Sərraf Şiruyə
226
SUSMA ÜRƏK, SUSMA, ÜRƏK
Bu dunyadan nə tez doydun?
Nə yaratdın, nə iz qoydun?
Nə söylədin, nəyi duydun?
Oldun ötəri bir kələk,
Susma ürək, susma, ürək!
Nə qalıbdı elə məndən,
Üzü dönmüş gülə məndən,
Dastan umur hələ məndən,
Neçə igid, neçə mələk,
Susma ürək, susma, ürək!
Bəlkə ötdu bu işgəncə,
Bəlkə yetdik bir sevincə,
Arzularım hələ qönçə,
Diləklərim hələ ləçək,
Susma ürək, susma, ürək!
Şərə qılınc çalmaq üçün,
Həyata iz salmaq üçün,
Yaddaşlarda qalmaq üçün,
Neçə dağlar aşaq gərək,
Susma ürək, susma, ürək!
Yaranandan, qəm görmüşük,
Gözümüzü nəm görmüşük,
Bəxtimizi kəm görmüşük,
Ümidim var, xoş gün görək,
Susma ürək, susma, ürək!
Dostları ilə paylaş: |