amma Əli ağa və Üzeyir bəyə nisbətən onlar dünyadan tez
köçdülər.
Hər ikisi on səkkiz yaşından əsgər çəkməsi geyindi, Peter-
burqda oxudu, Port-Arturda, Birinci Dünya müharibəsində vu-
ruşdu. 1918-ci ildə ilk milli Azərbaycan ordusu yaratmaq kimi
şərəfli iş də hər iki şöhrətli generala qismət oldu. Tam artilleriya
generalı ali rütbəsi aldılar.
Azərbaycanın dörd qartalı XIX əsrin sonlarından ötən əsrin
ilk illərinədək daima xalqına sidqi-ürəklə xidmət etdi.
Birinci Dünya müharibəsi başlananda Mehmandarov Vladi-
qafqazda yerləşən 21-ci piyada diviziyasının komandanı idi. Bu
vaxta kimi həyatında çox hadisələr olmuşdu. Əsirlikdən qayıdan
kimi yeddinci Şərqi-Sibir artilleriya briqadasının komandanı
təyin edildi, az sonra ona daha məsul vəzifə verildi – üçüncü Si-
bir ordusunun korpusunda artilleriya rəisi oldu. 1908-ci il Səməd
bəyə bu yüksək vəzifədən başqa daha iki böyük sevinc bəxş etdi.
Həmin il iyulun on üçündə ona general-leytenant rütbəsi verildi.
İkinci, ən çox yadda qalan sevinc isə İrkutsk şəhərində noyabrın
18-də qismət oldu. Tale uzun intizardan sonra ona oğul payı
göndərdi. Səməd bəy ona Pir adı verdi. Sonralar İqor adını daşı-
yan Mehmandarov otuzuncu illərdə general ataya görə çox ağrı-
lar, əzablar çəkdi. 1988-ci ildə Bakıda görüşdüyüm İqor Meh-
mandarovun danışdığı bir epizodu heç vaxt unuda bilmirəm.
– Atamdan sonra tez-tez anamı və məni ÇK-ya çağırardılar.
Min cür hədələyici suallar verirdilər. Suallara düzgün cavab
versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap cana
doyub soruşdum ki, axı, məni niyə incidirsiniz, niyə döyürsü-
General Əli ağa Şıxlinski və silahdaşları
420
nüz? Bu sualların cavablarını mən həqiqətən də bilmirəm, yalan-
dan nə deyim? Mənə əzab vermək, ağa qara demək kimi bir şey-
dir. Mənim günahım nədir?
– Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideyn
seçməmisiniz.
Qəribə məntiqdir, nə vaxtdan övlad özünə valideyn seçib ki?..
Amansız təqiblərdən, yersiz sorğu-suallardan xilas olmaq
üçün 1930-cu ildə, keçmiş Azərbaycan Demokratik Respublika-
sının Hərbi naziri olmuş general atanın ölümündən sonra ana
Yelizaveta Nikolayevna və oğul İqor Azərbaycandan Sankt-
Peterburqa köçməyə məcbur olurlar. Lakin Sovet ÇK-sı burda da
onları təqib edirdi.
“…1937-ci ildə Mehmandarovlar ailəsi Peterburqdan Sarato-
va sürgün edilir. Lakin İqor Mehmandarov burda da təqiblərdən
yaxa qurtara bilmir. Adi yaşayış şəraitinin olmaması, ağır
maliyyə çətinlikləri, günaşırı XDİK-ə çağırış onların həyatını
burda katorqadan da dözülməz edir.
Lakin bütün bunlarla kifayətlənməyən cəlladlar Mehmanda-
rovlar ailəsindən yenə də əl çəkmirlər. 1941-ci ildə Y.N.Mehman-
darovanı oğlu ilə birgə yenidən Sibirə sürgün edirlər. Bu dəfə o,
alman faşistləri tərəfindən partladılan qatarda həlak olur. Oğlu
isə sürgündən sonra uzun illər Kalininqradda yaşayır. 1977-ci
ildə isə Azərbaycanın hökumət rəhbəri onu Bakı şəhərinə dəvət
edir.
…Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatətinə
əsasən vaxtilə Mehmandarovların yaşadığı Sankt-Peterburq və
Saratov vilayət prokurorluqlarına sorğu göndərildi. Həmin işlər
öyrənildi və nəhayət, İqor Səməd bəy oğlu Mehmandarova, ana-
sı Yelizaveta Nikolayevna Mehmandarovaya rəsmi sənəd aldıq.
Gec də olsa xalqımızın tarixindən qara ləkələrin biri də silindi”
(E.Hacıyev. “Bir qara ləkə də silindi” məqaləsi, “Xalq qəzeti”,
8 iyun 1993-cü il).
Şəmistan Nəzirli
421
* * *
1910-cu ilin ilıq may günlərindən birində uzun ayrılıqdan
sonra doğma Qafqaz Səməd bəyi qəhrəman oğul kimi qoynuna
aldı. O, mayın 24-də Tiflisdə yerləşən Birinci Qafqaz ordusunun
korpusunda artilleriya rəisi təyin edildi. İyulun 31-də həmin kor-
pusda artilleriya müfəttişi, 1913-cü il dekabrın 31-də isə iyirmi
birinci süvari diviziyasının rəisi oldu.
Birinci Dünya müharibəsinin ilk günlərindən Səməd bəy
Mehmandarovun diviziyası Üçüncü Qafqaz ordu korpusunun
sıralarında döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə rus ordusu
heyətində böyük şöhrət qazandı. Bu döyüşlərdə onun rəhbərlik
etdiyi səksən birinci Abşeron və səksən üçüncü Samur süvari
alayları xüsusilə fərqləndi.
1914-cü il dekabrın on birində İkinci Qafqaz ordu korpusu-
nun komandiri təyin olunan Səməd bəy Mehmandarov Sane
çayı sahillərində, Prasnışa, Xolma və Vilno yaşayış məntəqələri
uğrunda alman qoşunları ilə ağır və müvəffəqiyyətli döyüşlər
apardı. Bütün müharibə boyu onun rəhbərlik etdiyi korpus
düşmənə bir ədəd də olsa top itkisi vermədi.
Səməd bəyi yaxından tanıyan mayor Hacıağa İbrahimbəyli
1946-cı ildə çap etdirdiyi “Səməd bəy Mehmandarov” adlı kitab-
çasında iftixarla yazır: “Rəsmən hərbi akademiya təhsili almayan
bir zabit yalnız böyük bacarığı sayəsində, hərbi xidməti çox
sevdiyinə, döyüşlərdə misilsiz qoçaqlıq və hərbi məharət gös-
tərdiyinə, işinə can yandırdığına və son dərəcə təmiz adam oldu-
ğuna görə bu qədər böyük rütbə sahibi ola bilərdi. Səməd bəy
Mehmandarov da belə bir zabit idi.
Əla səviyyəli topçu olan Səməd bəy Mehmandarova rəsmən
topçu akademiya təhsili olan bir artillerist, həmçinin görkəmli
qoşun generalı olan hər bir ərkani zabiti həsəd apara bilərdi”.
Birinci Dünya müharibəsi illərində general Səməd bəy Meh-
mandarov alman diviziyalarını bir neçə dəfə ciddi surətdə
məğlub edən istedadlı sərkərdə kimi ad-san qazanmışdı.
General Əli ağa Şıxlinski və silahdaşları
422
1914-cü il sentyabrın on beşində keçirilən Lodz döyüş əmə-
liyyatında general Mehmandarov xüsusilə şöhrət qazandı. Al-
man generalı Makenzenin qoşunları güclü hücumla İvanqorod
şəhərini alıb sürətlə Lodz şəhəri uğrunda əməliyyata başladı.
Güclü təzyiqlə geri çəkilən rus qoşunları çox ağır vəziyyətdə idi.
Bütün mövqelərdə hücuma keçən almanlar dayanmadan irəli lə-
yərək geri çəkilən rus qoşunlarının bir hissəsinin qarşısını kəsib
mühasirəyə almağa çalışırdı.
Səməd bəy Mehmandarovun iyirmi birinci piyada diviziyası
səksən birinci Abşeron, səksən ikinci Dağıstan, səksən üçüncü
Samur və səksən dördüncü Şirvan polklarından təşkil olunmuş-
du. Bu polkların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı.
Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə
düşərək Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğu-
nu telefonla ondan xəbər aldı. Səməd bəyin telefonda koman-
dirlərə məxsus mərd, qısa cavabı belə oldu: “Vəziyyət ağırdır.
Hücuma keçirəm!”
İki rus diviziyasının geri çəkildiyi belə bir ağır vaxtda Meh-
mandarovun diviziyası böyük bir iştahla irəliləyən düşmənə
ağır zərbələr vurub onu geri oturtdu. Üçgünlük ağır döyüşlərdən
sonra İvanqorod şəhərinin hüdudlarına çatıb onu həmləyə aldı.
Birinci Dünya müharibəsi tarixində Səməd bəy Mehmandaro-
vun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin
sürətli planlarını puça çıxartdı. Geri çəkilən iki rus diviziyasını
isə mühasirəyə düşmək rüsvayçılığından xilas etdi.
Həmin əməliyyat zamanı general Əli ağa Şıxlinski Ali Baş Ko-
mandan tərəfindən səhra toplarının baş müfəttişi yanında xüsusi
tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı:
“O zaman rus ordusunda yeni bir silah olan ağır səhra topla-
rının vəziyyətini yoxlamaq və bu sahədə fəaliyyətə istiqamət
vermək üçün Qərb cəbhəsinə çağırıldım. Mən yeddi korpusu
gəz dim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandaro-
vun korpusunda ağır topların vəzifəsi düzgün başa düşülmüş
və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş kor-
Şəmistan Nəzirli
423
pus top müfəttişinin yox, məhz, mahir topçu olan Mehmandaro-
vun şəxsi təşəbbüsünün nəticəsi idi”.
Bu müharibədə misilsiz qələbələrə görə Səməd bəy Sadıq bəy
oğlu Mehmandarova 1915-ci il martın 22-də tam artilleriya ge-
neralı rütbəsi verildi. Onun qəhrəmanlığı 1914-cü il sentyabrın
27-29-da apardığı müvəffəqiyyətli döyüşlərə görə üçüncü dərəcəli
“Müqəddəs Georgi”, 1915-ci il yanvarın 2-də ikinci dərəcəli
“Müqəddəs Vladimir” (qılıncla birgə) ordenlərinə və 1915-ci il
sentyabrın 9-10-da İvanqorod şəhəri uğrunda apardığı döyüşlərə
görə brilyantla bəzədilmiş “Georgi silahı” ilə təltif olunub.
General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi
igidliyi və əsgərlərlə xoş rəftarı haqqında onun müasirləri ifti-
xarla söhbət açırlar. Mayor Hacıağa İbrahimbəyli yazır ki, gene-
ral Mehmandarov Birinci Dünya müharibəsi zamanı olduqca
çox şöhrət qazanmışdı. Vuruşmaların ən qorxulu dəqiqələrində
onun misilsiz soyuqqanlılığı və hədsiz qoçaqlığı rus ordusunda
məşhur olmuşdu.
Mehmandarov ədalətli, namuslu, düz danışan adamları sevir,
onlara kömək göstərir, ürəyi düz olmayanlara qarşı isə amansız-
lıq edirdi. Mehmandarovu şəxsən görənlərin hamısı təsdiq edir
ki, ona tabe olanların hamısı ondan oddan qorxan kimi qorxar,
lakin onu sevər, ona inanardılar.
Səməd bəy Mehmandarov həmişə əsgərlərlə xoş rəftar edərdi
və daim onların qayğısına qalardı. “Mehmandarov nadir artilleri-
yaçıdır”. Bu üç kəlmə söz Qırmızı Bayraqlı Qafqaz Ordusunun
komandanı İ.E.Yakirə məxsusdur. Onu 1925-ci ildə Birləşmiş
Azərbaycan Hərbi Məktəbində müəllim işləyən Səməd bəyin
şəxsi işinə komandan İona Yakir öz dəst-xəttilə yazıb. İnqilab
illərində Mehmandarovun həyatı çox təlatümlü keçib. Nə yeni
hökumət, nə də onun adamları ona inam gətirməyiblər. Hər yerdə
“Çar generalı”, “Müsavat naziri” kəlmələri sərt sillə kimi onun və
silahdaşlarının üzünə çırpılırdı. Həmin o narahat illər dən – 1920-
ci il iyunun 4-də Səməd bəy Mehmandarovun öz əli ilə doldurdu-
ğu iki vərəq kağız qalıb. Bolşeviklərin tələbi ilə doldurduğu “Həbs
vərəqləri” Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılır.
General Əli ağa Şıxlinski və silahdaşları
424
Dostları ilə paylaş: |