Sərraf Şiruyə
120
DOLANSIN
Günəş gülür, fəsil bahar fəslidir,
Bülbül gəlsin, gül başına dolansın.
Təbiət qoynunu açıb ellərə,
Ceyran, cüyür çöl başına dolansın.
Bal çeşməli, xoş havalı dağların,
Həm vəfalı, həm səfalı dağların,
Gül-çiçəkli, şiş qayalı dağların
Qoy kükrəyən sel, başına dolansın.
Açılıb sinəsi xoş nəfəslərin,
Şirin ləhcələrin, incə səslərin,
Aqil kimsələrin, comərd kəslərin,
Neçə belə il başına dolansın.
İsmətindən o allanan yanağın,
Məhəbbətdən xumarlanan yanağın,
Vüsal həsrətilə yanan dodağın,
Ümid verən dil başına dolansın.
Qocasından min bir sual alıbdı,
Xoş nəsihət, şirin xəyal alıbdı,
Ellərindən ağıl, kamal alıbdı,
Qoy Şiruyə el başına dolansın.
Dostları ilə paylaş: