Sərbəst iş Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Qrup: azd-2104B



Yüklə 0,74 Mb.
səhifə4/5
tarix12.12.2022
ölçüsü0,74 Mb.
#74078
1   2   3   4   5
Alıyeva Jalə sərbəst iş3

Daşqınlar, subasmalar - çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin qalxması nəticəsində yerin xeyli ərazilərinin müvəqqəti olaraq su basmasıdır. Bütün fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə görə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur. Bəzi hallarda daşqınlar sürüşmələrə, çöküntülərə, sel axınlarına səbəb olur. Hidroloji proqnoz aparmaq ilə, daşqınları proqnoz etmək olar. Su basmiş sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük, mühüm və faciəli olur.
Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. Onların dövrülüyü 10–15 ildən bir olur. Bunun nəticəsində alçaqda yerləşən torpaqların 10%-dən çoxunu su basır. Kiçik daşqınlar insan qurbanları və maddi itkilərlə əlaqədar deyil.
Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına gətirir. Bu zaman qiymətli dəyərlərin və insanların qismən köçürülməsi həyata keçirilir. Böyük daşqınlar kənd təsərrüfatı sahələrini basmaqla, xeyli maddi və mənəvi zərər vurur. 20–25 ildən bir baş verir.
Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. Çox böyük maddi və mənəvi xətər yetirməklə şəhər və kənd ərazilərində təsəruffat fəaliyyətinin pozur. Su basmış zonalardan kütləvi köçürülmə tədbirləri həyata keçirilir.Mühüm daşqınlar 50–100 ildən bir təkrar olunur və kənd təsərrüfatı sahələrinin 70% su altında qalır..
Faciəli daşqınlar - bir və yaxud bir neçə çay sisteminin geniş sahələrini su basır. Çox böyük insan qurbanları və maddi itkilərlə xarakterizə olunur. Faciəli daşqınlar 100 – 200 ildən bir baş verir və 70% artıq kənd təsərüffatı sahələri, şəhərlər, yaşayış məntəqələri, sənaye müəssisələri, yollar, kommunikasiyalar su altında qalır.

Azərbaycan respublikasının ərazisi üçün, xarakterik olan təbii fəlakətlər
Azərbaycan Respublikasının ərazisində zəlzələ, sel, fəlakətli subasma (daşqın), sürüşmə və uçqunlar, təbii yanğınlar, epidemiyalar, epizotiyalar, marxal kimi təbii fəlakətlər baş verə bilər. Azərbaycan respublikasının hansı rayonları daha çox təbii fəlakətlərə məruz qalır?
1. Zəlzələ Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Geologiya institutu tərəfindən tərtib edilmiş, respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə, bütün ərazisi 12 ballıq şkala üzrə, əsasən 8 (dağıdıjı) baladək, bəzi zonaları isə, 9 (viranediji) bal güjündə zəlzələ ehtimallı region hesab olunur. Bu da, zonalarla ərazinin 4/1-ni əhalinin isə, 20 %-ni təşkil edir. Qeyd olunanları nəzərə alaraq, respublikamızın ərazisi aşağıdakı zonalarla müəyyən olunur: - Abşeron yarımadasında 100 ildə bir dəfə ehtimal edilən 8 bal güjlü zəlzələ zonası; - Respublikanın şimal Xəzəryanı sahilində, Dərbənd seysmik zonasının davamı sayılan və 1000 ildə bir dəfə ehtimal edilən 9 bal güjlü zəlzələ zonası. Bu sahənin dəniz akvatoriyasında 7-8 bal güjlü zəlzələlər daha tez-tez baş verir, lakin bunlar sahilə 5-7 bal güjündə çatır; - Böyük Qafqazın jənub yamajlarında yerləşən 9 bal güjlü Şamaxı, İsmayıllıBalakən zəlzələ zonası. Burada belə zəlzələ 1000 ildən bir, zonanın mərkəzi hissəsində isə, 100 ildən bir baş verməsi ehtimal edilir; - Kiçik Qafqaz dağlarının 9 baladək güjü olan Gənjə-Göygöl zonası. Burada 8-9 bal güjündə zəlzələ 1000 ildən bir, onun mərkəzi hissəsində isə, hər 100 ildən bir ehtimal olunur; - Naxçıvan Muxtar Respublikasının bütün ərazisini, 9 bal ehtimallı zəlzələ zonası əhatə edir; - Talış zonası da, yüksək seysmik təhlükəli rayon hesab edilir.
2. SEL. Respublikanın ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq mümkündür: - Böyük Qafqaz dağlarının jənub və şimal-şərq yamajları; - Kiçik Qafqaz dağlarının şimal-şərq yamajları; - Naxçıvan Muxtar Respublikası; - Talış dağları. Bunlardan, daha güjlü sel mənbələri Balakənçay və Talaçay (Balakən rayonu), Qaraçay (Zaqatala rayonu), Gürmükçay (Zaqatala rayonu), Kişçay və Şinçay (Şəki rayonu), Dəmiraparançay,Tikanlıçay (Qəbələ rayonu), Qayçay, Ağçay (Oğuz rayonu), Qilqilçay, Axınçay (Tovuz rayonu), Çəhriçay (Şəmkir rayonu), Gənjəçay (Xanlar rayonu), Gilyançay və Ordubadçaydır (Naxçıvan Muxtar Respublikası). Böyük və Kiçik Qafqazın yamajlarından axan digər çaylarda, sel törədə bilər. Belə sel axınları respublikanın xalq təsərrüfatına xeyli ziyan vurur, bağları məhv edir, hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri rabitə və elektrik xətlərini, tikililəri və. s. dağıdır.
3. Sürüşmə və uçqunlar Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə, yamajın aşağı sürüşməsi Qafqaz dağ silsiləsinin şimal-şərq və jənub yamajlarında, xüsusən də, İsmayıllı (Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay , ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin Dəvəçi, Zaqatala, Qusar, Oğuz rayonlarında də müşahidə edilir. Talış dağları zonasında, o jümlədən Yardımlı çökəkliyində də güjlü sürüşmələrə rast gəlinir. Sürüşmə və uçqun halları Şamaxı - Qobustan ərazisinin dağlıq hissəsini, Qobustan-Qaradağ və şərqi Abşeronun qismən düzənlik hissəsini də əhatə edir. Bir çox hallarda geniş sürüşmələrə sel və zəlzələlərdə səbəb olur. Məsələn, 1986-jı ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nətijəsində baş vermişdir.
4. Fəlakətli daşqınlar və subasmalar Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su qovşağı (Mingəçevir, Araz, Şəmkir, Sərsəng) və 6 su hövzəsinin (Arpaçay, Ağstafaçay, Vayxir, Jeyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) torpaq bəndləri zəlzələ nətijəsində, yaxud digər səbəblərdən yarılarsa və ya yuyularsa geniş sahələrdə fəlakətli daşqın və ya, subasma zonaları yarana bilər. Belə bir hadisə baş verərsə, respublika tabelikli şəhərlərin, rayon mərkəzlərinin, yaşayış məntəqələrinin əraziləri, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, rabitə və elektrik xətləri, buradakı bina və qurğular müxtəlif dərəjədə dağılar və ya su altında qalar. Qeyd olunan su qovşağı və su hövzələrinin törədə biləjəyi fəlakətli subasma zonalarının ümumi sahəsi 20 kv.km təşkil edir ki, nətijə etibarı ilə, orada 1125 min əhali evsiz-eşiksiz qalar, xalq təsərrüfatına isə, külli miqdarda ziyan dəyər. Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən başlayaraq Bakı, Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla jənub sərhədlərinədək, Xəzər dənizi sahilində yerləşir (800 km). Xəzər Dənizinin səviyyəsinin 1,5 m-dən çox qalxması, Xəzər ətrafı zonalarda böyük problemlər yarada bilər. Bakı və Sumqayıtda bir çox müəssisələrin, yaşayış məntəqələrinin suyun altında qalmaq təhlükəsi yaradar. Xəzər dəninizində suyun səviyyəsinin qalxması adamların həyatı üçün də, təhlükə yaradır.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin