Sərraf Şiruyə
92
EYLƏR
Gədəni şah deyə qaldırsan başa,
Əl çəkməz fikrindən, gədəlik eylər.
Naməhrəm qadınlar məclisdən haşa,
Hər kişi görəndə ədalıq eylər.
Sehirli, sirlidi həyatın işi,
Qəzada çıxarır quymaq da dişi.
Atıb övladını ağılsız kişi,
Gedib özgələrə dədəlik eylər.
Ay Şiruyə, gileyini eylə bəs,
Şan-şöhrətə göstərməynən çox həvəs.
Mərd ata, anadan törənən hər kəs,
Mərd olar, həmişə sadəlik eylər.
OĞUL
Beş günlük deyilən qoca dünyada,
Yamanlıq eyləyib söyülmə, oğul.
Şöhrət xatirinə namərd önündə,
Mərdlər əyilməyib, əyilmə, oğul.
Ağıldan, kamaldan tutmamış şələ,
Güc vermə çənəyə, güc vermə dilə.
Nə çox acı olma, atalar çölə,
Nə çox şirin olub, yeyilmə, oğul.
|