Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Klassik musiqinin formaları. Sadə üç hissəli forma



Yüklə 191,07 Kb.
səhifə49/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   45   46   47   48   49   50   51   52   ...   71
musiqi1 kopyası kopyası

Klassik musiqinin formaları. Sadə üç hissəli forma

Forma latın sözü olub “zahiri görünüş”deməkdir. Bütün incəsənət əsərləri müəyyən formaya məxsusdur, lakin onların qanunları müxtəlifdir. Musiqi əsərinin quruluşuna musiqi forması deyilir. Hər bir əsərin məzmununa müvafiq onun forması müəyyənləşdirilir. Musiqi forması məzmunla vəhdət təşkil edərək, eyni vaxtda ayrı-ayrı səs elementlərinin qarşılıqlı təsiri ilə, bir-birinə məhz ona aid, fərdi və təkrar olunmazdır. Buna baxmayaraq formanı yaradan qayda və qanunların miqdarı məhduddur. Buna görə də bir çox əsərlərin quruluşunda ümumilik vardır ki, bu da forma növlərini aşkar etməyə imkan verir.


Mürəkkəb musiqi formaları: Mürəkkəb 2 və 3 hissəli formaların sadə 2 və 3 hissəli formalarda fərqi odur ki, sadə formalarda yazılmış əsərlərdə şöbələr (yaxud periodlar) ayrı-ayrılıqda ifa ediləndə musiqi fikri çox konkret olur, mürəkkəb 2 və ya 3 hissəli formalarda yazılmış əsərlərdə isə hər bir hissəni ayrılıqda çaldıqda musiqi fikri daha geniş olur. Burada isə hər hissə özü-özlüyündə 3 hissəli formaya və daha mürəkkəb formalara malik ola bilər. Mürəkkəb üç hissəli formanın 1-ci hissəsi sadə iki və ya üçhissəli formada yazılır. O, adətən əsas tonallıqda tam mükəmməl kadensiya ilə tamamlanır. Mürəkkəb üçhissəli formanın period və ya sadə 2,3 hissəli formada yazılmış orta hissəsi trio, mürəkkəb 3 hissəli formada yazılmışdır.
Mürəkkəb 3 hissəli forma Motsart və Haydn silsilə əsərlərin bir çox münuetlərində və həmçinin ağır hissələrində istifadə olunur. Bu formaya misal Ü.Hacıbəylinin “Koroğlu” operasından V pərdəli rəqsi, Bizenin “Karmen” operasından uvertüranı göstərmək olar.
Sadə üçhissəli forma. Sadə 3 hissəli forma 3 hissədən ibarətdir. Burada I və III hissələr öz məzmunu, musiqisi, xarakteri, həcmi etibarı ilə eyni, II hissə isə kənar hissədir, onlardan az və çox dərəcədə fərqlənir. Sadə üçhissəli formada əvvəlki period (birinci period) adlanaraq, “A” hərfi ilə II hissə - orta hissə adlanaraq “B” hərfi ilə, III hissə isə eyni ilə I hissəni təkrar etdiyi üçün “refren” adlanaraq “A” hərfi ilə işarələnir. Bu formanın hərfi sxemi belədir: ABA



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin