SəRBƏst iŞLƏr fəNN: multikulturaliZMƏ GİRİŞ


MULTİKULTURAL TƏHLÜKƏSİZLİK



Yüklə 49,52 Kb.
səhifə8/10
tarix02.01.2022
ölçüsü49,52 Kb.
#35083
1   2   3   4   5   6   7   8   9   10
MULTİKULTURALİZM (1)

8. MULTİKULTURAL TƏHLÜKƏSİZLİK

Tarixi prosesdə formalaşan etnik-mədəni müxtəlifliklər (çoxmədəniyyətlilik, multikulturalizm) və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların və dövlətlərin inkişafında mühüm rol oynayır. Lakin bu müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr baş verir. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb edir.

Təəssüf ki, multikulturalizmin özü də müxtəlif ölkələrdə ondan gözlənən eyni müsbət nəticəni vermədi. Hansı ölkədə bu, hansı nəticəni verdi - belə bir suala cavab axtarmazdan əvvəl biz müəyyənləşdirməliyik ki, tarixən ölkənin etnik və dini müxtəlifliyinin mahiyyətində nə durur?! Bəzi ölkələr tarixən hər hansı müxtəlifliklərdən yan keçib digər mədəniyyətlərlə təmas nöqtəsinə monoetnik bir birlik kimi gəlib çıxmışdır. Bəzi ölkələrdə isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci halda gəlmə multikultural dəyərlər artıq dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində, məsələn, Böyük Britaniyada, Fransada, Almaniyada bu modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyil.

Bəzi ölkələrdə isə müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar. “İlkin” müxtəliflik və “sonrakı” müxtəlifliyi bir-birindən ayırmasaq, bugünkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik.

Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur.

Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna görə də biz metodoloji olaraq, “ilkin müxtəliflik”, “sonrakı müxtəliflik” anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin müxtəliflik, əslində, özündə miqrasiya elementi saxlamır. O, müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı mövcudluğudur.

Prezident İlham Əliyev öz çıxışlarının birində qeyd etdi ki, ondan xarici ölkələrdə tez-tez təəccüblə soruşurlar: Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə belə tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi nədir?

Etiraf edək ki, bu sualın özü bir azərbaycanlı üçün qəribə səslənir. Çünki müasir azərbaycanlı bu münasibətin mahiyyətini ruhu ilə, mənəvi orqanizmi ilə hiss edir. O bunun səbəbini bilməyə bilər. Udduğun hava kimi, içdiyin su kimi bu münasibət də bizim həyatımız üçün son dərəcə vacibdir. Amma bu sualın, əlbəttə ki, ciddi cavabı da yox deyil. Azərbaycanda belə bir mühitin olması onunla bağlıdır ki, ölkə başçısı, bütövlükdə dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir. Heç birini digərindən fərqləndirmir. Bərabər siyasi münasibət də öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir. Və beləliklə: Multikultural təhlükəsizliyin əsas və ən vacib prinsiplərindən biri məhz ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaqdan doğur.

Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması ilə müəyyən edilir.

Bu gün Azərbaycanda formalaşan yeni, demokratik cəmiyyət müstəqil dövlət quruculuğunda fəal iştirak edir. Öz milli kimliyi onun bu gün özünü azərbaycanlı kimi hiss etməyinə mane olmur. O, öz ana dilində danışa bilir, yaza bilir və öz mədəni ehtiyaclarını ödəyə bilir. Konstitusiyamızın “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində göstərilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.

Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində - siyasətdə, iqtisadiyyatda, təhsildə, idmanda, mənəvi həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür.

Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə mövcud olan mədəni müxtəlifliyin inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin təmin edilməsindən formalaşır.


Yüklə 49,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin