Sərraf Şiruyə
224
DÜŞÜB
Dünən şeş-beş verən zərim,
Bu gün yekə, düyə düşüb.
Dünən sədr, müdir idi,
Bu gün işim bəyə düşüb.
Müşgülüm düşüb dərinə,
Bir dərdim həsrət, biri nə?
Ər babamın yurd yerinə,
Deyirlər yad dəyə düşüb.
Bir kimsəsiz itənəm mən,
Qərib-qərib ötənəm mən,
Əsir düşmüş vətənəm mən,
Ahım yerə-göyə düşüb.
1990-cı il.
ŞAİR
Alqayıtın ölümünə
Sənə yas saxlayır yaralı qartal,
Yaralı qartalı yoxlayan şair.
Qarabağ nisgili, Göyçə eşqiylə,
Ürəyi qəmlərdə çağlayan şair.
Ay eldə axtaran hər gərəyini,
De, indi danışım, deyim nəyini?
Bölüb, parçalayıb bir ürəyini,
Milyon ürəklərə bağlayan şair.
|