ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

VƏTƏNİ CANDAN ƏZİZ TUTAN GENERAL

(Sənədli hekayə)

Azərbaycan  nişançı  firqəsi  gəncdir.  Azərbaycan 

qızıl əsgərlərinin keçmiş təcrübəsi azdır. Ona görə də 

onlar öz hərbi biliklərini artırmaq üçün daha çox ça-

lışmalıdırlar.  Onların  hərb  zamanında  döyüşkən 

olacaqlarına tam əminəm. Azərbaycan qızıl əsgərinə 

səmimi salamlar!

Bakı, 1925-ci il 18 aprel

Mixail Frunze

1925-ci il aprelin 16-da SSRİ Hərbi və Dəniz İşləri Xalq Komis-

sarı M.V.Frunze ikinci dəfə Azərbaycana gəldi. Qarnizon qoşun-

ları Salyan kazarmaları önündə ona təqdim olundu. General Əli 

ağa Şıxlinski Azərbaycan komanda heyəti məktəbinin rəis müa-

vini vəzifəsində idi. Komissar generalla köhnə tanış kimi (onlar 

1916-cı  ildə  Qərb  cəbhəsində  tanış  olmuşdular)  səmimiyyətlə 

görüşdü və xahiş etdi ki, indi keçiriləcək müxtəsər təlim vaxtı 

onunla azərbaycanlı əsgərlər arasında tərcüməçi olsun. Azərbay-

canlı əsgər və zabitlərin hərbi işə marağını, hərbi biliyini yoxla-

maq üçün Mixail Frunze əvvəlcə sadə suallar verirdi. Cavablar-

dan razı qalan komandan suallarını getdikcə mürəkkəb ləşdirirdi. 

Üz-gözündən  hiss  olunurdu  ki,  topçuların  həm  təlim,  həm  də 

taktiki  biliyi  onu  qane  edir.  Xoş  əhvali-ruhiyyə  ilə  şən-şən 

gülümsünən komandan aradabir onlarla zarafatlaşırdı: “Nişan-

lın varmı, ona məktub yazırsanmı? Çalış, Azərbaycan gözəli nin 

gözünü yolda qoyma. Sən Vətəni, torpağı, ana-bacına görə qoru-

yursan, yoxsa sevgilin üçün?” – suallarına aldığı cavablara bəzən 

qəhqəhə çəkib gülürdü.


Şəmistan Nəzirli

123


Arabir də Türk-Qırğız dilində bildiyi sözləri işlədirdi: “Siz ci-

gidsiniz, cigid qorxmaz!” – deyəndə topçu əsgərlər arasında pıç-

hapıç düşürdü. Onların narahatlıqdan xilas etmək naminə Frun-

ze özü haqqında fəxrlə deyirdi: “Mənim əsl-nəcabətim Bessara-

biyadandır. Orada da qonum-qonşumuz türklər və qırğızlar idi. 

Ötən il Türkiyədə olanda türkcə danışdığımı eşidənlər deyirdilər: 

Ələdüşməz qırmızı rus-türküdür bu!” Əli ağanın sevinci Frun-

zeninkindən  qat-qat  artıq  idi.  Zarafat  deyildi,  komandan  nə 

əsgərlərdə, nə də bir zabitdə qüsur olduğunu demədi, halbuki 

qüsur vardı, istəsə deyərdi. Xırda-para qüsuru görürdüsə, üstü-

nü vurmurdu. Şıxlinski özü də hiss edirdi ki, komandan gəncləri 

orduya  həvəsləndirir.  Topçulara  kağızsız  qısa  nitq  söyləyən 

Frunze sonda fəxrlə qeyd etdi ki, Azərbaycan diviziyasının əldə 

etdiyi müvəffəqiyyətlər xüsusilə gözə çarpır. Bu diviziyada niza-

mi duruş və hərbi təlim tamamilə təqdirəlayiqdir. Sizin pis əsgər, 

zəif zabit olmağa haqqınız yoxdur. Çünki sizin xalqa, sizə örnək 

olan general Səməd bəy Mehmandarov və Əli ağa Şıxlinski kimi 

şöhrətli sərkərdələriniz var. Çox sağ olun ki, onların adına layiq 

xidmət edir və onların yaxşı davamçılarısınız.

Təlimdən sonra Frunze general Əli ağa Şıxlinskidən soruşdu:

– Siz nə fikirdəsiniz, batalyonlarda top tətbiq etməyə dəyərmi?

– Əlbəttə, dəyər, – cavabını verdi general.

Mixail Frunze:

– Bununla biz piyadanın yükünü artırmış olarıqmı?

– Yox, artırmırıq, çünki qoşunda top, cibdə qızıl kimi bir şey-

dir: o nə qədər çox olsa, sahibinin ruhu da o qədər yüksək və özü 

də o qədər ürəkli olar. Başqa cür desək, orduda top nə qədər çox 

olsa, o qədər cürətlə hücum edər. Bir də ki, Mixail Vasilyeviç, – 

deyə general izahını davam etdi, – “batalyon topları” sözü düz-

gün olmaz, çünki orada minaatanlar və əldə sürülən kiçik toplar 

da olacaq ki, bunlar əsl toplar deyil, onların yalnız surroqatları-

dır. Batalyonlara verilən minaatanları və kiçik topları top deyil, 

batalyonun atəş vasitələri adlandırmaq lazımdır.


General Əli ağa Şıxlinski və silahdaşları

124


–  Çox  gözəl,  çox  yaxşı  təkliflərdir,  yoldaş  general!  –  deyə 

ürəkdən  səmimiyyətini  bildirən  M.V.Frunze:  –  Mən  həmişə 

demişəm və yenə də deyirəm, Azərbaycanda general Şıxlinski 

üçün  fəaliyyət  sahəsi  çox  dardır.  Sizin  də,  general  Səməd  bəy 

Mehmandarovun da iş yeri Moskvadır. Axı, sizlər vaxtilə ordu-

lara  komandanlıq  etmisiniz.  1921-ci  ildə  yoldaş  Nərimanovun 

təkidli tələbi olmasaydı, Sizi Azərbaycana qaytarmayacaqdıq… 

Yaxşı, nə üçün Moskvaya qayıdıb orada işləməyə, bizə kömək 

etməyə razılıq vermirsiniz?

General Əli ağa Şıxlinski:

– Əvvəla, arvadım xəstədir, yaş ötüb kövrəlib, qohum-əqrəba-

dan ayrılmaq istəmir, – dedi. – Elə mən özüm də... – “Qocalmı-

şam” sözünü dilinə gətirə bilmədi. – 1916-cı ilə baxmayın, onda 

cavan idim. Vaxtilə rütubətli çəmənlərdə, su dolu səngərlərdə o 

qədər qalmışam ki, indi məndə şiddətli yel ağrıları baş qaldırıb. 

Bu  vəziyyətdə  qorxuram  ki,  vicdanla  işləyə  bilməyəm.  Sizin 

dəvətinizi  topçu  müfəttişi,  keçmiş  şagirdim  Mixail  Mixayloviç 

Ratkeviç mənə çatdırıb. Çox sağ olun ki, unutmamısınız. Yalnız 

səhhətimə  və  ailə  vəziyyətimə  görə  dəvətinizi  qəbul  edə 

bilmirəm…

Mixail Frunze əlini generalın çiyninə toxundurub:

– Söz verirəm ki, Sizə çətin və məsuliyyətli iş tapşırmayaca-

ğıq. Mənzil və təqaüdlə də təmin edərik, sakitcə yaşayacaqsınız. 

Hərdənbir məsləhət üçün Sizə müraciət edəcəyik. Buna ehtiyacı-

mız var. 

Əli ağa Şıxlinski fikirli-fikirli dedi:

–  Mixail  Vasilyeviç,  axı  Moskvada  daha  yaxşı  hərbi  mütə-

xəssislər var. Elə götürək mənim dostlarım general Aleksey Bru-

silovu, Yevgeni Barsukovu, bir də son vaxtları Voroşilov soyadlı 

generalı çox tərifləyirlər.

Frunze ehtiyatla ətrafına boylandı. Onlar əsgər və zabitlərin 

yığışdığı  gur  yerdən  xeyli  aralanmışdılar.  Şıxlinski  neçə  dəfə 

ayaq saxlayıb geri dönmək istədisə hiss elədi ki, narkom nə da-

yanmaq,  nə  də  geri  qayıtmaq  istəmir.  Yanğı  ilə  danışa-danışa, 



Şəmistan Nəzirli

125


asta-asta hey irəliləyirdilər. Onlar qarnizonun qərb tərəfinə doğ-

ru gedirdilər. Sonuncu qazarmanı keçib, geniş təlim-məşq mey-

danına çıxdılar. Yenicə susan Frunze dərdli adamlar kimi dərin-

dən nəfəs aldı. Onun sifətində əzab nişanələri vardı. Topçularla 

görüşdəki şən-şux Frunzedən əsər-əlamət yox idi.

– Əli ağa, – dedi, – sizin dostunuz general Brusilov qocalıb, 

xəstəhaldır. Karlovı-Varıya istirahətə, müalicəyə getdi. Düzü, in-

diki hakimiyyətin də ona münasibəti sən deyən yaxşı deyil. Belə 

ağıllı, bilikli, mərd bir generalı qəbul etmək istəmirlər, köhnəliyin 

qalığı deyə ona hədyanla baxırlar. Məhz ona olan pis münasibət 

onu ruhdan salıb qocaltdı. Ona görə də başını götürüb müalicə 

adı ilə aradan çıxdı və düz də elədi. Yevgeni Barsukov isə bildi-

yiniz kimi, sırf hərbi nəzəriyyəçidir, kəsəsi, elm xadimidir. Prak-

tik  işlərdə  məharəti  yoxdur.  Adını  çəkdiyiniz  Voroşilovda  isə 

mən yaltaqlıqdan başqa heç nə görmürəm. Nə hərb elmində, nə 

də taktiki təcrübədə onun bacarığı yoxdur. Siz allah, məni bağış-

layın, açıq danışdığım üçün…

– Sizi başa düşürəm, Mixail Vasilyeviç, düz sözə nə deyəsən. 

Mənə Voroşilovla nə işləmək, nə də tanışlıq qismət olmayıb.

Mixail Frunze dərhal dedi:

–  Yaxşı  ki,  qismət  olmayıb.  Bilirsiniz,  bu  saat  Qızıl  Ordu 

deyilən təşkilatda vəziyyət necədir? İndiki halda bu ordu döyüş 

qabiliyyətini tamamilə itirib, pərakəndə intizamsız quldur dəstə-

sini  xatırladır.  İnanın,  mən  sizə  bu  sözləri  Baş  Hərbi  İdarənin 

başçısı kimi deyirəm. Sizi Dünya müharibəsindən yaxşı tanıdığı-

ma görə ürəyimdəkiləri açıb söyləyirəm. Yeni qurulan hökumətə 

belə ordu yaramır. Hakimiyyət orduya baxmır, yuxarı eşelon si-

yasi çəkişmələrlə məşğuldur.

Mixail Vasilyeviç, yaxşı hərbi kadrların əksəriyyəti mənə çatan 

məlumata görə mühacirətə gedib. Onları çox nahaq buraxıblar.

Frunze:

– Buraxmaq yox, qovdular… Dərd burasındadır ki, 1918-1920-



ci illərdə burada qalan bacarıqlı hərbi kadrların da əksəriyyəti 

General Əli ağa Şıxlinski və silahdaşları

126


güllələndi, ya da bu saat türmələrdə çürüyürlər. Eloğlumuz Hü-

seyn xan Naxçıvanski yadınızdadırmı?

– Əlbəttə, əlbəttə, çox böyük sərkərdə idi. Heyf ondan. Deyirlər 

Hüseyn xan güllələnəndən sonra ailəsi xaricə mühacirətə gedib.

– Hüseyn xanı 1919-cu ildə “çarın qohumusan, ona məktub 

yazmısan ki, hakimiyyətdən imtina etmə” faktını bəhanə gətirib 

güllələdilər. Eləcə də süvari generalı Aleksey Kaledini, qardaşı 

general  Vasili  Maksimoviçi,  Kolçakı  isə  İrkutskda  güllələdilər. 

Denikini ölkədən didərgin saldılar. General Dmitri Baqrationu, 

Eris xan Əliyevi və onlarca belələrini Leninə sui-qəsddən sonra 

güllələdilər. İndi Qızıl Ordu deyilən qurum fakt başsızdır. Ordu 

keçmiş praporşik və podpraporşiklərin ümidinə qalıb.

Əli  ağa  Şıxlinski  onun  səmimiyyətinə  bir  tərəfdən  inanır,  o 

biri  tərəfdən  qəlbinin  dərinliyində  şübhə  onu  boğurdu.  O  da 

ürəyindəkiləri, Sovet hökuməti dövrünün beş ilində şahidi oldu-

ğu ədalətsizlikləri danışıb yüngülləşmək istəyirdi. Amma ehti-

yat edirdi…

Frunze papirosunu atıb ayağı ilə əzdi:

– Siz də, – dedi, – görürəm ki, balaca respublika olsanız da 

vəziyyət  ordu  barədə  pis  deyil.  İki  gündür  gəzib  görürəm. 

Mənim  bildiyimə  görə  çar  və  müsavat  dövrünün  zabitlərini, 

hətta  sıravi  əsgərlərini  də  orduda  saxlamısınız.  Çox  da  yaxşı 

eləmisiniz. Bu, yəqin ki, Səməd bəyin və Sizin təşəbbüsünüzdür. 

Bizdə isə deyirlər ki, fəhlə-kəndli gəncləri orduya çağırın, qoy 

onlar  komandanlıq  etsinlər.  Axı,  istər  kəndlinin,  istərsə  də 

fəhlənin peşəkar hərbçi kimi yetişməsinə bir qərinə vaxt gərəkdir. 

Əvvəla, onların əksəriyyəti sırf savadsızdır. Belə olan halda sa-

vadsız adamı komandir qoymaq olarmı?! Əlbət ki, yox!

–  Mixail  Vasilyeviç,  bizdə  hələ  bundan  qat-qat  yaxşı  ola 

bilərdi. Keçmiş Az.ÇK-nın sədri, namərd Semyon Pankratov ol-

masaydı. O, bizə, bizim orduya çox ağır zərbələr vurdu. İyirmin-

ci ildə yüzlərlə, minlərlə əsgər və zabitlərimizi, qabaqcıl ziyalıla-

rımızı güllələtdi, didərgin saldı, Sibirə göndərdi. Müsavat gene-

ralı kimi yalnız Səməd bəylə mən qalmışam. Ona da Nəriman 



Şəmistan Nəzirli

127


Nərimanov səbəbkar oldu. Düz üç dəfə bizi həbs etdi, sorğu-su-

al, min cür baş ağrısı. Bircə ona şükür etdik ki, anamız namaz 

üstə imiş, rəhmətlik Nəriman tez xəbər tutub bizi xilas etdi.

Qaça-qaça  gələn  cavan  bir  kapitan  onların  beş-altı  addımlı-

ğında dayandı:

– İcazə verin, yoldaş komandan, məruzə edim. Bizim koman-

dir Sizi nahara dəvət edir.

Bikef Mixail Frunze:

– Gedin, biz də indi gələrik, – deyib üzünü yenidən Əli ağaya 

tutdu.  –  Mən  buradan  başqa  respublikalara  da  gedəcəyəm. 

Səfərim bir aya qədər davam edəcək. Xahiş edirəm, bu müddətdə 

götür-qoy edəsiniz. Moskvaya qayıdanda bu məsələ barədə yenə 

düşünməli olacağam.

–  Fikirləşərəm,  bəlkə,  bir  çıxış  yolu  tapdım.  Hələlik  söz 

vermirəm…

Frunze gülə-gülə:

– Siz evdəki “generalla” oturub yaxşı-yaxşı düşünüb bir qəra-

ra gəlin. Mən öz adımdan da xanımınıza cansağlığı arzu edirəm. 

Ümidim var ki, Moskvada yenidən görüşəcəyik… – dedi.

Təəssüf  ki,  həmin  il  oktyabrın  otuz  birində  komandan 

M.V.Frunze  qəflətən  müəmmalı  şəkildə  vəfat  etdi.  Cərrahiyyə 

əməliyyatı  aparan  Mərkəzi  Komitənin  həkimi,  milliyyətcə  er-

məni Poqosyants bicliklə məhz Frunzenin bədəninin tab gətirmə-

diyi anesteziya1 tətbiq etmişdi. Komandan cərrahiyyə stolunda 

keçindi. Bu ölümün qəsdən edildiyini dəqiqləşdirən Frunzenin 

arvadı Sofiya Alekseyevna intihar etdi. Yazıçı Boris Plinyak bu 

faciədən otuzuncu illərdə “Söndürülməmiş ay dastanı” əsərini 

yazdı.  Həmin  povest  ona  baha  başa  gəldi.  Onu  1937-ci  ildə 

güllələdilər. General Əli ağa Şıxlinski isə ömrünün axırına kimi 

(1943-cü il avqustun 18-i) candan əziz bildiyi vətəni Azərbaycanda 

qalıb işlədi.

1

  Anesteziya – keyləşmə



General Əli ağa Şıxlinski və silahdaşları

128


DİLÇİ – ALİM – GENERAL

Məşhur generalımız Əli ağa Şıxlinski hərb elmi ilə müntəzəm 

məşğul olan yeganə sərkərdəmizdir. O, ötən əsrin sonlarından 

başlayaraq Rusiyada dərc olunan müxtəlif qəzetlərdə, “Artilleri-

ya Zabitləri Məktəbinin xəbərləri”

1

 jurnalında hərbi elmi-publi-



sistik məqalələrlə çıxış etmişdir. 1910-1914-cü illərdə Luqa şəhə-

rində nəşr olunmuş “Səhra toplarının cəbhədə işlədilməsi”, “Di-

vizion  miqyasında  topçu  manevrlərin  təşkili  üçün  təlimat”, 

“Top çu zabitləri məktəbində Əli ağa Şıxlinski tərəfindən oxun-

muş  mühazirələrin  xülasəsi”,  “Öz  qoşunlarının  başı  üstündən 

top atışı haqqında” kitabları Port-Artur qəhrəmanı Əli ağa Şıx-

linskiyə şan-şöhrət gətirmişdir.

1918-1920-ci illərdə və sovetlər dövründə də general Əli ağa 

Şıxlinski hərbi elmi mövzusunda silsilə məqalələrin və hərbi ki-

tabların müəllifi olmuşdur. Onun 1926-cı ildə “Azərbaycan hərbi 

redaksiyası” tərəfindən nəşr olunmuş 300 səhifəlik “Rusca-tür k-

cə qısa hərbi lüğət”i hərbi nizamnamələrin, hərbi elmi ədəbiy-

yatın tərcümə olunmasında böyük əhəmiyyət kəsb etmişdir. Na-

dir nüsxəyə çevrilən lüğət bu gün də misilsiz dəyərə malikdir.

1920-ci ildə onun təşəbbüsü ilə yaranan Bakı qarnizonunun 

Hərbi Elmi Cəmiyyəti, “Hərbi bilik” jurnalı və “Hərbi” nəşriyyat 

bizə  “Əli  ağa  Şıxlinski  Azərbaycanda  hərb  elminin  banisidir” 

deməyə haqq verir – sovetlər dövründə onun XI Orduda məcburi 

xidmət etməsi, bolşeviklərin ona çar və müsavat generalı kimi 

mənfi münasibətləri onun əlyazmalarında, müasirlərinin xatirə-

lərində açıq-aydın bilinir. Totalitar rejimin “gözükölgəli” etdiyi 

general Əli ağa Şıxlinski ona görə də bu illərdə bütün gücünü, 

biliyini  hərb  elmi  ilə  məşğul  olmağa  daha  çox  sərf  etmişdir. 

1

  Bu hərbi jurnal 1912-ci ildə Əli ağa Şıxlinskinin təşəbbüsü ilə Sankt-



Peterburqda nəşr olunmuşdur – Ş.N.

Şəmistan Nəzirli

129


Onun “Hərbi bilik” jurnalında və “Kommunist”, “Bakinski rabo-

çi” qəzetlərində “Gələcək müharibədə toplar”, “Topların piyada 

və  süvarilərlə  qarşılıqlı  əməliyyatı”,  “Topların  dağlıq  yerlərdə 

atəş  xüsusiyyəti  haqqında”,  “Alay  topları  haqqında”  silsilə 

məqalələri dərc olunmuşdur.

Bu günlərdə “Kommunist” qəzetinin 1926-cı il fevral ayı nöm-

rə lərini  vərəqləyərkən  məşhur  sərkərdəmizin  indiyədək  bizə 

məlum olmayan dəyərli bir məqaləsinə rast gəldik. “Darılmaq 

istəməz” adlı məqalə tam artilleriya generalı Əli ağa Şıxlinski bu 

gün  də  vacib  olan  dilimizin  saflığından,  istər  danışığımızda, 

istərsə də yazılarımızda türkləşməni, türk hərbi istilahlarını daha 

vacib bilir.

O yazır: “Dili türkləşdirmək istəyənlər Azərbaycanın uca dağ-

larında,  dərin  dərələrində  yaşayan  kəndlərə,  yenə  kəndlərə 

getməlidirlər.  Şəhərlərdə  türk  sözü  qalmamışdır.  Onların  yer-

lərini ərəb, fars, rus sözləri tutmuşdur. Xüsusən, hərbi istilahlar 

üçün kəndə üz çevirməlidirlər. Çünki topoqrafiya istilahlar və 

hər  dürlü  silaha  aid  sözlər  orada  işlənir.  Şəhərdə  isə  işlənən 

sözlərin çoxu dükan-bazar, arşın-girvənkəyə aiddir. Biz kəndlə-

ri mizdə  saxlanmış  sözləri  tapmalı,  yığmalı  və  yaşatmalıyıq. 

Unudulmuş türk sözləri yalnız danışmaq üçün deyil, ən gərəkli 

kitablarımıza yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanların 

yarağı olsun”. 

General Əli ağa Şıxlinskinin səksən altı il əvvəl qələmə aldığı 

“Darılmaq  istəməz”  məqaləsinin  üslubuna,  cümlə  quruluşuna 

toxunmadan təqdim edirəm. 



DARILMAQ İSTƏMƏZ

“Müvəqqəti topçu təlimnaməsi”nin (atış qaydalarının) tərcü-

məsi Səttarov yoldaşı çox acıtmışdır (“Kommunist”, №81). Yol-

daşın tənqidi kəskin, fəqət büsbütün haqsızdır. Məqalə yeni ara-

ya çıxmış təlimnaməni görməyən gənc topçularımızın ürəklərini 

qopara bilər. Buna görə də cavab verməyi özümə borc bildim.



General Əli ağa Şıxlinski və silahdaşları

130


Azərbaycan Xalq Maarif Komissarlığı yanında düzəlmiş “İs-

lahat” komisyonu dilimizdən yad sözlərin çıxarılmasını və yer-

lərinə mümkün olduqca türk sözlərin qoyulmasını qərara almış-

dır.  Hərbi  nəşriyyat  komisyonu  da  bu  yol  ilə  getməyə  çalışır. 

Əlbəttə,  yanlışımız  olmaya  bilməz.  Yanlışsız  kim  işləyə  bilər? 

Təlimnamə müvəqqətidir. Bir ya iki ildən sonra dəyişdiriləcəkdir. 

O vaxtadək komandalarımızın sınağı (təcrübəsi) və yazıçılarımı-

zın tənqidlə yanlışlarımızı düzəldə biləriz, fəqət tənqidi də bilik-

li adamlar etməlidirlər. Bir çoxları hər il istilah dəyişdirilməyəcəyini 

söyləyə  bilərlər. Ancaq  öz  dilini  ədəbiyyat  və  elmi  uydurmaq 

üçün uzun-uzun illər çalışmalı və götürülmüş münasibətsiz söz-

lər daha uyarları ilə dəyişməlidir. Tərcümə etdiyimiz rus təlim-

namələrində də 200 ildən artıq işlənən islahatların çoxu inqilab-

dan sonra dəyişdirilmişdir. Bəzi istilahlar 1922-ci ildən indiyədək 

2-3 dəfə dəyişdirilmişdir. İndi Səttarov yoldaşın anlamadığı və 

tənqid etdiyi sözlərə keçəlim. Təlimnamədə yazılmış:

1)  “Gecikdirənli  və  gecikdirənsiz  –  toqquşmalı  tapası  və 

həmçinin  ölçülməli  tapası  olan  qumbara”.  Bunun  tərcüməsi 

belədir:


“Граната с взрывателями с замедлением и без замедления, 

а также с дистанционной трубкой”.

Bunlar topçu istilahlarıdır. Kim olursa olsun, topçuluq işi ilə 

tanış deyilsə, bu istilahları anlamaz. 

2) Danə fars sözüdür. Və əsl mənası “taxıl toxumu”dur. Os-

manlı türkləri bu sözü (400-500 il bundan əvvəl) “atdığına” uy-

duranda topun gülləsi yumru və bütün idi. Bu güllələrə rusca 

qranata” deyil, “yadro” deyilir. İndiki top gülləsinin içi barıtı ilə 

doldurulmuş...

1

  yenə  ona  qumbara  deyilir.  Osmanlılar  əski  adı 



danəni” – yeni gülləyə də qoymuşlarsa, bizə bu, əl verməz.

3) Təpə. İnsan və heyvan bədəninin yuxarısına, dağın başına. 

Hər bir şeyin yuxarı ucuna və bir də kiçik dağa deyilir. Təpəyə 

rusca bir neçə məna verilə bilər. (Temya) – xolma, verşina. Təpə

1

  İllərin sarılıb-solmuş sətirlərində bu cümləni oxumaq mümkün ol-



madı – Ş.N. 

Şəmistan Nəzirli

131


yaxud  tipa  şüşənin  ağzını  qapayan  tıxaca  deyilir  ki,  ruscası 

“propka”dır.  (Şəmsəddin  Samini  sözlüyünün  370-878-ci  səhi-

fələrinə baxın)

1

. Topçuluqda təpə top gülləsinin ağzına burulan 



və yeri gələndə onun iç barıtına od verən alətə deyilir ki, ruscası 

“trupka”dır. Bununla təpə ilə tipa-nın arasında böyük fərq vardır.

4)  Mərmi  ərəb  sözüdür.  Mənası  da  “atılan  şey”  deməkdir. 

“Roma” – atdı, tulladı; “atdıq” isə türk sözüdür: “atdıqdan” ya-

ranıb.  Dilimizin  qanuni  üzrə  uydurulmuş  sözüdür  ki,  mənası 

mərmidir. “Atdıq” istilahının doğruluğunu göstərmək üçün iki 

cümlə alalım: “Atdığınız nədir?” – Qumbaradır. Qonşu batareya-

nın atdığı nədir? – Şrapnerdir”.

5) Rusca (vzrıvatel) və ya (udarnaya trubka) dəniləni. Osmanlı-

lar “musadəməli” yerinə biz türk sözü “toqquşmalı” işlədirik.

6)  Təyyarə”,  osmanlılar  uçar  şeyə  deyirlər.  Ucaya  təyyarə 

deyirlər.  Maarif  komissarlığının  istilahlar  komisyonu  və  hərbi 

nəşriyyat komisyonunun qəbul etdiyi üsula görə bütün Avropa 

və Amerikada işlənən texniki istilahlar – məsələn: aeroplan, avto-



mobil, lokomotiv və sonra türkcəyə çevrilməlidir. Fəqət rusun (let-

çik)inə – “uçucu” və (samolet)una – “uçqaç” deməyi biz “təyyarə” 

və “təyyar”dan daha yaxşı sanırıq.

7) Şöbə ərəb sözüdür və əsl mənası türkcə – “butaq”dır. (Os-

manlı ləhcəsində “dal”, “budaq”, Ş.Sami sözlüyünün 778-ci səhi-

fəsinə baxın). Ruscada (otdel) sözünün əsl mənası ayrılmış şişin 

adıdır.  Türkcə  “butaq-butaq  ayrılmaq”  təbiri  çox  işlənir.  Ərəbcə 

şöbə” deməkdən isə öz dilimizcə “butaq” deyə bilərik. 

8) Nişangah fars sözüdür. Əsl mənası “nişan qoyulan yer”dir. 

Türkiyə  ordusu  Azərbaycana  gəlincəyə  qədər  heç  kəs  top  və 

tüfəngi nişana doğrultmaq üçün olan alətə nişangah deməzdi. 

Deyilməməlidir də, çünki bu, yanlış bir istilahdır.

1

  Şəmsəddin Sami (1850-1904) – məşhur türk leksikoqrafı və yazıçısı. 



Şərqdə altıcildlik “Qamus ül-əlam” ensiklopediyasını, ikicildlik “Qamusi-

fransəvi” və yenə ikicildlik “Qamusi-türki” kimi qiymətli türk dillərinin 

izahlı lüğətinin müəllifidir. Şəmsəddin Saminin əsərlərində Azərbaycana 

dair  məlumatlar  vardır.  Onun  “Dəmirçi  Gavə”  pyesi  1920-ci  il  aprel 

çevrilişindən əvvəl Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur – Ş.N.


General Əli ağa Şıxlinski və silahdaşları

132


Nişangah yerinə biz “tuşlamağ” yazdıq. Fəqət bu söz Səttarov 

yoldaşı çox acıtmışdır. Və öylə acıtmışdır ki, özü də bizim ağır 

günahlarımıza uğradan sözündən yeni söz çıxarmışdır (düzüm-

ləmə).  “Tuşlamağ”ı  biz  “tuşlama”  sözündən  düzəltdik.  “Tuşla-

ma” isə “navodka”, “priselivanie” sözlərinə ən yaxın türk sözüdür. 

9)  Tuşlama  –  yəni  tuş  qoyma,  quş  tutma.  “Tuş”  isə  “muzey” 

sözü, yaxud bəzi qəzalarda işlənən sözlərdən deyildir. 

Azərbaycanın Qazax, Gəncə, Ağdam, Cəbrayıl və başqa qəza-

larında, Gürcüstanın Borçalı, Sığnaq qəzalarında, Ermənistanın 

İrəvan,  Yeni  Bəyazid,  Sürməli  və  başqa  qəzalarında  bu  söz 

bəllidir.  “Tuş”  sözü  yalnız  Zaqafqaziya  “muzeylərində”  deyil, 

başqa  türk  ölkələrində  də  işlənir.  Cığatay  ləhcəsində:  “tuş”  – 



tərəf, səmt deməkdir: “Tuşlamağ”, “tuşlamaq”, “duşlatmaq” – “qar-

şı-qarşıya gəlmək”. “Hər tuşda” – hər səmtdə deməkdir. “Tuş çağı” 

– günorta, yəni gün baş üstündə olan çağ deməkdir.

Qırğız ləhcəsində: “Tuşda” – qarşıda. “Tuşuna” – üz-üzə. “Tuş-

çu” – qarşılayıcı deməkdir. 

Başqırd ləhcəsində: “Tuşyanı” – “günorta səmti” deməkdir.

Altay ləhcəsində: “Tuşdamaq” qarşılamaq, qabaq-qabağa demək-

dir. 


Səttarov  yoldaş  tuşlamaq  yerinə  düzənəmək  deyir.  Türk 

dilində belə söz yoxdur, ola da bilməz.

Düzən” əsl türk sözüdür, mənası da ərəbcə tərtib, nizam (Ş.Sami, 

626-cı səhifə), rusca isə “poryadok”dur. Səttarov yoldaş göstərdiyi 

qayda” (pravilo) deməkdir. 

Səttarov yoldaşın arzusu çox böyükdür. Onu yaratmaq müm-

kün deyildir. Yoldaş Səttarov kənddən yeni gələn əsgərlərin və 

bütün xalqın topçu təlimnaməsini görən kimi anlamasını istəyir. 

Bütün  xalqa  bu  heç  lazım  deyildir.  Topçu  əsgərlərinə  də  bu 

təlimnaməyə öncə komandanlar ağızdan və göstərişlə öyrədirlər.

Ancaq  bundan  sonra  istilahları  öyrənmiş  savadlı  əsgərlər 

təlimnaməni özləri oxuyub anlaya bilərlər. Yalnız Azərbaycanda 

deyil, bütün ölkələrdə bu böylədir. 


Şəmistan Nəzirli

133


Elm, fənn və sənət kitablarını anlamaq üçün ya bir işlə tanış 

olmaq və ya bir öyrədiciyə müraciət etmək lazımdır. Əsgərlərə o 

komandanları öyrədir.

Yeni çıxmış təlimnamənin istilahlarına alışanadək komandan-

larımız da bir qədər çətinlik çəkəcəklər. Fəqət bu çətinlik iki-üç 

həftədən artıq sürməyəcəkdir. 

Səkkiz il bundan əvvəl Azərbaycana gələn türk ordusu içimizə 

bir neçə ərəbcədən alınmış hərbi istilahlar atıb getmişdir. Nədən 

isə biz bu yad sözləri atmaq istəmirik. Bizə deyirlər ki, eşidilməmiş 

türk  sözlərini  ortalığa  çıxarmayın.  Fəqət,  Türkiyə  ordusu  gəl-

məmiş  ərəbcə  hərbi  istilahlar  hansı  Azərbaycanın  qəzalarında 

eşidilmirdi?

Dili  türkləşdirmək  istəyənlər Azərbaycanın  uca  dağlarında, 

dərin dərələrində yaşayan kəndlərə, yenə kəndlərə getməlidirlər, 

şəhərlərdə türk sözü qalmamışdır. Onların yerlərini ərəb, fars, 

rus sözləri tutmuşdur. Xüsusən, hərbi istilahlar üçün kəndə üz 

çevirməlidirlər. Çünki topoqrafiya istilahları və hər dürlü silaha 

aid sözlər orada işlənir. Şəhərdə isə işlənən sözlərin çoxu dükan-

bazar,  arşın-girvənkəyə  aiddir.  Biz  kəndlərimizdə  saxlanmış 

sözləri tapmalı, yığmalı və yaşatmalıyıq. Unudulmuş türk sözləri 

yalnız danışmaq üçün deyil, ən gərəkli kitablarımıza yazılmalı-

dır ki, bu sözləri öyrənmək oxuyanların yarağı olsun.



Danə, mərmi, təyyarə, şöbə, nişan alma, tərtib və bunlar kimi ərəb 

və ya fars sözlərini öyrənə bilən türklər qumbara, atdıq, uçqaç, bu-



daq,  tuşlama,  düzən  və  bu  kimi  türk  sözlərini  də  öyrənə 

bilməzlərmi? (Əli ağa Şıxlinski, “Kommunist” qəzeti, №38-39, 



14-15 fevral 1926-cı il). 

General Əli ağa Şıxlinski və silahdaşları

134


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin