|
Sərraf Şiruyə
128
VARMI
Bu köç qayıdarmı görən geriyə,
Gərdişin elə bir zamanı varmı?
Öz eliylə sevinməyə, gülməyə
Göyçənin görəsən gümanı varmı?
Tamahlar nə qədər ac olar, Allah!
Yollarda nə qədər köç olar, Allah!
Belə getsə həyat puç olar, Allah!
Görən bu dünyanın qananı varmı?
Yazığa, məzluma nüsrət verməyə,
Zəlilə, möhtaca qismət verməyə,
Haqqa, ədalətə fürsət verməyə,
Yaradan kimsənin amanı varmı?
Bədbəxtdi könlündə vətən bitməyən,
Xoşbəxtdi dodaqdan, dildən itməyən.
Din görüm, Şiruyə, qəmli ötməyən
Dünyanın elə bir kamanı varmı?
Dostları ilə paylaş: |
|
|