Şərq ruhunun Qərb həyatı


Millətlər və onların mahiyyəti



Yüklə 5,09 Mb.
səhifə55/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   51   52   53   54   55   56   57   58   ...   101
Millətlər

və onların mahiyyəti

Millət xarakterinə, zövq və baxışlarına görə fərqli olan, amma öz ara­larında dərin, möhkəm və hərtərəfli mənəvi tellərlə bağlanan in­san­lar toplusudur.

Dini mənsubiyyət bu əlaqələndirici zəncirin halqa­la­rın­dan bi­ri­dir; milli bağlar bəzi Şərq ölkələrində olduğu kimi çox zəif deyillərsə, inam­dakı fərqlər onları qıra bilməz.

Ortaq dili millətin birləşdirici əsası hesab etmək olar­dı, amma bir çox faktlar vardır ki, eyni dildə danışsalar da, si­yasətdə, ida­rə­çi­lik­də, ictimai baxışlardakı ziddiyyət onları ayırır.

Bu əlaqənin dayaqları ilk növbədə qan qohumluğu olsa da, ta­rixdə çoxlu misallar göstərmək olar ki, müəyyən bir qol tayfadan ay­rıl­dıq­dan sonra qarşıdurma və nifrət yaranır ki, bu da məhvə aparır.

Fərz etmək olardı ki, bu birlik maddi maraq üzərində qurula bi­lər, amma o qədər xalqlar var ki, maddi maraqlar onların arasında rə­qa­bət və düşmənçilikdən başqa bir şey yaratmayıb.

Onda bəs bu ictimai əlaqələr nədir və millətlərin pöhrələri hansı zəmində yetişir?

Milli birlik haqqında mənim öz fikrim var. Ola bilsin ki, bəzi f­i­lo­sof­lar bunu qeyri-adi saysınlar. Belə ki, mənim mühakimələrimin və nə­ticələrimin məğzinə nüfuz etmək asan deyil.

Mənim nöqteyi-nəzərim bundan ibarətdir. Hər bir xalq öz əsa­sı­na və təbiətinə görə ayrıca insanın mahiyyəti ilə uy­ğun olan ümumi ma­hiyyətə malikdir. Bununla belə, bu ağac susuz, torpaqsız, işıqsız, is­ti­siz yaşaya bilmədiyi kimi, bu ümumi mahiyyət də öz mövcudluğu üçün qidanı fərd­lər­dən alır. Eyni zamanda, bu mahiyyətin məxsusi hə­ya­tı, əla­hid­də iradəsi vardır və o, xalqdan asılı deyil. Ayrıca adamın ma­­hiyyətinin nə vaxt yetişdiyini müəyyənləşdirmək çətin ol­du­ğu kimi, ümu­mi mahiyyətin də yaranma tarixini mü­əy­yən­ləşdirmək çətindir. Hər halda mən düşünürəm ki, mə­sə­lən, misirli mahiyyəti Nil sa­hil­lə­rin­də ilk dövlətin meydana gəl­məsindən təqribən 500 il əvvəl for­ma­laş­mışdır. Misir öz ic­timai dayaqlarını, dinini və incəsənətini bu ümu­mi ma­hiy­yətdən əxz etmişdir. Misir haqqında deyilənlər Assuriyaya, Per­siyaya, Yunanıstana, Romaya, ərəblərə və orta əsrlərin sonlarında for­malaşmış müasir millətlərə də aiddir.

Mən dedim ki, ümumi mahiyyətin öz xüsusi həyatı var. Bəli, bu be­lədir. Əgər hər bir canlının öz dövrü vardırsa, ümumi mahiyyətin də qa­­baqcadan müəyyənləşmiş zəruri hüdudu vardır. Hər bir insanın var­lı­­ğı uşaqlıq, gənclik, yetkinlik və qocalıqdan keçir. Ümumi ma­hiy­yət də hə­min pillələri keçir: yuxunun gözəl örpəyini qaldıran sübh şəfəqindən gü­nəşin qızmarında işləməyə, ondan da yorğunluqdan yoğ­ru­lan axşam məş­ğuliyyətinə, bunlardan da gecə mürgüsünə və nə­ha­yət, dərin sü­kuta.

Belə ki, ellin mahiyyəti miladdan əvvəl onuncu əsrdə oyandı, era­­mızdan əvvəl beşinci əsrdə inamla addımlamağa başladı. Xris­ti­an­lıq dövründə isə ayaqüstü yuxulardan bezən mahiyyət nəhayətsiz x­ə­yal­­ların ağuşunda yatmaq üçün əbədiyyət yatağına endi.

Ərəb mahiyyəti islamdan 3 əsr əvvəl formalaşmış və öz fərdi var­lı­ğını dərk etmiş olsa da, ancaq Məhəmməd peyğəmbərlə doğuldu və qar­şısındakı maneələri qasırğa kimi dəf edən möhtəşəm bir əzəmətlə yüksəldi.

Abbasilər dövründən başlayaraq isə bu mahiyyət Hindistandan Ən­dəlusa qədər saysız-hesabsız sütunlar üzərində qərar tutan taxt-ta­ca sahib oldu. O, öz qürub çağında Şərqdən Qərbə doğru genişlənən mon­qol mahiy­yə­ti­nin təsirinə qapılaraq gümrahlığını itirdi və yuxuya get­di; amma yuxu çox sayıq oldu. Mümkündür ki, o, ruhunun gizli mə­qam­larının təzahürü ilə yenidən oyanacaq. Necə ki, italyan İntibahı döv­ründə Roma mahiyyəti yenidən dirçəlmişdi. Venesiyada, Flo­ren­si­ya­da, Milanda tənəzzül zamanının başlanğıcında german xalqlarının isti­lasına qədər o, öz fəaliyyətini tamamlamış oldu.

Tarixdə ən heyrətamiz mahiyyət fransız mahiyyətdir. O, iki min il gün işığında mövcud olmuş və hələ də öz çiçəklənmə dövründədir; bu gün o, öz tarixinin daha incə təfəkkürə, daha kəskin baxışa, daha mü­kəm­məl elm və sənətə malik olan mərhələsindədir.

Roden, Karrier, Püvi de Şavann, Hüqo, Renan, de Sa­si, Sen Simon; onlar hamısı XIX əsrdə yaşayırdılar və ha­mı­sı dünyanın böyük sə­nət­karları, alimləri, xəyal­pərəst­lə­ri idi­lər. Bu, onu sübut edir ki, bəzi ümu­mi mahiyyətlər baş­qa­la­rı­­na nisbətən daha uzunömürlü olurlar. Mi­sir mahiyyəti 3 min il, ellin mahiyyəti isə min ildən də az yaşadı. Müm­­­kün­dür ki, ayrı-ayrı adamların uzunömürlü­lü­yü və həyatdan er­kən getməsinin səbəbi olduğu kimi, bunun da bir səbəbi vardır.

Hər halda ümumi mahiyyətlər varlıq səhnəsində öz rolunu oyna­dıq­dan sonra nə baş verir? Onlar da öz növbəsində sonrakı nəsillərə xa­ti­rələrdən başqa heç nə buraxmadan ölüb gedirlərmi? Sanki heç vaxt belə bir mahiyyət olmamışdır?!

Mən əminəm ki, ruhani təbiət zahirən dəyişsə də, tamamilə itmir və heçliyə çevrilə bilməz. Maddi təbiət kimi, o da bir formadan baş­qa­sı­na, bir növdən digərinə keçərək dəyişilir, amma onu təşkil edən his­sə­lər, atomlar saxlanılır. Millətin ümumi mahiyyəti yata bilər, amma öz toxumlarını torpağa tapşırmış çiçəklərin yuxusu ilə! Onların ətri isə əbə­diyyət dünyasına yüksələcəkdir. Mən düşünürəm ki, çiçəyin ətri mil­lətin ətri kimi mütləq substansiya, mücərrəd həqiqətdir. Fivin, Ba­bi­lin, Nineviyanın, Afinanın, Bağdadın ətri indi də Yeri əhatə edən efir tə­bəqəsində mövcuddur. Üstəlik, o, bizim hər birimizin və hamımızın – ümu­mi mahiyyət varislərinin qəlbinin dərinliyində mövcuddur.

Lakin bu irs elə yüksəkdir ki, hələ öz xüsusi həyatı ilə yaşayan və öz məxsusi iradəsi olan bir mahiyyətin təməlini qoyan millət forma­laş­ma­dan o, bu millətə aid ayrıca adamlardakı hissi formaları qəbul et­mir.

Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin