Susma, ürək…
121
NİYƏ DÜŞSÜN
Vətənə keşik çəkib, oyaq olmamısansa,
Düşməni susduracaq yaraq olmamısansa,
El-obaya dar gündə dayaq olmamısansa,
Elin üstünə qayğın, azarın niyə düşsün?
Bir yazığa əl tutub fikir çəkməmisənsə,
Bir çiçək saralanda boyun bükməmisənsə,
Bircə ağac basdırıb, bir gül əkməmisənsə,
O bağa, o bağçaya güzarın niyə düşsün?
Bir qəlbi isitməyə odun, közün yoxdusa,
Quru təsəlli üçün şirin sözün yoxdusa,
O torpaqda zəhmətin, əgər izin yoxdusa,
O torpağın qoynuna məzarın niyə düşsün?
Dostları ilə paylaş: