SəRBƏst iŞ №1 Müəllim: Əliyeva Elmira Fakültə



Yüklə 27,84 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü27,84 Kb.
#38657
1   2   3
Elmar Həsənzadə 657A4 1

Şəkil 1.1.Firmanın innovasiya strategiyaları.

Müdafiə strategiyalarının tətbiqi firmanın fəaliyyətinin artıq mənimsənilmiş məhsul nomenklaturası üzrə proqramları əsasında həyata keçirilməsini, riskin əhəmiyyətli dərəcədə az olmasını, kifayət qədər bazar payının əldə edilməsini və qorunub saxlanılmasını, xərclərin azaldılması hesabına mənfəət normasının təmin edilməsini nəzərdə tutur. Belə strategiyanı adətən rəqabət şəraitində mənfəətlə işləməyə qadir olan, istehsal və marketinq sahəsində güclü olan orta və iri müəssisələr həyata keçirirlər.

Hücum strategiyası isə yeni məhsullarla və yeni texnoloji proseslərlə əlaqəli proqramlara əsaslanır. Hücum strategiyaları mənimsənilmiş bazar seqmentlərinin genişləndirilməsinə, yeni satış bazarlarının mənimsənilməsinə istiqamətlənən aqressiv istehsal-kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır (22, s.87).

Müəssisələr innovativ inkişaf strategiyalarını həyata keçirməklə özlərinin ümumi inkişafını təmin etməyə çalışırlar. Nəticədə iqtisadiyyatın ümumi inkişafı təmin edilmiş olur.

Müasir dövrdə dünya miqyasında ölkələrin iqtisadi əlaqələrinin böyüməsi, ölkə bazarları arasında informasiya mübadiləsinin sürətləndiyi və bu prosesin kifayət qədər asanlaşdığı şəraitdə hər hansı bir ölkənin iqtisadiyyatında baş verən dəyişikliyin tezliklə digər ölkələrin iqtisadiyyatında da nəzərə çarpması müşahidə olunur ki, bu da qloballaşma olmasından xəbər vcrir. Qloballaşma yeni dünyamızda təsərrüfatmın mühüm xüsusiyyətidir. O, bir sıra xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu gün umumi miqyasda kollektiv valyuta sistemi, güclü ölkə birlikləri kimi en böyük gücə, geniş fəaliyyətə malik olan və öz fəaliyyəti ilə öz dövlət sərhədlərini aşan transmilli korporasiyalar mövcuddursa, deməli, qloballaşma dünya təsərrüfatnın bir əlaməti kimi formalaşmaqda və genişlənməkdədir.

Hər bir ölkədə baş verən qloballaşma meylləri ölkədə fəaliyyət göstərən müəssisələrin həm daxili, həm də beynəlxalq biznes fəaliyyətinə, onların inkişaf strategiyalarının formalaşmasına çox ciddi təsir göstərir.

Müəssisələrin inkişaf strategiyalarının formalaşmasına və problemlərinə ümumbazar maraqlarından və mövqelərindən yanaşmaq daha məqsədəuyğundur. Bu onunla əlaqədardır ki, beynəlxalq bazarlar indiki dövrdə iqtisadi, sosial və siyasi dəyişikliklərin baş verdiyi şəraitdə hökm sürdüyü şəraitdə formalaşır və inkişaf edir. Beynəlxalq iqtisadi münasibətlər demək olar ki, dünyanın bütün ölkələrini ehatə edir. Faktiki olaraq elə bir ölkə yoxdur ki, o beynəlxalq biznesdən asılı olmasm. Dünya iqtisadi əlaqələr sisteminə daxil olma prosesi biznes üzrə tərəf müqabil ölkələrin iqtisadiyyatının qloballaşdınlması və beynəlmiləlləşdirilməsi meylləri ilə müşayət olunur. Bu da öz növbəsində müəssisələrin inkişaf strategiyalarının formalaşmasının əsas şərtlərindən biri kimi çıxış edir. Müəssisələrin biznes fəaliyyətinin inkişafında baş verən mövcud dəyişikliklər milli iqtisadiyyatların və eləcə də dünya iqtisadiyyatının inkişafında da ciddi dəyişikliklərə gətirib çıxarır, nəticədə yeni bir iqtisadiyyat formalaşır.

Müasir iqtisadiyyat üçün əvvəllər daxili bazara istiqamətlənmiş kiçik və orta müəssisələrin digər ölkələrin bazarlarına cürətlə çıxmaları və öz xarici ticarət dövriyyələrini artırmaları artıq normaya çevrilmişdir. Lakin bu proses də yeni iqtisadiyyatın təsiri altında dəyişir və təkmilləşir.

Müəssisələrin inkişaf strategiyalarının formalaşması motivləri müxtəlif ölkələr üçün müxtəlif öncül istiqamətlərə malikdir. Məsələn, Avstriya müəssisələri üçün onlar aşağıdakı kimi qruplaşdırılır:

1. Mövcud istehsal güclərindən daha səmərəli istifadə etməyə can atmaq.



2. Öz ölkəsində ixrac üzrə məşhur olmağa cəhd göstərmək.

3. Ölkənin iqtisadi vəziyyətinin pisləşməsini gözləmək.

4. İstehsalın yeniləşdirilməsi üçün ixrac hesabına maliyyə imkanı qazanmaq.

5. Xarici valyuta əldə etmək imkanı qazanmaq.

6. Öz ölkəsindəki rəqiblər üzərində üstünlük əldə etməyə çalışmaq.

7. Xarici ölkə bazarında dövriyyənin daha yüksək rentabelliyini təmin etmək.

8. Daha qiymətli noy-xau əldə etməyə çalışmaq.

9. Öz ölkəsinə nisbətən xaricdə daha zəif rəqabət şəraitində işləmək .

Firmaların xarici şəraitə uyğunlaşmasi, qloballaşma və beynəlmiləlləşmə prosesinin, onların xüsusiyyətlərinin və mərhələlərinin dərk edilməsi ilə əlaqədardır.

Bu gün Azərbaycanın qarşısında iqtisadiyyatı qlobal dünya iqtisadiyyatı sisteminə vahid milli kompleks kimi daxil etmək və beynəlxalq miqyasda səmərəli fəaliyyət göstərmək vəzifəsi durur. Deməli, sahibkarlıq səmərəli bazar iqtisadiyyatının formalaşmasının və sürətli inkişafnın, cəmiyyətdə sosial və siyasi gərginliyin zəiflədilməsinin və aradan qaldırılmasının mühüm şərtidir. Odur ki, iqtisadiyyatın tənəzzül vəziyyətindən çıxarılması və tədricən dirçəldilməsi naminə milli sahibkarhğın formalaşmasına və hər vasitə ilə inkişafına şərait yaradılmalı, onların sərbəst biznes fəaliyyəti göstərmələri və inkişaf etmələri təmin olunmalıdır.

Qeyd olunanlar müəssisə rəhbərliyindən və işçilərdən dərin iqtisadi biliyə malik olmalarını tələb edir. Bazar prinsipləri əsasında və rəqabət şəraitində fəaliyyət göstərən müəssisələr yalnız o halda bazarda qalmaq, səmərəli biznes fəaliyyətini həyata keçirmək, bazar payını qoruyub saxlamaq və daha da artırmaq imkanı əldə edirlər ki, onlar bazarın tələbini, istehlakçıların alış motivlərini, davranış tərzini öyrənmək məqsıdilə marketinq tədqiqatlarını həyata keçirsinlər, onun nəticələrindən düzgün istifadə edə bilsinlər. Müəssisə eyni zamanda rədabətqabiliyyətliliyini təmin etmək üçün səmərəli marketinq strategiyalarından, innovasiyalı inkişaf strategiyalarından istifadə etməli, daha səmərəli istehsal – texnoloji proseslərə, istehlakçıların tələbinə uyğun gələn, keyfiyyətli məhsul istehsalına nail olmalı, biznesin təşkilinin ən səmərəli üsullarını tətbiq etməli, onu daima təkmilləşdirməyə çalışmalıdır.

Ədəbiyyat

http://unec.edu.az/application/uploads/2017/01/Mustafayev-Elvin.docx



R. İsgəndərov, K. Kərimov, Q. Hüseynov – Mühəndis İqtisadiyyatı (BAKI – 2015)
Yüklə 27,84 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin