Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Musiqi fənninin kurikulumu haqqında



Yüklə 191,07 Kb.
səhifə13/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   9   10   11   12   13   14   15   16   ...   71
musiqi1 kopyası kopyası

Musiqi fənninin kurikulumu haqqında



Musiqi kurikulumu ümuntəhsil məktəblərində musiqi təlimi və tərbiyəsinin, musiqi mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədlərinin reallaşdırılmasına xidmət etməklə musiqi fənni üzrə ümumtəlim nəticələrinə nail olmaq istiqamətində fəaliyyətləri əhatə edən konseptual xarakterli sənəddir. Bu kurikulumda şagirdlərin cəmiyyətdə incəsənətin rolunu dərk etmələri, onların bədii zövqünün, musiqi üzrə bacarıq və vərdişlərinin inkişafı, fəal dinləyici kimiyetişmələri, mənəvi aləminin zənginləşdirilməsi nəzərdə tutulur. 
Yeni “Musiqi” kurikulumunun tələblərinə görə təlim prosesi əvvəlcədən müəyyən olunmuş nəticələrə əsaslanmışdır. Bununla əlaqədar müəllim əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlər isə öyrənmək üçün tədqiqat aparan, öyrəndiklərini tətbiq və təqdim etməyi bacaran yaradıcı subyektlər rolunda iştirak edirlər. 
Ümumtəhsil məktəblərində incəsənətlə bağlı fənlər sırasında musiqi fənni xüsusi yer tutur. Mənəvi-estetik təsirinə, didaktik mahiyyətinə, musiqi sənətinin qayda-qanunlarını və incəliklərini öyrənmək imkanlarına görə bu fənn müstəsna əhəmiyyət kəsb edir. Musiqi təlimi milli musiqi və mədəniyyət tariximizin və incəsənət sahəsində qədim köklərə malik ənənələrimizin öyrənilməsi, böyüyən nəsildə estetik tərbiyənin gücləndirilməsi, ümumi intellektual səviyyənin inkişafı, istedadlı şagirdlərin aşkara çıxarılması kimi tələblərin yerinə yrtirilməsində mühüm rol oynayır.
Musiqi fənni üzrə milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi və bunun nəticəsində müəyyən dəyərlərin məimsənilməsi, bilik və bacarıqların əldə edilməsi məqsədilə musiqi təliminin musiqi aləmiemosional dəyərləndirmə, musiqi fəaliyyəti kimi məzmun xətlərimüəyyənləşdirilmişdir.
Musiqi aləmi məzmun xətti musiqi savadı, bəstəkar yaradıcılıqları, geniş yayılmış milli və bəşəri musiqi əsərləri, müxtəlif musiqi alətləri və musiqi kollektivləri, görkəmli musiqi ifaçıları haqqında bilik və bunlarla baglı müxtəlif bacarıqları əhatə edir.

Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin