Susma, ürək…
99
İnsan var, dünyada şəkildi ancaq,
Namusu oyuncaq, özü oyuncaq.
Tamahdan itidi, ismət, qanacaq,
Ləyaqət yığmağa təhəri yoxdur.
İnsan var, pul üçün dəli, divanə,
Bütün varlığını qoyub gümanə.
İnsan var, hər şeyə ögey, biganə,
Kədəri, qüssəsi, qəhəri yoxdur.
GÖRMƏDİM
Mənəm deyənləri yüz yol sınadım,
Uymayan altuna, zərə görmədim.
Çoxları özünü atdı meydana,
Kürəyi dəyməyən yerə görmədim.
Kimi bəy olubdu, kimi də ağa,
Bülbül gülə həsrət, qartal da dağa.
Gəzdim bu dünyanı başdan-ayağa,
Tülküsüz, çaqqalsız dərə görmədim.
Şiruyə, hər şeyi gəl salma yada,
Çox istək vüsalsız gedibdi bada.
Hünərdən, ilqardan yüz dəm vursa da,
Xoruza yatmayan fərə görmədim.
Dostları ilə paylaş: |