Sərbəst iş Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Qrup: azd-2104B



Yüklə 0,74 Mb.
səhifə1/5
tarix12.12.2022
ölçüsü0,74 Mb.
#74078
  1   2   3   4   5
Alıyeva Jalə sərbəst iş3


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Sərbəst iş


Fakültə: Filologiya
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Qrup: AZD-2104B
Tələbə: Alıyeva Jalə
Müəllim: b.m. Əliyev Həsən
Fənn: Mülki müdafiə və ilkin tibbi yardım
Mövzu: Azərbaycan Respublikası ərazisi üçün ehtimal olunan təbii fəlakətlər və bu zaman əhalinin davranışı.







BAKI-2022
Təbii fəlakətlər (zəlzələ, sürüşmə, uçqun, sel, marxal) zonalarından (yaşayış məntəqələrindən) əhalinin köçürlməsinə belə fəlakət qorxusu yaranarkən dərhal, plan üzrə başlanır, köçürülən əhali, yaranmış konkret vəziyyətdən asılı olaraq, təhlükəsiz sahələrdə yerləşdirilir. Bu zaman köçürüləcək əhalinin sayı hər bir konkret vəziyyət nəzərə alınmaqla müəyyən edilir. Əhali piyada sürətdə, habelə idarə mənsubiyyətindən asılı olmayaraq bütün nəqliyyat vasitələrində daşınır.
Yuxarıda sadalanan bütün hallarda zədələnmiş şəxslərin onlara ixtisaslı yardım göstərilməsi üçün köçürülməsi – təcili tibbi yardım stansiyalarının nəqliyyat vasitələrində və şəhər nəqliyyatının bütün növlərindən istifadə olunmaqla yerinə yetirilir. Təbii fəlakət rayonlardan köçürülən əhaliyə tibbi xidmət ərazi səhiyyə orqanları tərəfindən göstərilir, lazımi hallarda onlar qonşu rayonların səhiyyə orqanların hesabına gücləndirilir.
Köçürülən əhali şəhərdənkənar zonadakı (təhlükəsiz sahələrdəki) şəhər və yaşayış məntəqələrinin mənzillərində, inzibati binalarda, istirahət evlərində, pansionatlarda, pioner düşərgələrində və abadlaşdırlmış çadır şəhərciklərində yerləşdirilir.

Təbii xarakterli fövqəladə vəziyyətlər
Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb olan faciəli təbii təzahür və ya proseslərdir.
Təbii fəlakətlərə zəlzələlər, vulkan püskürmələri, sellər, sürüşmələr, uçqunlar, daşqınlar, quraqlıqlar, qasırğalar, tufanlar, qar basqınları və uçqunları, uzun müddətli güclü yağışlar, güclü davamlı şaxtalar, genişmiqyaslı meşə və torf yanğınları aiddir. Bura həm də 1974-ci ildə Venesuella Konfransında epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin kütləvi yayılması da daxil edilmişdir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin