Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur: 1) qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar); 2) uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)
Təbii fəlakətlərin yaranma səbəbləri Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar: 1) təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar).
2) antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya) Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).
Təbii xarakterli fövqəladə hadisələr
Geofiziki təhlükəli təzahürlər:
1) zəlzələlər; 2) vulkan püskürmələri.
Geoloji təhlükəli təzahürlər (ekzogen geoloji təzahürlər):
1) sürüşmələr; 2) sellər; 3) qar uçqunları.
Meteoroloji və aqrometeoroloji təhlükəli təzahürlər:
- tayfunlar; - sunamilər (qravitasiyalı dəniz dalğaları); - güclü dalğalar (5 bal və daha yüksək); - dəniz səviyyəsinin güclü ləngəri; - erkən buz örtüyü və ya hərəkətsiz qalın buz qatı; - gəmi və liman tikililərinin buzlaşması; - sahil buzlarının qopması.
Hidroloji təhlükəli təzahürlər:
- suların yüksək səviyyəsi (daşqın, subasma); - yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt); - yağış daşqınları; - maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması); - suyun aşağı səviyyəsi;
İnsanların infeksion (yoluxucu) xəstəlikləri:
- epidemiyalar (insanların kütləvi şəkildə yoluxucu xəstəliklərə tutulması); - ekzotik və xüsusi təhlükəli yoluxucu xəstəliklərin tək-tək təsadüf edilən halları.
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri:
- epizootiya (heyvanların yoluxucu xəstəliklərinin geniş yayılması); - enzootiya (müəyyən ərazidə heyvanlar arasında epidemiya);
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması:
- inkişaf edən epifitotiya (bitkilərin kütləvi xəstəlikləri); - bitki zərərvericilərinin kütləvi yayılması.