Susma, ürək…
183
OLMAZ
Atalar, babalar gözəl deyibdi:
İstək olan yerdə, xəyanət olmaz.
Hər ürəkdə vəfa, könüldə saflıq,
Hər canda cəfaya dəyanət olmaz.
Məhəbbət ürəkdə, qəlbdə bitməsə,
Xoşbəxtlik, səadət verməz heç kəsə.
İlqar tapdanmasa, inam itməsə,
Sevgidə heç zaman cinayət olmaz.
Daha Şiruyədə qalmayıb dözüm,
Bəsdir nazı-qəmzən, ay canım-gözüm.
Yandırdı cismimi alovum, közüm.
Bu qədər zalımlıq, Məlahət, olmaz.
DEDİLƏR
Yaşadar məhəbbəti düz əhdi-peyman – dedilər,
Yaşayan məhəbbətə yüz cürə qurban – dedilər.
Gözəlliyə səcdə qılıb, eşq üçün can verənə,
Aqillər qiymət verib, ən böyük insan – dedilər.
Eşq ilə dolu könül çıraqlı bir xanimandı,
Eşqsiz bir ürəyə susuz dəyirman – dedilər.
Eşqli bir ürəyin od-atəşi sönməz olar,
Bəxş edib o atəşi sevdiyi canan – dedilər.
|