Susma, ürək…
131
ULU GÖYÇƏ
Ulu Göyçə, ulu Vətən, ulu yer,
Var-dövlətlə, naz-nemətlə dolu yer!
Ustadların ay beşiyi, yolu yer:
Qurban olum torpağına, daşına,
Bu nə qaldı, gəldi yenə başına?
Ağlamadım can-ciyarım öləndə,
Qardaş-bacım, vəfadarım öləndə.
Qan ağladım arzularım öləndə,
Göz yaşlarım daşlarında göl oldu,
Yandı cismim həsrətinlə kül oldu.
Ay beşiyim, imək yerim, bəy evim,
Pir bildiyim torpaq evim, göy evim,
Səndən ayrı, ay ocağım, ay evim,
Mən olmuşam qaçqın, köçkün, didərgin,
Heç olarmı bundan artıq betər gün?!
Şiruyəyəm, Bolyaniklər dirildi,
Dövrün hökmü keşişlərə verildi.
Övladların bir də sürgün sürüldü,
Nəcəfə
1
də yaman hiylə qurdular,
Onun kimi bizə də od vurdular.
1989-cu il
1
1919-cu ildə bеlinə оdlu samavar bağlanıb öldürülən Aşıq Nəcəf.
|