Sərraf Şiruyə
222
GƏTİR
Dostum Köçəriyə
Yenə duman, çiskin alıb qəlbimi,
Tez gəl gümanıma bir işıq gətir.
O şirin sözünlə, xoş təsəllinlə,
Bu sınıq könlümə yaraşıq gətir.
Bəxtim ətək vermir, dolanır gendən,
Müşkülüm açılmır bağlı düyündən.
Xətrinə dəymişəm, yar küsüb məndən,
Dur, gəl ortalığa barışıq gətir.
Şux gözəllər daha baxmır üzümə,
Fani dünya kül üfürür gözümə.
Ağlamaq istərəm özüm-özümə,
Pəsdən nalə çəkən bir aşıq gətir.
Hal-əhval tut Şiruyətək qaçqından,
Xəyalı pərişan, fikri çaşqından.
Ustad Azaflıdan, Vurğun, Daşqından,
Məclisə bir gözəl danışıq gətir.
Dostları ilə paylaş: |