Məhəmmədə nazil оlan müqəddəs Quranı gör. Qоlu bağlı bir nökərsən Şahimərdan Əliyə, Düldül atlı, zülfüqarlı, sirri pünhan Əliyə. Məzlumların köməkdarı, canım qurban Əliyə. Döndəribdi haqq yоluna necə müsəlmanı gör. Həsən, Hüseyn qulusan, çağır yetsin dadına, Fəda eylə can-başını həzrət Abbas adına. Şümrü ləin, ibni Ziyad yandı məhşər оduna, Bir bax necə qəbul оlub, İsmayıl qurbanı gör.