Susma, ürək…
109
Mеydan aldı damğalanmış kərələr,
Xoruzlara yol göstərdi fərələr.
Yüz yеrə ayırdı bəndələr, bərələr,
Daşqını korladı, sеli korladı.
Vəzir, vəkil oldu qəbir qazanlar,
Zərxara büründü yuxu yozanlar.
Ünsiyyət pozanlar, ülfət pozanlar,
Salamı, kalamı, dili korladı.
Vəzifə hökmünə yaltaqlar yatdı,
Şərəfi, mənliyi, dinara satdı.
Şiruyə, hər yana qol budaq atdı,
Tikanlar, qanqallar gülü korladı.
Dostları ilə paylaş: