Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə47/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   43   44   45   46   47   48   49   50   ...   101
Lakin bu, həqiqətin yalnız yarısıdır. Siz həm də ən möhkəm hal­qa təki möhkəmsiniz.

Sizi əməllərinizin ən xırdası ilə qiymətləndirmək, okea­nın gü­cü­nü onun köpüyünün zərifliyi ilə ölçmək kimi bir şeydir.

Sizi sizin uğursuzluqlarınıza görə mühakimə etmək, fəsilləri də­yişkənlikdə ittham etmək deməkdir.

Bəli, siz okean kimisiniz.

Sahillərinizdə dayaza oturmuş ağır gəmilər qabarmanı göz­ləyərkən siz okean olsanız belə, öz qabarmanızı tələsdirə bilməzsiniz.

Fəsillərə də bənzəriniz var sizin.

Hərçənd ki, qışda öz baharınızı inkar etmiş olursunuz.

İçinizdə uyuyan yazınız yuxuda gülümsünür və qətiyyən incimir bundan.

Düşünməyin ki, bunları söylədim ki, bir-birinizə deyəsi­niz: “O, bizi yüksək qiymətləndirirdi. O, bizdə ancaq yaxşını gö­rürdü”.

Mən sizin fikirdə, düşüncələrdə bildiyinizi sözlərlə ifadə edirəm yalnız.

Sözdə ifadə olunan bilik sözsüz yaşayan biliyin kölgəsi deyilmi?

Sizin fikirlərlə mənim sözlərim möhürlənmiş yaddaşın dal­ğa­la­rı­dır.

O yaddaşda sizin ötən günlərinizin və yerin hələ nə bizi, nə özü­nü tanımadığı qədim günlərin və yerin çaşqınlığa qərq olduğu ge­cə­lə­rin xatirələri saxlanılır.

Müdrik insanlar sizə öz müdrikliklərindən verməyə gəlirdilər. Mən­sə sizin müdrikliyinizi almağa gəlmişəm:

Mən müdriklikdən daha böyük olanı tapdım.

Bu, sizdə get-gedə coşan alovlu ruhdur.

Onun daim artmasından xəbərsiz olan sizlər günlərinizin so­l­ma­sı­na heyfslənirsiniz yalnız.

Bu, məzardan qorxan bədəndə həyat arayan həyatdır.

Burda məzar nə gəzir?

Bu dağlar və düzlər beşik və pillədir.

Əcdadlarınızın uyuduğu çöllərin yanından hər dəfə ke­çən­də diq­qət­lə baxın. Və siz özünüzü və uşaqlarınızı orada yallı gedən görər­si­niz.

Həqiqətən, çox zaman özünüzdən xəbərsiz şənlənirsiniz siz.

Başqaları gəlirdi sizə qızıl vəd edir və bu, sizin imanınıza çev­ri­lir­di. Əvəzində siz onlara yalnız var-dövlət, hakimiyyət və şöhrət verdiniz.

Mən sizə vəd olunandan az verdim, lakin böyük səxavət gördüm sizdən.

Siz mənə daha böyük bir həyat həsrəti verdiniz.

Həqiqətən, insan üçün onun bütün amallarını qurumuş dodaq­la­ra, bütün həyatını isə – tükənməyən bulağa çevirən hədiyyədən böyük hə­diyyə ola bilməz.

Mənim şərəfim və mükafatım ondadır ki, nə zaman bu bu­lağa su iç­mək üçün yaxınlaşsam, onun – dirilik suyunun – özü­nün susuzluqdan yandığını görürəm.

Mən onu içdikcə, o da məni içmiş olur.

Bəziləriniz məni sizin hədiyyələrinizi götürmək üçün çox qürurlu və çəkinən sayır.

Bəli, maaşa işləmək üçün mən çox qürurluyam, amma hədiy­yə­lər­çün yox.

Hərçənd ki, siz məni öz süfrənizin başına əyləşdirə bildiyiniz hal­da, mən moruqla dolanırdım təpələr arasında;

Siz məni öz evinizdə saxlamağa şad olduğunuz halda, mən mə­bə­din dəhlizində yatırdım.

Məgər mənim gecə və gündüzlərimə göstərdiyiniz qayğı­dan mə­nim yeməyim şirinləş­mə­mişdimi? Və o səbəbdən də sir­li görüntülərə bə­­lənməmişdimi yuxularım?

Siz özünüz də bilmədən çox şey verirsiniz.

Buna görə xeyir-duam üstünüzdədir.

Həqiqətən, özünə güzgüdə baxmağı sevən xeyir daşa çevrilir.

Özünü öyən yaxşılıq lənət doğmuş olur.

Bəziləriniz məni yalquzaq adlandırır və öz tənhalığından sərməst olmuş hesab edirdi.

Siz deyirdiniz: “O, meşədəki ağaclarla məsləhətləşir, insanlarla yox.

Təpələrin başında tənha oturaraq şəhərimizə baxır”.

Bu doğrudur ki, mən təpələrə dırmaşır və gözdən uzaq yerlərdə gəzirdim.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin