Sərraf Şiruyə
90
OLACAQ
Yar yarına tay gəlməsə,
Ömrü, günü dərd olacaq.
Namərd çəkəcək namərdə,
Mərddən olan mərd olacaq.
Gədə minsə el atına,
Əl atar göyün qatına.
Gəl çox varma isbatına –
Qurddan olan, qurd olacaq.
Ay Şiruyə, mərdə söykən,
Yaxşı biçər, yaxşı əkən.
Balam deyib layla çəkən,
Sənə doğma yurd olacaq.
SAXLA
Ağıllı kamil insan,
Dövləti dağda saxla.
Özünü at belində,
Yayda yaylaqda saxla.
Evində olsun yatar,
Belində olsun qatar.
Gözlə birdən pas atar,
Naqanı yağda saxla.
Susma, ürək…
91
Tamahına vur kilid,
Bir ağlar yetim kirid.
Bir danış, iki eşit,
Sözü qulaqda saxla.
Şiruyə, sına yadı,
İtirmə təmiz adı.
Atı, iti, arvadı:
Buxovda, bağda saxla.
GETDİ
İnsan gördüm, bu dünyaya,
Qoçaq gəldi, qoçaq getdi.
İnsan gördüm, dərd əlindən.
Naçaq gəldi, naçaq getdi.
İnsan gördüm, tutdu vardan,
Döndu dostdan, etibardan.
İnsan gördüm, qeyrət-ardan.
Qaçaq gəldi, qaçaq getdi.
İnsan gördüm, gərdi sinə,
Tufanlara dönə-dönə.
Şiruyətək düşməninə,
Bıçaq gəldi, bıçaq getdi.
|