25 noyabr 1988-ci il.
Susma, ürək…
129
YATMAYIN
Təzə-təzə oyanmışıq qəflətdən,
Bir də bizi huş aparar, yatmayın!
Aralanıb sahillərə düşərik,
Gözümüzü yaş aparar, yatmayın!
Ata yurdlar, baba yurdlar tərk olar,
Yağış yağar, yanar odlar tərk olar.
Haqq nazilib ulu adlar tərk olar,
Düşmən bir də baş aparar, yatmayın!
Keçmir tarix, keçmir işə şahidlər,
“Vətən!” – dedi son sözündə şəhidlər.
Hardasınız ərgən-ərgən igidlər,
Düşmən bizdən baş aparar, yatmayın!
Yad əliynən çox içmişik ağılar,
Dərdimizi dağa versək dağılar.
Ayıq olun, birləşibdi yağılar,
Torpaq alar, daş aparar, yatmayın!
Haram əllər gözümüzə kül atar,
Yağış gələr, yuvamızı sel atar,
Nanikorlar süfrəmizə əl atar,
Qismət kəsər, aş aparar, yatmayın!
|