Sərraf Şiruyə
82
VAR
Dünya ağlı, qaralıdı,
Yaxşı da var, yaman da var.
Bir-birindən seçmək gərək,
Qanmaz da var, qanan da var.
Nanəcibdən kömək olmaz,
Qismət var ki, yemək olmaz,
Hamıya bəd demək olmaz,
Yanmaz da var, yanan da var.
İnsan var ki, qəlbi dağlı,
İnsan var ki, yolu bağlı.
Şiruyədən haqsız, haqlı,
Küsən də var, uman da var.
OLA
Bu fələklə nərd atasan,
Şeş-beş verən zərin ola.
Ortalığa bəxt qoyasan,
Aparmağa sərin ola.
Söz yığasan demək üçün,
Dost tapasan kömək üçün,
Bu dünyanı yemək üçün,
Ağlın, huşun dərin ola.
|