SəRBƏst iŞLƏr fəNN: multikulturaliZMƏ GİRİŞ



Yüklə 49,52 Kb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü49,52 Kb.
#35083
1   2   3   4   5   6   7   8   9   10
MULTİKULTURALİZM (1)

2. İSLAM DİNİNİN TARİXİ

İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın YII əsrində meydana gəlmişdir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. Bundan başqa Hindistan əhalisinin 11%, Çinin 2%, Albaniyanın 70%, Yuqoslaviyanın 15%, bu dinə sitayiş edir. İslam dini başlıca olaraq Qafqazda, Orta Asiyada, Qazaxıstanda, Dağıstanda, Tatarıstanda, Başqırdıstanda yayılmışdır. Bu dinə etiqad edənlərin sayı 1 milyarda yaxındır.

İslam sözü ərəbcə allahın iradəsinə itaət etmək deməkdir. İslamın tərəfdarlarını müsəlman adlandırırlar. Ərəbcə müslim sözü muti-itaət etmək deməkdir. İslamın mənşəyi və  xarakterik cəhətləri ərəblərin və Ərəçbistan Yarımadasının xalqlarının tarixi inkişafının xüsusiyyətləri ilə bağlıdır. Ərəb qəbilə birləşmələrinin meydana gəlməsi köhnə çoxallahlıq dinlərinin yəni-politeist dinlərinin dağılmasına səbəb oldu. Ən güclü qəbilələrin allahları və məbədləri ikinci dərəcəli Allahlar və ibadətgahlar mövqeyinə düşməyə başlamışdır. Bu proses Qərbi Ərəbistanın ən iri ticarət və siyasi mərkəzlərindən olan Məkkədə (Hicaz vilayəti) daha güclü idi. İslamın meydana gəlməsi və yayılması pərakəndə ərəb tayfalarının bu dövrdə birləşməsinə kömək etmişdir. Ərəb dövlətinin yaranmasında mühüm rol oynayan Qüreyşlər qədim qəbilə allahlarını vahid Allah elan etmişdilər.



İslan dinindən qabaqkı ideoloji təlim ərəb həniflərinin adı ilə hənifilik adlanırdı. Ərəbistanda VI-VII əsrlərdə tək allahlaq tərəfdarı olanlara hənifilər deyirdilər. Bu dövrdə Ərəbistanda bütün qəbilələrin daxil ola biləcəyi bir dövlətin yaranması üçün monoteist bir dinin yaranması zəruri idi. Beləliklə də Ərəbistanda yaranmış olan hənifizm inkişaf edərək yeni daha mürəkkəb din olan islam dini şəklini aldı. 610-cu ildə yeni dini təbliğ etməyə başlayan Məhəmməd peyğəmbər ərəbləri vahid dildə birləşdirməyə nail oldu. İlk islam ideologiyasını öyrənmək üçün ən mötəbər mənbə Qurani-Kərimdir. Quran 40 min cüyür dərisi üzərində yazılmışdır. Yeddi nüsxədən ibarət olmuşdur. Zəmanəmizə isə 3 nüsxəsi gəlib çatmışdır. I Londonda, II Özbəkistanda, III Tacikistandadır. 114 surədən, 6236 ayədən ibarətdir. 622-ci ildə Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köçmüşdür. Hicri tarixi (hicrət etmək-köçmək) həmin ildən başlayır. İslamı qəbul edən hər bir kəs 5 şərtə əməl etməlidir. Kəlmeyi-şəhadət, 5 namaz, oruz, zəkat. Məkkə-Kəbə ziyarəti.

QMİ beynəlxalq İslam təşkilatları ilə əlaqəsini ardıcıl şəkildə təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində sıx əlaqələr yaradır. Bu gün QMİ öz səlahiyyətləri çərçivəsində Azərbaycanda İslam dini icmalarına rəhbərlik edir, şəriət qayda-qanunlarının düzgün yerinə yetirilməsinə nəzarət edir. 1991-ci ildə yaradılmış Bakı İslam Universiteti ruhani kadrların yetişdirilməsi sahəsində xeyli iş görür. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində də 1992-ci ildən ilahiyyatçı və İslamşünas mütəxəssislər hazırlanır.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır. Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə yaradılmış Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60-65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır.

Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Hazırda ölkədə 749 dini qurum qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların 721-i İslam, 28-i isə qeyri- İslam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Azərbaycanda həmçinin 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.


Yüklə 49,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin