Sərraf Şiruyə
116
BİLƏYDİM
Beş ildə, on ildə hər nə yaşasam,
Həyata bir cığır sala biləydim.
Dəyərli işimlə, şirin sözümlə,
Ellərin qəlbində qala biləydim.
Demirəm yaşayım ya doxsan, ya yüz,
Gərəksiz min il də ləkədi, sözsüz.
Vətən ürəyimiz, Vətən özümüz,
Vənənçün bir zəfər çala biləydim.
Sərraf Şiruyəyəm, könlümün sazı,
İstəmirəm çala qəmli avazı.
Sərhədsiz görəcəm bir gün Arazı,
Yetişəcəm xoş vüsala, biləydim.
Dostları ilə paylaş: