Səhifə 181-də: “Axşamüstü Bensixuda süvari qvardiyası Hü-
seyn xan Naxçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı
gözlənilir. Alay qafqazlılardan və süvari qvardiyasında xidmət
edən seçmə zabitlərdən təşkil olunmuşdu.
...Avanqard tağımının ardınca yüzlərcə adam, polk komandi-
ri, onların da ardınca uca bir ağacın zirvəsində polkovnik Xan
Naxçıvanskiyə məxsus qızılı aypara nişanları dalğalanan dəstə
göründü.
Alay cərgələnmiş tağımlarla kolon boyu uzanırdı. Biz isə Xanın
zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axşam saat onda Hü-
seyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım”.
Səhifə 245-də: “Dağıstanlıların komandiri Hüseyn xan Naxçı-
vanski, podpolkovnik Byuntiq və knyaz Tumakov həyətinə daxil
olanda səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə qal-
dılar... Hüseyn xanın əsgər və komandirləri döyüşlərdə hamı-
dan seçilirdi. Onları bir şeyə qınamaq olardı, o da həddindən
artıq cəsur olmalarında...”
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak
briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...”
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yapon-
lara qarşı apardığı döyüş məharətinə görə “Müqəddəs Georgi”
və dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla – “Müqəddəs
Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur.
Rusiya-Yaponiya müharibəsindəki sərkərdəlik fəaliyyətinə
görə Hüseyn xan Kərbalı xan oğlu Naxçıvanskiyə 1907-ci il mar-
tın 31-də general-mayor rütbəsi verilmişdir.
Şəmistan Nəzirli
25
General Səməd bəy Mehmandarov
Port-Artur döyüşlərində
Port-Arturun müdafiəsi zamanı göstərdiyi döyüş
xidmətlərinə görə Səməd bəy Mehmandarov bir neçə
döyüş ordeni və qızıl silahla təltif edildi, general-
mayor rütbəsi aldı. General Səməd bəy Mehmanda-
rovla bir yerdə xidmət edən və onu şəxsən tanıyan
zabitlərin onun sarsılmaz soyuqqanlılığı və misilsiz
rəşadəti haqqında böyük rəğbətlə danışırdılar.
1904-cü il dekabrın 16-da Port-Artur qalasının
hərbi şurası danışıqsız təslim olmağa səs verdikdə,
general Səməd bəy Mehmandarov və onun igid zabit
heyəti buna qarşı qəti olaraq etiraz etdilər.
“1904-1905-ci illərdə Rusiya-Yaponiya
müharibəsinin salnaməsi”ndən
1904-cü ildə Rusiya-Yaponiya müharibəsi başlananda Səməd
bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Yelizaveta Nikola-
yevna ilə evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Ki-
yev qadın gimnaziyasını bitirmişdi. Port-Artur hərbi səhra
xəstəxanasında şəfqət bacısı işləyirdi. Səməd bəy kimi o da
zadəgan nəslindən idi. İyirmi bir yaşlı Yelizaveta, elə bil anadan
olandan səbir dərsi keçmişdi. O, nə ağır hərb işinə, nə də yaralı
əsgərlərə qarşı laqeyd deyildi. Zadəganlara məxsus sadəliklə Ye-
lizaveta əsgərlərlə çox mehriban davranırdı. Yaralıları müalicə
edib, savadsız olanların ailəsinə məktub yazır, müharibə
çətinliyinə səbirlə, dəyanətlə dözürdü.
Bir dəfə Səməd bəy ona deyir:
– Komandanlıqdan sənin Peterburqa qayıtmağına icazə almı-
şam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam.
Ərinin üzünə şax baxan Yelizaveta:
General Əli ağa Şıxlinski və silahdaşları
26
– Səməd bəy, – demişdi, – ölkədə müharibə gedirsə, səncə,
əsgərin yeri harada olmalıdır?
– Əlbəttə, cəbhədə!
– Bax, mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər
olmağıma şübhə edirsən?!
– Axı, sən ana olmağa...
– Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən... Bu mövzudan
vaz keç, əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım
deyil.
Bu, ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.
Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur
limanında dayanan eskadrasına hücum edib “Retvizan”, “Sesa-
reviç” zirehli gəmilərini və “Pallada” kreyserini yandırdılar.
Mü ha ribə başlandı. Səhərisi Səməd bəy Mehmandarovu yeddin-
ci Şərqi-Sibir atıcı topçu divizionunun komandiri təyin edirlər.
Bu, quru qoşunlarının komandanı, general-mayor Roman Kond-
ratenkonun əmri idi. Roman İsidoroviç Mehmandarovun dö-
yüşdə dəyanətinə, komandirlik bacarığına yaxşı bələd idi. Məhz
ona görə də Səməd bəyi Şərq cəbhəsinin rəisi təyin etdi. Bura
Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Ya-
ponlar ən güclü qüvvəni də buraya yeritmişdilər. Onlar şiddətli
həmlələr edir və arasıkəsilmədən bombalar yağdırırdılar. Pol-
kovnik Səməd bəy Mehmandarov komandan Kondratenkonun
ən yaxın köməkçilərindən biri idi. Topçuların əməliyyatına baca-
rıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda
həmişə ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəşlə
samurayların hücumunu dəf edirdi.
* * *
Port-Artur müharibəsinin başlanmasından yüz bir il keçir. Bu
müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik
əsərlər nəşr olunub. Xüsusilə, 1905-1910-cu illərdə bu mövzuda
çoxlu gündəlik və xatirələr yazılmışdır. 1906-cı ildə nəşr olun-
muş P.Larenkonun “Port-Arturun əzablı günləri” kitabı da bu
Şəmistan Nəzirli
27
qəbildəndir. Burada sərkərdə eloğlumuz Səməd bəy Mehman-
darovun təkcə döyüş qabiliyyəti deyil, həm də şəxsiyyət kimi
dönməzliyi, böyüklüyü şahidlərin dili ilə verilib. İlk dəfə Azər-
baycan oxucularına təqdim etdiyimiz gündəlikdən parçaları
oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən.
Həmin kitabın “Noyabr hücumları” fəslində, səhifə 494-də:
“Hələ avqust bombardmanı zamanı yaponlar hiss edirlər ki, hardan-
sa, arxadakı fortlar xəttindən onları dəqiq atəşə tutublar. Polkovnik
Mehmandarovun komandası altında olan yeddinci Şərqi-Sibir artilleri-
ya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz qalmış istehkam
xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq müdafiəyə
böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk
günlərində çox zərər çəkmişdi. Polkovnik Səməd bəy Mehmandarovun
səhra artilleriyası ən fədakar həmlələri belə dəf edərək yaxınlıqda olan
yapon batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu”.
Səhifə 597-də:
“S. daxil oldu. O, söhbət edirdi ki, ön həmlənin topçularından pol-
kovnik Mehmandarov (sağ cinahın bütün artilleriya üzrə komandiri)
və podpolkovnik Stolnikov öz şəxsi təhlükələrinə qəribə nifrətlə yanaşır-
lar; bombardman vaxtı batareyalarda elə gəzirdilər ki, elə bil partlayan
mərmiləri görmürlər. Belə ki, onlar bu hərəkətləri ilə yerdə qalanları da
ruhlandırırdılar. Onların birincisi qafqazlılara məxsus cəngavər kimi
(Səməd bəy Mehmandarov – Ş.N.), ikincisi isə taleyinə sədaqətlə itaət
edən dindar adamlar kimi davranırdılar.
Burada – səhra artilleriyasının öhdəsinə başlıca olaraq həmləni və
şrapnellə, karteclə düşmən kolonlarını məhv etmək məsələsi düşür.
Qala topları çox ziyan çəkdiklərindən, səhra artilleriyası isə tez-tez ye-
rini dəyişdiyindən onlarla mübarizə aparmaq yaponlar üçün çətin idi.
O isə zərbələri elə hey endirirdi”.
Səhifə 606-da (11-24 dekabr):
“Yaralı zabitlərlə apardığım söhbətlərdən polkovnik Mehmandarov
haqqında bəzi şeyləri öyrəndim. O, cəsur, özünü çox sevən, tabeliyində
olanlara tam ciddiyyəti ilə yanaşan bir adam idi. Onları məcbur edirdi
ki, şəxsi mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən
General Əli ağa Şıxlinski və silahdaşları
28
coşqun, hərarətli olan bu adam sözünü çox kəskin deyirdi. Polkovnik
Mehmandarov deyirdi ki, yalnız şücaət göstərməyi bacaran, ağıllı, özü-
nü sevən adamları qiymətləndirir; karyeraçı zabitlərinsə ən böyük ar-
zusu – həyatlarını qoruyub saxlamaq və heç bir xidmət göstərmədən
ordenlər almaqdır”.
Səhifə 630-da (17-30 dekabr):
“Üçüncü fortun məğlubiyyəti bizim artilleriyanın vəziyyətinə pis
təsir göstərdimi? – sualına polkovnik Mehmandarov belə cavab verdi ki,
o, vəziyyətdə bir ağırlaşma görmür. Artilleriya şəraitinin pisləşməsinə
üçüncü fortun heç bir mənfi təsiri yoxdur.
Yalnız general A.V.Fok özünü birbaşa cavabdan qaçıraraq, ümumi
nəticəsi olmayan bir yığın söz dedi”.
Səhifə 643-də (18-31 dekabr):
“Kimsə döyüş meydanından belə bir xəbər gətirdi ki, bu gün general
Fokla polkovnik Mehmandarov arasında ciddi mübahisə olub. Fok sü-
but etməyə çalışırdı ki, qala artıq dözməyəcək; Mehmandarov isə sübut
edirdi ki, ayrı-ayrı istehkamların məhvi hələ qalanın sonu çatdığına sü-
but deyil, çünki müdafiənin ikinci xəttindən də müqavimət göstərmək
olar.
Döyüş meydanında isə tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort
istiqamətində, bəzən də qayalıqdan qırmızı fənərlər görünürdü. Deyirlər
ki, bu fənərlər bizim sanitarlara sarğı məntəqəsini nişan verir.
Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam”.
Səhifə 690-da (23 dekabr–5 yanvar):
“S. mənə xəbər verdi ki, dünən yapon artilleriyasının rəisi qərargahı
ilə birgə qalaya gəlmişdi və qalanın sağ cinahının artilleriya rəisini,
polkovnik Mehmandarovu (mühasirə zamanı general-mayor olmuşdu)
1
axtarırdı. Səməd bəy Mehmandarov faktiki olaraq avqust ayının ortala-
rında bütün artilleriyaya rəhbərlik edirdi.
1
Port-Artur döyüşlərindəki xidmətlərinə görə Səməd bəy Mehman-
Port-Artur döyüşlərindəki xidmətlərinə görə Səməd bəy Mehman-
darova 1904-cü il oktyabrın 22-də general-mayor rütbəsi verilmişdir.
Səməd bəy həm də 4-cü dərəcəli “Müqəddəs Georgi”, birinci dərəcəli
“Müqəddəs Stanislav” ordenləri və brilyantla bəzədilmiş qızıl dəstəkli
qılıncla təltif edilmişdir – Ş.N.
Şəmistan Nəzirli
29
Görüş zamanı o belə bir söz işlətdi: “Hörmətli qonaqlar yəqin səhv
salıblar. Onlar çox güman ki, qala artilleriyasının rəisi, general Belini
görmək istəyirdilər. Lakin qonaqlar cavab verdilər ki, məhz mübarizə
aparmaqda böyük əziyyət çəkdikləri, özlərinə möhtərəm rəqib saydıqları
adamla – Mehmandarovla tanış olmaq onlar üçün çox maraqlıdır. On-
lar general Mehmandarovun şəninə çoxlu tərifli sözlər, komplimentlər
dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon artilleriyasının
verdiyi itki olduqca çoxdur. İyirmi beş minə kimi adam tələf olub, çoxlu
yapon silahı məhv edilib, həmçinin Port-Arturda mərmilərin çatışmaz-
lığı onların məsələsini yüngülləşdirib.
General Mehmandarov əsirliyə yolu düşdü… o, vicdanına and içib
“evə” gedənlərin ən qəddar düşməni olacağını bildirdi.
Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-
söhbət – qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi”.
Səhifə 752-də (3-16 yanvar):
“Hakimiyyətin ələ keçirilməsi” haqqında müxtəlif fikirlər söylənirdi.
Məsələn, həmişə döyüş mövqelərinin sağ cinahında olan F. və Ş. qeyd
etdilər ki, guya mövqelərdə olarkən necə olubsa, onların yanında pol-
kovnik (indi general) Mehmandarov da söhbət əsasında bu mövzu haq-
da öz fikrini bildirmişdi: “Hakimiyyəti ələ keçirmək” nə deməkdir? Mən
bunu başa düşmürəm. Əgər mən komendant olsaydım və vəzifəmin
öhdəsindən az da olsa gələ bilsəydim, mənim qanuni hakimiyyətimi gö-
rüm əlimdən kim ala bilərdi?! Əgər elə adam tapılsaydı mən deyərdim:
Əlahəzrət, nə qədər ki, kimin əsl komendant olduğunu ayırd etməmişik,
bu yerdən heç yana tərpənən deyilik… Bu ilin sonu nə qədər axmaq
nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir şey döndərə
bilməzdi”.
Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-
Artur döyüşlərində xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun
müasiri olan rus jurnalistləri Səməd bəyin döyüş fəaliyyətini
qələmə almışlar.
Jurnalist E.K.Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin
xüsusi müxbiri olmuşdur. Odlu cəbhələri gəzən jurnalist maraq-
lı gündəliklər müəllifidir. Qeydlərindən aydın olur ki, o, general
eloğlumuz Səməd bəy Mehmandarovla həmişə ön xətdə görü-
General Əli ağa Şıxlinski və silahdaşları
30
şərmiş. Rus jurnalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz
üçün darıxmasının da şahidi olub.
“…Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir.
Onun qərargah rəisi Stepanov yorğundur. Burada bir neçə zabit
var. Polkovnik Mehmandarov da buradadır. Biz həmişəki kimi
çox səmimi görüşdük. Mehmandarov heyranlıqla vətəni Qafqazı
yad edirdi:
– Qafqaz çox yaxşıdır, çox gözəldir! – deyirdi. – Təbiət hər
şeyin keyfiyyətinə zəmanət verərək ona öz möhrünü vurmuş-
dur. Amma bədbəxtlik ondadır ki, bəzən daş lazım olan yerdə
bir dənə də daş tapmazsan, lazım olmayan yerdə isə sayı-hesabı
yoxdur. Su lazım olan yerdə su olmur, ehtiyac olmayan yerdə
dərya qədərdir. – Ani olaraq dayanan Mehmandarov sözünə da-
vam etdi: – Bəs İslam? Yaxşı nə varsa – onu sonrakı həyatın verə-
cəyini vəd edir. Hər şey çox yaxşıdır, amma bizə cənnətdə yeddi
mələk boyun olublar, yeddisinin də gözü girdə. Sizcə, bu nə olan
işdir? Peşmançılıq deyilmi? Bilirsinizmi, mən indi heç nə istə mi-
rəm – nə cənnəti, nə də mələkləri. Mən yalnız azca istirahət istəyirəm.
Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blinda-
jın tavanına düşdü. Zabitlər qorxu hissi ilə ayağa durdular. İgid
polkovnik Mehmandarov isə heç tövrünü belə pozmadı. Onun
iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi”.
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özü-
nü itirmədiyinin şahidi olan onun silahdaşı Əli ağa Şıxlinski ya-
zır ki, oktyabrın on dördündə – qala topa tutulan zaman Səməd
bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe ya-
ponlar tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetr-
lik xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulmuş-
dur. Həm də, bu mövqe yaponların tüfəng və pulemyot atəşi al-
tında idi. Bu zaman Mehmandarovun yaxınlığında altı düyməlik
mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü bula-
dı, amma yaralanmadı.
Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük so-
yuqqanlıqla cibindən ağ dəsmalını çıxarıb, gözəl təzə paltosu-
nun üzərinə sıçrayan palçığı silməyə başladı.
Şəmistan Nəzirli
31
* * *
Dekabrın ilk günlərində qalaya iki ağır zərbə vurdular. Rusla-
rın inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mü-
hüm fortlarını tutdular. İkinci ağır zərbə isə 1904-cü il dekabrın
ikisində oldu. Komandan general Roman Kondratenko
qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan general-
leytenant Aleksandr Fok komandan təyin edildi. On altı gün
sonra yaponlar qalanın taleyini həll edən Drakonovıy Xrebet da-
ğını ələ keçirdilər. Port-Arturun qorxaq və istedadsız komen-
dantı general Anatoli Stessel qalanı dərhal düşmənə təslim etmək
üçün hərbi şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi
komandirlər general Stesselin təklifinə şərik oldular. Lakin gene-
ral-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və
bir qrup mərd zabitlər təslim olmağa qəti etiraz etdilər. Döyüşkən
zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa
hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla on-
lar deyirdilər ki, qala hələ özünü saxlamağa qadirdir, nə qədər
ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron
var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda
isə süngü ilə döyüşəcəyik.
Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı
yerə qoymağı qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda
general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-Arturu tələsik
təslim etdiyinə görə hərbi məhkəməyə verildi.
1
1
1907-ci il noyabrın 27-də Peterburqda başlayan hərbi məhkəmədə
general Səməd bəy Mehmandarov şahid kimi iştirak etmişdir. O, Port-Ar-
turu düşmənə vaxtından əvvəl təslim edən general A.M.Stesseli, Foku,
Reysi və Smirnovu əsaslı faktlarla günahlandırmışdır. Sonuncu üç nəfərin
fəaliyyətində guya cinayət tərkibi olmadığına görə məhkəmə onlara bəraət
vermişdir. General-leytenant A.M.Stesselə isə prokuror güllələnmə tələb
etmiş, lakin çar İkinci Nikolayın məsləhəti ilə (o, çarın qohumu idi) ona on
il həbs cəzası kəsilmişdir. Cəmisi beş ay Petropavlovsk qalasında dustaq
saxlanan general Stesselin guya səhhəti ağır olduğuna görə çarın mər-
həməti ilə əfv olunmuşdur. Məhkəmə bir neçə ay davam etmişdir – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
32
General-mayor Səməd bəy Mehmandarov və onun zabit dost-
ları qala təslim edildikdən sonra da hərbi anda sadiq qalaraq
başqa əsgər və zabitlər üçün nümunə göstərdilər. Yaponların
şərtlərinə görə, əsgərlər hərbi əsir alınır, zabitlər isə Yaponiyaya
qarşı bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı il-
tizam verəndən sonra Rusiyaya qayıda bilərdilər. General Stes-
selin ətrafındakı mürtəce fikirli bir qrup zabit dillərindən belə bir
iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy Mehman-
darov zabit şərəfini təhqir edən belə bir alçaq vəddən boyun qa-
çırdı. Bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi
barədə iltizam vermədiyinə görə general-mayor Səməd bəy
Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya şəhərinə gön-
dərildi. O, 1905-ci il avqustun 23-də Amerikanın Portsmut şəhə-
rində sülh müqaviləsi bağlanandan sonra Rusiyaya qayıda bildi.
Üç yüz otuz iki günlük məşhur Port-Artur qalasının müdafiəsi
general Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu.
* * *
Aleksandr Stepanovun “Port-Artur”, P.Larenkonun “Port-
Arturun əzablı günləri” və Trofim Borisovun “Portarturçular”
romanlarında bir azərbaycanlı soyadına da rast gəldik – poruçik
Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu ya-
zıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı
ildə Peterburqda nəşr olunmuş “Port-Arturun əzablı günləri”
sənədli əsərində (II cilddə) yaralanmış poruçik Sadıqovun hospi-
talda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub.
Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik Sadıqov
qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?
Bu barədə “Kommunist” qəzetinin 1984-cü il doqquz sent-
yabr tarixli sayında dərc edilən yazımdan sonra respublikanın
ayrı-ayrı bölgələrindən çoxlu məktub aldım. Xeyli adam poruçik
Sadıqovun onun qohumu olduğunu yazırdı. Lakin sabirabadlı
Böyükağa Sadıqovun gətirdiyi faktlar, sənədlər və fotoşəkillər
sübut elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun
Şəmistan Nəzirli
33
əmisidir. Poruçik Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ər də-
billi məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbaba-
nın Peterburq və Moskvada ipək dükanı varmış. 1903-cü ilin
əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov top-
çuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində igid poruçik
Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb.
Port-Artur döyüşçüləri haqqında inqilaba qədər onlarca əsər
yazılıb. Kabardin və çeçen igidlərinin Port-Arturdakı döyüş
fəaliyyəti haqqında Əhmədxan Naloyevin “Dan üzünün atlıları”
tarixi romanı, Vikenti Veresayevin “Yapon müharibəsi haqqında
hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəlik və yol qeydləri,
Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illər-
də Rusiya-Yaponiya müharibəsi” maraqla oxunan əsərlərdəndir.
Bunların hamısında eloğullarımızın qəhrəmanlığı haqqında az-
çox məlumat verilir.
“Niva” jurnalının 1905-ci il iyirmi beşinci sayının 496-cı səhi-
fə sində bir həmyerlimizin də adına və fotoşəklinə rast gəldim.
Onun haqqında ancaq bu sözlər yazılırdı: “Otuz üçüncü Şərqi-
Sibir atıcı alayının poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu Ba-
ğırbəyov fevral döyüşlərində igidliklə vuruşub kontuziya oldu”.
Adından, atasının adından və soyadından poruçik Zülfüqar
Bağırbəyovun azərbaycanlı olması şübhəsizdir. Düşünürdüm.
Görəsən, Uzaq Şərq sərhədləri uğrunda igidliklə vuruşan poru-
çik Zülfüqar Bağırbəyovun qohum-qardaşından sağ qalanı var-
mı? Doxsan ildən çoxdu bu tərlan baxışlı igid həmyerlimizin
fotoşəkli “Niva” jurnalının səhifəsində saralıb solur.
Taleyin qismətinə min şükür ki, axtarışlarım bəhrə verdi. Se-
vindim ki, uzun illərdən sonra igid həmyerlimizin unudulmuş
adı, xidməti xalqımıza bəlli oldu.
1987-ci ildə İçərişəhərdə yaşayan səksən iki yaşlı bir ağsaqqal-
la görüşdüm. Məhəmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva”
jurnalından şəklini götürdüyünüz poruçik Zülfüqar Mirzə Ələk-
bər oğlu Bağırbəyov mənim doğma əmimdir. Əmim Zülfüqar
1874-cü ildə Şuşada anadan olub. Port-Artur döyüşlərindən sağ-
General Əli ağa Şıxlinski və silahdaşları
34
salamat qayıdan əmim Novobəyazid süvari alayında ştabs-kapi-
tan rütbəsində xidmət edib. 1912-ci ildən 1914-cü ilədək Bakı
şəhərində hərbi komendant işləyib, rütbəsi mayor idi, Birinci
Dünya müharibəsi illərində Avstriya və Rumıniya cəbhəsində
döyüşlərdə iştirak edib.
Zülfüqar bəyin müasiri, Azərbaycan Cümhuriyyətinin lider-
lərindən biri Nağı bəy Şeyxzamanlı Türkiyədə nəşr etdirdiyi
“Xatirələrim” kitabında yazır ki, Zülfüqar bəy Bağırbəylinin Bi-
rinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz cəbhəsində uc-
qar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə
xəbər verdilər. Sonralar məlum oldu ki, Zülfüqar bəy bir erməni
tərəfindən vurulmuşdur. Ancaq rus komandanlığı tərəfindən
qatil axtarılmamış və cinayət “məchul güllə ilə törədilmiş” –
deyə ört-basdır edilmişdir.
* * *
Böyük türk dünyasının nüfuzlu orqanı “Tərcüman” qəzeti
Port-Artur müharibəsinin gedişatını müntəzəm izləmiş və öz
səhifələrində orduda qəhrəmanlıqla döyüşən, dini müsəlman
olan əsgər və zabitlərin fəaliyyətindən xəbərlər dərc etmişdir.
Qəzet 11 iyun 1904-cü ildə “Müxtəlif xəbərlər” rubrikasında
yazırdı: “İstehkamçı – kapitan İlyas bəy Ağalarov yeni podpol-
kovnik rütbəsi alaraq Uzaq Şərq döyüşlərinə yola düşür. Məşhur
bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi təhsil al-
maqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuş-
dur. Onun orduda keçən hərbi xidməti, həyatı və rütbəsi Rusiya-
da yaşayan hər bir müsəlman əhlində iftixar hissi doğurur”.
Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Allahyar bəy
oğlu Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o,
Port-Artur döyüşlərindən sağ-salamat qayıtmışdır. Sonralar
ikinci Qafqaz istehkamçı batalyonun komandiri olan polkovnik
İlyas bəy Ağalarov 1860-cı il iyunun 7-də Gəncədə nüfuzlu bəy
ailəsində dünyaya gəlib.
Şəmistan Nəzirli
35
Sənədlər göstərir ki, İlyas bəy İkinci Moskva hərbi gimnaziya-
sında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə
1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podpo-
ruçik, 1885-ci il avqustun 8-də poruçik, 1894-cü il avqustun 1-də
ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun
26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik
rütbəsi ilə təltif olunub.
Polkovnik İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və
nizami ordudakı nümunəvi xidmətləri 1901-ci ildə ikinci dərəcəli
“Müqəddəs Stanislav”, 1905-ci ildə ikinci dərəcəli “Müqəddəs
Anna”, yenə həmin ili dördüncü dərəcəli “Müqəddəs Anna”
(bant və qılıncla birgə ordenlərinə layiq görülmüşdür.
1913-cü il martın on səkkizində polkovnik İlyas bəy qəfil
mərmi partlayışından həlak olub. Bu sərkərdə eloğlumuzun
məzarı hazırda Gəncədə İmamzadə məscidinin həyətindədir.
Məzarın mərmər başdaşında solmaqda olan “Qvardiya polkov-
niki İlyas bəy Ağalarov” sözlərini oxuyanda unudulmuş igidin
xatirəsi qəlbimi göynətdi. İllərin tufanı mərmər qəbir daşından
onun sonuncu izini də silib aparır… Sərkərdəlik fəaliyyəti lazı-
mınca öyrənilməmiş və hərb tariximizin heç bir səhifəsində
indiyədək adı çəkilməyən belə igidlərimizi düşünəndə: “Hər bir
insanın içərisində onunla birgə doğulan və ölən kainat var. Hər
bir başdaşı altında bütöv bir dünya tarixi yatır” – deyimini xatır-
lamaya bilmirsən.
İstər-istəməz dahi Nizami Gəncəvinin:
Gəl, gör kiminkidir bu çökmüş məzar?
Yıxılmış baş daşı, göyərmiş otlar.
Mən torpaqda yatan bir mirvariyəm.
Qaldırsan görərsən sən tək diriyəm.
Batıb gedən bilmə sən hər gedəni,
Məni görməsən də, görürəm səni. –
misraları yada düşür.
General Əli ağa Şıxlinski və silahdaşları
36
“Tərcüman” qəzeti 1904-cü il noyabrın 5-də “Müsəlmanlar
Port-Arturda” adlı xəbərində yazırdı: “Mancuriya ordusunun sı-
ralarında və həmçinin Port-Artur döyüşlərinin qəhrəman
müdafiəçiləri arasında azsaylı müsəlmanlar da şərəflə vuruşur-
lar. Redaksiyanın aldığı məktubdan aydın olur ki, yeddinci
Şərqi-Sibir artilleriya divizionunun rəisi, general-mayor Səməd
bəy Sadıq bəy oğlu Mehmandarov Qarabağ bəylərindəndir. Qala
artilleriyasının xəzinədarı isə Litva müsəlmanlarından olan
Ədhəm bəy Muxranskidir. Şimali Qafqazdan olan artilleriya po-
ruçiki Y.İ.Dudarov isə avqust hücumlarının birində mərd zabit
kimi şərəflə vuruşaraq həlak olmuşdur. Allah ona rəhmət eləsin.
Amin!”
Dostları ilə paylaş: |