SÜVARİ GENERALI YAQUB QULİYEV
Ölümümdən sonra da mən insanlar üçün ulduz və
cəsarət rəmzi olacam. Mənim adım onlar üçün çağı-
rış, məqsəd və ümid simvoluna çevriləcəkdir.
Napoleon Bonapart (1769-1821)
fransız imperatoru və sərkərdəsi
Azərbaycanlılarla türkmənlər eyni anadan doğu-
lan əkiz övladlardır. Əsrlər boyu məqsədimiz, mura-
dımız da bir olubdur.
Berdı Kerbabayev (1894-1974)
türkmən xalq yazıçısı
Stalinqradın azərbaycanlı qəhrəmanlarından biri də bu günə
qədər xalqımızın yaxşı tanımadığı – süvari general-mayoru Ya-
qub Allahqulu oğlu Quliyevdir. Həmin döyüşlərin qəhrəmanı
qvardiya mayoru Qaçay Aslanov təsvir etdiyi döyüşlərdə gene-
ral həmyerlimizlə eyni cəbhədə vuruşub. Xatirələrinin yalnız bir
yerində Qaçay Aslanov onun adını və döyüş fəaliyyətini yada
salır. Görünür, məlumatı az olub, şəxsən onu tanımayıb.
Əlbəttə, general Yaqub Quliyevi o vaxtlarda tanıyan olsa-olsa
ancaq general Həzi Aslanov olardı. Ona görə ki, Həzi Aslanov
da, Yaqub Quliyev də ali zabit heyəti dəstəsinə məxsus idi. Onlar
müşavirələrdə, həlledici döyüş planının müzakirəsində, ordu
komandanının məsləhət və məşvərətində, şübhəsiz ki, görüşüb
tanış olmuşdular.
Təəssüf ki, Həziyə müharibədən sağ çıxmaq qismət olmadı.
O, 1945-ci il yanvarın 24-də qədim kəhrəba diyarı Litvanın Yelqa-
va şəhəri uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldu.
Şəmistan Nəzirli
479
Müharibədən yazılan çoxsaylı memuarlarında, xüsusilə Sta-
linqrad döyüşləri barədə süvari generalı Yaqub Quliyev haqqın-
da Sovet İttifaqı Marşalı S.S.Biryuzovun “Toplar atəş açmağa
başlayanda”, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, professor
S.P.İvanovun “Ordu qərargahı, cəbhə qərargahı”, general-leyte-
nant Həsən Xaraziyanın “Mərdlik yollarında”, Yakob Melkumo-
vun “Türküstanlılar” kitablarında, S.Skoroboqatovun, B.Qudca-
lovun, general M.Y.Qryaznovun, A.S.Kibalnikovun məqalə və
xatirələrində general həmyerlimiz Yaqub Quliyevin milliyyətcə
türkmən olduğu bildirilir. Hətta, 1942-ci il dekabrın 22-də Sta-
linqrad yaxınlığındakı Liski çayı uğrundakı ağır döyüşlərdə
qəhrəmanlıqla həlak olan, 4-cü süvari korpusunun komandir
müavini, general Yaqub Quliyevin cəbhədaşları dəfn mərasi-
mindəki mitinqdə and içmişlər ki, “Türkmən ulduzu” heç vaxt
sönməyəcəkdir. Əzizimiz Yaqub bizim qəlbimizdə həmişə nur
saçacaqdır, əbədi şölə saçıb ürəklərdə yaşayacaq.
Müharibədən iyirmi beş il keçəndən sonra türkmən tarixçisi
Roza Bazarova general haqqında yazdığı monoqrafiyasında ilk
dəfə etiraf etmişdir ki, general Yaqub Quliyev azərbaycanlıdır.
Tarixçi R.Bazarova 1970-ci il yanvarın 25-də “Ədəbiyyat və sun-
qat” qəzetində monoqrafiyadan bir parçanı dərc etdirmişdir. Ta-
rixçi R.Bazarova yazır: “O, Azərbaycan torpağında – Şuşa şəhə-
rində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Onun
həyat yolu sıravi döyüşçüdən generaladək yüksəlmiş həqiqi in-
sanın həyat yoludur”.
Bəli, apardığımız tədqiqat və araşdırmalardan məlum olur
ki, general, doğrudan da, azərbaycanlıdır. Bizim xalqın oğludur.
Sevindirici haldır ki, türkmən tarixçisi R.Bazarova da bu faktı
etiraf etmişdir. Hələ 1982-ci ildə biz generalın Gəncədə toxucu-
luq kombinatında işləyən bacısı qızı Xədicə Abbasova ilə görü-
şüb, ondan dayısı haqqında müəyyən faktları öyrənib, foto-
şəkillərini almışdıq. O vaxtlar “Hünər” televiziya proqramında
veriliş də hazırladıq…
General Əli ağa Şıxlinski və silahdaşları
480
Generalın türkmən xalqının oğlu kimi təqdim olunması və
indiyədək xalqımızın onu tanımaması səbəbsiz deyil. Qısa da
olsa, bu tarixçəni oxuculara çatdırmaq borcumuzdur. Dahi rus
yazıçısı Lev Tolstoy çox gözəl demişdir: “Əsl nəşə həqiqəti kəşf
etməkdə deyil, gec də olsa onu axtarıb həyata keçirməkdədir”.
* * *
Yaqub Allahqulu oğlu Quliyev 1900-cü il yanvarın 25-də fü-
sunkar Qarabağın Şuşa şəhərində dünyaya gəlib. Həmin vaxtlar-
da Şuşada erməni-müsəlman qırğını başlamışdı. Aclıq, səfalət və
təhlükə tüğyan edirdi. İmperiya canilərinə arxalanan daşnak
erməniləri havadarlarından silah alıb azərbaycanlıları qırırdılar.
İnsanların üz-gözündən bədbəxtlik, fəlakət yağırdı. Güzəran Şu-
şada ağır idi. Çörək qıtlığı ərşə qaxmışdı. Hamı ölümdən, aclıq-
dan qaçıb qurtarmaq istəyirdi.
Həmin illəri tərcümeyi-halında təsvir edən məşhur yazıçı Yu-
sif Vəzir Çəmənzəminli (1887-1943) ürəkağrısı ilə yazırdı: “Çar
hökuməti Şuşadakı erməni kilsəsinə məxsus əmlakı almışdı. Bi-
zim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmişdi.
Bizimlə hesablaşan kim idi ki?.. Rusiya-Yaponiya müharibəsi və
inqilab iğtişaşlarından istifadə edərək daşnak firqəsi terrora baş-
ladı: günün günortaçağı hökumət məmurlarını küçələrdə
öldürməyə başladılar. Şuşada da az adam qırmadılar.
Ermənilər bərk hazırlaşır: bol tüfəng, tapança, patron alırdı-
lar. Daşnak fədailərinin əlindən şəhərdə yer yoxdur. Şuşanın iq-
tisadi vəziyyəti fəna olduğu üçün sənət və işi olmayanlar çəkilib
kəndlərə və başqa şəhərlərə gedirdilər. Əhalinin ziyalısını Bakı
və bir qismini də Aşqabad cəlb edirdi”.
Bu bəladan qurtarmaq üçün Allahqulu kişi köçüb Türkmənis-
tanın Mərv şəhərinə gəldi. Onda oğlu Yaqub altıaylıq körpə idi.
Az müddət burada yaşadılar. Onlardan əvvəl Türkmənistanın
şəhər və kəndlərinə xeyli Qarabağlı ailəsi köçüb gəlmişdi. Şəhərdə
dolanmaq çətin olduğu üçün Allahqulu kişi həmyer lilərinin
məsləhəti ilə köçüb Yolötən qəsəbəsində əbədi məskən saldı.
Şəmistan Nəzirli
481
O, ailəni saxlamaq üçün torpaq aldı, tərəvəz əkib-becərməklə
günü-güzəranı xeyli yaxşılaşdı. Yolötəndə Yaqubun bacısı
Badisəba və qardaşı Qulam dünyaya gəldi. Ailənin böyük oğlu
kimi Yaqub atasına bazarda göy-göyərti satmağa kömək edirdi.
Burda nə azərbaycanca, nə də türkməncə məktəb yox idi. Ona
görə də həddi-büluğa çatan Yaqubu atası rus məktəbinə qoydu.
İlk vaxtlar oxumaq çətin olsa da, Yaqub gecə-gündüz çalışır, sinif
yoldaşları ilə ayaqlaşırdı. Boş vaxtlarını Murqab çayının sahilində
rus uşaqları ilə hərbi oyunlarda keçirirdi. Yolötən sərhəddə
yerləşdiyinə görə burada çoxlu rus sərhədçisi vardı. Yaqub da
onların uşaqları ilə dostluq edirdi. Rus dilini az da olsa öyrənə
bilmişdi.
1916-cı ilin yazında atası Allahqulu kişi bərk xəstələndi,
sətəlcəm olmuşdu. Öləcəyini hiss edən kişi balalarını çağırıb
vəsiyyət elədi: “Halal əməklə məşğul olun, ananızın qayğısına
qalın” – deyib bir daha yerindən durmadı.
Dolanacaq çətinləşdiyindən Züleyxa ana evdən bəzi şeyləri sat-
mağa məcbur oldu. Bu ağır vəziyyəti görən Yaqubun ürəyi dözmədi.
Məktəbi atıb əvvəlcə Yolötəndə, sonra Marıdakı (keçmiş Mərv
şəhəri – Ş.N.) pambıqtəmizləmə zavodunda işə düzəl di. Amma
sərhədçi uşaqları ilə yenə dostluq edirdi. Tez-tez hərbi hissəyə ge-
dir, rus sərhədçilərinin atlarını sulayır, onlara yem verirdi.
Bir gün evə həyəcanla gələn Yaqub qardaşı Qulama dedi:
– Eşitdin şəhərdəki nümayişi? Çar yıxıldı. Sən anamızdan
muğayat ol, mən uşaqlarla iki-üç günlüyə Mərvə gedirəm…
Dediyi vaxtdan bir neçə gün keçdi, gəlib çıxmadı. Gəlib çı-
xanda anası Züleyxa onun başında qırmızı lentli papaq, əlində
tüfəng görüb mat qaldı.
– Bıy, bu ki, qurban olduğum Yaqubdur, sənə nə yaman yara-
şır, ay bala, bu paltar... – deyə anası sevincək onu qucaqladı, o
üz-bu üzündən dönə-dönə öpdü. Bu nə deməkdi, ay oğul?
– Mən daha qızıl qvardiya əsgəriyəm, ana! – deyib qımışdı.
Qonum-qonşular da bu qaraşın, suyu şirin gənc əsgərə
həsədlə baxırdı.
Yaqub Quliyevin hərbi həyatı həmin gündən başladı.
General Əli ağa Şıxlinski və silahdaşları
482
* * *
1918-ci ilin yazında Mərv şəhərində orduya yeni gələnlər
üçün ikiaylıq hərbi kurs açılır. Hərbi işə güclü marağı olan Ya-
qub Quliyev əlaçı əsgər olduğuna görə həmin kursa oxumağa
göndərilir. O, burada hərbi təlimlər keçir, müxtəlif silahları
həvəslə öyrənir.
Yenidən rotaya qayıdan Yaqub ağqvardiyaçılara qarşı döyüş-
lərdə iştirak edir. Həmin illərdə onunla birgə xidmət edən S.Sko-
roboqatov sonralar Yaqub haqqında yazırdı: “Ordu sıralarında
sinfi düşmənlərə qarşı cəsarətlə döyüşən qvardiyaçı Yaqub son
dərəcə cəsur və qorxmaz idi. Bir dəfə ağqvardiyaçılara əsir düş-
müşdü. O, əsirlikdən qaçaraq Yolötənə, ordan da piyada Bayram-
Əliyə gəldi və yenidən ordu sıralarında vzvod komandiri kimi
düşmənlərlə mübarizəyə başladı. Yaqub əsirlikdən bir qrup yol-
daşlarını da xilas eləyib gətirmişdi”.
1924-cü ildə Yaqub Daşkənddəki Orta Asiya milli hərbi
məktəbə təhsil almağa göndərilir. Məktəbi əla qiymətlərlə bitirən
Y.Quliyev orada müəllim saxlanılır və eskadron komandiri
vəzifəsinə təyin olunur. Beş ildən sonra – 1929-cu ildə gənc zabit
Yaqub Quliyevə daha mühüm vəzifə tapşırılır. O, ikinci Türk-
mənistan süvari alayının nəzdindəki hərbi məktəbin rəisi təyin
olunur.
General Yaqub Quliyevin haqqında yazılan çoxsaylı xatirə-
lərlə, istər Orta Asiya dövrü, istərsə də Böyük Vətən müharibəsi
illərindəki fəaliyyəti ilə tanış olanda onun igidliyinə və peşəkar
hərbçiliyinə heyran qalmamaq mümkün deyil. Cəmi qırx iki il
ömür sürmüş istedadlı sərkərdə əsgər və zabit heyəti arasında
böyük nüfuza malik olub.
Otuzuncu illərdə Yaqub Quliyevin komandalıq etdiyi eskad-
ron Qızıl-Arvatda, Qaraqum səhrasının ənginliklərində, Ağ-Zila
çöllərində, Qırx quyu ərazisində basmaçılara və ağqvardiyaçı
tör-töküntülərinə qarşı müvəffəqiyyətli əməliyyatlar aparıb.
1932-ci ildə Yaqub ikinci Türkmənistan süvari alayının
qərargah rəisi təyin olunub. Bir il sonra o, M.Frunze adına Hərbi
Şəmistan Nəzirli
483
Akademiyaya oxumağa göndərilib. Deməli, Orta Asiya koman-
dirləri arasında ilk ali hərbi təhsil alan həmyerlimiz Yaqub Quli-
yev olmuşdur.
Akademiyada Yaqub Quliyevin keçmiş kursant dostu, gene-
ral-mayor Mixail Qryaznovun xatirəsindən:
Otuz il əvvəl Hərbi Akademiyada Yaqub Quliyevlə birgə
təhsil almışam. O, qrupumuzun starşinası idi. Yaqub yaxşı oxu-
yurdu. Bacarıqlı komandir idi. Ona görə də təlim qrupumuzun
rəisi general Pavel Alekseyeviç Kuroçkin Yaqub Quliyevi həmişə
bizə nümunə göstərirdi. Həssas, təvazökar gənc komandirə hamı
hörmət edərdi. İlk baxışdan sakit görünən qaraşın zabit təlim
qrupları arasında keçirilən yarışlarda od-alova dönərdi. Onun
başçılıq etdiyi eskadron həmişə birinci yeri tuturdu. Yaqub
geridə qalan kursantlara elə kömək göstərirdi ki, o özünü təhqir
olunmuş hesab etməsin.
Elə dostluğumuzun təməli də akademiyada oxuyanda qoyul-
du, çətinliyə düşəndə Yaqub həmişə köməyimə çatardı. 1936-cı
ilin payızında təhsilimizi başa vurduq. Moskvada keçirilən pa-
radda iştirak elədik. Yadımdadı, 1936-cı ilin noyabr ayında ayrıl-
dıq. Yaqub özünün Qafqaz qılıncını mənə hədiyyə verdi: “Al, –
dedi, – yadigar qalsın ki, xatırlayasan. Amma unutma ki, dədə-
baba Vətənimin əl işidir. Qafqazdandır”. O, qılıncı indi də
evimdə saxlayıram. Ordu sıralarında xidmətdə olanda dostum
az olmayıb. Yaqub Quliyev onların arasında xüsusi yer tutur.
Belə dostun itkisi çox ağır olur. Heyf, çox heyf ki, nə qələbəni
gördü, nə də qocaldı. Qırx iki yaşında istedadının çağlayan vaxtı
həlak oldu…
* * *
Sovet İttifaqı Marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı
Georgi Jukov da general Yaqub Quliyevi müharibədən çox sonra
da xoş sözlərlə xatırlayırdı. “Sovet Türkmənistanı” qəzetinin
müxbiri Boris Paromanovski ilə müsahibəsində Stalinqrad uğ-
runda döyüşlərdə faşistlərin darmadağın edilməsində Türkmən
General Əli ağa Şıxlinski və silahdaşları
484
döyüşçülərinin iştirakından danışan görkəmli sərkərdə bildir-
mişdir ki, onların sırasında çox qabiliyyətli komandir, sonrakı
döyüşlərin birində qəhrəmancasına həlak olmuş general-mayor
Yaqub Quliyev da var idi (“Sovet Türkmənistanı”, 1966, 8 de-
kabr).
1941-ci ilin may ayında polkovnik Yaqub Quliyev Orta Asiya-
dakı şöhrətli iyirmi birinci süvari diviziyasının komandiri təyin
oldu. İyulun 14-də Baş Qərargahdan əmr gəldi: diviziya eşelon-
lara dolub, cəbhəyə yola düşdü. Qatar Orta Asiya torpağını arxa-
da qoyub qərbə doğru irəliləyirdi. Faşistlər Bryansk və Oryolu
bombalayırdılar. Baş komandalığın sərəncamı ilə onun diviziya-
sı cəbhə komandanlığının sərəncamına verilmişdi. Onlar Surac
şəhərinin iyirmi kilometrliyindəki meşədə yerləşdirildi. Kəş-
fiyyat xəbər gətirmişdir ki, diviziyanın irəliləyəcəyi istiqamətdə
düşmənin güclü tank və mexanikləşdirilmiş qrupları yerləşir.
Polkovnik Yaqub Quliyev düşmənlə üzbəüz döyüşə girməyi
məsləhət görmədi: ancaq düşmənin kiçik bölmələrini mühasirəyə
alıb qəfil zərbə ilə onları məhv etmək olardı.
Tez-tez faşist təyyarələri alçaqdan uçur, diviziyanın yerini
öyrənməyə çalışırdı.
Generalın döyüşçü dostu, podpolkovnik Aleksandr Kibalni-
kovun xatirəsindən:
“Meşədə gizlənməyimizə baxmayaraq, düşmənin qırıcı
təyyarələri tez-tez diviziyamızı atəşə tuturdu. Ağır dəqiqələr idi.
Düşmənin qırıcısı növbəti dəfə hücum edəndə Yaqub özü yaxın-
lıqdakı əl pulemyotunun arxasına keçib faşist təyyarəsinə atəş
açdı. Arxadan gələnlər atəşi görüb dərhal geri döndülər. Koman-
dir Yaqub Quliyevin bu şücaəti bizim süvariləri cəsarətə gətirdi.
Bir az aralanan düşmən təyyarəsi tüstülənə-tüstülənə meşəyə
düşüb partladı. Bu, vurduğumuz ilk düşmən təyyarəsi idi.
Bizim diviziya Roslavla gedən yolla irəliləyirdi. Avqustun
2-də gecə saat üçdə kəşfiyyatçılardan məlumat gəldi: Kriçyov-
Roslavl şosesi ilə general Quderianın qoşununun 24-cü tank kor-
pusu irəliləyir.
Şəmistan Nəzirli
485
Yarım saat keçər-keçməz diviziyamız düşmənlə üz-üzə gəldi.
Möhkəm vuruşma oldu. Bu, bizim ilk əsil döyüşümüz idi. Divi-
ziyamız böyük itki versə də, döyüş müvəffəqiyyətlə keçdi. Bizim
diviziya düşmənin sürətlə irəliləyən 24-cü tank korpusunu bir
sutkadan çox ləngitdi, bir neçə tankını məhv etdi.
Döyüş qabiliyyətini, təcrübəsini və xidmətlərini nəzərə ala-
raq, Bryansk cəbhəsinin Hərbi Şurası polkovnik Yaqub Quliyevi
21-ci, 52 və 55-ci süvari diviziyalarından təşkil olunmuş birləşmiş
süvari qrupuna komandir təyin etdi. Bu birləşmiş süvari qrupu
xüsusi hərbi əməliyyatları həyata keçirmək üçün yaradılmışdı və
biz sonralar Yampol və Oryol şəhəri uğrunda döyüşlər apardıq”.
* * *
Polkovnik Yaqub Quliyevin 21-ci Dağ-süvari diviziyası mü-
ha ribənin ilk aylarından Belarusiyanın meşəli və bataqlıq ərazi-
lərində vuruşaraq alman-faşist qoşunlarına sarsıdıcı zərbələr en-
dirmişdir.
Bu müvəffəqiyyətli əməliyyatların şahidi olan Sovet İttifaqı
Marşalı Sergey Semenoviç Biryuzov sonralar “Toplar atəş aç-
mağa başlayanda” hərbi memuarlarında general Yaqub Quliye-
vin döyüş fəaliyyətindən və insani keyfiyyətlərindən geniş
söhbət açıb.
Marşal yazır: “O zaman 21-ci Dağ-süvari diviziyası Orta Asi-
ya Hərbi Dairəsindən cəbhəyə yenicə gəlmişdi. Diviziyaya qara-
bəniz, qaragöz, çox cəld və cəsur polkovnik Yaqub Quliyev ko-
mandanlıq edirdi. Quliyevin qarşısına tapşırıq qoyulan kimi o
dərhal dedi:
– Bircə bu bataqlıqdan açıqlığa çıxsaydıq… Orda heç nədən
qorxumuz olmaz.
Bu döyüşlərdə biz süvarilərlə dostlaşdıq. Məlum oldu ki, on-
lar vətənpərvər və yaxşı yoldaşlardır. Bu dostluq döyüşlərarası
fasilələrdə yox, döyüşün çətin anlarında özünü xüsusilə
göstərirdi. Mən cəsur döyüşçüləri və onların komandiri polkov-
nik Yaqub Quliyevi indiyədək minnətdarlıqla xatırlayıram”.
General Əli ağa Şıxlinski və silahdaşları
486
1942-ci il yanvarın axır günlərində polkovnik Yaqub Quliyevi
Moskvaya çağırıb, onu Dördüncü Türküstan süvari korpusunun
müavini təyin etdilər. Həmin il fevralın 11-də ona SSRİ Xalq Ko-
missarları Sovetinin əmri ilə general-mayor rütbəsi verilmişdir.
Onu da xatırladaq ki, Böyük Vətən müharibəsi illərində ilk
dəfə general-mayor rütbəsi ilə təltif olunan azərbaycanlı Yaqub
Quliyev olmuşdur. Həmin il noyabrın 10-da Heybət Heybətov,
1944-cü il fevralın 9-da Tərlan bəy Əliyarbəyov və 1944-cü il
martın 13-də isə Həzi Aslanov general-mayor rütbəsinə layiq
görülmüşlər.
* * *
Cəbhələrdə vəziyyət ağırlaşmışdı. Ölkənin içərilərinə soxu-
lan faşist ordusu geniş Don çöllərini keçib Stalinqrada can atırdı.
Yaqub Quliyev də həmin cəbhəyə göndərildi.
1942-ci il noyabrın 19-da general-leytenant Timofey Şapkinin
və general-mayor Yaqub Quliyev düşmənin arxasına keçib
qəflətən zərbə endirmək üçün neçə yuxusuz gecələr keçirərək
həlledici hücuma hazırlaşdılar. İlk hücum çox uğurlu oldu. Sü-
vari korpusu Abqanerovo stansiyasını, Aksay şəhərini və xeyli
yaşayış məntəqəsini düşməndən azad etdi. Həmişə cəbhənin ön
xəttində olan general Yaqub Quliyev cəsurluğu, misilsiz şücaəti
ilə süvarilərinə şəxsi nümunə göstərirdi.
Dördüncü süvari korpusun komandiri general-leytenant
T.T.Şapkinin imzaladığı təltif təqdimatında qeyd edilir: “Gene-
ral-mayor Yaqub Quliyev ən təhlükəli sahələrdə olaraq, özünün
cəsarəti və igidliyi ilə komandir və döyüşçüləri qəhrəmanlığa
ruhlandırmışdır. 23 noyabr 1942-ci ildə general Yaqub Quliyev
şəxsən döyüşçülər sırasında olmuş və onları Solyanıy kurqanını
ələ keçirməyə irəli aparmışdır. Vəziyyət bunu tələb edirdi və
Solyanıy kurqanı alınmışdı. General-mayor Yaqub Quliyev 222-ci
süvari alayını düşmən üzərinə aparmışdır. Tank döyüşlərində
artilleriyanın atəş mövqelərində olaraq artilleriyaçıların uğuru-
na kömək etmişdir. Alman işğalçıları ilə mübarizədə Stalinqrad
Şəmistan Nəzirli
487
cəbhəsi komandanlığının fərdi tapşırığını yerinə yetirdiyinə görə
və bu zaman döyüş meydanında şəxsi igidlik və cəsarət nümayiş
etdirdiyinə görə, general-mayor Yaqub Quliyev “Qırmızı Bay-
raq” ordenilə təltif olunmağa tam layiqdir”.
Beşinci zərbə ordusunun tərkibində həmin günlərdə iki mərd
həmyerlimizin süvariləri Kotelnikova rayonunda yanaşı vuru-
şurdu: podpolkovnik Həzi Aslanovun tank alayı və general Ya-
qub Quliyevin komandir müavini olduğu dördüncü süvari kor-
pusu.
Dekabrın 16-da quduzlaşmış Manşteyn qoşunları Hitlerin
göndərdiyi “Pələng” tanklarına arxalanıb inadkarlıqla vuruşur-
dular. Onların məqsədi feldmarşal Paülüsun qoşunlarını müha-
sirədən qurtarmaq idi. Nəyin bahasına olursa olsun düşmənin
bu niyyəti pozulmalı idi. Bu tapşırıq 4-cü süvari korpusun əsgər
və zabitlərinə də verilmişdi. Onlar general R.Malinovskinin 61-ci
Qafqaz diviziyası gələnədək zirvəni müdafiə edib əldə saxlamalı
idilər. Bu döyüşlər zamanı general Yaqub Quliyev cəbhənin lap
ön xəttində vuruşurdu. Stalinqrad cəbhəsində qəti qələbəyə az
qalmış – 1942-ci il dekabrın 22-də faşistlərin atdığı top gülləsi
mərd general Yaqub Allahqulu oğlu Quliyevi ölümcül yaraladı.
Mərd Azərbaycan oğlu və “Türkmən ulduzu” kimi şöhrət qa-
zanmış Yaqub Quliyev Volqa sahilində əbədi yuxu tapdı. Onun
rəşadəti ölümündən sonra da dövlət tərəfindən yüksək qiymət-
ləndirildi. Təəssüf ki, Lenin ordenini sinəsində gəzdirmək gene-
rala qismət olmadı.
Xalqımızın mərd oğullarına sevgi və məhəbbət bəsləyən, So-
vet İttifaqı Marşalı Sergey Biryuzovun səmimi sözləri yada dü-
şür. Stalinqrad döyüşlərinin iştirakçısı olan marşalın Həzi As-
lanov haqqında da ürək açan sətirləri var. Marşal general Yaqub
Quliyev və onun döyüşçülərinin qəhrəmanlığı haqqında yazır:
“Bizdən ön cəbhədə olan 51-ci ordunun hissələri bir neçə gün idi
ki, gecələr də arasıkəsilməyən döyüşlərdə iştirak edirdilər. Sağ
qonşumuzun – beşinci zərbə ordusunun vəziyyəti xüsusilə ağır
idi. Həmin orduya daxil olan dördüncü süvari korpusu böyük
General Əli ağa Şıxlinski və silahdaşları
488
itkilərə məruz qalmışdı. Onlar Şərqə tərəf çəkilmişdilər. Süvari
korpusunun bir neçə komandiri həlak olmuşdu. Korpus koman-
dirinin müavini general-mayor Yaqub Quliyev ölümcül yaralan-
mışdı. O, mənim Bryansk cəbhəsində döyüş yoldaşım idi. Meh-
riban insan, qayğıkeş komandir kimi şöhrət qazanmışdı. Yadım-
dadır, Belarusiyada olanda o, operativ sahəyə çıxmağa, süvarilərə
məxsus tərzdə vuruşmağa can atırdı. Süvarilər general Yaqub
Quliyev kimi komandirlərin sayəsində hitlerçi işğalçılara qarşı
sovet xalqının mübarizəsində misilsiz hünərlər göstərmişlər.
Stalinqradın Mamay təpəsində digər iştirakçılarla birlikdə mərd
və heç vaxt unudulmayan general Yaqub Quliyevin də adı qranit
lövhə üzərində həkk olunmuşdur”.
* * *
İstefada olan general-leytenant Həsən Laqustanoviç Xaraziya
1984-cü ildə nəşr olunmuş “Mərdlik yollarında” kitabında dö-
yüş yoldaşı general Yaqub Quliyevi unutmamışdı. Müharibədən
əvvəl o, iyirmi birinci Dağ-süvari diviziyanın tərkibinə daxil
olan alayların birində mayor rütbəsində qərargah rəisi
vəzifəsində xidmət edirdi. Həsən Xaraziya yazır: “1941-ci il iyu-
nun əvvəlində diviziya komandiri general Aleksey Semyonoviç
Jadov yeni təyinat aldı, onun yerinə isə dairə qərargahında idarə
rəisi olan Yaqub Quliyev təyin olundu. Bəli, belə əvəzlənmə
A.S.Jadovla ayrılığın acısını müəyyən dərəcədə azaldırdı. Bizim
çoxumuz polkovnik Yaqub Quliyevi tanıyırdıq və hörmət edir-
dik. O, millətcə türkmən (!? – Ş.N.) idi, 1900-cü ildə Azərbaycanda
anadan olmuşdur. Yaqub Allahqulu oğlu Quliyev A.S.Jadova la-
yiqli əvəz idi. Bu, bizi ruhlandırırdı”.
General-leytenant Həsən Xaraziya xatırlayır ki, diviziyanın
yeni komandiri ciddi və tələbkar idi, lakin yumor hissindən də
məhrum deyildi. Diviziyanın cəbhəyə göndərilməsindən bəhs
edərkən o, belə bir epizodu yada salır: “Budur, çoxdan gözlədiyi-
miz gün çatdı. Eşelonlara yüklənmə ərəfəsində alaya polkovnik
Şəmistan Nəzirli
489
Yaqub Quliyev gəldi. O, alayın şəxsi heyət və hərbi texnika ilə
komplektləşdirilməsini diqqətlə yoxladı, süvarilərin əhvali-
ruhiyyəsilə maraqlandı. Sonra şəxsi heyəti toplamağı əmr etdi.
Onun ürəkdən gələn sözləri indiyə kimi yadımdadır: “Yoldaşlar!
Partiya, dövlət və xalq qarşısında verdiyimiz andı icra etmək
vaxtı, sovet silahını şöhrətləndirmək zamanı çatıb. Qüdrətli sosi-
alist Vətənin layiqli övladları olun”. Sonra Yaqub Allahquliyeviç
komandirlərə yaxınlaşıb dedi: “Nəhayət, dostlar, bizim zamanı-
mız yetişdi. Vətəni qorumağa gedirik!”. Hər yandan:
– Yoldaş polkovnik, bizi hara göndərirlər? Hansı cəbhəyə? –
sualları səsləndi.
– Bax bunu indi deyə bilməyəcəyəm, özünüz başa düşürsü-
nüz, hərbi sirdir, – diviziya komandiri Yaqub Quliyev gülümsədi.
Və zarafatla dedi: – Onu bilin ki, maşinist yolu yaxşı tanıyır, hara
lazımdır çatdıracaq”.
* * *
1990-cı ildə Moskvada “Hərbi memuar” seriyasından nəşr
olunmuş bir kitab aldım. Dörd yüz səksən səhifəlik kitabın
müəllifi, Ordu generalı, Sovet İttifaqı Qəhrəmanı, professor
S.P.İvanovdur. Kitabda general həmyerlimiz Yaqub Quliyevin
fotoşəklini və döyüş qəhrəmanlığından səhifələri oxuyub sevin-
dim. Stalinqrad döyüşlərindən əlli il keçməsinə baxmayaraq,
ordu generalı iki həmyerlimizin – Yaqub Quliyevin və Həzi As-
lanovun qəhrəmanlığını hələ də unutmayıb. Yeri gəlmişkən, ge-
neral Yaqub Quliyevin haqqında xatirə yazan rus generalların-
dan yalnız Semyon İvanov onun türkmən yox, qafqazlı olduğu-
nu bildirir.
“…Şimal qrupuna rəhbər təyin etməkdə komandanlığın
fikirləri haçalandı, ordu komandanı general A.M.Qorodnyanski
oraya 307-ci atıcı diviziyanın komandiri polkovnik Q.S.Lazkonu,
amma qərargah rəisi general-leytenant A.V.Petruşevski general
Y.A.Quliyevi təyin etməyi məsləhət gördü. Müzakirə zamanı ge-
neral Yaqub Quliyevin daha bacarıqlı olmasını yüksək rütbəli
zabitlər xüsusi qeyd etdilər.
General Əli ağa Şıxlinski və silahdaşları
490
Faktiki olaraq ordu komandanının müavini vəzifəsini icra
edən Yaqub Quliyevin namizədliyində dayandılar. Ona görə ki,
onun belə birləşmələrə rəhbərlik etmək təcrübəsi vardı. General
Yaqub Quliyev əvvəllər 21, 52 və 55-ci süvari diviziyalarının
tərkibində olan qruplara rəhbərlik etmişdi. On üçüncü ordunun
veteranı olan Yaqub Quliyev çox səciyyəvi xüsusiyyətlərə malik
idi. Bu ehtiraslı qafqazlının qarabəniz sifətini kömür kimi qara
və ağıllı gözləri daha da işıqlandırırdı. Demək olar ki, onun bü-
tün həyatı alovlu və ehtiraslı keçmişdir. Onun kasıb kəndli
ailəsindən olmasına baxmayaraq, qırx ildən bir qədər artıq öm-
ründə çox əziyyətlər görmüşdü.
On səkkizinci ilin baharından öz həyatını Qızıl Ordu ilə həmi-
şəlik bağlamışdır. O, Xəzəryanı cəbhədə ağqvardiyaçılara və in-
gilis müstəmləkəçilərinə qarşı cəsarətlə döyüşmüş, sonralar isə
Qaraqum səhralarında basmaçılarla mübarizədə polad kimi
bərkimişdi. Cəsarət və hünərinə görə ordenlə təltif olunmuşdur.
Müharibədən əvvəl M.V.Frunze adına Hərbi Akademiyanı və
Baş Qərargahın nəzdində olan Hərbi Akademiyanın təkmilləş-
dirmə kursunu da müvəffəqiyyətlə bitirmişdir.
Böyük Vətən müharibəsinin ilk günündən on üçüncü ordu-
nun tərkibində olan İyirmi birinci Dağ Süvari diviziyasına ko-
mandanlıq etmişdir. General Yaqub Quliyevin süvariləri düş-
mənə cəsarətli və sürətli zərbələr vurmuşdur.
Ordu komandanı, general A.M.Qorodnyanski əmr etdi ki,
nəyin bahasına olur olsun gələcək əks zərbələr naminə əlverişli
mövqeləri itirməmək üçün düşmən qoşununun şimal istiqamə-
tində irəliləməsinə yol verilməsin. Məhz bu zaman general Ya-
qub Quliyevin əla döyüş keyfiyyətləri üzə çıxmışdır. Hitlerçilərin
şimal həmlələrinin qarşısını almaq üçün ordu komandanı Yaqub
Quliyevə Trosno istiqamətində düşmənə zərbə vurmağı əmr et-
mişdir. General Y.Quliyev qısa vaxtda bu hücumu təşkil edib,
müvəffəqiyyətlə başa çatdırmışdır. Bundan əlavə Quliyevçilər
düşmənin atəş məntəqələrini, tankların çoxluq təşkil etdiyi
yerləri aşkar etmiş və onlara sarsıdıcı zərbələr vurmuşlar. Bu da
Şəmistan Nəzirli
491
yalnız Quliyevçilərə deyil, bütöv cəbhə üçün əlverişli şərait ya-
ratdı.
İyirmi birinci süvari diviziyasının qəhrəmanlıqla həlak olmuş
döyüşçülərinin şərəfinə Ponyatovka stansiyasında əzəmətli
abidə qoyulmuşdur. Quliyevçilər general Yaqub Quliyevin qey-
ri-adi sərkərdəlik bacarığı ilə hər yerdə, hər cəbhədə qəhrəman-
lıqla vuruşmuşlar. Onlar bu şərəfə layiqdirlər.
Şəxsən mən general Yaqub Quliyevin bir çox döyüşlərdə
fərqləndiyinin şahidi olmuşam. Heç təsadüfi deyil ki, o, Qırmızı
Bayraq ordeninə, general-mayor rütbəsinə layiq görülmüşdür.
Dördüncü süvari korpusunun komandir müavini kimi yüksək
vəzifə tutmuşdur. Əsasən onun Orta Asiya respublikalarının
əhalisindən təşkil olunmuş döyüşçüləri hitlerçilərə qarşı böyük
cəsarətlə vuruşurdular. 1942-ci ilin dekabr ayında altmış birinci
süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan
general-mayor Yaqub Quliyev Stalinqrad ətrafı döyüşlərin
birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə
təltif olundu”.
* * *
Süvari general-mayoru Yaqub Quliyev haqqında oçerki yazıb
qurtaranda vaxtilə özüm üçün tərtib etdiyim “Çox bilmək
istəyənin dəftəri” adlı qeydlər kitabçamı vərəqlədim. Dəftərdə
xalqımızın görkəmli ziyalıları, sərkərdələri haqqında nadir fakt-
ları, müdrik fikirləri toplamışam. Üç eloğlumuz haqqında nə
vaxtsa yazdığım belə bir qeydə rast gəldim.
– Taciklərin ilk qəzetlərinin naşiri və redaktoru Mirzə Cəlal
Yusifzadədir (1862-1931);
– Özbəklərin ilk xalq şairi, professor Maqsud Məsum oğlu
Şeyxzadədir (1908-1967);
– Türkmənlərin ilk generalı Yaqub Allahqulu oğlu Quliyevdir
(1900-1942).
Türkmənistanda general Yaqub Quliyevin xatirəsi əbədiləş-
dirilib. 1960-cı ilin aprel ayında Marı şəhər bağında ona bürünc
General Əli ağa Şıxlinski və silahdaşları
492
heykəl qoyulub, muzey açılıb. Onun adına küçə və kolxoz var.
Türkmən xalqı onu öz oğlu kimi qəlbən sevir, ona bizim ulduzu-
muz və Türkmən ulduzu fəxri adı veriblər. Orduya gedən çağı-
rışçılar generalın heykəli önündə andiçmə mərasimi keçirirlər.
Türkmənistanda onun adı cəsarət rəmzinə dönüb.
İnanırıq ki, süvari generalı Yaqub Quliyevin adı təkcə Türk-
mən xalqının yox, bundan sonra həm də doğma Azərbaycan xal-
qının ümid simvoluna çevriləcək. Xalqımızın hərb tarixində adı
iftixarla çəkiləcəkdir.
Şəmistan Nəzirli
493
Dostları ilə paylaş: |