Varlığın təzahürü kimi tarixin müxtəlif zamanlarında təbiət anlayışına verilən məna fərqli olmuşdur. Bu da ondan irəli gəlmişdir ki, təbiət-cəmiyyət münasibətləri özünə-məxsusluğu ilə seçilmişdi. Belə ki, mikro, makro, meqa aləmdə mövcud olan cisimlər təbiətin əsası kimi başa düşülürdü. Digər tərəfdən təbiəti dar mənada, yəni insanın yaşadığı cəmiyyətdəki fəaliyyətinin mühiti kimi də başa düşülür. Başqa sözlə təbiət geniş mənada özünün bütün atributları, xassələri ilə birgə götürülən materiya ,obyektiv reallıq , kainat olduğu halda məhdud mənada insan və cəmiyyətin mövcud olması, yaşaması və inkişaf etməsi üçün zəruri olan təbii amillərin məcmusudur. Təbiətin struktur səciyyələrini 3 qrupa bölmək olar:
1.Canlı təbiət 2. Cansız təbiət 3.İctimai-sosial-tarixi təbiət
Cansız təbiət də öz növbəsində 3 növə ayrılır:
1.Mikro aləm 2. Makro aləm 3. Meqa aləm
Təbiətə əks olan 3 anlayış var: insan ,cəmiyyət , mədəniyyət. Təbiətə əks olan birinci anlayış insandır ki, onun təkcə fiziki həyatı deyil, həm də mənəvi həyatı, təbii elmi bilikləri təbiətlə bağlıdır. Təbiətlə insanın münasibətinin tarixən dəyişməsi məhz bu mahiyyətdən irəli gəlir. Yəni təbiətin bir hissəsi olmaqdan başlayaraq, təbiəti dəyişdirməyə və tamamilə məhv etməyə qədər yüksəlməsini nəzərdə tutur. Məhz belə münasibətin, təbiətin fəlsəfi düşüncə obyekti olmasını şərtləndirir. Təbiətsiz insanı, insansız təbiəti başa düşmək olmadığı kimi, insansız cəmiyyəti, cəmiyyətsiz insanı başa düşmək olmaz. Təbiətə olan münasibətlə cəmiyyətin inkişafı kontekstində məsələyə baxılması fəlsəfəsini özündə ehtiva edir. Təbiətə əks ikinci anlayış olan cəmiyyətin inkişafı məhz bu məsələnin qavramasından irəli gəlir. Burada ziddiyyətin olması əsas məsələ kimi təbiət-cəmiyyət münasibətlərinin tənzimlənməsini nəzərdə tutur. Nəticədə insan nə qədər təbiəti dərk edirsə, bir o qədər cəmiyyətin inkişafına təkan vermiş olur. İnsanlar təbiəti istismar edərkən təbiətdəki proseslərə nə qədər müdaxilə etməkləri və dəyişdirərkən bu qanunauyğunluqları təsirə məruz qoymaqları, cəmiyyətin inkişafına öz mənfi və ya müsbət töhfəsini vermiş olurlar. Yəni təbiətəm müdaxilə olurlar.
Təbiət varlığın elə formasıdır ki, orada baş verənlər təbiət qanunları nəticəsində özünü büruzə verir. Cəmiyyətdə isə insanlar belə münasibətləri özləri yaradıb tənzimləyirlər. Cəmiyyətin olması, insanın bu mühitdə sosial münasibətlərə malik olması kontekstində qəbul edilir. Yəni sosial fəaliyyətin təbii mühitə aid olması irəli sürülür. Bu da öz növbəsində insan həyatının mövcudluğunu və mənasını səciyyələndirir. Həyatın mövcudluğu və mənası, insan yaranandan təbiətlə təmasda və ünsiyyətdə olması ilə xarakterizə olunur. Təbiətə əks olan üçüncü anlayış mədəniyyətdir ki, mədəniyyət sözünün hərfi mənası “torpağın şumlanması” deməkdir. Tarixən mədəniyyət anlayışı əvvəlcə torpağa ,sonra bitkilərə, insana və nəhayət cəmiyyətə aid edilib. Mədəniyyət təbiətin insan tərəfindən nəzəri və praktiki mənimsənilmiş hissəsidir.
Təbiətə əks anlayışlardan biri olan insanın təbiətə 4 münasibəti vardır:
1.İnsanın təbiətə əmək vasitəsi ilə reallaşan praktiki münasibəti
2.İnsanın təbiətə bilik qazanılması ilə müşayiət olunan idrakı-qnesioloji münasibəti
3.İnsanın təbiətə oksioloji (dəyər) münasibəti
4.Təbiətin nəzəri və praktiki mənimsənilmiş hissəsi qarşısında insanın daşıdığı məsuliyyət hissi
Tarixin müxtəlif dövrlərində təbiətə münasibət özünəməxsusluğu ilə fərqlənir.
Antiq dövr təbiət canlı, yaradılmamış, məhv olunmaz hesab olunurdu. Bu dövrdə yalnız təbiət qanunları əsasında yaradılmış cəmiyyət ideal sayıla bilərdi.
Xristian mədəniyyətində təbiət ilahi tərəfindən yaradılmış, cansız, məhv ola bilən hesab olunurdu. Təbiətdə nizam və xaos hökm sürdürdüyü söylənilirdi.
İslam mədəniyyətində təbiət Allah tərəfindən yaranmış, canlı hesab olunurdu.
İntibah dövründə insan təbiəti ram etmək istəyirdi.
Yeni dövrdə təbiət insanların sosial həyatında yaratdığı çətinliklərdən yaxa qurtarması üçün yeganə sığınacaq məkan sayılırdı.
Sənaye kapitalizm dövründə təbiət maddi sərvətlərin yaradılmasının və cəmiyyətə ötürülməsinin əsas vasitəsi sayılırdı.
Müasir dövrdə müasir insanı səciyyələndirən başlıca keyfiyyət təbiətə kortəbii münasibətin şüurlu münasibətlə əvəz olunmasıdır .
Təbiət mürəkkəb, özünütəşkiledən, sinergetik sistem olub 5 səviyyədən ibarətdir.
1.Geosfer səviyyəsi( geo-yer, sfera-sahə). Bura daxildir: yerin relyefi, yerin quruluşu
2.Biosfer səviyyəsi(bio-canlı həyat). Bura bütün canlılar-bitkilər, heyvanlar, insanlar daxildir. Canlıların səviyyələri: molekulyar səviyyə, hüceyrə, toxumalar, orqanlar biosenozlar, populyasiyalar, növlər, biosfer
3.Noosfer(ağıl, zəka) səviyyəsi. Noosfer biosferin şüur təbəqəsidir. Noosfer anlayışı haqqında fransız riyaziyyatçısı Lerua, fransız mütəfəkkiri Teyyar de Şarden, rus mütəfəkkiri Vernadski əhəmiyyətli fikirlər söyləmişlər. T.Şardenə görə noosfer Yer planetini əhatə edən amorf şüur təbəqəsidir. Vernadski isə qeyd etmişdir ki, noosfer biosferin şüurudur.
4 Kosmosfer kosmosun insan tərəfindən nəzəri və praktiki mənimsənilən hissəsidir.
5.Texnosfer insan əməyi ilə yaradılmış bütün canlı və cansız cisimlərin sistemidir.