AZƏRBAYCANA ETİBAR OLUNMUR
Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata
keçirilir. Mənim zərrə qədər də şübhəm yoxdur ki,
Serqo və Stalinin simasında AKP MK biz türklərə
etibar etmir və Azərbaycanın taleyini erməni daş-
naklarına tapşırır… Onlar həmişə Əliheydər Qara-
yevi irəli çəkirlər, onu isə bütün Azərbaycan hər
cəhətdən satqın adam kimi tanıyır. Azərbaycanda
namuslu türk işçiləri partiyanın bu üzvlərinin sima-
sında RKP MK tərəfindən Azərbaycana olan belə eti-
nasızlığı heç vaxt yaddan çıxarmayacaqlar.
Nəriman Nərimanov
1924-cü il, 27 may, Moskva.
1920-ci il iyunun 29-da müstəntiq A.Qubin təxribatçılıqda gü-
nahlandırılan rotmistr İlyas Əliqulu oğlu Şahtaxtinskinin din-
dirilmə protokolundan (iş №717) çıxarış:
General Əli ağa Şıxlinskini Azərbaycan Ordu Qərargahında
xidmət eləyəndən tanıyıram. Onun Sovet hökumətinə münasibəti
barədə deyə bilərəm ki, o, heç də bundan razı deyildi. Əksinə, bu
qoca general Qırmızı ordunun bəzən düçar olduğu məğlubiyyətdən
razı qalırdı. Şıxlinskinin Könüllü orduya rəğbəti vardı. Bolşevik
terroristləri Könüllü ordunun nümayəndələrinə mərmi atdıqla-
rına görə tutulan zaman Əli ağa Şıxlinski sevinc və məmnunluqla
yavəri kapitan Stanislav Mixayloviç Çayevskiyə deyib: “Siz bu
əclafları artıq həbs etmisiniz. Çox yaxşıdır”. Bu sözlərini mən
özüm eşitmişəm. Qırmızı ordu Dərbənddə olarkən Azərbaycan
ordusunun qərargah komandiri Qədimova silahı təmizləyib
həmişə qərargahda olmaq və heç yerə getməmək əmrini vermiş-
di. General Şıxlinski bu əmri verməyin səbəbini Qırmızı ordu-
nun yaxınlaşmasını və bu səbəbdən də bolşeviklərin Bakıya girə
bilməsi təhlükəsi ilə izah edirdi.
General Əli ağa Şıxlinski və silahdaşları
112
1920-ci il təxminən aprelin 15-də mən Qarabağ ordusunun
Şuşadakı qərargahında ezamiyyətdə idim. Bu zaman müvəqqəti
hərbi nazir vəzifəsini icra edən general Əli ağa Şıxlinskidən ge-
neral Həbib bəy Səlimovun adına şifrəli teleqram gəldi. O, Quba
və Tatar süvari alayları vəziyyətinin ciddi olmasını nəzərə alaraq
göndərilməsini tələb edirdi. Bu teleqramın şifrəsini mən açdım.
General Səlimov alayları göndərdi və cavab verdi ki, Azərbaycan
iki cəbhədə vuruşa bilməz. General Əli ağa Şıxlinskinin Sovet
hökumətində yaxşı xidməti barədə heç nə deyə bilmirəm. Ona
görə ki, bu vaxtlarda mən həbsdə olmuşam.
İmzaladı:
İlyas Şahtaxtinski
İş icraçısı:
* * *
Canüzücü, yalan və iftiralarla dolu protokolları oxuyub qur-
tardıqdan sonra Nəriman Nərimanov xüsusi şöbə rəisi Semyon
Pankratovu vəzifəsindən azad etdi. Şübhəsiz ki, bu qədər cina-
yətindən sonra onun özü güllələnməyə məhkum olundu. Bu
barədə 1920-ci il mayın 30-da menşevik Gürcüstanında dərc olu-
nan “Грузия” qəzeti daha dəqiq məlumat verir. Qəzet yazır:
“Fövqəladə komissiya qırğına ehtiyatla başlamışdır, lakin sonra-
dan sərt şəkildə fəaliyyət göstərərək ucdantutma həbslər etdi.
Komissiya xüsusi ilə matros Pankratovun rəhbərliyi altında
“daha müvəffəqiyyətlə” işləmişdir. Lakin Nərimanovun Bakıya
gəlişindən sonra Semyon Pankratov aradan götürüldü”.
Azərbaycana “azadlıq” gətirən XI Ordu 79 nəfər hərbçimizi
1920-ci il iyunun 6-da həbs edib, Nargin adasında, məhz matros
Semyon Pankratovun sərəncamı ilə güllələmişdir. Onların ara-
sında Gəncə general-qubernatoru Xudadat bəy Rəfibəyov, gene-
ral Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Zi-
yadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım
Qacar, Bakı şəhər Polis İdarəsinin rəisi Quda Qudiyev, milyonçu
Şəmistan Nəzirli
113
Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-
leytenant Məmməd bəy Sulkeviç, general Həbib bəy Səlimov,
İsgəndər bəy Seyfulin və başqa Azərbaycan ziyalıları vardı.
* * *
Nərimanov nə qədər yorğun olsa da, indi başından bir fikri
qova bilmirdi. Bu qırğınlardan sonra qalan iki generalımızı necə
qorumalı?..
Köməkçisi Nurməmmədi çağırıb bir fincan çay istədi.
– Başım bərk ağrıyır, – dedi, sonra generalların harada olma-
sını soruşdu.
Şahsuvarov dedi:
– Onların üst-başı pis gündə idi. Neçə günlük türmə həya-
tından çox sınıxıblar. Belə görkəmdə özləri də sizin qəbulunuza
gəlmək istəmədilər. Bilirdim ki, Pankratovla söhbətiniz uzun
çəkəcək. Evlərinə göndərdim. Amma, yoldaş Nərimanov, etibar-
lı bir nəfər mənə zəng edib xəbər verdi ki, generalları izləyirlər.
Deyəsən başlarında yenə qovğa var.
– Mənim adımdan daxili işlər komissarı Həmid Sultanova
zəng elə, hər ikisinin Nikolayev küçəsindəki mənzilinə gözətçi
qoysun. Özün də get, onlara baş çək, həm də xəbər ver ki, səhər
saat onda onları gözləyəcəm.
Həmid Sultanov, Muxtar Hacıyev, Çingiz İldırım və bəzi ya-
xın adamlar, Nərimanovun Azərbaycana gəlməsinə sevinənlər
ona bildirmişdilər ki, gələn Qırmızı ordunun sıralarında çoxlu
sayda daşnak əsgəri və zabiti var. Onlar da havadarları Levon
Mirzoyana, Anastas Mikoyana, Sərkis Danilyana, Serqo Orconi-
kid zeyə arxalanıb minbir fəndlə, yerli-yersiz burjuy, müsavatçı
damğası ilə Azərbaycanın oğul və qızlarını həbs edir və gül-
lələyirlər. Xüsusilə Gəncə üsyanından sonra azərbaycanlılara
düşmən gözü ilə baxırlar.
1920-ci il aprelin 27-də yeni gələn bolşevik hökuməti Çingiz
İldırımı Hərbiyyə və Bəhriyyə Komissarı vəzifəsinə təyin etdi.
Aprelin 30-da səkkiz saylı əmrlə o, özünə müavin general Əli
General Əli ağa Şıxlinski və silahdaşları
114
ağa Şıxlinskini götürdü. Çingiz İldırımın sənəti inşaat mühəndisi
olduğuna görə hərb işini o qədər də yaxşı bilmirdi. Sonralar
Ə.Şıxlinski xatirələrində yazırdı: “Komissar mənim yanıma gəlib,
onun müavini vəzifəsini qəbul etməyimi təklif etdi. Mən razı ol-
dum. Onda o, gülümsəyərək mənim poqonlarımı göstərib dedi:
– Bunları çıxarmaq lazımdır.
Mən belə cavab verdim:
– Madam ki, mən sizinlə işləməyə razılıq verirəm, bu o de-
mək dir ki, məndə hər şeydən əvvəl daxili bir dəyişiklik əmələ
gəlir; bu isə, əlbəttə, zahiri əlamətdən daha əhəmiyyətlidir
(Ə.Şıx linski. “Xatirələrim”, Bakı, 1984, səh.191).
İki ay yeddi gün Hərbi-Dəniz Komissarı vəzifəsində işləyən
Çingiz İldırım gördü ki, bolşeviklər keçmiş milli ordunun əsgər
və zabitlərini məhv edib dağıdırlar. Onda hərbi müşavirədə sərt
şəkildə bolşevik rəhbərlərinə bildirdi ki, siz açıq-açığına bizim
ordunu dağıdırsınız. Niyə və niyə görə, səbəbi məlum deyil. Axı,
aprelin 27-də biz kommunistlər Azərbaycan Parlamentinin
fövqəladə iclasına qərar təqdim etmişdik: səs çoxluğu ilə qəbul
edilən səkkiz şərtin birinci bəndində “Sovet hakimiyyətinin
idarə etdiyi Azərbaycanın tam müstəqilliyi qorunub saxlanıla-
caqdır”, yeddinci bəndində isə “Azərbaycan ordusu olduğu kimi
qalacaq”. Bu gün ordunu dağıdan, zabitlərimizi güllələyən yol-
daşlar bu vədi, bu bəndləri niyə unudublar? Sizin ordunu qırıb-
çatmağınız Azərbaycan xalqının, Azərbaycan bolşeviklərinin
arasında bərk narazılıq yaradır. Xalq bolşevik hökumətinə ina-
mını itirir. Əgər belə davam edərsə, mən bu vəzifədən istefa
verəcəm.
İyulun 4-də elə həmin müşavirədə Çingiz İldırımı etibarsız
komis sar kimi vəzifəsindən çıxartdılar. Əvəzində rusların sadiq
bolşeviki, onların marağını sadiq qul kimi həyata keçirən Əli-
heydər Qarayevi iyulun 26-da Azərbaycan Hərbi-Dəniz Komis-
sarı təyin etdilər. Əliheydər Qarayevin təyinatından bir az sonra
müavin Əli ağa Şıxlinski də istefa verdi. Əli ağa Şıxlinski bilirdi
ki, Əliheydər Qarayevin hərbi-dəniz işlərindən zərrəcə başı çıx-
Şəmistan Nəzirli
115
mır. Deyilən məsləhəti də eşitmək istəmir. Hətta, həmin vaxtlar-
da Azərbaycan ziyalıları Qarayevə qəddarlığına görə istehza ilə
“səfeh malçişka” ayaması vermişdilər.
Əliheydər Qarayevin təyinatından sonra Azərbaycanda qarət-
lər, sərxoş rus və erməni əsgərlərinin özbaşınalığı, sürgünlər,
güllələnmələr daha da artdı.
Əliheydər Qarayevin həmin illərdəki fəaliyyətinin şahidi
olan, 1939-cu ildə kommunist rejimindən idarə etdiyi təyyarə ilə
birgə qaçıb canını qurtaran təyyarəçi-zabit Məmməd Altunbəy
Türkiyədə qələmə aldığı “Azadlığa uçan türk” kitabında Əli hey-
dər Qarayevin qəddarlığı haqqında yazır:
“Gəncə basqınından sonra yeni gələn bolşeviklərin ən yaxın
adamı olmuş Əliheydər Qarayev öz millətinə ermənidən və rus-
dan daha çox zülm etmişdi. Ruslar bir sıra azərbaycanlıların
öldürülməsində, sürgün və həbs edilməsində məhz Əliheydər
Qarayevin köməyindən istifadə etmişlər. Hətta, iş o yerə çatmış-
dı ki, Gəncədə bir-birinə qarğış edənlər “Əliheydər Qarayevin
qəzəbinə gələsən” deyərdilər. Əliheydər Qarayev çox zalım,
qəd dar bolşevik nökəri və amansız bir adam idi”.
Nərimanov heç vaxt gözləmədiyi, ağlına belə gətirmədiyi
vəziyyətə düşmüşdü. Neyləməli, indiki vəziyyətdə bu iki gene-
ralı necə qorumalı sualı ona rahatlıq vermirdi. Dərdini deməyə
sirdaş, sadiq dost axtarırdı. Kiminləsə dərdləşmək, ürəyini bo-
şaldıb məsləhət almaq istəyirdi. Uzun götür-qoydan sonra qəti
qərara gəldi: “Yox, bu qarışıq vaxtda onları Bakıda qorumaq
mümkün olmayacaq”.
* * *
Səhəri gün tezdən onları qəbul edib xeyli söhbət elədi. Res-
publikada bugünkü vəziyyətin çətinliyindən danışdı. Haqsız
həbs olunanlardan, özbaşınalığın baş alıb getməsindən, mərkəz
Moskvanın onu bir xeyli gec göndərməsindən təəssüfləndiyini
bildirdi.
General Əli ağa Şıxlinski və silahdaşları
116
Ağsaqqal kimi hörmətlə ilk dəfə Səməd bəy Mehmandarova
müraciət etdi:
– Səməd bəy, Gəncə hadisəsindən sonra hiss edirdim ki,
qəzalarda vəziyyət o qədər də yaxşı deyil. Yerlərdən çoxlu
şikayətlər gəlirdi. Şikayətlərin hamısı da Qırmızı ordunun yerli
əhali ilə pis davranışı barədə idi. Məktublardan bir neçəsini
yerində yoxlamaq üçün xüsusi komissiya ilə bölgələrə səfər et-
dim. Yevlaxda, Şəkidə, Zaqatala və başqa yerlərdə Qırmızı ordu-
nun əsgər və zabitlərinin özbaşınalığını bəzi yüksək rütbəlilər
adi hal kimi qəbul edir. Mən bunlara dözməyib onları tənbeh
edir və cəzalandırırdım. Ordan birbaşa sizin ata-baba vətənimiz
Şuşaya gəldim. İnanın, orada vəziyyəti lap acınacaqlı gördüm.
Ona görə də götürüb mərkəzə şikayət xarakterli belə bir teleq-
ram vurdum: “Respublikanın kəndlərinə səfərim zamanı mənə
kütləvi şikayətlər daxil oldu və indi də bunlar davam edir.
Kəndlilər şikayət edirlər ki, inqilab komitələri, ərzaq agentləri və
XI Ordu hissələrinin nümayəndələri tərəfindən onların sonuncu
tikə çörəyi əllərindən alınır. Mən hesab edirəm ki, bu, inqilab
komitələrinin öz işlərinə laqeyd və öz vəzifələrinə cinayət-
karcasına yanaşması deməkdir. Bu irad XI Ordu hissələrinə aid-
dir və qısa müddətdə bu biabırçılığa son qoyulmalıdır”.
Moskvada Azərbaycanın səlahiyyətli müvəkkili Behbud bəy
Şahtaxtinski bizim şikayət xarakterli daha bir məktubumuzu
RSFR XKS Sədri V.İ.Leninə çatdırıb. Orda da XI Ordunun qüvvəsi
ilə Ermənistan sərhədindəki müsəlman əhalisinin tərk-silah
edilməsini, daşnak hücumlarının təhlükəsi qarşısında qoyması-
nı yazmışıq. Yazmışıq ki, “müsəlman əhalisi tərk-silah edilir,
daşnakların silahlı dəstələri isə müsəlman kəndlərini amansızca-
sına qılıncdan keçirir və məhv edirlər. Kəndlilər bağlarını,
əkinlərini və avadanlıqlarını ataraq dağlara qaçır. Müsəlman
əhalisi daimi müsadirələrə və xüsusilə də mənzillərin kommu-
nallaşdırılmasına görə ümidsizliyə qapanırlar. Çünki bu axırıncı
xalqın məişət tərzinə və şəraitə tamamilə əksdir. Buna əsrlərlə
davam edən adət-ənənələrin ağır təhqiri kimi baxılır.
Şəmistan Nəzirli
117
…Qızıl Ordu əvvəlcə özünü yaxşı aparırdı, indi isə özünü ir-
ticaçı kimi göstərir. Yerlərdən sarsıdıcı məlumatlar alınır. İş o
yerə çatıb ki, qızlar və qadınlar açıq şəkildə zorlanır. Öz çörəyi
ilə dolanan Azərbaycan indi çörəksiz qalıb” (B.Rəfiyev. “Aysber-
qin sualtı hissəsi”, Bakı, 1995, səh.14).
Bunların başında gələn komandirlər və rəhbərlər yerlərdəki
inqilab komitələrinə elə bir səlahiyyət veriblər ki, Azərbaycan
hökuməti ilə qətiyyən hesablaşmır, ordu hissələrinin koman-
dirləri müstəmləkəçilik siyasəti yeridirlər. Şuşada olanda “ordu
klubu” deyilən bir binaya baş çəkdim. Nə görsəm yaxşıdır? Kef
məclisinin şahidi oldum. Qarabağ xanı Mehdiqulu xanın mülkü-
nün böyük zalında xalı-xalçanın üstündə əyləşən sərxoş zabitlər
erməni qadınları ilə musiqi dinləyir, rəqs edib, çalıb-oynayırlar.
Nərimanov danışdıqca Səməd bəy son dəfə gördüyü Şuşada-
kı dədə-baba mülkünü xatirində canlandırırdı. Ürək eləyib soru-
şa bilmirdi ki, bizim Mehmandarovlar mülkünə baş çəkdinizmi?
Ehtiyat elədi, qorxdu ki, “sizin mülkü də əsgərlər üçün kazarma
eləyiblər” cavabını eşidər. İndi dağlar mələyi Şuşanın istilaçı
əsgərlər tərəfindən nə kökə düşdüyünü xəyalında canlandıran
Səməd bəy az qala sarsılırdı. Nərimanov Əli ağaya nəyisə izah
edirdi. Onların söhbətindən heç nə eşitməyən Səməd bəy öz
aləmində idi. Lənkərandan iki-üç günlüyə Şuşaya gələndə atası
Sadıq bəy həmişə balaca Səməd bəyi də özü ilə gətirərdi. Əlindən
tutub enişli-yoxuşlu şəhərdə gəzdikcə bir-bir məhəllələri, əzə-
mətli mülkləri ona göstərib deyərdi: “Oğlum, bura Köçərli
məhəl ləsidir, bu, Vəzirovların evidir, bura Xan qızı Natəvanın
mülküdür. Bura isə qırx ildən çox Qarabağ xanı olan İbrahimxəlil
xanın sarayıdır. Oğlum, bunlarda yaşayanların hamısı sənin ya-
xın-uzaq qohumlarındır”.
Xəyallardan ayılan Səməd bəy: “Yaxşı ki, sədrdən mülkümü-
zün nə kökdə olduğunu soruşmadım, birdən deyərdi ki, mülkü-
müzü əsgərlər at tövləsi eləyiblər. O da mənə bir dərd olardı”, –
düşündü.
General Əli ağa Şıxlinski və silahdaşları
118
Nərimanov bolşeviklərin güllələdiyi on iki Azərbaycan gene-
ralının dadına çata bilməməsinə heyfsilənib dedi ki, onların hər
birini yaxşı tanıyırdı. Səməd bəy başını qaldırıb ilk dəfə onun
üzünə baxdı. Kövrək, hüznlü səslə:
– Heç bilirsinizmi, general Əbdülhəmid bəy Qaytabaşının
neçə yaşı vardı? – soruşdu, özü də təəssüflə: – Otuz dörd, – cava-
bını verdi. – Çox istedadlı cavan bir sərkərdəni Azərbaycan xalqı
itirdi. Otuz doqquz yaşı tamam olmamış general Həbib bəy
Səlimov isə heç evlənməmişdi. Hər dəfə ona ata ərkilə deyəndə
ki, “niyə evlənmirsən, ömür-gün keçir, oğul...” – bircə cavabı olar-
dı: “Səməd bəy, qoy dünyamız düzəlsin, sonra…”. Bu da dü zə lən
dünyanın sonu... – deyib göz yaşını ağ dəsmalına hopdurdu.
Nəriman Nərimanov:
– Əli ağa, – dedi, – sizi hansı günahınıza görə ittiham etdik-
lərindən xəbəriniz var? Matros Semyon Pankratov o qədər qara
yaxıb ki, guya ağqvardiyaçı Denikini Azərbaycana çağıran Siz
olmusunuz. Həbs olunma sənədlərinizdə o qədər cəfəngiyat ya-
zılmışdı ki…
Sədr sözünü bitirməmiş çılğın təbiətli Əli ağa Şıxlinski soruşdu:
– Ay Nəriman, niyə bizə başağrısı verirlər. Siz Azərbaycana
gələnə qədər bizi üç dəfə həbs ediblər. Qoy güllələsinlər, canı-
mız qurtarsın. Nə qədər bitli-sirkəli türmələrdə çürümək olar?
Nərimanov günahkar adamlar kimi:
– Əli ağa, – dedi, – görünür, sən özünü qiymətləndirə
bilmirsən. Axı, səni hamı “rus artilleriyasının allahı” adlandırır.
Biz onu da başa düşməliyik ki, bizim xalq üçün bir generalı
yetişdirməyə əlli il vaxt lazımdır! Bəs onda niyə biz öz generalla-
rımızı güllələməliyik?
Sonra Səməd bəyə müraciətlə:
– Özünüz, – dedi, – bu saat respublikadakı vəziyyəti bilirsi-
niz, hazırkı vəziyyətə ziyalılarımızın, əsgər və zabitlərimizin
əleyhinə qəsd-qərəzlik var. Mən bunu sizdən gizlətmirəm. Ona
görə belə qərara gəlmişəm ki, sizi birilliyə, burda sabitlik olana
kimi, Moskvaya, Lenin yoldaşın sərəncamına göndərim. Əgər
Şəmistan Nəzirli
119
razısınızsa… Hərçənd, burada daha çox lazımsınız. Yenə
deyirəm, vəziyyət belə tələb edir. Başqa çarəmiz yoxdu.
Azərbaycan İnqilab Komitəsinin Sədri Nəriman Nərimanov
onların razılığını alandan sonra V.İ.Leninə yazdığı məktub və
keşikçi dəstəsilə ayrıca vaqonda hər iki generalı Moskvaya
göndərdi. Nərimanov məktubunda yazırdı:
“Əziz Vladimir İliç!
Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün
zabitləri həbsə alınmışdır. Bu məktubu Sizə təqdim edən məşhur
generallar – Mehmandarov və Şıxlinski də onların arasında idi.
Diqqətli yoxlama nəticəsində məlum oldu ki, bu generalların üs-
yanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə kimi və
ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik
ki, onları qərargahda işləmək üçün Sizin sərəncamınıza
göndərək, çünki onlar hərbi mütəxəssis olmaq etibarı ilə
əvəzsizdirlər. Onlardan biri – Şıxlinski Nikolay ordusunda “ar-
tilleriyanın allahı” sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy
onlar Moskvada işləsinlər. Sonra Sizdən xahiş edəcəyəm ki, bi-
zim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya
göndərəsiniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır.
Kommunist salamı ilə: N.Nərimanov
01 avqust 1920-ci il”.
Qayğıkeş Nəriman Nərimanov hər iki generala iyulun 31-də
öz imzası ilə belə bir vəsiqə də vermişdir:
“Bu vəsiqəni təqdim edən Əli ağa Şıxlinski yoldaş Azərbaycan
İnqilab Komitəsi tərəfindən gələcəkdə döyüş cəbhəsinə yola
düşmək üçün Moskvaya – RSFR İnqilabı Hərbi Şurasının
sərəncamına göndərilir.
Bütün hərbi və mülkü idarələr, ayrı-ayrı şəxslər yol boyu Əli
ağa Şıxlinski yoldaşa mənzil başına maneəsiz çatmağa və ona
qanuni kömək göstərməyə çağırılır.
General Əli ağa Şıxlinski və silahdaşları
120
Əli ağa Şıxlinski yoldaşda olan əşyalar və ərzaq məhsulları
müsadirə və rekvizisiya oluna bilməz.
Azərbaycan İnqilab Komitəsinin Sədri
Nəriman Nərimanov
İdarəsi işləri rəisi …………. imza”.
Bu minvalla hər iki general Azərbaycanda olan daşnak-bolşe-
vik təhlükəsindən xilas oldular. Onlar bir il iki ay Moskvada ya-
şayıb, Ali Topçuluq Məktəbində müəllim işlədilər.
1921-ci il noyabrın 18-də hər iki generalı Nəriman Nərimanov
xahiş və minnətlə Bakıya qaytara bildi.
* * *
Bəli, istəyirsiniz adınız baqi qalsın, tək özünüz
üçün, öz nəfsiniz üçün yaşamayınız, ümumi və
müştərək məqsədə çalışınız.
Nəriman Nərimanov
Nəriman Nərimanov yalnız bu iki məşhur generallımızı bol-
şevik qətlindən xilas etməmişdir. Az müddət Azərbaycan Res-
publikası Xalq Komissarları Sovetinin sədri olanda general Firi-
dun bəy Vəzirovu, general-qubernator Xosrov bəy Sultanovu,
polkovnik Gəray bəy Vəkilovu və onlarca hərbçini, ziyalını
güllələnməkdən xilas etmişdir.
1920-ci il bolşevik-daşnak işğalından sonra Bakıda qalmağa
ehtiyat edən Məmməd Əmin Rəsulzadə Lahıca getdi. Həmin il
may ayının 16-da Moskvadan Bakıya gələn Nəriman Nərimanov
M.Ə.Rəsulzadənin də bolşevik-daşnak təhlükəsindən xilas ol-
ması üçün təşəbbüs göstərmişdir. Məmməd Əmin Rəsulzadə
“Stalinlə ixtilal xatirələri” əsərində (səh.23) bu qayğını etiraf et-
mişdir. O yazır: “Kommunist” qəzetinin 1920-ci il iyun ayı nüs-
xəsində Azərbaycan Sovet hökumətinin sədri doktor Nəriman
Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı:
Şəmistan Nəzirli
121
“ Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən
qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə
qərar vermişdir. Burada isə həyatı əmniyyət (qorunması) altın-
dadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməmə-
sini tövsiyə edirik”.
Həmin kitabın 24-cü səhifəsində yenə Məmməd Əmin
Rəsulzadə yazır: “…Başda doktor Nəriman olmaqla, Sovet
Azərbaycanının bütün nüfuzlu şəxsləri “Məmməd Əminin ba-
şından bir tük belə əskik olmamalıdır!” – demişdi.
Həmin dövrdə Nəriman Nərimanov ziyalılarımıza da qayğı-
sını əsirgəməmişdir. Məşhur alim-ədəbiyyatşünas Salman Müm-
tazın qızı Şəhla xanım atası ilə bağlı şahidi olduğu əhvalat haq-
qında yazır:
“1920-ci ilin əvvəllərində atama yaxın bir dostu deyib ki,
Biləcəridə kimdəsə nadir bir əlyazması var. Atam tələsik evə
xəbər verib gedib. O, vağzala gələndə qatar tərpənib. Yüyürüb
bir əlilə vaqonun dəstəyindən tutub. İkinci əli dəstəyə çatmayıb
və qatar onu sürüyüb. Camaat xəbər tutub qatarı saxlatdırır.
Fayton səsi gələndə darvazaya yaxınlaşdım. Gördüm ki, ata-
mın paltarı cırılıb. Tozun içindədir. Onu faytondan bir neçə nəfər
qucağında düşürüb evə gətirdi. Bir aydan çox yataqda qaldı.
Sonra çətinliklə gəzdi.
1921-ci ildə yenə Biləcəriyə əlyazmaların dalınca gedəndə isə
atam yatalaq xəstəliyinə tutulmuşdu. Bunu eşidən Nəriman
Nərimanov bizə gəlmişdi. O gedəndən sonra atama baxmaq üçün
həkim təhkim etdi, evimizdə vanna otağı düzəltməklə yanaşı, te-
lefon da çəkdirdi. Nərimanov işinin çoxluğundan atamın yanına
gələ bilmirdisə də, hər gün telefonla atamdan xəbər tuturdu.
Nəriman Nərimanov atamı “Şərqin ədəbiyyat açarı” adlandır-
mışdı (Şəhla xanım Mümtazzadə, “Xatirə” məqaləsi, “Ədəbiyyat
və incəsənət” qəzeti, 30 noyabr 1974-cü il).
Görədil Hərbi İstirahət evi
18 yanvar 2012-ci il
General Əli ağa Şıxlinski və silahdaşları
122
Dostları ilə paylaş: |