Susma, ürək…
125
BİRİ QARABAĞDI,
BİRİ DƏ GÖYÇƏ
Qoşalaşıb həsrətimin düyünü,
Biri Qarabağdı, biri də Göyçə.
İki nisgili var qəmli könlümün:
Biri Qarabağdı, biri də Göyçə.
Göyçə nəfəs verib, Qarabağ həyat,
Göyçə həvəs verib, Qarabağ büsat.
Qan sızan yaralı cüt qoşa qanad,
Biri Qarabağdı, biri də Göyçə.
Biri sol qolumdu, biri sağ qolum,
Biri sol yolumdu, biri sağ yolum.
Mənim aran yolum, mənim dağ yolum,
Biri Qarabağdı, biri də Göyçə.
Biri saz götürüb, biri kaman, tar,
Ələsgər–Üzeyir, şair–bəstəkar.
Mənə ustad olan bu iki diyar:
Biri Qarabağdı, biri də Göyçə.
Sərraf Şiruyəyəm, bu bir cüt sözüm,
Bu bir cüt sevimlim, bu bir cüt gözüm.
Bu bir cüt müqəddəs ocağım, közüm,
Biri Qarabağdı, biri də Göyçə.
Dostları ilə paylaş: