а, я, ь ilə bitən sözlər qadın cinsinə
(мама, парта),
о, ё ilə bitənlər isə orta cinsə
(
радио, метро) aid edilir. Və ya italyan dilində
“a” ilə bitənlər qadın
(cena-şam
yeməyi),
“o” ilə bitənlər kişi
(gatto-pişik),
“e” ilə bitənlər isə hər 2 cinsə
(notte-
gecə(qadın), pesce-balıq(kişi)) aid edilir. Alman dilində baxaq: der Lehrer – kişi
müəllim, die Lehrerin – qadın
müəllim
Dilimizdə istər kişi , istərsə də qadına “O” deyərək
müraciət edildiyi zaman
həmin şəxsin qadın və ya kişi olmasını yalnız konteksdən başa düşürük. Lakin
alman vəya italyan kimi dillərdə cins kateqoriyası
hər cinsə uyğun əvəzliklər
təklif edir:
Cinslər
Alman dili
İtalyan dili
İngilis dili
Kişi cinsi
Er
Lui
He
Qadın cinsi
Sie
Lei
She
Orta cins
Es
It
Beləliklə, gender məsələsi tərcümədə diqqət edilməsi vacib məqamlardan
biri olduğu üçün laqeyd yanaşma qəbuledilməzdir.
Çünki az və ya çox dərəcədə
edilən hər bir səhv yalnış şərh oluna bilər. Maraqlı bir hadisəni diqqətə
çatdırmaqda fayda var: 1950-ci illərdə Yaponiyada şokolad şirkətləri Sevgililər
günündə qadınların kişilərə şokolad hədiyyə etməsini ənənəyə çevirmək
fikrini
verərək insanları bayramı qeyd etməyə təşviq etmişdir . Nəticədə verilən bu
yalnış şərh illərboyu bir ənənəyə çevrildi. Beləliklə,
bu məsələləri düzgün həll
edə biləcək ixtisaslı tərcüməçilər seçilməlidir. Bu baxımdan gender mövzusu
tərcümədə daim aktiv məsələlərdən biri olaraq qalacaqdır.
Mənbələr
1. Türkologiya Beynəlxalq
Elmi Jurnal, Bakı-2011
2. “Tərcümə sənəti” Q. Bayramov, Bakı-2008
3. Təhsil jurnalı, DİL VƏ GENDER (linqvistik, fəlsəfi, dini, tibbi-
psixoloji yanaşma),
Fikrət Əlizadə
4.
https://language.az/az/
5.
https://wordminds.com/blog/how-gender-issues-affect-translations/