SəRBƏst iŞLƏr fəNN: multikulturaliZMƏ GİRİŞ


AZƏRBAYCANDA MULTİKULTURALİZM SİYASƏTİ



Yüklə 49,52 Kb.
səhifə7/10
tarix02.01.2022
ölçüsü49,52 Kb.
#35083
1   2   3   4   5   6   7   8   9   10
MULTİKULTURALİZM (1)

7. AZƏRBAYCANDA MULTİKULTURALİZM SİYASƏTİ

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Multikulturalizm dedikdə çox mədənilik və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət başa düşülür. Multikulturalizmin bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlı olduğunu qeyd edə bilərik. Belə ki, o, müxtəlif mədəniyyətlərin inteqrasiya olunmuş şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biri hesab olunur. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

Müasir dövrdə multikulturalizm Azərbaycanda əhəmiyyətli rol oynayır. Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur. Keçmiş dövrlərdən bəri burada avarlar, talışlar, ləzgilər, udinlər və s. kimi millətlər sülh və əmin amanlıq içərisində yaşamışdır. Müasir multikultural cəmiyyətlər müxtəlif mədəni strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər.

Ölkəmizdə multikultural cəmiyyətin yaranıb inkişaf etməsində coğrafi faktorun rolu da böyük olmuşdur. Belə ki, Azərbaycanın əlverişli bir coğrafi ərazidə və müxtəlif milli mədəniyyətlərin qovşağında yerləşməsi burada bir sıra xalqların və milli azlıqların məskunlaşmasına təsir göstərmişdir.  Azərbaycanın bu əlverişli coğrafi mövqeyi onun etnik mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında da öz əhəmiyyətini ortaya qoymuşdur. Ancaq ölkədə multikulturalizmin inkişafı təkcə əlverişli coğrafi amildən asılı deyildir. Çünki dünyada elə ölkələr vardır ki, onlar da Azərbaycan kimi əlverişli coğrafi məkanda yerləşirlər. Lakin həmin ölkələrin bir çoxunda multikulturalizmin vəziyyəti Azərbaycandakından çox aşağıdır. Bunun əsas səbəbi isə Azərbaycanın multikulturalizmi dövlət siyasəti kimi qəbul etməsidir. Multikulturalizm Azrəbaycanda dövlət siyasəti ilə yanaşı həm də əhalinin həyat tərzidir. Azərbaycanda multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.

Hər bir ölkənin sosial iqtisadi inkişafı onun mədəni inkişafı ilə sıx bağlıdır. Bir ölkə daxilində sosial iqtisadi inkişaf mədəni inkişafdan kənar mövcud ola bilməz. Dünyada qlobal maliyyə böhranının hökm sürdüyü dövrdə respublikada iqtisadiyyatın demək olar ki, bütün sahələrində inkişaf təmin olunur. Azərbaycan son dövrlər sürətli sosial iqtisadi inkişafa nail olmuşdur və hazırda dünyanın qabaqcıl ölkələri sırasında öz yerini tutmaq üçün səylərini daha da gücləndirir. Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən də irəli gələn bir göstəricidir. Ölkəmizdə sosial iqtisadi inkişafın təmin edilməsində multikulturalizmin də böyük rolu vardır.

Ölkəmizdə yaşayan müxtəlif millətlərin və etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması ölkədə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur. Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi-azərbaycanlılarla yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da yaşayır. Azərbaycanda yaşayan millətlər əsasən ləzgilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, gürcülər, yəhudilər və kürdlərdən ibarətdir.

Ölkədə multikulturalizmin sosial iqtisadi inkişafa təsiri bundan ibarətdir ki, ölkədə yaşayan müxtəlif millət nümayəndələri yerli əhali kimi iqtisadiyyatın istənilən sahəsində müəssisə açaraq əhalinin tələbatını ödəyə bilərlər. Bundan başqa onlar iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatıraraq həm mənfəət əldə edə bilərlər və həm də ölkənin iqtisadi inkişafına təsir göstərə bilərlər. Bu gün Azərbaycanda fəaliyyət göstərən və ölkənin sosial iqtisadi inkişafında rol oynayan bir çox iri müəssisələr vardır ki, o müəssisələrin rəhbərləri ölkəmizdə məskunlaşan qeyri azərbaycanlılardır. Hər bir ölkənin makroiqtisadi göstəricilərindən biri ölkə əhalisinin rifah səviyyəsidir. Qeyd edə bilərik ki, multikulturalizm ölkəmizdə yaşayan yerli əhalinin və başqa millətlərin rifahına da müsbət təsir göstərir. Ölkəmizdə siyasi və iqtisadi stabilliyin hökm sürməsi, yerli əhali ilə birgə başqa millətlərin də sülh və əmin amanlıq içərisində yaşaması, onların hüquqlarının qorunması və eləcə də onların yerli əhali kimi bərabərhüquqlu olması ölkəmizdə rifah səviyyəsinin yüksək olduğunu göstərir.  Buna misal olaraq qeyd edə bilərik ki, ölkədə yaşayan milli azlıqlar və başqa milliyyətdən olan xalqlar yerli əhali kimi müxtəlif təşkilatlarda və müəssisələrdə işləyib əmək haqqı alaraq sabitlik və rifah içərisində yaşayırlar. Həm də onlar yerli əhali kimi dövlətə vergi ödəyərək dövlət büdcəsinin formalaşmasında rol oynayırlar.


Yüklə 49,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin