SəRBƏst iŞLƏr fəNN: multikulturaliZMƏ GİRİŞ


İSLAM DİNİNİN TƏLİMLƏRİNİN ƏSASLARI



Yüklə 49,52 Kb.
səhifə10/10
tarix02.01.2022
ölçüsü49,52 Kb.
#35083
1   2   3   4   5   6   7   8   9   10
MULTİKULTURALİZM (1)

10. İSLAM DİNİNİN TƏLİMLƏRİNİN ƏSASLARI

Vaxtilə "Tarixin fəlsəfəsi" mövzusunda dərs deyən Hegel öz muhazirələrində deyirdi: "İslam artıq çoxdan tarixi səhnədən çıxmiş və Şərq ətaləti və aramlığına qayıtmışdır". Lakin sonradan müsəlman ölkələrində baş verən hadisələr Hegelin səhv etdiyini və islamın siyasi səhnəyə əsas amillərdən biri kimi qayıtdığını nümayiş etdirdi.

Siyasi islam problemini öyrənən bugünkü tədqiqatçılar onun islam dini ilə eyni məfhum olmadığı və ayrıca bir siyasi baxışlar toplusu kimi öyrənilməli olduğu qənaətindədirlər.

İslam - mənəvi-etik təlim, insan-Allah, Xaliq-məxluq münasibətlərini nizamlayan bir dindir. İslam dini nazil olduğu ilk günlərdən insanları mənəvi kamillik və təmizliyə, əxlaqi keyfiyyətlərin inkişafı və zənginliyinə çağırmişdır. İslam peyğəmbəri öz missiyasını dəyərləndirərkən məhz bu sözü işlətmişdir: "Mən insanların əxlaqi gözəlliklərini kamilləşdirmək üçün göndərilmişəm". Eyni sözləri bu və ya başqa formalarda peyğəmbərdən imamlar və səhabələr də nəql etmiş, islamın gəlişində əsas aktual məqamın məhz nəfsi təmizlənmə və ruhun saflaşdırılması olduğunu qeyd etmişlər. Əslində, islamın əmrlərinə də nəzər saldıqda onların hamısının ya insanın nəfsinə hakim kəsilməsi, nəfsini təmizləməsinə xidmət etdiyini, ya da məhz bu məqamın simvolu olduğunu görərik. Namaz, oruc, həcc və başqa bu kimi islamın vacib buyurduğu əməllər insanın yalnız öz daxili aləminə yönəlmiş sakral anlayışlar və ibadətlərdir.

Burada qeyd edilməli digər məqam da ondan ibarətdir ki, bir çoxlarının düşündüyü və inandığının əksinə olaraq, islam yalnız bu zahiri və ayin funksiyası daşıyan vacib əməllərlə məhdudlaşmır. İslam peyğəmbərinin təkid etdiyi, ilk müsəlmanlara təlqin etdiyi, hətta sadaladığımız vacib əməllərdən də üstün tutduğu əməllər, əslində, sırf əxlaqi keyfiyyətlərə yönəlmiş əməllərdir. Yalan danışmamaq, təkəbbürlü olmamaq, qeybət etməmək, böhtan atmamaq, alçaltmamaq, təvazökarlıq, səxavət, rəhmdillilik, insanlara xidmət, başqaları üçün özünü qurban verə bilmək, elm öyrənmək, aza qane ola bilmək, həsəd aparmamaq - islamın din olaraq insanlara çatdırmaq üçün gətirdiyi əsas mesajların kiçik bir hissəsi bunlardır. Peyğəmbər qəlbində zərrə qədər təkəbbür olanın cənnətə girə bilməyəcəyini deyəndə, qeybət edən adama orucunun batil olduğunu bildirəndə, həsədin, paxıllığın, xəyanətin, hərisliyin, yalanın saleh əməlləri məhv etdiyini qeyd edəndə məhz dediyimiz məqamı nəzərdə tuturdu. Namazı "dinin sütunu" adlandırıb, sonradan qəlbində riyakarlıq olan adamın namazının qəbul olmayacağını bildirəndə, ixlasın namazdan da vacib olduğunu vurğulayırdı.

Məhz islam dini bəşəriyyətə irfan və təsəvvüf kimi anlayışları bəxş edərək özündən əvvəlki mistik təlimləri də kölgədə qoyan mənəvi təkamül yollarını aydınlatdı.

İslam dini elmə və ictimai ədalətə verdiyi önəm ilə geridə qalmış ərəb tayfalarını əvvəlcə çox qısa zamanda qüdrətli dövlət yaratmağa yönəltdi, sonradan isə bu dövləti Bağdad xilafəti zamanında dünyanın elm və inkişaf mərkəzinə çevirdi. İslamın bəşəriyyət tarixinə yazdığı simalar elm və humanistik ideyaların daşıyıcıları olmuşlar. İbn Sina, Biruni, N.Tusi, C. Həyyan, ibn Xaldun, ibn Rüşd, Fərabi, Xarəzmi, Rumi, Xəyyam, Nizami kimi simalar dünya elm və mədəniyyət tarixinə həmişəlik həkk olunmuş insanlardır. Cəbr və həndəsəni, riyazi alqoritmi, tangens və kotangensi, onluq rəqəm sistemini, kimyanı, Yerin fırlanmasını, formasını, çevrəsinin uzunluğunu, ən dəqiq Günəş təqvimini, tibbin bir çox nəzəri əsaslarını, saymaqla qurtarmaz bir çox kəşf və nailiyyətlərin əsasını məhz bu və digər islam alimləri yaratmışdır. İslam uzun müddət bu ideyalar, bu elmi nailiyyətlərlə yadda qalmışdır.

Sonradan müstəmləkə dövrü yaşayan müsəlman ölkələrində, Hegelin qeyd etdiyi kimi, islam siyasi səhnədən bir müddət kənarlaşır. Lakin sonradan məhz islam dini bu ölkələrdə başlayan milli azadlıq hərəkatlarının ideoloji bazasını təşkil edərək, həmin xalqların tarixində mənəvi amil olmaqla bərabər, müsbət mahiyyətli ictimai-siyasi faktor rolunu da oynayır. Məhz bu baxımdan, çox zaman islamın müsbət keyfiyyətlərindən danışarkən, onu cəmiyyət həyatında birləşdirici, həvəsləndirici, mənəvi inkişafı stimullaşdıra biləcək amil kimi qeyd edirlər.



Tolerantlıq və sekulyarizm kimi anlayışların da məhz Avropadan çıxmasının səbəbi bu amil idi - Avropa ölkələri başqa cür bu qarşıdurmalardan xilas yolunu görmürdülər. Yalnız qarşılıqlı dini dözümlülük və dinin mütləq siyasi hakimiyyəti ələ keçirməsinə imkan verməmək. Eyni zamanda, qeyd etmək zəruridir ki, din ictimai və şəxsi həyatdan kənarlaşdırılmırdı, insanın şəxsi həyatının atributuna çevrilir və şəxsi azadlığının simvolu rolunu oynayırdı.

Lakin son onilliklərdə dinin siyasiləşməsi deyərkən, təəssüf ki, məhz islamın siyasiləşməsindən söhbət gedir. Bir tərəfədn bu, müsəlman ölkələrində daimi gərginliyin saxlanması üçün xaricdən istiqamətlənmiş və düşünülmüş siyasətin nəticəsidirsə, digər tərəfdən islamı öz məhdud dünyagörüşü və eqosu prizmasından keçirərək yalnız özü başa düşə biləcəyi formada qəbul edən və başqalarına da qəbul etdirmək istəyən müsəlmanların "xidməti"dir. Təəssüf ki, siyasi İslam artıq çoxdandır ki, təmsil olunduğu ölkələrdə yalnız qarşıdurmalarla yadda qalır və bu "missiyası" ilə ümumən dinin yanlış imicinin formalaşmasına səbəb olur.
Yüklə 49,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin