Susma, ürək…
225
Düyünə döndərdi dərd həsrətini,
Çəkdi neçə-neçə mərd həsrətini,
Vətən həsrətini, yurd həsrətini,
Əbədi qəlbində saxlayan şair.
Bir ürək min dərdə dözə bilməzdi,
Dünyanı kənardan süzə bilməzdi,
Şiruyə, vətənsiz gəzə bilməzdi,
Vətən, vətən deyib, ağlayan şair.
MƏN
Sağam – bulannığam, içənim azdı,
Öləndə saflaşıb, durulacam mən.
Nəfəsim ötüncə yamanam, pisəm,
Öləndə yaxşıtək sorulacam mən.
Sağamsa qiymətim azalacaqdı,
Haqqım da nahaqqtək yozulacaqdı.
Öləndə tərifim çoxalacaqdı,
Sağam – döyüləcəm, vurulacam mən.
Şiruyə, adətmi görən həyatda,
İnsan dəyər tapmır sağ olan vaxtda?
Bir lələ dönəcəm ölən saatda,
Sağam – baltalanıb, yarılacam mən.
|