Sərraf Şiruyə
182
Susma, gülüm, bircə ağız dinsənə,
Nə gətirdi ötən ömür, gün sənə?
Dünya hikmətindən axı mən sənə,
Xeyli danışmışdım, xeyli demişdim.
Sorma Şiruyəni o yan, bu yandan,
Daha
silinibsən ürəkdən, candan.
Könlümə hakimdi əzəl binadan,
Ancaq saf məhəbbət əhli demişdim.
CINAYƏTDİ
“Sevirəm” deyən kimsəyə,
Sevmə demək cinayətdi.
Sevən kəsə biganəlik,
Xəyanətdi, xəyanətdi.
Əfsanədir ötən anın,
Yoxdursa bir mehribanın.
Bu dünyanın, o dünyanın,
Yaraşığı məhəbbətdi.
Ay Şiruyə, ha yat, ha yat,
O yatmaqlar deyil həyat.
Məhəbbətsiz bu kainat,
Cəhalətdi, cəhalətdi.