Susma, ürək…
111
Zəhmətlə gül açıb
görürsən hər yan,
Əlini zəhmətdən çəkmə heç zaman.
Şəvə saçlarına aman, əl aman,
Ehtiyac saldığı dənə gülərlər.
Başa qaxma eylədiyin hörməti,
Ucuz eyləyərsən özün qiyməti.
Əgər ki, yazmasam bu nəsihəti,
Duyub, düşünənlər mənə gülərlər.
Şiruyətək təmiz olsun amalın,
Sevsin, balam deyə elin, mahalın.
Olmasa ağılın, dərin kamalın,
Yığdığın milyona, minə gülərlər.
Dostları ilə paylaş: